“TƏSDIQ EDIRƏM”
“Təşkilatın adı" MMC-nin direktoru
____________________Vəzifəyev Təkəbbür
“____” ________________ 20 -cu il
MALIYYƏ ŞÖBƏSININ ƏSASNAMƏSİ
1. ÜMUMİ MÜDDƏALAR
1.1 . Maliyyə şöbəsi terminalın struktur bölməsi olmaqla «Təşkilatın adı» MMC-nin vəzifə bölgüsünə əsasən şöbə rəisinə birbaşa və direktora tabedir.
1.2. Maliyyə şöbəsi «Təşkilatın adı» MMC-nin Direktorunun əmri ilə yaradılır və ləğv edilir.
1.3. Maliyyə şöbəsi «Təşkilatın adı» MMC-nin Direktorunun əmri ilə təyin olunmuş şöbə rəisi rəhbərlik edir.
1.4. Maliyyə şöbəsinin işçiləri şöbə rəisinin təqdimatı əsasında «Təşkilatın adı» MMC-nin direktorunun əmri ilə müvafiq ali təhsili, iqtisadiyyat, mühasibat və maliyyə sahəsində ən azı 2 il iş stajı olduğu halda tutduqları vəzifəyə təyin edilir və azad olunurlar.
1.5. Maliyyə şöbəsi fəaliyyətində rəhbər tutur:
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu
- Mühasibat uçotuna dair digər normativ sənədləri
- «Təşkilatın adı» MMC-nin Nizamnaməsini.
- «Təşkilatın adı» MMC-nin yuxarı rəhbərlərinin əmrlərini, göstərişlərini və sərəncamlarını.
- Hazırkı əsasnaməni.
- Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu
- Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu
- Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu
2. ŞÖBƏNİN STRUKTURU
2.1. Maliyyə şöbəsinin strukturu və ştat vahidinin sayı Təşkilatın fəaliyyətinin şərait və xüsusiyyətləri nəzərə alınmaqla, «Təşkilatın adı» MMC Direktorunun əmrinə əsasən təsdiq edilir.
2.2. Maliyyə şöbəsi aşağıdakı vəzifələrdən ibarətdir: şöbə rəisi, aparıcı mütəxəssis, baş mühasib, mühasib, iqtisadçı və xəzinədar.
2.3. Maliyyə şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü şöbə rəisi tərəfindən aparılır.
2.4. Maliyyə şöbəsinin ştat cədvəli «Təşkilatın adı» MMC-nin direktoru tərəfindən təsdiq edilir.
3. ŞÖBƏNİN ƏSAS VƏZİFƏLƏRİ
3.1. Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili;
3.2. Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Təşkilatın əmlakın qorunmasına nəzarət;
3.3. Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılması;
3.4. Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında əks etdirilməsi;
3.5. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması
3.6. Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsi;
3.7. Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılması;
3.8. Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərinə təsviri.
3.9. Təşkilatın maliyyə strategiyasının və onun maliiyə sabitliyinin təməlinin hazırlanması;
3.10. Təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillərin aparılması;
3.11. Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
3.12. Biznes planın tərtibatı üçün materialların hazırlanması;
3.13. Xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılması;
3.14. Əsas fondun cari və əsaslı təmirin maliyyələşdirilməsinin qayda və meyarların müəyyən edilməsi;
3.15. Gəlirlərin vaxtı-vaxtında daxil olmasının təminatı;
3.16. Təşkilatın bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılması;
3.17. Göstərilən xidmətlər üzrə vəsaitlərin vaxtında alınması üçün tədbirlərin görülməsi;
3.18. Müqavilələr əsasında tərəf-müqabillərin göstərdiyi xidmətlərin vaxtında ödənilməsinin təminatı;
3.19. Təşkilatın fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim edilməsi;
3.20. Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
3.21. Maliyyə vəsaitlərin hərəkitinin uçotun aparılması və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nətəcələri barədə hesabatların tərtibatı;
3.22. Təşkilatın maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
3.23. Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılması;
3.24. Planlaşdırılmış xərclərin faktiki xərclərdən imtinasının analizi;
3.25. Müvafiq şöbələrdən daxil olan əsas məlumatların və sənədlərin emalı;
3.26. Əmr, Təlimat və müqavilələrə uyğun yığım və tariflərin yığılmasının düzgünlüyünün yoxlanılması.
