8 июня 2016

Ödəmə mənbəyindən tutulan vergilərin növləri ilə aşağıda tanış ola biləcəksiniz (dividend, icarə və s.). 

 

Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması

122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

5 июня 2016

Elə növ xərclər var ki, onlar gəlirdən çıxıla bilməz. Bu cür xərclər VM-nin 119-cu maddəsində göstərilir. Həmçinin, əgər əldə olunan gəliri hesabına kompensasiya etmək niyyətiniz varsa 120-ci və 121-ci maddələrlə tanış olmağınız məsləhətdir. 

 

Maddə 119. Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması.

119.1. Aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

2 июня 2016

Gəlirdən çıxılan digər xərlər.

Maddə 117. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclərin gəlirdən çıxılması

117.1. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.

30 мая 2016

Hal-hazırda Azərbaycanda, xüsusilə Bakı və Suqayıt şəhərlərində surətlə yeni binalar ucaldılır. Bəziləri, vətəndaşlar üçün güzəştli şərtlərlə mənzillər təklif edir. Tikinti prosesi dövlət  qurumlarının nəzarəti altında həyata keçirilir, ona görə də tikinti işləri müəyyən stardartların çərçivəsində keçirilməsi təmin olunur. 

Amma yenə də insanlar problemlərlə üzləşir. Əvvəlcədən detallara fikir verməyərək, sonradan peşmançılıq çəkirlər. 

28 мая 2016

Təmirlə və sığorta ilə bağlı xərclər də çəlirdən çıxıla bilər. Bununla bağlı ətraflı məlumat almaq üçün aşağıdakı maddələrlə tanış ola bilərsiniz

Maddə 115. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

25 мая 2016

Aşağıdakı, VM-nin 114-cü maddəsi, daha çox mühasiblərə aiddir. Çünki əsas və digər vəsaitlərin qiymətləndirilməsi, hesablanması, amortizasiyanın qiymətləndirilməsi və s. daha çox mühasibatlığa aiddir. Amma hər bir sahibkarın bu maddədən xəbəri olmalıdır (əgər qənaət etmək istəyirsə).

Maddə 114. Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər

22 мая 2016

Keçən bloq yazımda gəlirdən çıxılmayan xərclər barədə danışmışdıq. Bu mövzunun davamı olaraq ümidsiz borclara, ehtiyat sığorta fondlarına, elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclərə aid maddələrlə tanış olacayıq. Bu cür xərclər gəlirdən çıxıla bilər (yəni vergiyə cəlb olunmur). Bu maddələr sahibkarlara  qənaət etməyə kömək edə bilər.  

Maddə 111. Ümidsiz borcların gəlirdən çıxılması

19 мая 2016

Gəlirdən hansı xərclər çıxılır? Elə növ xərclər var ki, onlar gəlirdən çıxıla bilər, elələri var ki, gəlirdən çıxılmamış vergiyə cəlb olunur. Misal üçün şirkərtin işçiləri ezamiyyətə göndərilir. Ezamiyyətlə bağlı, bildiyiniz kimi, müvafiq məbləğlər ayrılmalıdır (həmin normalar Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir, həmçinin ezamiyyə xərcləri bağlı Maliyyə Nazirliyinin müvafiq normativ aktı var) bu xərclər (əgər normalara uyğundursa) gəlirdən çıxılır. 

Aşağıdakı maddələr bu barədə daha ətraflı mılumat verəcək.

 

15 мая 2016

Bir müddət bundan əvvəl, VM-nin 102-ci maddəsinə toxunarkən, gəlir vergisindən azadolmalar və güzəştlərdən danışmışdıq.  Bu gün də müvafiq azadolmalar və güzəştlərdən yazacayıq, amma bunlar bir az fəqrqlidir, çünki hüquqi şəxslərə aiddir. 

Həmçinin, 10-cu fəslin (Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr) ilk iki maddəsi ilə də tanış olacayıq. 

 

Maddə 106. Azadolmalar və güzəştlər

106.1. Vergidən azaddır:

12 мая 2016

Artıq biz Vergi Məcəlləsinin 9-cu fəslinə (Hüquqi şəxslərin mənfəət vergisi) çatmışıq. Bu növ vergi ödəyiciləri üçün fərqli vergi dərəcəsi tətbiq olunur (20%). Həmçinin vergi obeykti ilə bağlı müəyyən xüsusiyyətlər var. Bu gün 9-cu fəslin cəmi üç maddəsi ilə tanış olağayıq. 

 

Maddə 103. Vergi ödəyiciləri

103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.

