Search

Аватар пользователя Ramil Gachay

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

       1.         Hüquqşünaslıq;
       2.         Beynəlxalq hüquq;
       3.         Maliyyə;
       4.         İqtisadiyyat;
       5.         Statistika;
       6.         Beynəlxalq iqtisadi münasibətlər;
       7.         Mühasibat uçotu və audit;
       8.         Maliyyə və kredit;
       9.         İqtisadiyyatın tənzimlənməsi;
      10.        Əməyin iqtisadiyyatı və sosiologiyası;
      11.        İqtisadi kibernetika;
      12.        Qiymət və qiymətin əmələ gəlməsi;
      13.        Xəzinə əməliyyatlarının uçotu;
      14.        İqtisadi nəzəriyyə;
      15.        Vergilər və vergitutma;
      16.        Sığorta işinin təşkili;
      17.        Milli hesablar sistemi;
      18.        Qiymətləndirmə (sahələr üzrə);
      19.        Qiymətli kağızlar;
      20.        İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə);
      21.        Aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi;
      22.        Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi;
      23.        Gömrük işinin təşkili;
      24.        İqtisadiyyatın hüquqi tənzimlənməsi;
      25.        Vergi işinin təşkili və idarə edilməsi;
      26.        Tətbiqi riyaziyyat;
      27.        İnformatika;
      28.        İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
      29.        Maliyyə nəzarəti və audit.

MBA proqamı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna Komissiya tərəfindən baxılaraq qərar verilir.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

-  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

-  üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.08.2017-ci il saat 10:00-dan 13.09.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.  Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Elektron ərizə vermiş namizədlər 18- 20.10.2017-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 21.10.2017-ci iltarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı 28.08.2017-ci il tarixdə Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir. 

Diqqət! Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə müvafiq olaraq Vergilər Nazirliyinin Tədris Mərkəzinin vakant olan vəzifələri üzrə aşağıdakı tələblərə malik olan və həmin vəzifələrə işə qəbul olunmaq istəyən vətəndaşların işə qəbulla bağlı ərizələri elektron sənəd qəbulu dövründə Vergilər Nazirliyinin inzibati binasında (əlbə-əl) qəbul edilir:

İqtisadiyyat və menecment kafedrasının müəllimi:

Namizədlərə tələblər:

-         İqtisadiyyat sahəsində ali təhsil (minimum magistr səviyyəsi);

-         Elmi və pedaqoji sahədə minimum 2 il iş stajı;

-         İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;

-         Təlimlərin aparılması texnologiyası və qaydaları üzrə zəruri biliklər;

-         Yüksək səviyyədə nitq və ünsiyyət qurma bacarıqları;

-         Müasir təlim metod və alətlərindən istifadə etmə bacarıqları;

-         Auditoriyanı idarəetmə bacarığı;

-         Təlimin xüsusiyyətindən asılı olaraq MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.

 

Elmi-tədqiqat bölməsinin elmi işçisi:

Namizədlərə tələblər:

-         İqtisadiyyat və ya hüquq sahəsində ali təhsil (minimum magistr səviyyəsi);

-         Elmi-tədqiqat sahəsində minimum 2 il iş stajı;

-         İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;

-         Elmi-tədqiqat işləri aparmaq və müvafiq işləri yerinə yetirmək bacarığı;

-         MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.

Müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. Müsabiqə zamanı xarici dil biliklərinə və elmi dərəcəyə malik olan namizədlərə üstünlük veriləcəkdir.

Vergilər Nazirliyinin Tədris Mərkəzi Şamaxı rayonu, Nağaraxana kəndində yerləşir. Tədris Mərkəzinin Əsasnaməsi, vakant vəzifələrin mövcud olduğu kafedranın və bölmənin Əsasnamələri və həmin vəzifələrin təlimatları ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin internet səhifəsinin (www.tedris.taxes.gov.az) “Normativ sənədlər” bölməsində tanış olmaq olar.

Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

Аватар пользователя Ramil Gachay

Dövlət İmtahan Mərkəzi yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Məlumata görə, imtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov imtahan qabağı Femida.az-ın suallarını cavablandırıb.

