Markaların qorunması
De Jure hüquq firması mülkiyyət və müəlliflik hüququ ilə bağlı bütün məsələlərdə məsləhət verir.
Müzakirə, müdiasiya yolu ilə həll edilməyən hüquq pozuntuları ilə bağlı araşdırmalar aparır, lazım olduqda məhkəmə davaları açır, həmin məhkəmə işlərində müdafiəçi qismində çıxış edir - bütün bu prosesi aparırıq. Vəkillik xidməti göstərərkən məhkəmə prosesləri başladığı zamandan, bitənə qədər müştəriləri bilgiləndirir, mümkün nəticələr barədə onları xəbərdar edirik.
Mülkiyyət və müəlliflik hüququ ilə bağlı bütün məsələlərdə hüquqi məsləhətlər veririk. Xidmətlərimiz sırasına markaların qeydiyyatı, markaların qorunması, patentlərin alınması, habelə bütün bu məsələlərlə bağlı məhkəmə işlərinin aparılması daxildir.
Nə işlər görürük:
- Hər hansı markaya aid oxşadılmış, saxta, oğurluq, icazəsiz məhsulların araşdırılıb müəyyən edilməsi;
- Markaların belə məhsullardan qorunması;
- Belə məhsulların satışının qarşısının alınması;
- Habelə, hər hansı markanın gerçək məhsullarının satışı işində yardımçı olmaq;
- Hər hansı markanın saxta, icazəsiz məhsullarının satış yerlərinin müəyyən edilməsi - Bazar araşdırmasının aparılması, hesabatın hazırlanması;
- Hər hansı markanın saxta, icazəsiz məhsullarının satanlarla bağlı bilgi bankının yaradılması;
- Hər hansı markanın saxta, icazəsiz məhsullarını istifadə edən müəssisələrin müəyyən edilməsi;
- Hər hansı markaya aid məhsulları satan bütün müəssisələrin siyahısnın müəyyən edilməsi, dəlillərin toplanması və bu bilgilərin marka sahibi ilə bölüşülməsi yolu ilə icazəsiz, saxta məhsul satanların müəyyənləşdirilməsi;
- Saxta, icazəsiz məhsullar satanları bunun qanunsuz olması barədə xəbərdar etmək;
- Saxta, icazəsiz məhsulları hazırlayıb satanlar barədə bilgi bankının vəkillərə təqdim olunması;
- Vəkillər tərəfindən məhkəməyəqədər müdafiə vasitələrinin işə salınması;
- Vəkillər tərəfindən məhkəməyə müraciət edilməsi;
- Axtarış və götürmə haqda məhkəmə qərarının ardınca vəkillərin iştirakı ilə qərarın icrası;
- Təzminat tələbi ilə məhkəmə işlərinin açılıb aparılması.
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.