Məhkəmə qərarına əsasən, Rus Pravoslav Kilsəsi öz borcunu podratçıya dualarla qaytarır

Ramil Gachay's picture
Rusiya mətbuatına əsasən, Rus Pravoslav Kilsəsi (bundan sonra – RPK) aralarından müqavilələrin olmasına baxmayaraq, öz podratçılarına kilsə tikintisi ilə bağlı verdiyi sifarişlərə görə ödəmələri müxtəlif bəhanələrlə həyata keçirmir. Belə ki, tikinti işləri yekunlaşdırıldıqdan sonra RPK ödənişin yerinə podratçı şirkətlərə kilsəni RPK-ya bağışlamağı və ianə kimi verməyi təklif edir.
Cari ilin iyul ayında inşaat xidmətləri göstərən “Mosproekt-2” şirkət Moskva Arbitraj Məhkəməsinə RPK-ya qarşı cəmi 6,9 milyon rubl olmaqla 9 idda ərizəsi təqdim etimşdir. Əslində “Mosproekt-2” qeyd olunan məbləği kilsəyə bağışlaya da bilərdi, lakin aralarında olan müqavilələrə görə “Mosproekt-2”nin vergi öhdəlikləri yaranır ki, həmin vergilərin ödənilməməsi vergi orqanları tərəfindən vergidən yayınma kimi qiymətləndirilə bilər.
Podratçı şirkətin rəsmisinin fikrinə görə, sifariş olunan kilsələrin smeta dəyəri ən aşağı həddə hesablanmışdır. Halbuki, RPK-nın maliyyə imkanları çox yüksəkdir. Vergi orqanlarının məlumatlarına əsasən, ötən il ibadət xidmətlərinin göstərilməsi, habelə dini ədəbiyyatın satışı nəticəsində RPK-ya 1,79 milyard rubl, vətəndaş və özəl müəssisələrin ianələrinin həcmi 4,03 milyard rubl olmuşdur. Eyni zamanda federal büdcədən ayrılmış əvəzsiz vəsaitin həcmi 2,6 milyard rubl olmuşdur.
RPK hətta borclu olduğu şirkətlərin adlarını televiziyada sanki həmin şirkətlərin kilsə tikintisini ianə verməsi ilə bağlı təbliğatlar da aparır. Belə bir hal “Leqat-stroy” şirkətinin başına gəlmişdir. Şirkət təbii olaraq RPK-nı Nijeqorod Rayon Məhkəməsinə vermişdir. İddia ərizəsinə əsasən, təxminən 1 milyon rublluq işlərin yalnız 458 min rublu RPK tərəfindən ödənilmiş, lakin qalıq məbləğ müxtəlif bəhanələrlə ödənilməmişdir. Başqa çıxış yolu qalmayan podratçı şirkət RPK-nın öz qalıq borcunu həmin şirkətin rəhbərliyinə dualar oxumaqla ödənilməsinə razılıq vermiş və məhkəmə bu məzmunda qərar çıxarmışdır. Qərara əsasən, borclu (RPK) podratçıya (“Leqat-stroy”a) 200 min rubl ödəyəcək, geri qalan borcu isə RPK "Allahın qulları Arsenyev İvan və Lepustin Serqeyin (şirkət sahiblərinin) ailələrinə və onların başlayacağı hər bir işdə uğurlu olmaları üçün dualar edəcəkdir.”
 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.