Anar müəllim, imtahan suallarının tərtibində əvvəlki illərdən fərqli cəhətləri varmı?

- Ən əsası bu il düşəcək suallar əvvəlki illərlə müqayisədə daha asan olacaq. Sualların 60 faizə qədər olan hissəsini asan suallar təşkil edir. Bu imtahanda çətinlik təşkil edən suallar azdır. Məqsədimiz cənab Prezident İlham Əliyevin məlum sərəncamını daha yüksək səviyyədə icra etmək və ölkədə vəkillərin sayını artırmaqdır.

- İmtahana üzrlü səbəblərdən gələ bilməyən şəxslərin əlavə şansı olacaqmı?

- Əlbəttə olacaq. Onların sənədləri bizdə qalır. Növbəti imtahanda ərizə yazıb iştirak edə bilərlər.

- Növbəti imtahan nə vaxt olacaq?

- Biz növbəti imtahanı elə bu il ərazində keçirməyi planlaşdırırıq.Ola bilsin ki, bir ildə 3 dəfə imtahan keçirəcək. Məqsədimiz isə daha çox namizədin uğur qazanmasını təmin etməkdir.Buna görə də, bu imtahanda iştirak edə bilməyən şəxslər növbəti imtahana qatıla bilər.

- Sualları kimlər tərtib edib?

- Sualların tərtib edilməsində şəxsən özüm də iştirak etmişəm. Bundan əlavə peşəkar vəkillərin də əməyindən istifadə olunub.

- İmtahanlar harada keçiriləcək?

- Bu il imtahanlar Bakı şəhərində 4 binada təşkil olunacaq.Növbəti imtahan vahid zalda keçiriləcək.

- Sənəd qəbulunun gələcəkdə elektron qaydada aparılması nəzərdə tutulurmu?

- Bəli, bunun üzərində iş aparılır.

- Vəkillər Kollegiyasının sədri kimi imtahanda iştirak edəcək şəxslərə sözünüz nədir?

- İlk növbədə namizədlərə uğurlar arzu edirəm. Hamıdan çox onların uğur qazanmasını demək olar ki, mən istəyirəm. Bundan sonra da vəkil olmaq istəyən şəxslərə dəstək olacaq. 

Аватар пользователя Ramil Gachay

Mətbuatda məlumat verildiyi kimi hakimliyə namizədlərlə test imtahanı iyun ayının 9-da bütün namizədlərlə vahid auditoriyada – "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində keçiriləcəkdir. Bununla əlaqədar hakimliyə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni almağa dəvət olunurlar. 

Buraxılış vərəqəsi Hakimlərin Seçki Komitəsindən iyun ayının 8-dək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır. 

İmtahan keçirildiyi ünvana saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır. 

Əlaqə telefonları: (012) 510-22-97; (051) 510-22-97

Аватар пользователя Ramil Gachay

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar qeyd olunmuş, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər müzakirə edilmişdir. 

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin, hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir. 

Qeyd olunmuşdur ki, hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin edilmişlər. Hakimlərin hazırki seçimi prosesi ilə bağlı namizədliyini irəli sürmüş 800 hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilmiş, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunmuş və bütün imtahan prosesi “on-layn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır. İmtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilmişdir. 

İclasda hakimliyə namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə toxunulmuş, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi vurğulanmışdır. 

Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları və süründürməçilik hallarına yol verdiklərinə görə Şəki Apellyasiya Məhkəməsinin hakimi İmamverdi Şükürova, Beyləqan Rayon Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət verilmiş, qanunvericiliyin pozulması halları ilə bağlı hakimlər barədə 5 intizam icraatı başlanılmışdır.

http://www.judicialcouncil.gov.az/

07 yanvar 2023-cü il tarixində Vəkillərin İxtisas Komissiyasının iclası keçirilmişdir. İclasda Komissiyanın yeni tərkibi formalaşmışdır. Belə ki, Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru Turqay Hüseynov sədr, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə isə sədr müavini seçilmişdir.   Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının İnsan resursları şöbəsinin müdiri Orxan Babayev isə Komissiyanın katibi seçilmişdir.

