Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.
Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:
1. Hüquqşünaslıq;
2. Beynəlxalq hüquq;
3. Maliyyə;
4. İqtisadiyyat;
5. Statistika;
6. Beynəlxalq iqtisadi münasibətlər;
7. Mühasibat uçotu və audit;
8. Maliyyə və kredit;
9. İqtisadiyyatın tənzimlənməsi;
10. Əməyin iqtisadiyyatı və sosiologiyası;
11. İqtisadi kibernetika;
12. Qiymət və qiymətin əmələ gəlməsi;
13. Xəzinə əməliyyatlarının uçotu;
14. İqtisadi nəzəriyyə;
15. Vergilər və vergitutma;
16. Sığorta işinin təşkili;
17. Milli hesablar sistemi;
18. Qiymətləndirmə (sahələr üzrə);
19. Qiymətli kağızlar;
20. İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə);
21. Aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi;
22. Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi;
23. Gömrük işinin təşkili;
24. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
25. Vergi işinin təşkili və idarə edilməsi;
26. Tətbiqi riyaziyyat;
27. İnformatika;
28. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
29. Maliyyə nəzarəti və audit.
MBA proqamı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna Komissiya tərəfindən baxılaraq qərar verilir.
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
- üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.08.2017-ci il saat 10:00-dan 13.09.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir. Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.
Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Elektron ərizə vermiş namizədlər 18- 20.10.2017-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 21.10.2017-ci iltarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı 28.08.2017-ci il tarixdə Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.
Diqqət! Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə müvafiq olaraq Vergilər Nazirliyinin Tədris Mərkəzinin vakant olan vəzifələri üzrə aşağıdakı tələblərə malik olan və həmin vəzifələrə işə qəbul olunmaq istəyən vətəndaşların işə qəbulla bağlı ərizələri elektron sənəd qəbulu dövründə Vergilər Nazirliyinin inzibati binasında (əlbə-əl) qəbul edilir:
İqtisadiyyat və menecment kafedrasının müəllimi:
Namizədlərə tələblər:
- İqtisadiyyat sahəsində ali təhsil (minimum magistr səviyyəsi);
- Elmi və pedaqoji sahədə minimum 2 il iş stajı;
- İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;
- Təlimlərin aparılması texnologiyası və qaydaları üzrə zəruri biliklər;
- Yüksək səviyyədə nitq və ünsiyyət qurma bacarıqları;
- Müasir təlim metod və alətlərindən istifadə etmə bacarıqları;
- Auditoriyanı idarəetmə bacarığı;
- Təlimin xüsusiyyətindən asılı olaraq MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.
Elmi-tədqiqat bölməsinin elmi işçisi:
Namizədlərə tələblər:
- İqtisadiyyat və ya hüquq sahəsində ali təhsil (minimum magistr səviyyəsi);
- Elmi-tədqiqat sahəsində minimum 2 il iş stajı;
- İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;
- Elmi-tədqiqat işləri aparmaq və müvafiq işləri yerinə yetirmək bacarığı;
- MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.
Müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. Müsabiqə zamanı xarici dil biliklərinə və elmi dərəcəyə malik olan namizədlərə üstünlük veriləcəkdir.
Vergilər Nazirliyinin Tədris Mərkəzi Şamaxı rayonu, Nağaraxana kəndində yerləşir. Tədris Mərkəzinin Əsasnaməsi, vakant vəzifələrin mövcud olduğu kafedranın və bölmənin Əsasnamələri və həmin vəzifələrin təlimatları ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin internet səhifəsinin (www.tedris.taxes.gov.az) “Normativ sənədlər” bölməsində tanış olmaq olar.
Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov imtahan qabağı Femida.az-ın suallarını cavablandırıb.
Anar müəllim, imtahan suallarının tərtibində əvvəlki illərdən fərqli cəhətləri varmı?
- Ən əsası bu il düşəcək suallar əvvəlki illərlə müqayisədə daha asan olacaq. Sualların 60 faizə qədər olan hissəsini asan suallar təşkil edir. Bu imtahanda çətinlik təşkil edən suallar azdır. Məqsədimiz cənab Prezident İlham Əliyevin məlum sərəncamını daha yüksək səviyyədə icra etmək və ölkədə vəkillərin sayını artırmaqdır.
- İmtahana üzrlü səbəblərdən gələ bilməyən şəxslərin əlavə şansı olacaqmı?
- Əlbəttə olacaq. Onların sənədləri bizdə qalır. Növbəti imtahanda ərizə yazıb iştirak edə bilərlər.