10 мая 2016

Azərbaycan vergi qanunvericiliyində müvafiq azadolmalar və güzəştlər də nəzərdə tutulub. Aşağıda onlarla tanış ola bilərsiniz.

 

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər

102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

4 мая 2016

Çoxlarınıza maraqlıdır ki, bizdən nə qədər vergi tutulmalıdır. Düz tutulur, yoxsa yox. Bu barədə dəqiq məlumat Vergi Məcəlləsinin 101-ci maddəsi bizə verəcək. Əgər işçi kimi, əmək müqaviləsinə uyğun olaraq əmək haqqı alırsınız və 2500 manatadək  maaşınız varsa, onda dövlətə 14% vergi ödəməli olacaqsınız (DSMF-ə ödənilən haqq nəzərə alınmadan). Əgər maaşınız 2500 manatdan çoxdursa, 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi dövlətə vergi ödəməli olacaqsınız.

29 апреля 2016

Gəlirlə bağlı keçən dəfə ilkin məlumatı nəzərənizə çatdımışdıq.Bu gün də adı çəkilən mövzunu inkişaf edəcəyik. Muzdlu işlə əlaqədar alınan gəlir barədə 98-ci maddə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir barədə isə 99-cu maddə məlumat verir. 

Muzdlu işlə bağlı gəlir - əmək haqqı.

Muzdlu işə aid olmayan gəlir isə digər gəlirlərdir, bura həm sahibkarlıq, həm qeyri-sahibkarlıq fəaliyyət növləri aiddir. Bunlar barədə VM-nin 99-cu maddədən öyrənə biləcəksiniz. 

 

 

Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

27 апреля 2016

Gəlirə nə daxildir. Aşağıdakı maddələr bu barədə sizə müəyyən məlumat verəcək. Bu mövzu çox həssasdır və onu tənzimləmək hər zaman mümkün olmur. Misal üçün 97.1-ci maddəsində göstərilir ki,  rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.Rezident olmaq üçün Azərbaycan Respublikasının vətəndaşı olmaq kifayətdir. 

24 апреля 2016

Növbəti mövzumuz, fiziki şəxslərin gəlir vergisinə aiddir. Buna VM-nin 8-ci fəsli həsr olunur. Həmçinin, qeyd olunmalıdır ki, biz artıq Xüsusi Hissəyə keçirik. Burda rezidentlər, qeyri-rezidentlər, vergi obyektin detalları və s barədə məlumatı əldə edəcəyik. Bu gün isə sadəcə 2 maddəyə diqqət yetirəcəyik.

 

Maddə 95. Vergi ödəyiciləri

Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.

 

Maddə 96. Vergitutma obyekti

20 апреля 2016

Keçən dəfə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə məlumatlandırmışdıq. Bu dəfə isə həmin əmlakın hesabına verginin tutulması barədə danışacayıq. 

Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası

17 апреля 2016

Vergi ödəyicisi vergi borclarını, vergi borcu üzrə hesablanmış faizlərini vermədikdə onun əmlakı siyahıya alına bilər və həmin əmlak vasitəsilə ödənilə bilər. Əmlakın siyahıya alınması qaydası aşağıda göstərilir.

Maddə 89. Əmlakın siyahıya alınması

13 апреля 2016

Artıq ödənilmiş vergilərin qaytarılması vergi ödəyiciləri üçün maraqlı mövzu ola bilər. Ona görə də mövzuya dair bir az ətraflı məlumatı verə bilərik. Belə ki, VM-nin 87.4-cü maddəsində göstərilib ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu müddəa bizi başqa normativ akta yönəldir. Həmin müvafiq icra hakimiyyəti orqanı - Nazirlər Kabinetidir. Və qeyd olunan qaydadalarla aşağıda tanış ola bilərsiniz:

10 апреля 2016

Vergi Məcəlləsinin aşağıdakı maddələri vergi öhdəliyinin yerinə yetirilməsi müddətinə və yerinə aiddir. Bu müddətlərlə ehtiyatlı olmaq lazımdır, çünki adıçəkilən müddətlər pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi faiz ödəyə bilər.

Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi

85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.

7 апреля 2016

Vergi ğd\yicisi tərəfindən hesablanan vergilər hər zaman düzgün olmaya da bilər. Buna görə də vergi orqanı vergiləri yenidən hesablaya bilər. Amma bunun üçün müvafiq əsaslar olmalıdır. Bu əsaslar VM-nin 83 maddəsində göstərilib. Həmçinin verginin hesablanması haqqında bildiriş (m.84) barədə də oxuya bilərsiniz.

Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması

Страницы

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.