Pul tələbinə dair iddia ərizəsi

 

________________Məhkəməsinə

           

İddiaçı:            Soyadı, adı, atasının adı

Ünvan: (faktiki yaşadığı ünvan və qeydiyyatda olduğu ünvan qeyd edilməlidir)

Telefon_________________________________

 

Cavabdeh:     Soyadı, adı, atasının adı

Ünvan: (faktiki yaşadığı ünvan və qeydiyyatda olduğu ünvan qeyd edilməlidir)

Telefon_________________________________

 

 

İDDİA ƏRİZƏSİ

(Pul tələbinə dair)

 

            Mən, cavabdeh (soyadı, adı, atasının adı) ilə_______il_____tarixdə kommersiya işləri ilə əlaqədar tanış olmuşam. Bir müddət sonra o, mənə özünə məxsus olan obyektləri göstərdi və məndən oranı işlətmək üçün borc pul verməyi xahiş etdi. Mən cavabdehin səmimiliyinə inanaraq          il               tarixdə (miqdar) manat məbləğində ona borc verdim. Cavabdeh almış olduğu pulu            il           tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşəm.

            Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi şifahi bağlanır.

Digər tərəfdən həmin Məcəllənin 743-cü maddəsinə müvafiq olaraq əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılmasının tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

            Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 742.1, 743, 745-ci maddələrini rəhbər tutaraq,

 

XAHİŞ EDİRƏM:

 

Cavabdehdən (soyadı, adı, atasının adı)  (miqdar) manat məbləğində pulun alınıb mənə verilməsinə dair qətnamə çıxarasınız.

 

            Qoşma:          1. Yaşayış yerindən arayışlar

2. Pulun verilməsinə dair qəbzin surəti

3. Dövlət rüsumunun ödənilməsinə dair qəbz

4. İddia ərizəsinin surəti.

                       

İmza:                                                               (Soyadı, adı, atasının adı)

 

Tarix:

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.