Hakimliyə namizədlərin nəzərinə: İmtahana buraxılış vərəqələri iyunun 8-dək ala bilərlər

Аватар пользователя Ramil Gachay

Mətbuatda məlumat verildiyi kimi hakimliyə namizədlərlə test imtahanı iyun ayının 9-da bütün namizədlərlə vahid auditoriyada – "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində keçiriləcəkdir. Bununla əlaqədar hakimliyə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni almağa dəvət olunurlar. 

Buraxılış vərəqəsi Hakimlərin Seçki Komitəsindən iyun ayının 8-dək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır. 

İmtahan keçirildiyi ünvana saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır. 

Əlaqə telefonları: (012) 510-22-97; (051) 510-22-97

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.