Qeydiyyat № _________________
P R O T O K O L
_____________________________________________
zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, mülki cavabdehin qanuni nümayəndəsinin hüquq və vəzifələrinin izah edilməsi haqqında
______________________ 20 ____ il ______________________ şəhəri
_____________________________________________________________________________
protokol tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, istintaq hərəkətinin aparıldığı yer
_____________________________________________________________________________
Azərbaycan Respublikası CPM-nin 51, 85 və 120-ci maddələrinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, ______________ nömrəli cinayət işi üzrə ______________________ 20 ____ il tarixli qərarla ___________________________________________________ qanuni
zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, mülki cavabdehin
nümayəndəsi qismində tanınmış ______________________________ Azərbaycan Respublikası
soyadı, adı, atasının adı
CPM-nin 101-ci maddəsində nəzərdə tutulmuş:
ittihamın (şübhəli şəxsin qanuni nümayəndəsi şübhənin) mahiyyətini bilmək;
təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək və onu müşayiət etmək;
söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təmsil etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
izahatlar vermək;
cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
etirazlar etmək və vəsatətlər vermək;
cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək;
özünün və ya təmsil etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolu ilə tanış olmaq;
iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolunda yazılanların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;
təmsil etdiyi şübhəli və ya təqsirləndirilən şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanılmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;
ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;
birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
təmsil etdiyi zərər çəkmiş və ya təqsirləndirilən şəxsin müvafiq olaraq nümayəndəsi, yaxud müdafiəçisi olmadıqda, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;
cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və təmsil etdiyi şəxsin, habelə özünün hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və cinayət prosesini həyata keçirən orqandan öz xahişi ilə bu qərarların surətini əldə etmək;
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və ya hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından şikayət vermək;
verdiyi hər hansı şikayətdən imtina etmək;
cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək;
təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan şikayətlə əlaqədar məhkəmə iclasında cinayət işinə kasassiya, əlavə kasassiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və işin materiallarının tədqiqində iştirak etmək;
məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;
digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;
təmsil etdiyi şəxs üçün müvafiq müdafiəçi və nümayəndə dəvət etmək və onların səlahiyyətlərinə xitam vermək;
cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsi və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın kompensasiyasını almaq;
təmsil etdiyi şəxsdən cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi və ya digər əsaslarla götürülmüş əmlakı, habelə ona məxsus olan rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən təmsil etdiyi şəxsə məxsus əmlakı geri almaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları,
cinayət prosesini həyata keçirən orqana qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək;
cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;
cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmə iclası zalını tərk etməmək;
məhkəmə iclasında qaydaya riayət etmək;
şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək vəzifələri izah edildi.
Həmçinin təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə, o cümlədən təqsirləndirilən şəxsin adından müdafiəçidən imtina etməyə haqlı olmadığı, fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsinin cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirdiyi və təmsil etdiyi zərər çəkmiş şəxsin razılığı ilə onun adından həyata keçirilən ittihamdan imtina etməyə, habelə onun müdafiəçisinin səlahiyyətlərinə xitam verməyə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ona qarşı törədilməsi haqqında şikayətdən imtina etməyə, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxslə, yaxud mülki cavabdehlə barışmağa, verdiyi mülki iddiadan imtina etməyə, ona qarşı verilmiş mülki iddianı qəbul etməyə, habelə onun hüquq və qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etməyə, təmsil etdiyi şəxsin niyyətini bilməyə haqlı olduğu izah edildi.
Protokolla tanış oldum, hüquq və vəzifələrim mənə izah edildi.
______________________________
zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən
______________________________ _____________________
şəxsin, mülki cavabdehin qanuni nümayəndəsi imza adı, soyadı
Protokolu tərtib etdi:
_________________________________
şəxsin vəzifəsi, rütbəsi
_________________________________ _____________________
imza adı, soyadı