Bu sözləri e-huquq.az-a açıqlamasında ABŞ-dakı Millennial Siyasi Mərkəzin təsisçi üzvü Vüqar Şahbazlı deyib.
Son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində törədilən təxribatlarla bağlı ABŞ-ın Los Anceles şəhərində keçirilən aksiya zamanı həmvətənlərimizin ermənilərin hücumuna məruz qalmasından danışan V.Şahbazlı baş verənlərindən məyus olduğunu bildirib.