Məhkəmə hakiminə Etiraz

Növ: 

___________________ rayon məhkəməsinə

___________ №-li mülki iş üzrə cavabdeh (iddiaçı)

tərəfindən

 

  __________________ RAYON MƏHKƏMƏSİNİN __________hakiminə

 

E T İ R A Z

 

İddiaçı ______________________________ (S.A.A.) və Cavabdehə __________________________________(S.A.A.)  qarşı ____________________________pozulmuş hüquqlarının bərpasına dair iddia ərizəsi ilə ________________________ rayon məhkəməsinə müraciət etmişdir. Hazırda mülki iş hakim __________________________ icraatındadır.

İddiaçı ərizəsində cavabdeh tərəfindən __________________________________ qeyri-qanuni istifadə etdiyi üçün cavabdehin ________________________________________dəymiş zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə cavabdeh __________________________________ manat məbləğində kompensasiya ödəməsinə dair əsassız tələblər irəli sürmüşdür.

İddiaçı, öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamış və məhkəmə prosesləri zamanı məhkəməyə təqdim etməmişdir. Baxmayayraq ki, iddiaçı, hüquq sahibləri olan fiziki şəxsləri təmsil etdiyini bildirir, lakin nümayəndənin səlahiyyətlərini və onların dairəsini notarial qaydada təsdiqləyən etibarnamə də məhkəməyə təqdim etməmişdir.

Bununla bağlı, məhkəməyə Vəsastətlə müraciət edilərək xahiş edilmişdir ki, iddianı baxılmamış saxlasın.

Çünki, MPM-nin  149.2.3.-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları halları ərizədə göstərilməlidir.

MPM-nin 150.0.3-cü maddəsinə əsasən, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd iddia ərizəsinə əlavə edilməlidir.

MPM-nin 73.1-ci maddəsində deyilir: «Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.»

Həmin Məcəllənin 73.2.-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notarial qaydasında təsdiq edilir.

Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır.

Lakin, hakim qeyd edilən maddələrin tələblərini pozaraq əsassız olaraq Vəsatətimizi təmin etməmişdir. Bu hal gələcəkdə məhz bu işin obyektiv baxılmasını şübhə altına alır və qanuni qətnamə qəbul edilməyəcəyini bir daha təsdiq edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikası MPM-nin 19 və 22-ci maddələrinə uyğun olaraq

X A H İ Ş  E D İ R Ə M :

1. ________________ rayon məhkəməsinin icraatında olan həmin mülki işi baxılması üçün başqa başqa hakimə verilməsi barədə qərardad çıxarasınız.

Qoşma:

Nümayəndə __________________

Tarix:

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.