Vergi qanunvericiliyini öyrənək. Dərs #86

Аватар пользователя Ramil Gachay

Maddə 188. Azadolmalar

188.1. Aşağıdakılar aksizdən azad edilir:

188.1.1. fiziki şəxsin fərdi istehlakı üçün üç litr alkoqollu içkinin, 600 ədəd siqaretin, 20 qram  qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq; 

188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;

188.1.3. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;

188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

 

Maddə 189. İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi

189.1. Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

189.2. Bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab-faktura, xammal və materiallar idxal edildikdə isə - müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır.

 

Maddə 190. Aksizli malların siyahısı və vergi dərəcələri

190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:

- içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;

- tütün məmulatları;

- neft məhsulları.

- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);

- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;

- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz.

190.2. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

190.3. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə - 2,0 manat;

190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 2,0 manat;

190.3.3. konyak və konyak materialları - hər litrinə 6,0 manat;

190.3.4. şampan şərabı - hər litrinə 2,5 manat;

190.3.5. şərablar və şərab materialları - hər litrinə 0,1 manat;

190.3.6. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli - digər içkilər hər litrinə 0,2 manat;

190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə 10,0 manat;

190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 4,0 manat.

190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:

Vergitutma obyektinin adı

Aksiz dərəcəsi

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20 manat

- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda

400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kubsantimetrinə  görə - 3 manat

 

190.4.2. idxal olunan platinin hər qramına görə -  2,0 manat;

190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - 0,8 manat;

190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - 1,0 manat;

190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - 1,2 manat;

190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - 1,5 manat;

190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - 1,8 manat;

190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - 2,0 manat;

190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda,  aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

190.4.4.2.1.  1 karatdan 2 karatadək olduqda -  2,0;

190.4.4.2.2.  2 karatdan 3 karatadək olduqda -  3,0;

190.4.4.2.3.  3 karatdan 4 karatadək olduqda -  4,0;

190.4.4.2.4.  4 karatdan 5 karatadək olduqda -  5,0;

190.4.4.2.5.  5 karatdan yuxarı olduqda - 10,0.

190.5. Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına, minik avtomobillərinə və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.