Mülki iddiaçıya hüquq və vəzifələrinin izah edilməsi haqqında Protokol

 

Qeydiyyat № _________________

 

Protokol

mülki iddiaçıya hüquq və vəzifələrinin izah edilməsi haqqında

 

______________________ 20 ____ il                                     ______________________ şəhəri

 

 

_____________________________________________________________________________

protokol tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, istintaq hərəkətinin aparıldığı yer

_____________________________________________________________________________

Azərbaycan Respublikası CPM-nin 51, 85 və 120-ci maddələrinin tələblərinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, ________________________ nömrəli cinayət işi üzrə ______________________ 20 ____ il tarixli qərarla mülki iddiaçı qismində tanınmış ________________________________________________ Azərbaycan Respublikası CPM-nin

soyadı, adı, atasının adı

89-cu maddəsində nəzərdə tutulan:

ittihamın mahiyyətini bilmək;

təqdim etdiyi iddia üzrə ifadə vermək və izahat vermək;

cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar və sübutlar təqdim etmək;

etirazlar etmək;

vəsatətlər vermək, o cümlədən verdiyi iddianın təmin olunması üçün tədbirlərin görülməsi barədə vəsatət vermək;

cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokollarında qeyd olunmasını tələb etmək;

iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək;

istintaq və ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında iştirak edən, qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək;

ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə cıxış etmək;

cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə rəsmi qərarların surətini əldə etmək;

ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq;

təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarının iddiaya dair hissəsindən apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək;

cinayət prosesini həyata keçirən orqanın onun iddiasına dair hissəsindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş digər hallara etirazını bildirmək;

onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında cinayət prosesinin digər iştirakçısının şikayətinə etiraz olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək;

məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə fikrini bildirmək;

cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə etirazını bildirmək;

nümayəndəliyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən imtina etmək;

cinayət prosesinin istənilən anında iddiadan imtina etmək;

cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq;

nümayəndəsi vasitəsi ilə öz hüquqlarından istifadə etmək və vəzifələrini yerinə yetirmək;

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları,

cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

mülki cavabdehlərin sayına uyğun iddia ərizələrinin surətinin məhkəməyə təqdim olunmasını təmin etmək;

cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

məhkəmə iclasında qaydaya riayyət etmək;

şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək vəzifələri izah edildi.

 

Protokolla tanış oldum, hüquq və vəzifələrim mənə izah edildi.

 

 

Mülki iddiaçı:                                                                                  _____________________

                                                                                  imza                                                       adı, soyadı

 

Protokolu tərtib etdi:

_________________________________

şəxsin vəzifəsi, rütbəsi

_________________________________                                                       _____________________

imza                                                     adı, soyadı

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.