Qeyd edək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılmışdır. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır.

https://barassociation.az/news/1013

Аватар пользователя Ramil Gachay

Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 23.02.2021-27.04.2021-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilmişdir.

İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 117 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. 03.05.2021-ci il tarixdə saat 09:00-da başlayacaq icbari təlim ZOOM proqramı vasitəsilə distant formada keçiriləcək. İcbari təlimdə iştirak edəcək namizədlərə əlavə məlumat veriləcəkdir.

Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin 

SİYAHISI

  1. Abdınov Musa Saleh oğlu
  2. Abdullayev Vüsal Noşət oğlu
  3. Abdullayev Zaur İmran oğlu
  4. Ağamedov Nadir Nizamoviç
  5. Ağayev Yusif Ağaəsgər oğlu
  6. Allahquliyev İlkin Arzu oğlu
  7. Aslanov Kamal Sahib oğlu
  8. Babayev Azər Nazim oğlu
  9. Babayev Nazim Əziz oğlu
  10. Bağırov Mirhikmət İsa oğlu
  11. Bayramov Ceyhun Qəhrəman oğlu
  12. Binnətov Tural Faiq oğlu
  13. Cəfərov Həbib Rəhim oğlu
  14. Cəfərova Aytac İlham qızı
  15. Çələbiyev Xəyal Eldar oğlu
  16. Darçınova Lalə İlqar qızı
  17. Əbdürəhimli Toğrul Natiq oğlu
  18. Əfəndizadə Həmdiyyə Natiq oğlu
  19. Əhmədov Pərvin Şakir oğlu
  20. Əliyev Elbrus İsmayıl oğlu
  21. Əliyev Fərid Mehdi oğlu
  22. Əliyev Qaya İbad oğlu
  23. Əliyev Orxan Əli oğlu
  24. Əliyev Orxan Heybət oğlu
  25. Əliyev Ramil Fəhrad oğlu
  26. Əliyev Tərlan Dilsuz oğlu
  27. Əliyev Zaur İsmayıl oğlu
  28. Əliyeva Kəmalə Rəhman qızı
  29. Əliyeva Səadət Yusif qızı
  30. Əmənullayev Feyruz Əfladin oğlu
  31. Əmirov Elçin Arif oğlu
  32. Əsədov Sənan Qulu oğlu
  33. Əsgərov Xəyyam Baxşəli oğlu
  34. Əsgərova Vüsalə Elçin qızı
  35. Əskərov Elxan Əjdər oğlu
  36. Gözəlov Emil Eldar oğlu
  37. Hacıyev Cavidan Natiq oğlu
  38. Hacıyev Fəzail Hacı oğlu
  39. Haqverdiyev Ceyhun Ehtibar oğlu
  40. Həsənov Emil Fuad oğlu
  41. Həsənov İlyas Hüsən oğlu
  42. Həsənov Səfərəli Qəribala oğlu
  43. Həsənzadə Haqverdi Nəbi oğlu
  44. Həşimov Namiq Yusif oğlu
  45. Hümbətov Yusif Zülfüqar oğlu
  46. Hüseynov Əliyar Akif oğlu
  47. Xəlilrəhmon Nərgiz XXX qızı
  48. Xudiyev Araz Sadəddin oğlu
  49. İbadov Sərxan Saleh oğlu
  50. İbrahimli Röyal Nizami oğlu
  51. Kazımov Elnur Vəzir oğlu
  52. Kazımzadə Vüsal Fərman oğlu
  53. Kərəmov Çinar Mirzəxan oğlu
  54. Köçəriyev Zaur Əli oğlu
  55. Qasımov Feyzulla Sabir oğlu
  56. Qasımov Ramil Rəşid oğlu
  57. Qasımzadə Fuad Nail oğlu
  58. Qənbərov Daşqın Məcid oğlu
  59. Quliyev Abbas Səfər oğlu
  60. Quliyev Ceyhun Maarif oğlu
  61. Quluzadə Toğrul Nurəddin oğlu
  62. Ləzgiyev Fazil Hüseyn oğlu
  63. Mahmudov Araz Ucal oğlu
  64. Mahmudov Rüfət Əsəd oğlu
  65. Mehdiyev Polad Nadir oğlu
  66. Mehdiyeva Eldanə Hüseyn  qızı
  67. Menemenci Səbinə Xanhüseyn qızı
  68. Məhəmmədov Anar Əlinağı oğlu
  69. Məmmədli Əziz Həbib oğlu
  70. Məmmədov Adil Məhərrəm oğlu
  71. Məmmədov Araz Yəhya oğlu
  72. Məmmədov Ceyhun Fərman oğlu
  73. Məmmədov Elsevər İsgəndər oğlu
  74. Məmmədov Elşad Bərşad oğlu
  75. Məmmədov Xaliq Musa oğlu
  76. Məmmədov Rövşən Rafiq oğlu
  77. Məmmədov Vaqif Vidadi oğlu
  78. Məmmədov Vüsal Ramiz oğlu
  79. Məmmədova Aygün Tofiq qızı
  80. Mənsimov Rəsul Əlibala oğlu
  81. Murquzov Elmir İlqar oğlu
  82. Musayev Natiq İsmayıl oğlu
  83. Musayev Seymur Şadət oğlu
  84. Musayev Tural Arif oğlu
  85. Mustafayev Cavidan Mustafa oğlu
  86. Mürsəlov Mirhüseyn Mirisaq oğlu
  87. Mürsəlzadə Qantural İlqar oğlu
  88. Nağıyev Yaşar Atamalı
  89. Osmanlı Samir Səyyad oğlu
  90. Paşalı Ehtiram Şahid oğlu
  91. Rəhimov Şahin Əkrəm oğlu
  92. Rzazadə İqbal Kamil oğlu
  93. Saadov Zaur Famil oğlu
  94. Salahov Süleyman Sakit oğlu
  95. Seyidzadə Məmməd Fərrux
  96. Səbizov Polad İsmət oğlu
  97. Səfərəliyev Zərgar Sərkar oğlu
  98. Səfərov Ramin Behbud oğlu
  99. Səmədov Azər Aqil oğlu
  100. Səmədova Aybəniz Kamal qızı
  101. Şəfiyev Elçin Həsən oğlu
  102. Şəkəralıyev Azər Əliş oğlu
  103. Şıxməmmədov İlkin Məzahir oğlu
  104. Şirinov İlqar Fikrət oğlu
  105. Şirinov Sənan İkram oğlu
  106. Şirinov Tahir Nəbi oğlu
  107. Şiriyev Nizami Şəki oğlu
  108. Tağıyev Mahir Rafiq oğlu
  109. Talıbov Niyaz Məhəbbət oğlu
  110. Umudlu Hikmət Nazim oğlu
  111. Vəliyev Kamran Bəylər oğlu
  112. Vəliyeva Aynur Sahib qızı
  113. Vəliyeva Səadət Qurban qızı
  114. Yavərzadə Yavər Elçin oğlu
  115. Yusifov Rafiq Adil oğlu
  116. Zeynalov Elşən Elxan oğlu
  117. Zinçenko Dmitriy Serqeyeviç

