Vergi qanunvericiliyini öyrənək. Dərs #92 (Mədən vergisi)

Аватар пользователя Ramil Gachay

XVI fəsil. Mədən vergisi

Maddə 213. Mədən vergisi

Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur.

 

Maddə 214. Vergi ödəyiciləri

214. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

 

Maddə 215. Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir.

 

Maddə 216. Verginin dərəcələri

216.1. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı

Mədən vergisinin  dərəcələri (faizlə)

Xam neft

26

Təbii qaz

20

Filiz faydalı qazıntıları:

- bütün növ metallar

 

3

 

216.2. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı

Mədən vergisinin dərəcələri

(manatla)

Qeyri-filiz faydalı qazıntıları:

 

- seolit

1,0

- barit

1,0

- mişar daşları

2,0

- çınqıl xammalı

1,0

- yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər

1,0

- bentonit gilləri

1,0

- kərpic-kirəmit gilləri

1,0

- vulkan külü və pemza

1,0

- kvars qumları

1,0

- tikinti qumları

1,0

- sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)

1,0

- üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)

1,0

- qiymətli və yarımqiymətli bəzək daşları

6,0

- duz

6,0

- yodlu-bromlu sular

0,04

- mineral sular

10,0

 

 

Maddə 217. Verginin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi

217.1. Mədən vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə, 216.2-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır.

217.2. Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.

217.3. Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən kec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verirlər.

217.4. Bu maddədə müəyyən edilən qaydada hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

217.5. Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları çınqıl xammalı aid edilir.

217.6 Xam neftin və qazın hasilatı zamanı bu Məcəllənin 217.1-ci maddəsinə uyğun olaraq mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır.

Теги: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.