Abunə hüquqi xidmətlər
Abunə hüquqi xidmətlər:
Kompleks hüquqi xidmət barəsində müqavilə bağlanılarkən müştəri, hüquq problemlərinin tam kompleksdə uğurla aradan qaldırılması üçün zəruri və lazımi xidmətlərin tam spektrini əldə edir.
- Dövlət qurumlarında layihənin razılaşdırılması, icazələrin verilməsi və hüquq təyinedici sənədlərin (şəhadətnamələrin) alınması suallarla bağlı təmsilçilik;
- Müştərinin sifarişinə əsasən AR Normativ-hüquqi sənədlərinin axtarışı, toplanması, təhlili və təqdim edilməsi;
- Sazişin və ya layihənin hüquqi müşayiəti;
- Dövlət tərəfindən şirkətdə keçirilən yoxlamalarda prosessual hərəkətlərinə yoxlayıcılar tərəfindən riayət edilməsinə, yoxlayıcıların düzgün rəy verilməsinə, yoxlama nəticələrin düzgün rəsmiləşdirilməsinə və prosessual sənədlərin tərtib edilməsinə hüquqi nəzarət məqsədilə iştirak;
- Qüvvədə olan və ya Müştərinin partnyorları tərəfindən təqdim edilmiş müqavilələrin ekspertizası və dəyişikliklərin edilməsi;
- Müştərinin partnyorları tərəfindən təqdim edilmiş əlverişli dəyişikliklərin edilməsi təklifi haqqında sənədlərin təhlili;
- Müqavilələrin bağlanması, icra edilməsi, dəyişdirilməsi və ləğv edilməsi zamanı yaranan mübahisələrin həll edilməsinə aid hüquqi xidmətlər;
- Müqavilələrin bağlanması barədə danışıqlar aparılarkən maraqların təmsili;
- Müqavilələrə xitam verilməsi ilə bağlı tədbirlərin keçirilməsi, həmçinin məhkəmə qaydasında;
- Lisenziyaların rəsmiləşdirilməsi;
- Əmtəə nişanları, patent, müəllif hüquqların qeydiyyatı;
HR-konsaltinq:
- Şirkətin daxili sənədlərin mövcud olması və düzgün tərtib edilməsinin yoxlanılması (daxili əmək nizam qaydaları haqqında əsasnamə, vəzifə təlimatları və s.)
- Əsas HR sənədlərinin auditi (ştat cədvəli, iş vaxtının hesablanma cədvəli, işçilərlə əmək müqavilələr)
- Daxili əmrlərin rəsmiləşdirilməsi və qeydiyyatı şəxsi kartların aparılma qaydaları, əmək kitabçaların, məzuniyyətlərlə bağlı kargüzarlığın mövcud olmasının yoxlanılması.
- Abunə hüquqi xidmətlərin qiyməti razılaşma əsasında müəyyən edilir.
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.