 

https://barassociation.az/

Аватар пользователя Ramil Gachay

Bu ilin iyun ayında 800-dən çox hakimliyə namizəd vahid zalda test imtahanı vermişlər. İmtahanda müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılmış 359 nəfər hakimliyə namizədlə 12 avqust 2016-cı il tarixdə yazılı imtahan keçirilmişdir. 

Şəffaflığın təmin edilməsi məqsədilə vahid auditoriyada – Bakı İdman Sarayında təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq və yerli QHT-lər, habelə hüquq müdafiə təşkilatlarından 20-dək müşahidəçi, televiziya və mətbuat nümayəndələri izləmişlər. Eyni zamanda imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı (jlc.gov.az) vasitəsilə “on-line” rejimində birbaşa yayımlanmışdır. 

Hakimlərin seçilməsi qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl imtahan binasında keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında hazırlanacaq imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilmişdir. 

Bundan sonra Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında sualları hazırlamış və onlar dərhal imtahan zalına gətirilmişdir. Namizədlər bu suallardan təsadüfi yolla, lototron vasitəsilə biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçmişlər. 

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, qanunun məzmununu dolğun açmaq və onun səlist izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır. 

Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaqdır. 

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.

http://www.judicialcouncil.gov.az/

Аватар пользователя Ramil Gachay

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf prosedurlar əsasında, müasir beynəlxalq tələblər səviyyəsində seçimi üzrə müsabiqə davam edir. 

Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılmışdır. İmtahanı nüfuzlu beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləmiş, habelə bütün proses onlayn rejimdə canlı yayımlanmışdır. 

Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş müstəqil hüquqşünas-alim tərəfindən ayrı-ayrılıqda yoxlanılmış, bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilmişdir. 

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 176 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmışlar. 
 

Müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmış hakimliyə namizədlərin 

SİYAHISI

 