- Növbəti imtahan nə vaxt olacaq?
- Biz növbəti imtahanı elə bu il ərazində keçirməyi planlaşdırırıq.Ola bilsin ki, bir ildə 3 dəfə imtahan keçirəcək. Məqsədimiz isə daha çox namizədin uğur qazanmasını təmin etməkdir.Buna görə də, bu imtahanda iştirak edə bilməyən şəxslər növbəti imtahana qatıla bilər.
- Sualları kimlər tərtib edib?
- Sualların tərtib edilməsində şəxsən özüm də iştirak etmişəm. Bundan əlavə peşəkar vəkillərin də əməyindən istifadə olunub.
- İmtahanlar harada keçiriləcək?
- Bu il imtahanlar Bakı şəhərində 4 binada təşkil olunacaq.Növbəti imtahan vahid zalda keçiriləcək.
- Sənəd qəbulunun gələcəkdə elektron qaydada aparılması nəzərdə tutulurmu?
- Bəli, bunun üzərində iş aparılır.
- Vəkillər Kollegiyasının sədri kimi imtahanda iştirak edəcək şəxslərə sözünüz nədir?
- İlk növbədə namizədlərə uğurlar arzu edirəm. Hamıdan çox onların uğur qazanmasını demək olar ki, mən istəyirəm. Bundan sonra da vəkil olmaq istəyən şəxslərə dəstək olacaq.
Mətbuatda məlumat verildiyi kimi hakimliyə namizədlərlə test imtahanı iyun ayının 9-da bütün namizədlərlə vahid auditoriyada – "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində keçiriləcəkdir. Bununla əlaqədar hakimliyə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni almağa dəvət olunurlar.
Buraxılış vərəqəsi Hakimlərin Seçki Komitəsindən iyun ayının 8-dək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.
İmtahan keçirildiyi ünvana saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.
Əlaqə telefonları: (012) 510-22-97; (051) 510-22-97
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar qeyd olunmuş, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər müzakirə edilmişdir.
Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin, hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.
Qeyd olunmuşdur ki, hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin edilmişlər. Hakimlərin hazırki seçimi prosesi ilə bağlı namizədliyini irəli sürmüş 800 hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilmiş, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunmuş və bütün imtahan prosesi “on-layn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır. İmtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilmişdir.
İclasda hakimliyə namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə toxunulmuş, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi vurğulanmışdır.
Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları və süründürməçilik hallarına yol verdiklərinə görə Şəki Apellyasiya Məhkəməsinin hakimi İmamverdi Şükürova, Beyləqan Rayon Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət verilmiş, qanunvericiliyin pozulması halları ilə bağlı hakimlər barədə 5 intizam icraatı başlanılmışdır.
07 yanvar 2023-cü il tarixində Vəkillərin İxtisas Komissiyasının iclası keçirilmişdir. İclasda Komissiyanın yeni tərkibi formalaşmışdır. Belə ki, Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru Turqay Hüseynov sədr, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə isə sədr müavini seçilmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının İnsan resursları şöbəsinin müdiri Orxan Babayev isə Komissiyanın katibi seçilmişdir.
Qeyd edək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılmışdır. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır.
https://barassociation.az/news/1013
Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 23.02.2021-27.04.2021-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilmişdir.
İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 117 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. 03.05.2021-ci il tarixdə saat 09:00-da başlayacaq icbari təlim ZOOM proqramı vasitəsilə distant formada keçiriləcək. İcbari təlimdə iştirak edəcək namizədlərə əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin
SİYAHISI
Bu ilin iyun ayında 800-dən çox hakimliyə namizəd vahid zalda test imtahanı vermişlər. İmtahanda müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılmış 359 nəfər hakimliyə namizədlə 12 avqust 2016-cı il tarixdə yazılı imtahan keçirilmişdir.
Şəffaflığın təmin edilməsi məqsədilə vahid auditoriyada – Bakı İdman Sarayında təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq və yerli QHT-lər, habelə hüquq müdafiə təşkilatlarından 20-dək müşahidəçi, televiziya və mətbuat nümayəndələri izləmişlər. Eyni zamanda imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı (jlc.gov.az) vasitəsilə “on-line” rejimində birbaşa yayımlanmışdır.
Hakimlərin seçilməsi qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl imtahan binasında keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında hazırlanacaq imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilmişdir.
Bundan sonra Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında sualları hazırlamış və onlar dərhal imtahan zalına gətirilmişdir. Namizədlər bu suallardan təsadüfi yolla, lototron vasitəsilə biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçmişlər.
