İqtısadçısının vəzıfə təlımatı

 

               

 

   “TƏSDİQ EDİRƏM”

             “Şirkətin adı” MMC-nin  direktoru

 

   ____________________

   “____” ________________ 20    -ci il

 

 

 

İqtısadçısının  vəzıfə təlımatı

 

1. Ümumi müddəalar

 

 

1.1.     Maliyyə şöbəsinin iqtisadçısı ştat cədvəlinə uyğun olaraq mütəxəssislər kateqoriyasına aiddir və “Şirkətin adı” MMC-nin Direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.

 

1.2.    Maliyyə şöbəsinin iqtisadçısı vəzifəsinə ali təhsilli, iş stajı ən azı 1 (bir) ildən az olmayan şəxs təyin edilir.

 

1.3.    Maliyyə şöbəsinin iqtisadçısı bilavasitə Maliyyə məsələləri üzrə direktorun müavininə tabedir.

 

1.4.    Maliyyə şöbəsinin iqtisadçısı öz işində aşağıdakıları bilməlidir:

 

 

-            Azərbaycan Respublikasının Vergi Məcəlləsini;

-            Azərbaycan Respublikasının əmək qanunvericiliyinin əsaslarını;

-            Əmək mühafizəsinin qayda və normalarını;

-           Təhlükəsizlik texnikasını, istehsalat sanitariyasını və yanğından mühafizə norma və qaydalarını;

-           “Şirkətin adı”MMC-nin Nizamnaməsini;

-           Direktorun əmr və göstərişlərini;

-           Filialın maliyyə-təsərrüfat fəaliyyətini;

-           Şöbənin Əsasnaməsini;

-           Hazırki vəzifə təlimatını.

 

1.5.    Maliyyə şöbəsinin iqtisadçısı öz işində aşağıdakı sənədləri rəhbər tutur:

 

-           Görülən işlə bağlı normativ sənədləri;

-           Əmək bölgüsü qaydalarını;

-           Şirkətin Direktorunun və bilavasitə rəhbərliyinin əmrləri

      və sərəncamlarını.

 

2. VƏZİFƏ BORCLARI

 

2.1.        Yerinə yetirilmiş işlər aktlarının işlənməsi.

                                   

2.2.        Hesab-fakturaların təyin edilməsi.

 

2.3.        Haqq-hesabların təyin edilməsi.

 

 

2.4.        Sənədlərin və məbləğlərin köçürülmə prosesinin düzgünlüyünün yoxlanılması.

 

2.5.        İdxal və ixrac yığımlarının tarifləri üzrə şöbənin müştərilərlə aparılan iş məlumatlarının işlənməsi.

2.6.         

2.7.        Ciddi hesabatlı blankların hərəkətinə nəzarəti.

 

2.8.        Bilavasitə rəhbərinin - Maliyyə direktorunun xidməti tapşırıqlarını icra edilməsi.

 

3.    HÜQUQLARI

 

3.1.        Normal iş şəraiti ilə təmin olunması.

 

3.2.        Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və bütün struktur bölmə nümayəndələrilə qarşılıqlı fəaliyyət həyata keçirmək.

3.3.        Öz vəzifə səlahiyyətlərini həyata keşirmək üçün, şəxsən və ya bilavasitə rəhbərliyinin tapşırığına əsasən bölmə rəhbərlərindən və mütəxəssislərindən müvafiq sənəd və məlumatın sorğulanması.

3.4.        Öz vəzifə borcunun  yerinə yetirilməsində yardımçı olmağı bilavasitə rəhbərliyindən tələb etmək.

 

 

4.    MƏSULİYYƏTİ

 

4.1.        Hazırkı vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində.

 

4.2.        Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi hüquq pozuntusuna görə - Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi çərçivəsində.

 

4.3.        Maddi ziyanın vurulmasına görə - qüvvədə olan Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi çərçivəsində.

 

4.4.        Maraqlarının qorunmaması, müəssisə və müştərilər barədə sənədlərin (kommersiya sirrinin), məxfi məlumatın üçüncü şəxslərə açıqlanmasına görə.

 

4.5.        İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.

 

 

 

Tanış oldu

 

____________________

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.