Soyadı, adı, atasının adı
1 Abbasov Zaur Vahid oğlu
2 Abbasov Hüseyn Eldar oğlu
3 Abbasova Günel Məhərrəm qızı
4 Abbasova Əminə Rauf qızı
5 Abdullayev Emin Ağamusa oğlu
6 Abdullayev İlkin Qismət oğlu
7 Allahverdiyeva Könül Ülfət qızı
8 Atalızadə Aqşin Sabir oğlu
9 Axundov Fuad Aydın oğlu
10 Axundova Günay Təyar qızı
11 Babayev Aydın Vahid oğlu
12 Bağırov Bilal İsa oğlu
13 Bağırov Zamiq Rəşid oğlu
14 Bağırova Elnarə Ağabala qızı
15 Behbudova Aynur Mirzalı qızı
16 Burcayeva Aynur Ramazan qızı
17 Bədəlov Xəyal Natiq oğlu
18 Bəhmənov Habil Xanoğlan oğlu
19 Bəhrəmzadə Sabit Xanlar oğlu
20 Qarayev Seymur Əlfəddin oğlu
21 Qasımov Babək Natiq oğlu
22 Qasımov Zaur Ərəstun oğlu
23 Qafarova Rəna Nazim qızı
24 Qoşqarlı Rəşad Nizami oğlu
25 Qocayev Tural Şəmsi oğlu
26 Quliyev Vüqar Şahbaz oğlu
27 Quluzadə Şəlalə Muxtar qızı
28 Qədimbəyli Nəsimi Hafiz oğlu
29 Qədirova Şəbnur Şakir qızı
30 Qənbərov Ziya Cavanşir oğlu
31 Daanov Ceyhun Rauf oğlu
32 Dadaşov Ruslan Təbriz oğlu
33 Daşdəmirov Rauf Məhərrəməli oğlu
34 Zalışov Pərviz Mirzə oğlu
35 Zamanlı Pərviz Mirsiyaf oğlu
36 Zeynalov Orxan Rauf oğlu
37 İmanov Zaman Şakir oğlu
38 İsmayılov İsmayıl Arif oğlu
39 İsmayılov Orxan Nadir oğlu
40 İsmayılov Rafiq Tofiq oğlu
41 İsmayılov Roman İsmayıl oğlu
42 İsrafilli Ruslan Firdovsi oğlu
43 İsgəndərova Aygül Vulqar qızı
44 Kamranov Hafiz Eldar oğlu
45 Kərimli Lalə Nazim qızı
46 Kərimov Bahadur Səttar oğlu
47 Kərimov Əyyub Vaqif oğlu
48 Mehdiyev Nəriman Hüseynqulu oğlu
49 Mehdiyev Feyzulla Abit oğlu
50 Mirzəyev Vasif Sücahət oğlu
51 Mirzəyev Nahid Namiq oğlu
52 Mirzəyev Cəlil Şükür oğlu
53 Miriyeva Səlimə Miri qızı
54 Murtuzayeva Yeganə Hüseyin qızı
55 Musayev Aqil Əlisa oğlu
56 Musayeva Vüsalə Vahid qızı
57 Musayeva Cəmilə Ceyhun qızı
58 Mustafayev Rəşad Mustafa oğlu
59 Mustafayeva Solmaz Rafael qızı
60 Muxtarov Kamran Nüsrət oğlu
61 Məlikov Mahir Zakir oğlu
62 Məmmədli Emin İlham oğlu
63 Məmmədli Orxan Qədir oğlu
64 Məmmədov Babək Əliheydər oğlu
65 Məmmədov Bilal Mahir oğlu
66 Məmmədov Zahid Tahir oğlu
67 Məmmədov Murad Akif oğlu
68 Məmmədov Müşfiq Vaqif oğlu
69 Məmmədov Rəşad Azad oğlu
70 Məmmədov Toğrul Məhəmməd oğlu
71 Məmmədov Tural Nurulla oğlu
72 Məmmədov Ülvi Ziyadxan oğlu
73 Məmmədov Əli İrfan oğlu
74 Məmmədova Esmira Qərib qızı
75 Məmmədova Pərvanə Əziz qızı
76 Mənsimli Camal Kamil oğlu
77 Məhərrəmov Əhməd Pənah oğlu
78 Novruzova Aytən Nazim qızı
79 Nuriyeva Səbinə Vidadi qızı
80 Nüsrətov Tərlan Vaqif oğlu
81 Nəbizadə Nigar Xeyrulla qızı
82 Nəsibov Rəşad Eldar oğlu
83 Oruczadə Aytən Pənah qızı
84 Paşayeva Adilə Adil qızı
85 Rzayeva Nərminə Cahangir qızı
86 Rzayeva Pərvanə Aslan qızı
87 Rüstəmli İlkin Şahin oğlu
88 Rüstəmli Məhəmməd Əli oğlu
89 Rüstəmov Emin Şahin oğlu
90 Rəhimli Lalə Elxan qızı
91 Rəhimova Günel Məmməd qızı
92 Rəcəbova Elnurə Hüseyn qızı
93 Sadıqov Anar Böyükkişi oğlu
94 Salehov Ayaz Mirməhəmməd oğlu
95 Seyidli Səadət Mərhəmət qızı
96 Sultanova Günay Bəşir qızı
97 Süleymanova Şəhla Ənvər qızı
98 Səlimov Ayaz Aydın oğlu
99 Səfərov Daşqın Yaqub oğlu
100 Səfərəliyeva Gülnar Xanlar qızı
101 Talıbov Samir Şahin oğlu
102 Tanrıverdiyeva Günel Cəbrayıl qızı
103 Tağıyev Vüsal Adıgözəl oğlu
104 Tağıyev Ceyhun Əlikram oğlu
105 Tağıyeva Vəfa Hənifə qızı
106 Umarov Vüsal Soltanverdi oğlu
107 Xudaquluyev Samir Məhəbbət oğlu
108 Xəzri Ramilə Həşim qızı
109 Xəlilov İlkin Ələkbər oğlu
110 Xəlilov Ramin Adilxan oğlu
111 Şükürova Ülviyyə Sahib qızı
112 Haqverdiyev Tural Ziyat oğlu
113 Hacızadə Novruz Xudadat oğlu
114 Hacıyev Vahid Məcid oğlu
115 Hacıyev Emin Nazim oğlu
116 Hacıyev Zaur Arif oğlu
117 Hacıyev Pərviz Vaqif oğlu
118 Hacıyev Pərviz Əhməd oğlu
119 Hünmətov Zaur Adil oğlu
120 Hüseyn Cavid Vaqif oğlu
121 Hüseynzadə Elvin Nazim oğlu
122 Hüseynli Nurəddin Nizami oğlu
123 Hüseynli Hüseyn İnanc oğlu
124 Hüseynov Elməddin Mirpaşa oğlu
125 Hüseynov Elnur Heydər oğlu
126 Hüseynov Elşən Təbrizoviç
127 Hüseynov Zaur Nazim oğlu
128 Hüseynov Kənan Zakir oğlu
129 Hüseynov Telman Qulaməli oğlu
130 Hüseynov Xaliq Nazim oğlu
131 Hüseynsoy Elçin Ramiz oğlu
132 Həsənli Vüsal Mirəli oğlu
133 Həsənov İslam Telman oğlu
134 Həsənov Rahim Təşəkkül oğlu
135 Həsənov Samir Firdusi oğlu
136 Həsənov Tural Həsən oğlu
137 Həsənov Fərid İzafət oğlu
138 Həsənov Əbil Yadulla oğlu
139 Həsənova Aygün Namiq qızı
140 Hətəm Zadə Fərid Eldar oğlu
141 Həşimova İlahə Tahir qızı
142 Cabbarlı Pərvin Yusif oğlu
143 Cabbarov İlqar Hidayət oğlu
144 Cabbarova Gülnar İnqilab qızı
145 Cavadzadə Rəşad Bəylər oğlu
146 Cavadova Günay İsmayıl qızı
147 Cəfərzadə İlham Nizami oğlu
148 Cəfərli Tükəzban Cavanşir qızı
149 Cəfərov Anar Mehdiqulu oğlu
150 Cəfərov Səməd Fəxrəddin oğlu
151 Cəfərova Ruqiyyə Ülfət qızı
152 Gözəlov Rauf Rövşən oğlu
153 Əbilov Qamət Mehman oğlu
154 Ədilova Solmaz İmran qızı
155 Əyyubov Fərid İlham oğlu
156 Əkbərli Günel Bəkir qızı
157 Əliyev Elvin Əhəd oğlu
158 Əliyev Zamiq Xudaverdi oğlu
159 Əliyev İlkin Əli oğlu
160 Əliyev Mehdi Ədalət oğlu
161 Əliyev Mətləb İsrayıl oğlu
162 Əliyev Nizam Mubariz oğlu
163 Əliyev Nural Turab oğlu
164 Əliyev Şəhriyar İbrahim oğlu
165 Əliyeva Qumru Yəhya qızı
166 Əliyeva Leyla Rauf qızı
167 Ələkbərli Roman Nərimanoviç
168 Ələkbərov Tural Mehman oğlu
169 Ələkbərov Əfqan Qəzənfər oğlu
170 Ələsgərov Natiq İmran oğlu
171 Əmirəliyev Fərid Mübariz oğlu
172 Əsədova Mehriban Yaqub qızı
173 Əsədova Günay Rövşən qızı
174 Əhmədov Elsun Məzahir oğlu
175 Əhmədov Pərviz Tərlan oğlu
176 Əhmədova Həqiqət Mülazim qızı

