Tərcüməçinin vəzifə təlimati

 

                 «TƏSDİQ EDİRƏM»

 

« _________________ » Şirkətinin

Baş Direktoru

 

____________________F.Flankəsov

 

 «____»___________20__-ci il

      

 

Tərcüməçinin  vəzifə təlimati

           

1.  ÜMUMİ MÜDDƏALAR

 

1.1._____________ Şirkətinin ___________________Departamentinin Tərcüməçisi (sonradan müvafiq surətdə «Şirkət», «Departament»  və «Tərcüməçi» adlandırılırlar) bilavasitə ___________________ Departamentin rəisinə tabedir.

Tərcüməçinin cari işinə ümumi nəzarət edilməsi və Departamentin rəisinin göstərişi əsasında, onun tərəfindən ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinin yoxlanılması funksiyalarını Departamentin Aparıcı tərcüməçisi həyata keçirir.

1.2. Tərcüməçi öz işində Azərbaycan Respublikasının mövcud qanunvericiliyini, Şirkətin daxili normativ-hüquqi sənədlərini və bu Vəzifə Təlimatını rəhbər tutur.

1.3. Tərcüməçi vəzifəsinə, iş stajına heç bir tələb olmadan, ali təhsilli şəxslər təyin olunur.

 

2. VƏZİFƏLƏR

 

2.1. Elmi-texniki, ictimai-siyasi, iqtisadi və digər materialları, Şirkətin hüquqi və fiziki şəxslərlə yazışmasını, informasiya materiallarını Departamentin rəisi tərəfindən müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq tərcümə etmək.

2.2. Departamentin rəisinin razılığı ilə Şirkətin quruluş bölmələrinin fəaliyyətində tərtib olunan və ya bu bölmələrə daxil olan hər hansı sənəd və materialları tərcümə etmək.

2.3. Şirkətin və rəhbərliyinin, habelə zəruri hallarda quruluş bölmələri rəhbərlərinin apardığı danışıqlarda və görüşlərdə iştirak edib, sinxron şifahi tərcüməni təmin etmək.

2.4. Müəyyən olunmuş müddət ərzində şifahi, yazılı, tam və ya qısaldılmış materialları tərcümə etmək, bu zaman tərcümənin leksik, stilistik və məzmun etibarilə orijinala uyğun olmasını təmin etmək.

2.8. Əmək və istehsal intizamının, sanitariya, yanğından mühafizə və təhlükəsizlik texnikasının tələblərinə riayət etmək.

 

3. HÜQUQLARI

 

3.1. Tərcüməçi, öz səlahiyyətləri çərçivəsində, bütün meydana çıxan çatışmazlıqlar barədə Departamentin rəisinə məlumat verə bilər.

3.2. Departamentin rəisinə bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürə bilər.

 

4. MƏSULİYYƏT

 

4.1. Tərcüməçi:

- üzərinə düşən vəzifələrin vaxtında və keyfiyyətlə icrasına;

- kənar şəxslərə, habelə tərcümə etdiyi materiallara bilavasitə aidiyyəti olmayan Şirkətin işçilərinə həmin  materialların məzmununun açıqlandırılmasına;

-tərcümə etdiyi sənədlərin qorunub saxlanılmasına görə məsuliyyət daşıyır.

 4.2. Tərcüməçinin təqsiri üzündən Şirkətə vurulan maddi və ya mənəvi zərərə görə o, müəyyən olunmuş qaydada Şirkət qarşısında məsuliyyət daşıyır.

                                                 

                    «RAZILAŞDIRILMIŞDIR»:

____________ departamentinin Rəisi                            ____________________________

 

 

                                    «TANIŞ OLDU»

            Tərcüməçi:                                                            ____________________________

 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.