4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, qanunun məzmununu dolğun açmaq və onun səlist izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır.
Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaqdır.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf prosedurlar əsasında, müasir beynəlxalq tələblər səviyyəsində seçimi üzrə müsabiqə davam edir.
Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılmışdır. İmtahanı nüfuzlu beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləmiş, habelə bütün proses onlayn rejimdə canlı yayımlanmışdır.
Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş müstəqil hüquqşünas-alim tərəfindən ayrı-ayrılıqda yoxlanılmış, bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilmişdir.
İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 176 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmışlar.
Müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmış hakimliyə namizədlərin
SİYAHISI
| № | Soyadı, adı, atasının adı |
| 1 | Abbasov Zaur Vahid oğlu |
| 2 | Abbasov Hüseyn Eldar oğlu |
| 3 | Abbasova Günel Məhərrəm qızı |
| 4 | Abbasova Əminə Rauf qızı |
| 5 | Abdullayev Emin Ağamusa oğlu |
| 6 | Abdullayev İlkin Qismət oğlu |
| 7 | Allahverdiyeva Könül Ülfət qızı |
| 8 | Atalızadə Aqşin Sabir oğlu |
| 9 | Axundov Fuad Aydın oğlu |
| 10 | Axundova Günay Təyar qızı |
| 11 | Babayev Aydın Vahid oğlu |
| 12 | Bağırov Bilal İsa oğlu |
| 13 | Bağırov Zamiq Rəşid oğlu |
| 14 | Bağırova Elnarə Ağabala qızı |
| 15 | Behbudova Aynur Mirzalı qızı |
| 16 | Burcayeva Aynur Ramazan qızı |
| 17 | Bədəlov Xəyal Natiq oğlu |
| 18 | Bəhmənov Habil Xanoğlan oğlu |
| 19 | Bəhrəmzadə Sabit Xanlar oğlu |
| 20 | Qarayev Seymur Əlfəddin oğlu |
| 21 | Qasımov Babək Natiq oğlu |
| 22 | Qasımov Zaur Ərəstun oğlu |
| 23 | Qafarova Rəna Nazim qızı |
| 24 | Qoşqarlı Rəşad Nizami oğlu |
| 25 | Qocayev Tural Şəmsi oğlu |
| 26 | Quliyev Vüqar Şahbaz oğlu |
| 27 | Quluzadə Şəlalə Muxtar qızı |
| 28 | Qədimbəyli Nəsimi Hafiz oğlu |
| 29 | Qədirova Şəbnur Şakir qızı |
| 30 | Qənbərov Ziya Cavanşir oğlu |
| 31 | Daanov Ceyhun Rauf oğlu |
| 32 | Dadaşov Ruslan Təbriz oğlu |
| 33 | Daşdəmirov Rauf Məhərrəməli oğlu |
| 34 | Zalışov Pərviz Mirzə oğlu |
| 35 | Zamanlı Pərviz Mirsiyaf oğlu |
| 36 | Zeynalov Orxan Rauf oğlu |
| 37 | İmanov Zaman Şakir oğlu |
| 38 | İsmayılov İsmayıl Arif oğlu |
| 39 | İsmayılov Orxan Nadir oğlu |
| 40 | İsmayılov Rafiq Tofiq oğlu |
| 41 | İsmayılov Roman İsmayıl oğlu |
| 42 | İsrafilli Ruslan Firdovsi oğlu |
| 43 | İsgəndərova Aygül Vulqar qızı |
| 44 | Kamranov Hafiz Eldar oğlu |
| 45 | Kərimli Lalə Nazim qızı |
| 46 | Kərimov Bahadur Səttar oğlu |
| 47 | Kərimov Əyyub Vaqif oğlu |
| 48 | Mehdiyev Nəriman Hüseynqulu oğlu |
| 49 | Mehdiyev Feyzulla Abit oğlu |
| 50 | Mirzəyev Vasif Sücahət oğlu |
| 51 | Mirzəyev Nahid Namiq oğlu |
| 52 | Mirzəyev Cəlil Şükür oğlu |
| 53 | Miriyeva Səlimə Miri qızı |
| 54 | Murtuzayeva Yeganə Hüseyin qızı |
| 55 | Musayev Aqil Əlisa oğlu |
| 56 | Musayeva Vüsalə Vahid qızı |
| 57 | Musayeva Cəmilə Ceyhun qızı |
| 58 | Mustafayev Rəşad Mustafa oğlu |
| 59 | Mustafayeva Solmaz Rafael qızı |
| 60 | Muxtarov Kamran Nüsrət oğlu |
| 61 | Məlikov Mahir Zakir oğlu |
| 62 | Məmmədli Emin İlham oğlu |
| 63 | Məmmədli Orxan Qədir oğlu |
| 64 | Məmmədov Babək Əliheydər oğlu |
| 65 | Məmmədov Bilal Mahir oğlu |
| 66 | Məmmədov Zahid Tahir oğlu |
| 67 | Məmmədov Murad Akif oğlu |
| 68 | Məmmədov Müşfiq Vaqif oğlu |
| 69 | Məmmədov Rəşad Azad oğlu |
| 70 | Məmmədov Toğrul Məhəmməd oğlu |
| 71 | Məmmədov Tural Nurulla oğlu |
| 72 | Məmmədov Ülvi Ziyadxan oğlu |
| 73 | Məmmədov Əli İrfan oğlu |
| 74 | Məmmədova Esmira Qərib qızı |
| 75 | Məmmədova Pərvanə Əziz qızı |
| 76 | Mənsimli Camal Kamil oğlu |
| 77 | Məhərrəmov Əhməd Pənah oğlu |
| 78 | Novruzova Aytən Nazim qızı |
| 79 | Nuriyeva Səbinə Vidadi qızı |
| 80 | Nüsrətov Tərlan Vaqif oğlu |
| 81 | Nəbizadə Nigar Xeyrulla qızı |
| 82 | Nəsibov Rəşad Eldar oğlu |
| 83 | Oruczadə Aytən Pənah qızı |
| 84 | Paşayeva Adilə Adil qızı |
| 85 | Rzayeva Nərminə Cahangir qızı |
| 86 | Rzayeva Pərvanə Aslan qızı |
| 87 | Rüstəmli İlkin Şahin oğlu |
| 88 | Rüstəmli Məhəmməd Əli oğlu |
| 89 | Rüstəmov Emin Şahin oğlu |
| 90 | Rəhimli Lalə Elxan qızı |
| 91 | Rəhimova Günel Məmməd qızı |
| 92 | Rəcəbova Elnurə Hüseyn qızı |
| 93 | Sadıqov Anar Böyükkişi oğlu |
| 94 | Salehov Ayaz Mirməhəmməd oğlu |
| 95 | Seyidli Səadət Mərhəmət qızı |
| 96 | Sultanova Günay Bəşir qızı |
| 97 | Süleymanova Şəhla Ənvər qızı |
| 98 | Səlimov Ayaz Aydın oğlu |
| 99 | Səfərov Daşqın Yaqub oğlu |
| 100 | Səfərəliyeva Gülnar Xanlar qızı |
| 101 | Talıbov Samir Şahin oğlu |
| 102 | Tanrıverdiyeva Günel Cəbrayıl qızı |
| 103 | Tağıyev Vüsal Adıgözəl oğlu |
| 104 | Tağıyev Ceyhun Əlikram oğlu |
| 105 | Tağıyeva Vəfa Hənifə qızı |
| 106 | Umarov Vüsal Soltanverdi oğlu |
| 107 | Xudaquluyev Samir Məhəbbət oğlu |
| 108 | Xəzri Ramilə Həşim qızı |
| 109 | Xəlilov İlkin Ələkbər oğlu |
| 110 | Xəlilov Ramin Adilxan oğlu |
| 111 | Şükürova Ülviyyə Sahib qızı |
| 112 | Haqverdiyev Tural Ziyat oğlu |
| 113 | Hacızadə Novruz Xudadat oğlu |
| 114 | Hacıyev Vahid Məcid oğlu |
| 115 | Hacıyev Emin Nazim oğlu |
| 116 | Hacıyev Zaur Arif oğlu |
| 117 | Hacıyev Pərviz Vaqif oğlu |
| 118 | Hacıyev Pərviz Əhməd oğlu |
| 119 | Hünmətov Zaur Adil oğlu |
| 120 | Hüseyn Cavid Vaqif oğlu |
| 121 | Hüseynzadə Elvin Nazim oğlu |
| 122 | Hüseynli Nurəddin Nizami oğlu |
| 123 | Hüseynli Hüseyn İnanc oğlu |
| 124 | Hüseynov Elməddin Mirpaşa oğlu |
| 125 | Hüseynov Elnur Heydər oğlu |
| 126 | Hüseynov Elşən Təbrizoviç |
| 127 | Hüseynov Zaur Nazim oğlu |
| 128 | Hüseynov Kənan Zakir oğlu |
| 129 | Hüseynov Telman Qulaməli oğlu |
| 130 | Hüseynov Xaliq Nazim oğlu |
| 131 | Hüseynsoy Elçin Ramiz oğlu |
| 132 | Həsənli Vüsal Mirəli oğlu |
| 133 | Həsənov İslam Telman oğlu |
