report-a istinadən, hadisə gecə saatlarında rayonun Arbatan kəndində qeydə alınıb.
Naməlum şəxslər kənd sakini, Salyanda vəkil kimi fəaliyyət göstərən Sevda Sultanovanın evinə soxulublar. Ev sahiblərinin bundan xəbər tutduqlarını görən naməlum şəxslər, burada qonaq olan Lerik rayonunun Bürsülüm kənd sakini, 1993-cü il təvəllüdlü Rabil Ağadadaş oğlu Ağayevə baş və gicgah nahiyəsindən xəsarət yetirərək hadisə yerindən qaçıblar.