3.27. Müştəri və tərəfmüqabillərə hesabların təqdim edilməsi, qarşılıqlı hesabların tutuşdurulması;
3.28. Statistik hesabatların təhvil verilməsi üçün məlumatların hazırlanması;
3.29. Təşkilatın bütün ilkin sənəd işinin və uçot siyasətinin tərtibi
3.30. Sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsi
3.31. Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotu
3.32. Pul vəsaitlərin və maddi-əmtəə sərvətlərin əskikiliyin, qanunsuz istifadənin qarşısını almaq məqsədilə tədbirlərin görülməsi;
3.33. Pul vəsaitlərin və maddi-əmtəə sərvətlərin əskikliyi və ya oğurlanması aşkar olunduqda müvafiq sənədlərin tərtibatı və zəruri hallarda istintaq orqanlarına təqdim edilməsi;
4. ŞÖBƏNİN HÜQUQLARI
4.1. «Təşkilatın adı» MMC-nin bütün struktur bölmələrindən maliyyə şöbəsinin işinin həyata keçirilməsi üçün zəruri olan materialların təqdim edilməsini tələb etmək.
4.2. «Təşkilatın adı» MMC-nin struktur bölmələrinin maliyyə fəaliyyətinə nəzarət etmək.
4.3. «Təşkilatın adı» MMC rəhbərliyinin tapşırığına əsasən maliyyə resurslarını bölüşdürmək və ödənişlər, hesablaşma, kredit və.s maliyyə sənədlərini qüvvədə olan qanunvericilik, müqavilə qaydaları, təlimatlar, həmçinin təsdiq edilmiş plan və smetalara riayət etməklə imza etmək.
4.4. Maliyyə məsələləri üzrə müəssisəni maliyyə, kredit və digər təşkilatlarda təmsil etmək.
4.5. «Təşkilatın adı» MMC-nin maliyyə-iqtisadi fəaliyyəti (planlar, smetalar, hesabatlar, müqavilələr, əmrlər, sərəncamlar) ilə bağlı olan bütün sənədləri imzalamaq və viza qoymaq.
4.6. Şöbənin rəisi «Təşkilatın adı» MMC-nin rəhbərliyinə maliyyə şöbəsinin strukturunun təkmilləşdirilməsi, əməkdaşların vəzifə təyinatları, vəzifə dəyişmələri və işçilərin işdən azad edilməsi və onların mükafatlandırılmasına dair təkliflər təqdim etmək.
5. QARŞILIQLI ƏLAQƏLƏR (XİDMƏTİ MÜNASİBƏTLƏR)
5.1. Maliyyə şöbəsi vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün «Təşkilatın adı» MMC-nin bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur.
6. ŞÖBƏNİN MƏSULİYYƏTİ
6.1. Bu Əsasnaməyə əsasən şöbə üzərinə qoyulmuş tapşırıq və funksiyalar üzrə işin vaxtında yerinə yetirilməsinə və keyfiyyətinə görə tam məsuliyyəti maliyyə şöbəsinin rəisi daşıyır.
6.2. Maliyyə şöbəsinin rəisi aşağıdakı hallarda şəxsi məsuliyyət daşıyır:
6.2.1 Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməməsi;
6.2.2 Təşkilatın maliyyə vəziyyəti ilə bağlı rəhbərliyə yanlış məlumatların verilməsi və rəhbərliyin tapşırıqların vaxtında və düzgün icra edilməməsi;
6.2.3 Mühasibat uçotun düzgün aparılmamasının nəticəsində mühasibat sənədlərində yaranan boşluqlar və səhvlərə görə;
6.2.4 Pul vəsaitlərin, maddi-əmtəə sərvətlərin mədaxil edilməsi, qəbul olunması, saxlanılması və xərclənməsi üçün müəyyən olunmuş qaydalara zidd olan əməliyyatlar üzrə sənədlərin rəsmiləşdirilməsi və icraata götürülməsi;
6.2.5 Hesablaşma və digər bank hesabları üzrə əməliyyatların, debitor və kreditor ilə hesablaşmaların düzgün və vaxtında aparılmaması;
6.2.6 Debitor borcların, əskiklərin və digər itkilərin mühasibat balansından silinməsi qaydaların pozulması;
6.2.7 Şöbənin təqsiri ucbatından yanlış mühasibat hesabatların tərtibi.
6.3. Maliyyə şöbəsinin digər işçilərin məsuliyyət dərəcəsi onların vəzifə təlimatları ilə müəyyən edilir.
Razılaşdırılmışdır: