Vəkilliyə, hakimliyə, ədliyyə, prokurorluq və dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün ixtisas imtahalarına hazırlıq kursları barədə məlumatı Sizə təqdim edirik.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən vəkilliyə, hakimliyə, ədliyyə, prokurorluq və dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün ixtisas imtahanlarına hazırlıq kursları təşkil edilmişdir.
Qeyd olunmalıdır ki, tədris kurslarına 1 oktyabr 2019-cu il tarixdən başlanılması nəzərdə tutulmuşdur. Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçiriləcəkdir.
Kurslar aylıq 16 akademik dərs saatı və sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradacaqdır.
Kursların tədris proqramı son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanmışdır. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edəcəkdir.
Tədris materialları yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılacaqdır. Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaqdır.
Tədris olunacaq əsas mövzu blokları:
1. Mülki hüquq;
2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ;
3. Mülki proses;
4. İnzibati proses;
5. Cinayət hüququ və cinayət prosesi;
6. Konstitusiya hüququ, beynəlxalq hüquq;
Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçiriləcəkdir.
Dərslər aşağıdakı mühazirəçi-müəllimlər tərəfindən keçiriləcəkdir:
Cinayət hüququ, cinayət prosesi, inzibati hüquq - Qədirov Asif Xanoğlan oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti.
Mülki hüquq, mülki proses - Yolçiyev Mübariz Xalid oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin müəllimi
Konstitusiya hüququ, beynəlxalq hüquq - Yusufov Şiraslan Teymur oğlu, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi
Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49,050-494-24-14 telefon nömrələrinə və ya vekillikmektebi@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, kursun birinci buraxılış dinləyiciləri son hakimliyə və vəkilliyə qəbul yazılı test imtahanlarında yüksək nəticə göstərmişlər. Hakimliyə qəbul üçün imtahan verən namizədlərimizin hamısı, vəkilliyə qəbul üçün imtahan verənlərdən isə bir nəfər istisna olmaqla, bütün namizədlər yüksək nəticələrlə test imtahanlarını keçmişlər.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 80 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 2-də saat 18:00-da başa çatacaqdır.
Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 9 avqust 2019-cu il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçirilməsi nəzərdə tutulur.
Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər 7-8 avqust 2019-cu il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdiriləcəkdir.
Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 iyul 2019-cu il tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilmişdir.
Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Hörmətli hüquqşünaslar!
Azərbaycan Respublikası Vəkillər Kolegiyası üzvlüyünə qəbul üçün "Vəkillik məktəbi" - ixtisas imtahalarına hazırlıq kursları barədə məlumatı Sizə təqdim edirik.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən vəkil statusu əldə etmək istəyənlər üçün "Vəkillik məktəbi" - ixtisas imtahalarına hazırlıq kursları təşkil edilmişdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkil olmaq istəyənlər üçün ixtisas imtahanlarının qaydası müəyyən edilmişdir. Bu qaydalara əsasən vəkil statusu əldə etmək istəyənlər birinci mərhələdə kompüter vasitəsilə 100 sualdan ibarət yazılı test imtahanı verməlidirlər. Bu imtahandan uğurla keçən namizədlər hər namizədə 5 sualın verildiyi şifahi müsahibə mərhələsinə buraxılırlar.
Qeyd olunmalıdır ki, tədris kurslarına 1 iyun 2019-cu il tarixdən başlanılması nəzərdə tutulmuşdur. Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçiriləcəkdir.
"Vəkillik məktəbi" kursları aylıq 16 akademik dərs saatı və kompüter vasitəsilə sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə kompüter test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradacaqdır.
"Vəkillik məktəbi" kursunun tədris proqramı vəkil statusu almaq istəyənlər üçün son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanmışdır. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər vəkillik və tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edəcəkdir.
Tədris materialları Vəkillər Kollegiyası Rəyasət Heyətinin təsdiq etdiyi yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılacaqdır. Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaqdır.
Tədris olunacaq əsas mövzu blokları:
1. Mülki hüquq;
2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ;
3. Mülki proses;
4. İnzibati proses;
5. Cinayət hüququ və cinayət prosesi;
6. Konstitusiya hüququ, beynəlxalq hüquq;
Kursu bitirən şəxslərə ixtisas artımı barədə sertifikat veriləcəkdir. Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçiriləcəkdir.
Dərslər aşağıdakı mühazirəçi-müəllimlər tərəfindən keçiriləcəkdir:
Cinayət hüququ, cinayət prosesi, inzibati hüquq - Qədirov Asif Xanoğlan oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti.
