Xadimənin Vəzifə Təlimatı

 

 

«TƏSDİQ EDİRƏM»

“_________________” ASC-nin

İdarə Heyətinin sədri

____________________Flankəs Flankəsov

 «____»___________ 20___ il

 

 

 

     

Xadimənin Vəzifə Təlimatı

                                                                                                                                                         

1.       ÜMUMİ MÜDDƏALAR

 

1.1.            Yeməkxananın xadiməsi “_________________” ASC-nin İdarə Heyətinin sədri əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.

1.2.            “_________________” ASC-nin Yeməkxananın xadiməsi (sonradan müvafiq surətdə «Şirkət», «Yeməkxana» və «Xadimə» adlandırılırlar) bilavasitə Yeməkxananın supervayzerinə tabedir.

1.3.            Xadimə öz işində bu Vəzifə Təlimatını, Şirkətin əmrlərini, sərəncamlarını, əsasnamələrini, Azərbaycan Respublikasının mövcud qanunvericiliyini rəhbər tutur.

1.4.            Xadimə vəzifəsinə, orta təhsilli, ictimai iaşə üzrə vəzifələrdə 1 (bir) ildən az olmayaraq iş stajına malik olan  şəxs təyin olunur.

 

2.       VƏZİFƏLƏR

 

2.1.             Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

2.2.             Şirkətdə (yeməkxana ərazisində) təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq.

2.3.             Şirkətin rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək.

2.4.             İş yerinin hazırlanmaq və yığışdırmaq,

2.5.             Qabların yuyulması zamanı hazırlıq işlərini görmək.

2.6.             İstifadə olunmuş qabların stolların üstündən arabacığa və ya hərəkət edən xəttin üstünə yığmaq.

2.7.             Qablar olan arabacığın boşaldılmaq. Stolların üstünə salfet qablarının, ədvalar olan cihazların düzülməsi və iş günü ərzində onların doldurulması.

2.8.             Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır.

2.9.             Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etməlidir.

2.10.          Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.

2.11.          Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir

 

 

3.       HÜQUQLARI

 

3.1.             Bu Vəzifə Təlimatının nəzərdə tutduğu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olan işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.

3.2.             Vəzifələrini icra edərkən lazım olan məlumatları tələb etmək

3.3.             Xadimə öz səlahiyyətləri çərçivəsində, bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Yeməkxananın supervayzerinə məlumat vermək.

 

 

4.       MƏSULİYYƏT

 

4.1.             Xadimə bu Vəzifə Təlimatına müvafiq üzərinə düşən vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

4.2.             Xadimənin təqsiri üzündən Şirkətə vurulan maddi və  mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Şirkətə qarşısında məsuliyyət daşıyır.

           

  «Tanış olmuşdur»:

 

Xadimə:                                                ____________________________     

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.