Türkiyədə hərbi çevriliş cəhdi – 754 nəfər həbs olunub, 60 nəfər öldürülüb

Ramil Gachay's picture

Səhər saatlarına yaxın Türkiyə dövlətinə məxsus güclər hərbi dövlət çevrilişinə cəhd edən koalisiyanın silahlı qüvvələrini üstələməyi bacars da, hələ də qardaş ölkədə gərginlik davam etməkdədir. Baş nazir Binali Yıldırım BİLDİRİB Kİ, “Baş qərargah rəisi vəzifəsinə  BİRİNCİ Ordu Komandiri General Ümid Dündar təyin edildi”.

Hazırda Ankara səmasında xuntaçılara məxsus 4 qırıcı uçuş həyata keçirir. Rəsmi Ankra 4 qırıcının son xəbərdarlıqdan sonra vurulacağını bildirib
24saat.org saytı Türk mətbuatına istinadən bildirir ki, Boğaziçi körpüsünü işğal edən əsgərlər, polisə təslim olub. Təxminən 50 əsgər gözaltına alınarkən, tankların üzərinə çıxan vətəndaşlar qələbələrini qeyd edib.

Boğaz körpüsündən tank atəş açıb: 3 nəfər yaralanıb

34 komandan və 29 yüksək rütbəli zabit vəzifəsini itirib.

Son məlumata görə ümumilikdə 754 nəfər həbs olunub.

Daha bir tank Baş qərargahdan çölə çıxarılan tank, barrikada kimi istifadə olunan yük maşınlarının olduğu bölgəyə atəş açıb.

Atəş nəticəsində bəzi kamyonlarda ziyan meydana gəldi.

Sahədən vətəndaşlar uzaqlaşdırıldı.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.