| 134 | Həsənov Rahim Təşəkkül oğlu |
| 135 | Həsənov Samir Firdusi oğlu |
| 136 | Həsənov Tural Həsən oğlu |
| 137 | Həsənov Fərid İzafət oğlu |
| 138 | Həsənov Əbil Yadulla oğlu |
| 139 | Həsənova Aygün Namiq qızı |
| 140 | Hətəm Zadə Fərid Eldar oğlu |
| 141 | Həşimova İlahə Tahir qızı |
| 142 | Cabbarlı Pərvin Yusif oğlu |
| 143 | Cabbarov İlqar Hidayət oğlu |
| 144 | Cabbarova Gülnar İnqilab qızı |
| 145 | Cavadzadə Rəşad Bəylər oğlu |
| 146 | Cavadova Günay İsmayıl qızı |
| 147 | Cəfərzadə İlham Nizami oğlu |
| 148 | Cəfərli Tükəzban Cavanşir qızı |
| 149 | Cəfərov Anar Mehdiqulu oğlu |
| 150 | Cəfərov Səməd Fəxrəddin oğlu |
| 151 | Cəfərova Ruqiyyə Ülfət qızı |
| 152 | Gözəlov Rauf Rövşən oğlu |
| 153 | Əbilov Qamət Mehman oğlu |
| 154 | Ədilova Solmaz İmran qızı |
| 155 | Əyyubov Fərid İlham oğlu |
| 156 | Əkbərli Günel Bəkir qızı |
| 157 | Əliyev Elvin Əhəd oğlu |
| 158 | Əliyev Zamiq Xudaverdi oğlu |
| 159 | Əliyev İlkin Əli oğlu |
| 160 | Əliyev Mehdi Ədalət oğlu |
| 161 | Əliyev Mətləb İsrayıl oğlu |
| 162 | Əliyev Nizam Mubariz oğlu |
| 163 | Əliyev Nural Turab oğlu |
| 164 | Əliyev Şəhriyar İbrahim oğlu |
| 165 | Əliyeva Qumru Yəhya qızı |
| 166 | Əliyeva Leyla Rauf qızı |
| 167 | Ələkbərli Roman Nərimanoviç |
| 168 | Ələkbərov Tural Mehman oğlu |
| 169 | Ələkbərov Əfqan Qəzənfər oğlu |
| 170 | Ələsgərov Natiq İmran oğlu |
| 171 | Əmirəliyev Fərid Mübariz oğlu |
| 172 | Əsədova Mehriban Yaqub qızı |
| 173 | Əsədova Günay Rövşən qızı |
| 174 | Əhmədov Elsun Məzahir oğlu |
| 175 | Əhmədov Pərviz Tərlan oğlu |
| 176 | Əhmədova Həqiqət Mülazim qızı |
Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.
Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.
Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər.
Mətbuatda xəbər verildiyi kimi hakim olmaq üçün namizədliyini irəli sürmüş 800-dən çox hüquqşünasla “Bakı Kristal Zalı”nda test imtahanı, habelə həmin imtahanda müvəffəqiyyət qazanmış 359 nəfər namizədlə yazılı imtahan təşkil olunmuşdur.
Bütün namizədlərlə bərabər şəraitdə, vahid zalda keçirilən bu imtahanlar çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilmiş, şəffaflığın təmin edilməsi məqsədilə proseslər “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır.
Yazılı imtahanın nəticələrinə görə 176 nəfər müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmışdır. 183 nəfər isə müvafiq bal toplaya bilməmiş və onlardan 7 nəfəri imtahan nəticələrinin iştirakları ilə yenidən araşdırılmasını xahiş etmişdir.
Bununla əlaqədar məsələyə Hakimlərin Seçki Komitəsi tərəfindən 10 noyabr 2016-cı il tarixdə həmin namizədlərin, habelə, QHT və KİV nümayəndələrinin iştirakı ilə açıq apellyasiya qaydasında baxılmışdır.
Proses zamanı hakimliyə namizədlərin cavabları bir daha yoxlanılmaqla nəticələrin düzgün hesablandığı müəyyən olunmuş, onlar öz cavab vərəqələri ilə tanış edilmiş, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılmış və müvafiq izahlar verilmişdir.