Blogs

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #67 (Ödəmə mənbəyindən vergi)

Ödəmə mənbəyindən tutulan vergilərin növləri ilə aşağıda tanış ola biləcəksiniz (dividend, icarə və s.). 

 

Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması

122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #66

Elə növ xərclər var ki, onlar gəlirdən çıxıla bilməz. Bu cür xərclər VM-nin 119-cu maddəsində göstərilir. Həmçinin, əgər əldə olunan gəliri hesabına kompensasiya etmək niyyətiniz varsa 120-ci və 121-ci maddələrlə tanış olmağınız məsləhətdir. 

 

Maddə 119. Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması.

119.1. Aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #65

Gəlirdən çıxılan digər xərlər.

Maddə 117. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclərin gəlirdən çıxılması

117.1. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.

Ramil Gachay's picture

Yeni tikilən binalardan mənzil alarkən

Hal-hazırda Azərbaycanda, xüsusilə Bakı və Suqayıt şəhərlərində surətlə yeni binalar ucaldılır. Bəziləri, vətəndaşlar üçün güzəştli şərtlərlə mənzillər təklif edir. Tikinti prosesi dövlət  qurumlarının nəzarəti altında həyata keçirilir, ona görə də tikinti işləri müəyyən stardartların çərçivəsində keçirilməsi təmin olunur. 

Amma yenə də insanlar problemlərlə üzləşir. Əvvəlcədən detallara fikir verməyərək, sonradan peşmançılıq çəkirlər. 

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #64

Təmirlə və sığorta ilə bağlı xərclər də çəlirdən çıxıla bilər. Bununla bağlı ətraflı məlumat almaq üçün aşağıdakı maddələrlə tanış ola bilərsiniz

Maddə 115. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #63

Aşağıdakı, VM-nin 114-cü maddəsi, daha çox mühasiblərə aiddir. Çünki əsas və digər vəsaitlərin qiymətləndirilməsi, hesablanması, amortizasiyanın qiymətləndirilməsi və s. daha çox mühasibatlığa aiddir. Amma hər bir sahibkarın bu maddədən xəbəri olmalıdır (əgər qənaət etmək istəyirsə).

Maddə 114. Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #62 (Ümidsiz borclar)

Keçən bloq yazımda gəlirdən çıxılmayan xərclər barədə danışmışdıq. Bu mövzunun davamı olaraq ümidsiz borclara, ehtiyat sığorta fondlarına, elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclərə aid maddələrlə tanış olacayıq. Bu cür xərclər gəlirdən çıxıla bilər (yəni vergiyə cəlb olunmur). Bu maddələr sahibkarlara  qənaət etməyə kömək edə bilər.  

Maddə 111. Ümidsiz borcların gəlirdən çıxılması

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #61

Gəlirdən hansı xərclər çıxılır? Elə növ xərclər var ki, onlar gəlirdən çıxıla bilər, elələri var ki, gəlirdən çıxılmamış vergiyə cəlb olunur. Misal üçün şirkərtin işçiləri ezamiyyətə göndərilir. Ezamiyyətlə bağlı, bildiyiniz kimi, müvafiq məbləğlər ayrılmalıdır (həmin normalar Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir, həmçinin ezamiyyə xərcləri bağlı Maliyyə Nazirliyinin müvafiq normativ aktı var) bu xərclər (əgər normalara uyğundursa) gəlirdən çıxılır. 

Aşağıdakı maddələr bu barədə daha ətraflı mılumat verəcək.

 

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #60

Bir müddət bundan əvvəl, VM-nin 102-ci maddəsinə toxunarkən, gəlir vergisindən azadolmalar və güzəştlərdən danışmışdıq.  Bu gün də müvafiq azadolmalar və güzəştlərdən yazacayıq, amma bunlar bir az fəqrqlidir, çünki hüquqi şəxslərə aiddir. 

Həmçinin, 10-cu fəslin (Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr) ilk iki maddəsi ilə də tanış olacayıq. 

 

Maddə 106. Azadolmalar və güzəştlər

106.1. Vergidən azaddır:

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #59

Artıq biz Vergi Məcəlləsinin 9-cu fəslinə (Hüquqi şəxslərin mənfəət vergisi) çatmışıq. Bu növ vergi ödəyiciləri üçün fərqli vergi dərəcəsi tətbiq olunur (20%). Həmçinin vergi obeykti ilə bağlı müəyyən xüsusiyyətlər var. Bu gün 9-cu fəslin cəmi üç maddəsi ilə tanış olağayıq. 

 

Maddə 103. Vergi ödəyiciləri

103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.

Pages

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.