Mülki hüquq, mülki proses - Yolçiyev Mübariz Xalid oğlu - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin müəllimi
Konstitusiya hüququ, beynəlxalq hüquq - Yusufov Şiraslan Teymur oğlu, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi
Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49 telefon nömrələrinə və ya vekillikmektebi@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Anar Bağırov: "Ölkəmizdə hakimlər və prokurorlar yüksək hüquqi bilikləri ilə seçilirlər və vəkillər də bilikləri baxımından adları çəkilən hüquqşünaslardan az bilikli ola bilməzlər"
BAKI, 5 yanvar — Sputnik. "Vəkilliyə qəbulda iş stajının azaldılmasının tərəfdarıyam. Beynəlxalq təcrübəyə baxanda hazırda Azərbaycanda vəkilliyə qəbul üçün 3 il əmək stajının tələb edilməsi çoxdur".
Bunu hüquqşünas Azər Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, digər hüquq-mühafizə orqanlarına imtahan verəndə bu qədər staj tələb olunmur: "Düzdür, imtahandan keçdikdən sonra şəxs həmin orqanlarda stajor kimi işləyir, sınaq müddəti olur. Amma vəkillikdə belə hallar olmur və gərək staj olsun ki, vəkil müqavilə bağladığı şəxslərə keyfiyyətli hüquqi yardım göstərə bilsin. Yəni vəkilin ən azı 1-2 il stajı olmalıdır. Hesab edirəm ki, vəkilliyə qəbul üçün 3 il əmək stajının tələb edilməsi çoxdur, ən az 1 il staj tələbi olmalıdır".
Vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasına gəlincə, hüquqşünas deyib ki, test mərhələsi elə də çətin olmur: "Yəni minimum 60 balı toplamayanın vəkil olmasını da doğru hesab etmirəm. Testin hazırlanmasından da çox şey asılıdır. Bəzən məntiqi düşüncə tələb etməyən suallar çoxluq təşkil edir. Bu da vəkil peşəsinə uyğun deyil. Testə daha çox analitik, məntiqi düşünmə qabiliyyəti tələb edən hüquqi suallar daxil edilməlidir".
Vəkil Adəm Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında vəkilliyə qəbul üçün əmək stajının aşağı salınmasının tərəfdarı olduğunu deyib: "Şəxs test mərhələsindən keçirsə, 1 illik əmək stajı bəs edir".
Onun fikrincə, keçid balı aşağı salına bilməz: "Çünki vəkilliyə çox savadlı, təcrübəli adamlar gəlməlidir. 2012-ci ildə vəkilliyə qəbul üçün 700-dən çox adam imtahanda iştirak edib. Mən də bu imtahana qatılmışdım. Həmin imtahanda 190 nəfər test mərhələsindən keçmiş, qalanları isə ilkin mərhələdə uğur əldə edə bilməmişdi. Qətiyyən keçid balının aşağı salınmasının tərəfdarı deyiləm. Keçid balını aşağı salaraq vəkillərin sayının artırılması ilə razılaşmıram. Çünki vəkil hakimdən də, prokurordan da savadlı, bacarıqlı olmalıdır".
Hüquqşünas Qanqa İbrahimov da Sputnik Azərbaycan-a açıqlamasında vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı olmadığını, əmək stajının isə azaldılmasının tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı olmadığını bildirib. Bu barədə Kollegiyadan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.
Məlumata əsasən, A.Bağırov deyib ki, ölkəmizdə hakimlər və prokurorlar yüksək hüquqi bilikləri ilə seçilirlər və vəkillər də bilikləri baxımından adları çəkilən hüquqşünaslardan az bilikli ola bilməzlər.
"Belə olan halda müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Eyni zamanda, keçid balının dəyişdirilməsi məsələsi barədə qərar vermək vəkillik haqqında qanunvericiliyin tələbinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müstəsna səlahiyyətinə aiddir " — A.Bağırov əlavə edib.
Kollegiyanın yeni sədri vəkilliyə qəbulda iş stajı məsələsinə yenidən baxılmasının tərəfdarı olduğunu da vurğulayıb: "Hazırda vəkilliyə qəbul üçün 3 illik iş stajı tələb olunur. Ötən illər ərzində vəkilliyə bir vaxtlar müxtəlif orqanlardan istefaya çıxmış hüquqşünaslar, habelə bu və digər səbəblərdən vəzifədən çıxanlar üz tutmuşlar. Lakin biz əsasən cavan və savadlı hüquqşünasların vəkilliyə üz tutmalarının tərəfdarıyıq".
Xalid Məmmədov, Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində iqtisadi münasibətlərin inkişafı notariat institutunun əhəmiyyətini artırmaqdadır. Notariat fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə müasir innovasiyalar tətbiq olunaraq ardıcıl tədbirlər görülür, həmçinin notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması davam edir.
