___________ Rayon Məhkəməsinin hakimi
cənab ________________________
___________________ saylı iş üzrə iddiaçı
Flankəs Flankəsova Flankəs qızı tərəfindən
Ə R İ Z Ə
(tələbin həcminin azaldılması barədə)
Bildirirəm ki, mən, Flankəs Flankəsova Flankəs qızı, borc tələbinə dair 00.00.2012-ci il tarixli iddia ərizəsi ilə ___________ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh _________________________ oğlundan 00.00. 2011-ci il tarixli borc müqaviləsi üzrə 1000 (bir min) manat pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasını xahiş etmişəm. Məhkəmə prosesi getdiyi dövrdə _________________________ oğlu mənə 100 (bir yüz) manat pul ödəmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
Odur ki, yuxarıda qeyd edilənləri və MPM-nin 53-cü maddəsinin tələblərini nəzərə alaraq Sizdən,
XAHİŞ EDİRƏM:
00.00. 2012-ci il tarixli iddia ərizəsinin tələb hissəsini aşağıdakı redaksiyada qəbul edəsiniz:
- “Cavabdeh _________________________ oğlundan 00.00. 2011-ci il tarixli borc müqaviləsi üzrə 900 (doqquz yüz) manat pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edəsiniz”.
Tarix:
İmza: İddiaçı Flankəs Flankəsova Flankəs qızı _______________________________