Aslan İsmayılov “Armaiti Spa & Fitness” klubuna qarşı

Ramil Gachay's picture

Aslan Ismayilov öz Facebook səhifəsində məhkəmədə növbəti qələbəsi ilə paylaşmışdır.
Sitat:
"... Bir daha əmin oldum ki, heç bir zəhmət itmir. Haqq işində insan israrlı, səbrli olduqda kimdən və nədən asılı olmayaraq qalib gəlir. 1 ildir ki, “Baku Hotel Company” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus “Hyatt Regency” mehmanxanasının “Armaiti Spa & Fitness” klubunda idmanla məşğul olmağıma qoyulmuş qadağa ilə bağlı iddiam Yasamal rayon məhkəməsi (hakim Rəfayil Əliyev) tərəfindən əsasən təmin edildi. 9 səhifəlik məhkəmə qətnaməsini əlavə edib tanış olmanızı xahiş edirəm. Çünki çox nadir hallardan biridir ki, məhkəmə bütün xırdalıqlarına qədər işi araşdırıb və məni qane etməsə də, hesab edirəm bu günkü reallıqlarda ədalətli qərar qəbul edib. Bundan başqa, əminəm ki, öz hüquqlarımızı necə qorumaq lazım olduğunu bilmək üçün də QƏTNAMƏ ilə tanışlıq faydalı olar.
Qətnamə ilə tanış olduqda Siz, idman klubuna gəldiyim ilk günlərdən işçi personalının ancaq rus və ya ingilis dillərində danışdıqlarını, zalda olan bütün məlumat lövhələrinin ingilis dilində olduğunu, Azərbaycan dilinə olan bu hörmətsizlik barədə Baş nazir Artur Rəsizadəyə məktub ünvanladıqdan sonra bu problemin öz müsbət həllini tapdığını, idman klubunun hovuzundan istifadə edərkən mütəmadi olaraq orada aşağı səviyyəli xidmətin, intizamsızlığın, natəmizliyin şahidi olduğumu, buna görə də artıq bir dəfə məhkəmə qaydasında “Baku Hotel Company” Şirkətinin cəzalandırılmasına necə nail olduğumu görəcəksiniz.

Aşağıdakı likə daxil olarkərn, qətnamə ilə tanış ola bilərsiniz:
http://dejure.az/az/court-acts/idmanla-msgul-olmaq-ucun-manelrin-aradan-...

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.