Bununla bağlı Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, Ağcabədi, Gədəbəy, Xaçmaz, İmişli, Kürdəmir, Lənkəran, Şamaxı, Ucar, Zərdab rayonlarında, habelə Gəncə və Mingəçevir regional “Asan xidmət” mərkəzlərində notarius vəzifələrində fəaliyyət göstərmək üçün şəhadətnamə almaq istəyən "Notariat haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları Ədliyyə Nazirliyi tərəfindən növbəti açıq müsabiqəyə dəvət edilirlər.
Xatırladırıq ki, müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə fərdi qaydada, kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat dərhal yerindəcə təqdim olunacaqdır.
Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar. Müsahibədə uğur qazanan hüquqşünaslar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilir.
Bildirilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaqdır.
İmtahanda iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2022-ci ilin yanvar ayının 17-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.
Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.
Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcəkdir.
Hazırda Müsabiqə Komissiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq növbəti açıq müsabiqə elan edilir.
Müsabiqə üzrə vakant vəzifələr əsasən probasiya, icra və qeydiyyat sahələrində, habelə regional ədliyyə idarələrindədir.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.
Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu Nazirliyin əhaliyə göstərdiyi “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
Müsabiqədə iştirak etmək arzusunda olan hüquqşünaslar 2018-ci ilin mart ayının 1-dən etibarən Nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) qeyd olunan elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi və nəticələri barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edir.
Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdiriləcək, habelə bu sənədlər yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunacaqdır.
Bildirilir ki, builki müsabiqədə iştirak edən hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında ödənişsiz hazırlıq kursları təşkil ediləcəkdir.
Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat veriləcəkdir.
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə əsasında prokurorluq işçilərinin 58 faizini təşkil edən 656 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.
Həmin tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:
- şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;
- ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;
- 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.
Sənədlər 1 fevral 2016-cı il tarixdən etibarən Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan saat 17:30-dək qəbul olunacaqdır.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-06-82, 492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.
Bu ildən etibarən vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 23.12.2018-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzindətəşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcəkdir.
Əlavə olaraq bildiririk ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər 20.12.2018-ci il tarixədək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini orkhan.babayev@barassociation.az elektron poçt ünvanına 20.12.2018-ci il tarixədək göndərməlidirlər.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Qeyd:
1. İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq Mərkəzdə 180 nəfərədək namizəd imtahan verəcəkdir. Bu səbəbdən daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaqdır. İmtahana dəvət olunacaq şəxslərə müraciətləri daxil olduğu gün 23.12.2018-ci il tarixdə keçiriləcək imtahanda buraxılıb-buraxılmamaları barədə məlumat veriləcəkdir. Qeyd olunan tarixə imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda keçiriləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.
2. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun 13-cü maddəsinin tələbinə əsasən, bundan əvvəlki qəbul imtahanında (28.01.2018) iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçə bilməmiş şəxslər 23.12.2018-ci il tarixdə keçiriləcək imtahanda iştirak etmək üçün sənəd qəbulunda iştirak edə bilməzlər.
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur.
Bu ildən etibarən vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığını nəzərə alaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 23.12.2018-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzindətəşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcəkdir.
Əlavə olaraq bildiririk ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər 20.12.2018-ci il tarixədək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.
Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini orkhan.babayev@barassociation.az elektron poçt ünvanına 20.12.2018-ci il tarixədək göndərməlidirlər.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Qeyd:
1. İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq Mərkəzdə 180 nəfərədək namizəd imtahan verəcəkdir. Bu səbəbdən daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaqdır. İmtahana dəvət olunacaq şəxslərə müraciətləri daxil olduğu gün 23.12.2018-ci il tarixdə keçiriləcək imtahanda buraxılıb-buraxılmamaları barədə məlumat veriləcəkdir. Qeyd olunan tarixə imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda keçiriləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.
2. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun 13-cü maddəsinin tələbinə əsasən, bundan əvvəlki qəbul imtahanında (28.01.2018) iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçə bilməmiş şəxslər 23.12.2018-ci il tarixdə keçiriləcək imtahanda iştirak etmək üçün sənəd qəbulunda iştirak edə bilməzlər.
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 25.05.2023-cü il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Vəkilliyə qəbulla bağlı test imtahanı 25.05.2023-cü il tarixdə hər növbədə 170 namizəd olmaqla iki növbəli olaraq saat 10:00-da və 15:00-da baş tutacaq. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaqları xahiş olunur.
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 340 namizədin sənədinin qəbul olunduğunu (yerlərin bitməsini) nəzərə almalıdırlar.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.
https://barassociation.az/news/1058?fbclid=IwAR0g8TvwF0xpOHTIOCeikflkvoM...