Qeydiyyat № _________________
P R O T O K O L
zərər çəkmiş şəxsin (mülki iddiaçının, mülki cavabdehin) nümayəndəsinin hüquq və vəzifələrinin izah edilməsi haqqında
______________________ 20 ____ il ______________________ şəhəri
_____________________________________________________________________________
protokol tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, istintaq hərəkətinin aparıldığı yer
_____________________________________________________________________________
Azərbaycan Respublikası CPM-nin 51, 85 və 120-ci maddələrinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, _____________ nömrəli cinayət işi üzrə ______________________ 20 ____ il tarixli qərarla ______________________________ nümayəndəsi qismində tanınmış
zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin
__________________________________________ Azərbaycan Respublikası CPM-nin 102-ci
soyadı, adı, atasının adı
maddəsinə müvafiq olaraq cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin Azərbaycan Respublikası CPM-nin ______ maddəsində nəzərdə tutulan hüquqlarını, eləcə də:
ittihamın mahiyyətini bilmək;
Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
izahatlar vermək;
cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
etirazlar etmək və vəsatətlər vermək;
cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək;
özünün, yaxud təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclası protokolları ilə tanış olmaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolundakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək;
istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;
məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak etmək, həmçinin təmsil etdiyi şəxsin iştirak edə biləcəyi bütün digər məhkəmə iclaslarında eyni əsaslarla iştirak etmək;
birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin əvəzinə müvafiq olaraq giriş sözü, nitq və ya replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;
cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək;
təmsil etdiyi şəxsin hüquqlarından istifadə edərək məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər haqqında, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;
təmsil etdiyi şəxsin hüququndan istifadə edərək cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;
təmsil etdiyi şəxsin razılığı ilə onun üçün digər nümayəndə dəvət etmək və nümayəndəliyi digər şəxsə etibar etmək;
cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək;
təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan qərarın qəbul edilməsi barədə cinayət prosesini həyata keçirən orqandan məlumat almaq, öz xahişinə əsasən göstərilən qərarların surətlərini əldə etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları, həyata keçirdiyi, təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə haqlı olmadığı,
təmsil etdiyi şəxsin göstərişlərinə əməl etmək;
özünün nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək;
təmsil etdiyi şəxsin qanuni mənafeyinin müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;
məhkəmə iclasında qaydaya riayət etmək;
şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək vəzifələri izah edildi.
Həmçinin izah edildi ki, zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə verilmiş etibarnamədə nəzərdə tutulmuş halda nümayəndə, habelə vəzifəsinə görə mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil edən müvafiq hüquqi şəxsin rəhbəri öz səlahiyyəti daxilində Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada təmsil etdiyi şəxsin adından təmsil etdiyi şəxsə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə verilmiş şikayətdən imtina etmək, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq, nümayəndəsi olduğu zərər çəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etmək, təmsil etdiyi şəxsin verdiyi mülki iddiadan imtina etmək, təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş mülki iddianı qəbul etmək, təmsil etdiyi şəxsə məhkəmənin qərarı ilə verilmiş əmlakı almaq hüququna malikdir.
Protokolla tanış oldum, hüquq və vəzifələrim mənə izah edildi.
______________________________
zərər çəkmiş şəxsin, mülki iddiaçının,
______________________________ _____________________
mülki cavabdehin nümayəndəsi imza imza adı, soyadı
Protokolu tərtib etdi:
_________________________________
şəxsin vəzifəsi, rütbəsi
_________________________________ _____________________
imza adı, soyadı