Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda hüququ və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin birgə layihəsi çərçivəsində jurnalistlər üçün “Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə” mövzusunda 10 və 11 dekabr 2016-cı il tarixlərdə Quba rayonunda seminar təşkil edilmişdir. Seminar Azərbaycan Hüquq İslahatları mərkəzinin hüquqşünası cənab Tahir Əliyev tərəfindən aparılmışdır.
Qeyd edilən seminarda uşaqların müdafiə hüququn həyata keçirilməsi, ailədə uşağa qarşı zorakılıq tətbiq edilən zaman uşağın mənafeyinin müdafiəsi, ümumilikdə uşağın öz əmlakı üzərində istifadə və sərəncam vermək hüququnu həyata keçirilməsi, uşaqların övladlığa götürülməsi və tipli digər problemlərin həlli qaydaları jurnalistləri əsas maraqlandıran məsələlərə daxil idi. Seminar çərçivəsində mövzü ilə bağlı hazırlanmış kazuslar jurnalistlər tərəfindən müzakirə olunmuş və fərqli cavablar verilmişdir.
Qeyd edək ki, sonrakı mərhələdə jurnalistlər arasında „Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə” mövzusunda yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.