Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki həbs edildi

Аватар пользователя Ramil Gachay

Rio-de-Janeyro polisi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Patrik Hikkini həbs edib. Apasport.az saytının məlumatına görə, o, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb. Hikki məskunlaşdığı oteldə polislər tərəfindən saxlanılıb. Həmin vaxt özünü pis hiss edən AOK prezidenti xəstəxanaya aparılıb. Hikkinin həbsinə əlində 800 biletlə saxlanılan alverçinin ifadələri səbəb olub.

Bilet satışı ilə bağlı araşdırmalar aparan Braziliya polisi artıq 40-a yaxın adamı saxlayıb. Onlardan biri Böyük Britaniyanın THG şirkətinin prezidenti, irlandiyalı Ceyms Merlondu.

Onun beynəlxalq cinayətkar qruplarla bağlılığı, böyük yarışlar zaman bilet alverindəki fəaliyyətdə şübhəli hesab olunur. Hikki eyni zamanda İrlandiya Olimpiya Komitəsinin prezidentidi.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.