Dr. Ramil Qaçayevin investisiya müqavilələri və əqli mülkiyyət mübahisələrinə həsr olunmuş monoqrafiyası Routledge nəşriyyatında çap olunub

Аватар пользователя Ramil Gachay

Routledge nəşriyyatı Dr. Ramil Qaçayevin Investment Treaties and Intellectual Property Disputes: A Reform Agenda for Treaty Design and Adjudication adlı monoqrafiyasını nəşr edib.

Kitab beynəlxalq investisiyaların qorunması ilə əqli mülkiyyət hüquqları və dövlətlərin ictimai siyasət məqsədləri arasında yaranan problemləri araşdırır. İnvestisiya müqavilələrinin və arbitraj təcrübəsinin sistemli təhlilinə əsaslanan əsərdə bu ziddiyyətlərin aradan qaldırılması üçün müqavilə müddəalarının hazırlanması və arbitraj qərarlarının qəbul edilməsi sahələrində mümkün təkmilləşdirmələr nəzərdən keçirilir.

Monoqrafiya beynəlxalq investisiya hüququ, əqli mülkiyyət və dövlətlərin tənzimləmə səlahiyyətləri arasındakı münasibətlərə dair beynəlxalq elmi müzakirələrə töhfə verir.

Kitab haqqında ətraflı: Routledge

Müəllif: Dr. Ramil Qaçayevin LinkedIn profili

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.