Hüquqi şərhlər
Məlum olduğu kimi, Ali Məhkəmənin Mülki Kollegiyasının ayrı-ayrı məhkəmə tərkibləri arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tətbiqi ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmiş, bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları yazılı formada əsaslandırılmış hüquqi rəylərini Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət etmişdir (http://www.supremecourt.gov.az/post/view/1418 ). Bu baxımdan Ali Məhkəmənin təşəbbüsünü yüksək qiymətləndirərək bu sahədə geniş təcrübəsi olan bir hüquqşünas kimi qaldırılan məsələ ilə bağlı hüquqi mövqeyimi diqqətinizə çatdırmağı zəruri hesab edirəm.
Mətbuatdan məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası (bundan sonra “AR”) Mülki Məcəlləsinin (bundan sonra “MM”) bəzi müddəalarının AR Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə MM-in 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün AR Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, MM-in bəzi müddəalarına aydınlıq gətirilməsi də xahiş olunur. Həmin sorğu və müraciətə AR Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaq.
Alimentlər - (lat. alimentum — qidalanma, saxlama) — ər-arvad, valideynlər və uşaqlar tərəfindən saxlaması və dolandırılması üçün qanunvericiliyə uyğun olaraq məcburi şəkildə bir-birinə ödənilən vəsaitlər.
(Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"ndan çıxarış)
3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.
VƏRƏSƏLİK HÜQUQU HAQQINDA ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ (Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatından çıxarış)
Uşağın anadan olması sosial sığorta hadisəsi hesab olunur və uşağın anadan olmasına görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.