Qeydiyyat № _________________
______________________ 20 ____ il ______________________ şəhəri
_____________________________________________________________________________
protokol tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, istintaq hərəkətinin aparıldığı yer
_____________________________________________________________________________
Azərbaycan Respublikası CPM-nin 51, 85 və 120-ci maddələrinin tələblərinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, _______________________ nömrəli cinayət işi üzrə ______________________ 20 ____ il tarixli qərarla mülki cavabdeh qismində tanınmış ________________________________________________ Azərbaycan Respublikası CPM-nin
soyadı, adı, atasının adı
93-cü maddəsində nəzərdə tutulmuş:
ittihamın mahiyyətini bilmək;
ona qarşı verilmiş iddia üzrə izahat və ifadə vermək;
cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
etirazlar etmək və vəsatətlər vermək;
ona qarşı verilmiş iddianın təmin olunması məqsədi ilə könüllü olaraq pul, qiymətli kağız və qızıl-zinət əşyalarını müvəqqəti saxlanılması üçün dövlət bankına təhvil vermək;
cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını bildirmək, həmin etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokollarında qeyd olunmasını tələb etmək;
iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək, istintaq və ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında iştirak edərkən qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək, məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;
ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;
birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək;
cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq;
ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq;
təhqiqatçının, müstəntiqin, prokurorun qərarlarından, yaxud hərəkətlərindən, habelə hökmün ona qarşı irəli sürülmüş iddiaya dair hissəsindən və ya məhkəmənin digər yekun qərarından apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək;
özünün və ya nümayəndəsinin verdiyi hər bir şikayətdən imtina etmək;
cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş iddia hissəsinə öz etirazını bildirmək;
qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasına, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək və cinayət işi materiallarının tədqiqində iştirak etmək;
məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;
cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;
nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;
cinayət prosesinin istənilən anında mülki iddianı qəbul etmək;
cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq;
nümayəndəsi vasitəsi ilə öz hüquqlarından istifadə etmək və vəzifələrini yerinə yetirmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları,
cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;
məhkəmə iclasında qaydaya riayət etmək;
şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək vəzifələri izah edildi.
Protokolla tanış oldum, hüquq və vəzifələrim mənə izah edildi.
Mülki cavabdeh: _____________________
imza adı, soyadı
Protokolu tərtib etdi:
_________________________________
şəxsin vəzifəsi, rütbəsi
_________________________________ _____________________
imza adı, soyadı