Vergi qanunvericiliyini öyrənək. Dərs #17

Аватар пользователя Ramil Gachay

Vergi Məcəlləsində vergi işçilərin statusuna da kifayət qədər yer ayrılıb. Bu müddəalar vergi ödəyiciləri üçün çox vacib olmasa da, biz onlara toxunacayıq. Belə ki bu gün 3 maddəni nəzərdən keçirəcəyik: 26, 27 və 28. 

26-cı maddə vergi orqanlarının digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri barədə danışır. Bu maddədə ümumi ifadəlr istifadə edilir və vergi işçiləri üçün daha böyük əhəmiyyət kəsb edir (misal üçün hər hansı dövlət qurumundan məlumat allarkən).

27-ci məddəsində bəzi müddəalar bizə maraqlı ola bilər. Misal üçün vergi orqanlarının vəzifəli şəxsləri Prezident təyin edir. Baxmayaraq ki, 27.2-ci maddəsində bu məlumat birbaşa göstərilməsə də, onu  30.08.2000-ci il tarixli 393 saylı Fərmanda tapa bilərsiniz.

Bu maddədə korrupsiya ilə mübarizəyə aid bir müddəanı da görə bilərsiniz. Belə ki, vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər. Ona görə əgər vergi işçisini bahalı maşında görsəniz və ya 3-4 mərtəbəli sarayın mülkiyyətçisi olduğunu bilsəniz, bilin ki, həmin vergi işçisisi ya alimdir, ya müəllimdir və ya da ki, müğənnidir. Başqa cür onlar pul qazana bilməzlər. 

Və nəhayət 28-ci maddə. Bu maddədə vəzifəli şəxslərinin xüsusi rütbələri, onların geyim forması və fərqlənmə nişanları barədə məlumat verilir. Bu barədə ətraflı məlumatı Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanunda əldə edə bilərsiniz. Qeyd olunan məsələ ilə bağlı digər normativ aktlar aşağıdakılardır:

Bu günə, bu qədər.

 

Maddə 26. Vergi orqanlarının digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri

26.1. Vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər.

26.2. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar.

26.3. Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanına verməlidir.

 

Maddə 27. Vergi orqanlarının vəzifəli şəxsləri

27.1. Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar.

27.2. Vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad olunur.

27.3. Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.

 

Maddə 28. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri

28.1. Vergi orqanlarının vəzifəli şəxslərinə tutduğu vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir.

28.2. Xüsusi rütbələrin verilməsi, həmin rütbələrdən məhrum edilməsi qaydası və xüsusi rütbələrlə bağlı digər məsələlər qanunvericiliklə müəyyən edilir.

28.3. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanları vardır. Həmin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.