Vergi qanunvericiliyini öyrənək. Dərs #7

Аватар пользователя Ramil Gachay

Dejure.az-ın hörmətli istifadəçiləri vergi qanunvericiliyində mürəkkəb sözlərlə və ya ifadələrlə rastlaşanda çox da üzülməyin. Bunlar təbiidir, çünki ola bilsin vergi işi ilə ilk dəfə rastlaşırsınız. Nəyisə bilməmək ayıb deyil. Biz sadəcə öyrənirik.

Misal üçün bü günkü mövzumuz Vergi Məcəlləsinin 12-ci maddəsidir və bu maddədə çoxlu qəliz ifadələr görə bilərsiniz (vergi obyekti, vergitutma bazası və s.).

Biz onlarla sadəcə tanış oluruq. Biz bilməlyik ki, belə söz birləşmələri hər hansı məna daşıyır və bu mənalara daha sonra baxacayıq, indi isə elə-belə nəzərdən keçiririk. Çünki bu şərtdir. Əgər biz asan yerdən yolumuzdan dönsək, çətin yerinə heç vaxt çatmarıq.

Vergitutma obyektinin anlayışı asandır. Onun anlayışı 12.3-cü maddəsində göstərilib. Misal üçün gəlir vergitutma obyektidir. Lap dəqiq misal (sadələşdirilmiş veri ödəyiciləri üçün): iş gördünüz, 100 manat qazandınız - bu sizin gəlirinizdir və eyni zamanda vergitutma obyektidir, çünki bu 100 manatdan 4 manat vergi ödəyəcəksiniz (yəni 100 manatdan 4%).

Bu maddənin sonuncu hissəsində vergitutma bazasının anlayışı göstərilib, amma bu anlayış ola bilsin sizə heçnə demir. Ona görə bu dərsdə yalnız bununla bağlı misal göstərəcəyik.

Misal üçün, VM-nin 172.4.1. maddəsinə əsasən digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir. Yəqin bu misalda "malların dəyəri" və "vergitutma bazası" ifadələr arasında bağlılığı sizdə görürsünüz.

Daha bir misal: Azərbaycan Respublikası ərazisindən digər ölkələrə keçən marşrutlar üzrə turist xidmətləri göstərən şəxslər üçün turist xidmətlərinin (Azərbaycan Respublikası ərazisindən kənarda göstərilən xidmətlər istisna olmaqla) dəyəri, turist vərəqələrini təqdim edən şəxslər (agentlər) üçün isə bu təqdimetmə üzrə göstərilən xidmətlərin dəyəri vergitutma bazası hesab edilir (VM m.172.5.3). Burda da eyni: dəyər - baza.

 

Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri

12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

12.1.1. vergitutma obyekti;

12.1.2. vergitutma bazası;

12.1.3. vergi dövrü;

12.1.4. vergi dərəcəsi;

12.1.5. verginin hesablanması qaydası;

12.1.6. verginin ödənilməsi qaydası və müddəti.

12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.

12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.