“TƏSDİQ EDİRƏM”
“Şirkətin adı” MMC-nin direktoru
____________________
“____” ________________ 20 -ci il
Ofis menecerinin vəzifə təlimatı
1. ÜMUMİ MÜDDƏALAR
1.1 __________ şöbənin ofis meneceri ştat cədvəlinə uyğun olaraq mütəxəssis işçilər təsnifatına aiddir və “Şirkətin adı” MMC-nin Direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.
1.2 __________ şöbənin ofis meneceri birbaşa olaraq __________ şöbənin rəisinə, həmçinin struktur bölgüsünə müvafiq olaraq subordinasiya üzrə digər ali vəzifəli şəxsə tabedir.
1.3 __________ şöbənin ofis meneceri vəzifəsinə ali təhsilli, ən azı iki il iş stajı olan şəxs təyin oluna bilər.
1.4 __________ şöbənin ofis meneceri maddi-məsul şəxsdir.
1.5 __________ şöbənin ofis meneceri aşağıdakıları bilməlidir:
- Əsas və az qiymətli inventarların illik uçotunun və hesabatlarının əsaslarını bilmək;
- Idarəetmədə müvafiq sənədləşmənin və kargüzarlıq işinin aparılmasına dair qanunvericiliyi;
- Şirkətinin işgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, struktur bölgüsünün xüsusiyyətlərini, təsdiq olunmuş vahid kargüzarlıq sisteminin standartlarını;
- əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını;
- əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını;
- işgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.
1.6 __________ şöbənin ofis meneceri öz işində aşağıdakı normativ sənədləri rəhbər tutur:
- “Şirkətin adı” MMC-nin Nizamnaməsi;
- Direktorunun əmr və göstərişləri;
- əmək funksiyalarına və vəzifə borclarına aid olan Azərbaycan Respublikasının qanunvericiliyi və normativ-hüquqi aktlar;
- hazırkı vəzifə təlimatı.
2. VƏZİFƏ BORCLARI
2.1. Ofis meneceri otaqların və binasının ətraf ərazilərinin təmizliyi üzrə işlərə rəhbərliyi.
2.2. İşıqlandırmanın, istilik sistemlərinin, ventilyasiyanın və s. qüsursuzluğuna nəzarəti.
2.3. Gündəlik və iclasların, təsərrüfat xidmətini təşkil edilməsini.
2.4. Şirkətin mebel inventarı ilə təmin edilməsi, onların qorunması və vaxtında təmir olunmasına nəzarətin edilməsini.
2.5. İşçiləri dəftərxana ləvazimatı ilə və işə lazımlı mebellərlə təmin edilməsini.
2.6. Təmizlik işlərinin və daxili otaqların səliqəli saxlanmasını təşkil edilməsini.
2.7. Mədaxildən sonra vaxtında inventar nömrələri saymaq, qorunmasına riayət etmək, hər il inventarizasiya, hesabdan silmə və təyin olunmuş uçotun aparılmasını.
2.8. Otaqların və hesabdan silinmiş mebellərin təmirinə vaxtında sifarişlər vermək.
2.9. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək.
2.10. Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək.
3. HÜQUQLARI
3.1. Normal iş şəraiti ilə təmin olunması.
3.2. İşçilərdən və Şirkətinin ərazisində yerləşən digər şirkətlərin nümayəndələrindən, onlara təqdim olunan sahələrin və otaqların təmiz və səliqəli saxlanmasını tələb etmək.
3.3. Mebellərə, Şirkətinin binasında qurulmuş avadanlıqlara ehtiyatla yanaşmağını tələb etmək.
3.4. Şirkətinin ərazisində və otaqlarda işləyən xadimələrin işinə nəzarət etmək.
4. MƏSULİYYƏTİ
4.1 Hazırkı təlimatla nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində.
4.2 Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi hüquq pozuntularına görə - Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
4.3 Maddi ziyanın vurulmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
4.4 Şirkətinin maraqlarına riayət olunmamasına, konfidensial məlumatların yayılmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində.
4.5 İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıyır.
Tanış oldu
__________________