Xidmətlər

Hüquq portalı qeyri-kommersiya əsaslı bir resursdur. Eyni zamanda biz kommersiya fəaliyyəti ilə də məşğuluq. De Jure MMC, 2011-ci ildən fəaliyyət göstərir. Biz, yerli və xarici  hüquqi şəxslərə müxtəlif növ hüquq və konsaltinq xidmətləri göstəririk. Şirkətin hüquqşünasları yüksək peşəkarlığı ilə tanınır və biz müxtəlif xidmət sahələrini daim genişləndiririk.

Hüquq, İnsan Resurslarının idarə edilməsi və Konsaltinq sahəsində təcrübəmiz, yarana biləcək və / və ya yaranan problemləri vaxtında aradan qaldırılması üçün bizə imkan verir. Siz aşağıdakıları əldə edəcəksiniz:

  • Biznesin müdafiəsi (şirkətin dövlət qurumları qarşısında təmsil olunması, daxili sənədlərin qanunvericiliyə uyğun olmasının təmin olunması, rəqiblərin qeyri-qanuni əməllərin qarsısın alınması)

  • Sənədləşmə işi (hüquq əhəmiyyətli sənədlərin hazırlanması, təhlili və yoxlanılması, o cümlədən daxili kargüzarlığa nəzarət, müqavilə uçotu, elektron sənəd bazasının təşkil edilməsi)

  • HR konsaltinq (beynəlxalq standartlara cavab verən İnsan Resurslarının idarə edilməsi sisteminin tətbiq edilməsi, kadr uçotunun qanunvericiliyə uyğun olaraq aparılması)

  • Biznesin hüquqi müşayiəti (əqdlərin bağlanmasında, notarius hərəkətlərində iştirak, lisenziya və icazələrin alınmasında köməklik).

 

 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.