Nikahın ləğvinə dair iddia ərizəsi

____________ rayon məhkəməsinə

 

İddiaçı: _____________________

/ Ünvan: _____________________/

 

Cavabdeh: _____________________

/ Ünvan: _____________________/

 

Nikahın ləğvinə dair

İ D D İ A    Ə R İ Z Ə S İ

 

 

Mən cavabdehlə ________-ci ildə rəsmi nikaha girib ailə qurmuşam. Birgə nikahdan ____________-cu il təvəllüdlü ________________________oğlu/qızı ___ uşağımız anadan olmuşdur:.

Nikahın ləğvi barədə ərizə verməyimin səbəbi xasiyyətimizin tutmaması, bu səbəbdən birgə yaşamağımızın mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aramızdakı münasibətlər kəskinləşmişdir.

Xasiyyətimizin tutmaması səbəbindən ailə münasibətlərimiz dağılmışdır. Ailə münasibətlərimizin bərpa olunması mümkün deyildir. Artıq iki aydır  ki, nikahımız formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamağımız mümkün deyildir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır.

Hesab edirəm  ki, aramızda olan nikah ləğv edilməli, uşaq anası ilə saxlanmalıdır. Uşaq üçün könüllü aliment ödəyirəm.

         Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci və 21-ci maddələrini rəhbər tutub məhkəmədən

 

 

Xahiş edirəm:

 

Mənimlə ________________________oğlu/qızı arasında nikahın ləğv edilməsinə, uşaqların mənim yanımda saxlanılmasına dair qətnamə çıxarasınız.

 

Qoşma:

  1. Dövlət rüsumunun ödənilməsinə dair  qəbz
  2. İddia ərizəsinin surəti
  3. Şəxsiyyət vəsiqəsinin surəti
  4. Nikah haqda şəhadətnamənin əsli
  5. Doğum haqda şəhadətnamənin surəti
  6. Yaşayış yerindən arayış

 

İddiaçı:                                                          ________________________oğlu/qızı

 

“___” _______ 20__-ci il

 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.