Vergi qanunvericiliyini öyrənək. Dərs #57 (Gəlir vergisinin dərəcəsi)

Аватар пользователя Ramil Gachay

Çoxlarınıza maraqlıdır ki, bizdən nə qədər vergi tutulmalıdır. Düz tutulur, yoxsa yox. Bu barədə dəqiq məlumat Vergi Məcəlləsinin 101-ci maddəsi bizə verəcək. Əgər işçi kimi, əmək müqaviləsinə uyğun olaraq əmək haqqı alırsınız və 2500 manatadək  maaşınız varsa, onda dövlətə 14% vergi ödəməli olacaqsınız (DSMF-ə ödənilən haqq nəzərə alınmadan). Əgər maaşınız 2500 manatdan çoxdursa, 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi dövlətə vergi ödəməli olacaqsınız.

Bu maddə ilə baqa dərəcərədə tətbiq edilir, amma bu dərəcələr müəyyən sahələrə aiddir.  Misal üçün, idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.

 

Maddə 101. Gəlir vergisinin dərəcəsi

101.1. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

 

1-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

 

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci, 150.1.2-ci, 150.1.3-cü və 150.1.7-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu maddədə nəzərdə tutulan 1-ci cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir.

101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

 

2-ci cədvəl

Vergi tutulan illik gəlirin məbləği

Verginin məbləği

30000 manatadək

14 faiz

30000 manatdan çox olduqda

4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi

 

101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

101.4. Xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.

101.5. İdman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.