Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. ABŞ-ın İnternyus Təşkilatının “Media hüququ Kursu”nu, Avropa Şurasının “Avropa Məhkəməsində İnsan Haqlarının Müdafiəsi”, Fridrix Nouman Fondunun “Korrupsiya ilə mübarizənin strateji planlaması”, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Jurnalistlərin hüquqi maarifləndirilməsi”, “İnzibati qanunvericliklə bağlı maarıfləndirmə”, Amerika Hüquqşunaslar Assosiasiyasının vəkillik kurslarını bitirib. ABŞ-da “Alternetiv Media” və “Medianın böhtandan müdafiəsi” kursları keçib. Müxtəlif vaxtlarda peşəkar jurnalistika ilə məşğul olub. Hüquqçuların, jurnalistlərin, sivil toplum qurumları fəallarının maarifləndirilməsi, informasiya azadlığının inkişafı, media qanunvericiliyinin inkişaf etdirilməsi, ifadə azadlığına dair strateji məhkəmə çəkişmələrinin hazırlanması ilə bağlı bir neçə layihəyə rəhbərlik edib. “Gün işığı bələdçisi” və “Media etikası” kitablarının həmmüəllifidir. De Jure təşəbbüs qrupunun üzvüdür. İkinci Qarabağ müharibəsində iştirak etmiş "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var.
Mob: 050 3727116
Email: dejure@dejure.az