Təsis müqaviləsi

 

 

 

 

 

 

 

 

“_________________”

_______________ Cəmiyyətinin

 

T Ə S İ S  M Ü Q A V İ L Ə S İ

 

 

 

 

BAKI – 202_
“___________________” _____________ Cəmiyyətinin Təsis müqaviləsi

 

Bakı şəhəri                                                     “___” ________________ 202__-ci il        

 

Bundan sonra “Təsisçilər” adlandırılacaq:

 

_______________________________ ünvanı üzrə qeydiyyatda olan, __________ RPŞ tərəfindən ____________ tarixində verilmiş AZE seriyalı _______________ nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin sahibi ___________________;

_______________________________ ünvanı üzrə qeydiyyatda olan, __________ RPŞ tərəfindən ____________ tarixində verilmiş AZE seriyalı _______________ nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin sahibi ___________________ Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tutaraq bu Təsis Müqaviləsini aşağıdakılar barəsində bağladılar:

 

MADDƏ 1.

 

1.1. Təsisçilər “__________________” _________________ Cəmiyyətini (bundan sonra mətndə ismin müvafiq hallarında “Cəmiyyət” adlandırılacaq) təsis edirlər.

1.2. Cəmiyyətin təşkilati hüquqi forması: __________________ cəmiyyətdir.

1.5. Cəmiyyətin hüquqi ünvanı:___________________________.

 

MADDƏ 2.

 

2.1. Cəmiyyət Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir.

2.2. Cəmiyyət qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır.

2.3. Cəmiyyət qeyri-müəyyən müddətə yaradılır.

2.4. Cəmiyyət Azərbaycan Respublikasısın qüvvədə olan qanunvericiliyinə və özünün təsis sənədlərinə (bu Təsis Müqaviləsinə və Nizamnaməsinə) müvafiq fəaliyyət göstərir.

2.5. Azərbaycan Respublikası və yerli özünüidarəetmə orqanları (bələdiyyələr) Cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır, həmçinin Cəmiyyət də Azərbaycan Respublikasının və yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) öhdəliklərinə görə məsuliyyət daşımır.

2.6. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və ya Cəmiyyətin Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, Cəmiyyətin Təsisçisi (iştirakçısı) Cəmiyyətin öhdəlikləri üçün, Cəmiyyət isə Təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

 

MADDƏ 3.

 

3.1. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi sahibkarlıq fəaliyyəti həyata keçirərək mənfəət əldə etməkdən ibarətdir.

3.2. Cəmiyyətin fəaliyyətinin predmeti Cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilir.

 

MADDƏ 4.

 

4.1. Cəmiyyətin mülkiyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Cəmiyyətin əmlakı onun mülkiyyətini təşkil edən əsas fondlardan və dövriyyə vəsaitlərindən, habelə Cəmiyyətin müstəqil balansında dəyəri göstərilən digər qiymətli əşyalardan ibarətdir.

 

MADDƏ 5.

 

5.1. Təsisçilər Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə Cəmiyyətin nizamnamə kapitalını yaradırlar.

5.2. Cəmiyyətin nizamnamə kapitalına qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.

5.3. Təsisçilər Cəmiyyətin nizamnamə kpitalını qanunla müəyyən edilmiş qaydada formalaşdırlmalıdır.

5.4. Cəmiyyətin Təsisçiləri Cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.

5.5. Cəmiyyət təsis edilərkən bütün paylar təsisçilər arasında bölünməlidir.

5.6. Cəmiyyətin nizamnamə kapitalı __ (____) manat həcmində hər biri __ (___) manat olmaqla ___ (___) paydan (səhmdən) ibarətdir və Təsisçilər tərəfindən bir dəfəyə, pul şəklində ödənilməlidir.

5.7. Cəmiyyətin Təsisçilərinin (iştirakçılarının) nizamnamə kapitalındakı payları (səhmlər) aşağıdakı kimi müəyyən edilmişdir:

  • __________________ (AZE __________) - __ (____) manat, __ (____) pay, ___ (___) %.
  • __________________ (AZE __________) - __ (____) manat, __ (____) pay, ___ (___) %.

5.8. Cəmiyyətin nizamnamə kapitalındakı payların (səhmlərin) (onun bir hissəsinin) özgəninkiləşdirilməsi və başqasına keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında həyata keçirilir.

 

MADDƏ 6.

 

Cəmiyyətin idarəetmə strukturu Cəmiyyətin Nizamnaməsində müəyyən edilir.

 

MADDƏ 7.

 

7.1. Cəmiyyətin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər.

7.2. Xalis mənfəətin Cəmiyyətin maliyyə ili üzrə bölüşdürülməsi barədə qərar Cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada qəbul edilir.

7.3. Cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır.

 

MADDƏ 8.

 

8.1. Bu Müqavilə Təsisçilər tərəfindən imzalandığı gündən qüvvəyə minir.

8.2. Bu Müqaviləyə əlavə və dəyişikliklər edilməsi Müqavilə qüvvəyə mindikdən sonra Təsisçilərin Ümumi yığıncağının qərarı ilə həyata keçirilir.

8.3. Bu Müqavilə aşağıdakı hallarda qüvvədən düşmüş və ona xitam verilmiş hesab olunur:

          8.3.1. Cəmiyyət fəaliyyətinə xitam verdikdə;

          8.3.2. Cəmiyyət təsis sənədləri məhkəmə tərəfindən etibarsız sayıldıqda;

          8.3.3. qanunla müəyyən edilmiş digər hallarda.

 

MADDƏ 9.

 

Bu Təsis Müqaviləsinin icrası ilə əlaqədar mübahisələr Təsisçilər arasında danışıqlar yolu ilə həll edilir. Razılıq əldə edilməyən təqdirdə mübahisələrə qüvvədə olan qanunvericiliyə əsasən məhkəmədə baxılır.

 

TƏSİSÇİLƏR:

 

1.  ______________________       ____________

 

2. ________________________   ____________

 

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.