 

Аватар пользователя Ramil Gachay

Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq  müvafiq tədbirlər görüləcəkdir.

Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir. 

Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər.

https://cabmin.gov.az/

Аватар пользователя Ramil Gachay

Mətbuatda xəbər verildiyi kimi hakim olmaq üçün namizədliyini irəli sürmüş 800-dən çox hüquqşünasla “Bakı Kristal Zalı”nda test imtahanı, habelə həmin imtahanda müvəffəqiyyət qazanmış 359 nəfər namizədlə yazılı imtahan təşkil olunmuşdur. 

Bütün namizədlərlə bərabər şəraitdə, vahid zalda keçirilən bu imtahanlar çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilmiş, şəffaflığın təmin edilməsi məqsədilə proseslər “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır. 

Yazılı imtahanın nəticələrinə görə 176 nəfər müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmışdır. 183 nəfər isə müvafiq bal toplaya bilməmiş və onlardan 7 nəfəri imtahan nəticələrinin iştirakları ilə yenidən araşdırılmasını xahiş etmişdir. 

Bununla əlaqədar məsələyə Hakimlərin Seçki Komitəsi tərəfindən 10 noyabr 2016-cı il tarixdə həmin namizədlərin, habelə, QHT və KİV nümayəndələrinin iştirakı ilə açıq apellyasiya qaydasında baxılmışdır. 

Proses zamanı hakimliyə namizədlərin cavabları bir daha yoxlanılmaqla nəticələrin düzgün hesablandığı müəyyən olunmuş, onlar öz cavab vərəqələri ilə tanış edilmiş, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılmış və müvafiq izahlar verilmişdir.

http://www.judicialcouncil.gov.az/

Страницы

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.