Qeyri-rezident hüquqi şəxsin filialının Əsasnaməsi

“Dövlət qeydiyyatına alınmışdır”

 

Azərbaycan Respublikasının

Vergilər Nazirliyi

_________________tərəfindən

 

Qeydiyyat № ________________                           

 

 

«_____» ____________ 20__-ci il

 

_________________________

_________________ __________

“Təsdiq edilmişdir”

 

«_________________.» şirkətinin _______________-cı il tarixli etibarnaməsinə əsasən ___________

 

_______________________

 

 

 

 

 

 

«____________________» ŞİRKƏTİNİN

Azərbaycan Respublikasındakı  filialının

Ə S A S N A M Ə S İ

 

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. «____________________» şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra - Filial) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına, bu Əsasnaməyə əsasən fəaliyyət göstərir.

1.2. Filialın təsisçisi __________ ünvanında yerləşən, ______-cı il tarixdə _________________nömrə ilə qeydə alınmış «___________________» şirkətidir.

1.3. Filialın hüquqi ünvanı: _______________________________

 

2. FİLİALIN FƏALİYYƏTİNİN PREDMETİ VƏ MƏQSƏDİ

 

2.1. Filial şirkətin mənafelərini Azərbaycan Respublikasında təmsil və müdafiə edir.

2.2. Şirkət filialın təsərrüfat fəaliyyətini məhdudlaşdıra və genişləndirə bilər.

2.3. Filial Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

 

3. FİLİALIN  HÜQUQİ STATUSU

3.1. Filial hüquqi şəxs deyil. Filial ilkın balansı, dəyirmi möhürü və ştampı, üzərində adı yazılmış blankları, firma nişanı və filiala məxsus digər atributları vardır.

3.2. Filial Azərbaycan Respublikasının müvəkkil banklarında və digər maliyyə-kredit təşkilatlarında hesablaşma hesab açmaq hüququna malikdir.

3.3. Filial Azərbaycan Respublikasının quvvədə olan qanunvericiliyinə əsasən vergiləri, rusumları və digər tədiyyələri ödəməlidir.

 

4. FİLİALIN İDARƏ EDİLMƏSİ

4.1. Filialın idarə edilməsini şirkət tərəfindən təyin edilən direktor həyata keçirir. Direktor Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyır.

4.2. Filialın direktoru şirkət tərəfindən ona verilmiş etibarnamədə göstərilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Şirkət Filialın direktorunun aşağıdakı səlahiyyətlərini dəyişdirə və ya onlara əlavələr edə bilər:

·      Filialı idarə etmək;

·      Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda yerləşən bütün idarə, müəssisə və təşkilatlarda Filialın fəaliyyəti ilə bağlı şirkətin mənafeyini təmsil etmək;

·      bütün digər saziş və müqavilələri yerinə yetirmək, etibarnamə vermək və müvəkkil banklarda Filialın hesabını açmaq;

·      Filialın daxili vəzifə tələblərinin işlənib hazırlanmasına cavab vermək və onları şirkətin təsdiqinə vermək, həmçinin bu təminatların icrasını təmin edilməsi;

·      Filialın daxili menecmentinə aid olan əməliyyat məsələləri üzrə qərarlar qəbul etmək, sərəncam və əmrlər vermək;

·      Filial əməkdaşlarının təhsili ilə əlaqədar plan və tədbirlər üzrə təkliflər hazırlamaq, eləcə də bu təklif və planları Şirkətin təsdiqinə vermək;

·      şirkət tərəfindən baxılmaq üçün digər zəruri sənədləri və təklifləri hazırlamaq;

·      şirkət tərəfindən qəbul edilmiş qərarların icrasını təmin etmək;

·      Filialın əməkdaşlarını işə qəbul və işdən azad etmək;

·      Filialın fəaliyyəti ilə bağlı digər işləri görmək.

 

4.3. Filialın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti və onun təftişi şirkət tərəfindən təyin edilən müfəttiş və ya maliyyə-təftiş komissiyası həyata keçirir.

4.4. Filialın idarəetmə orqanlarının vəzifələri, funksiyaları və səlahiyyətləri şirkət tərəfindən onlara verilən daimi və ya birdəfəlik etibarnamələrlə müəyyən olunur.

4.5. Şirkət Filialın öhdəliklərinə görə tam məsuliyyət daşıyır.

 

5. FİLİALIN ƏMLAKI

 5.1. Filialın əmlakı Şirkət tərəfindən verilir. Filial yarananda ona verilən əmlakın ilkin miqdarı Şirkət tərəfindən müəyyən edilir.

5.2. Şirkətin istədiyi vaxt və heç bir məhdudiyyət qoymadan Filiala əlavə əmlak vermək və ya Filialın sərəncamında olan hər bir növ əmlakı bütövlüklə və ya qismən geri götürmək hüququ vardır. Filialın bütün əmlakı Şirkətin xüsusi mülkiyyətidir.

5.3. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə bütün vergilər ödəndikdən sonra Filialın əldə etdiyi xalis mənfəət Şirkətin göstərişi ilə istifadə olunur.

 

6.      FİLİALIN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ YA LƏĞVİ

Filialın fəaliyyətinin dayandırılması, yaxud onun ləğvi təsisçi şirkətin müvafiq qərarı əsasında və ya məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həyata keçirilir.

 

7. DİGƏR MÜDDƏALAR        

7.1. Filialın fəaliyyəti ilə bağlı, lakin bilavasitə bu əsasnamə ilə həlli müəyyən edilməyən bütün məsələlər Şirkət tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilir.

7.2. Gələcəkdə bu Əsasnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.  

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.