Məsləhətxana 2011

2011-01-04

927  Kamran (01-01-2011) Salam! Yeni iliniz mubarek! Menim shexsi mulkiyetim olan magazanin yaninda terefimden yararli hala getirilmish 50kv/m bosh torpaq sahesi vardir. Hemin torpaq sahesini belediyyeye muraciet etmekle ala beleremmi, yoxsa auksion kechirilmelidir? Umumiyyetle, qanunvericilik bele hallar uchun hansi muddealar nezerde tutur? Teshekkur edirem.

Salam.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 9-cu maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Sualınıza görə təşəkkür edirik.

 

2011-01-04

 

928  Rehman (01-01-2011) Sizi salamlayiram ve Yeni ilde ugurlar arzulayiram. Boyuk Veten muharibesi istirakcisinin dul arvadi 85,0 AZN teqaud alir. Bu vaxta qeder, yardim meqsedile ayrilmis vesaitlerden hec birini almamisdir. O, artiq dunyasini deyismis heyat yoldasinin teqaudunu ala bilermi? Bu halda qadina nece komek etmek olar?

Salam.

Sosial müavinətlər haqqında Qanunun 11-ci maddəsinə əsasən müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) digər hallarda isə növbəti ayın 1-dən dayandırılır.

Əgər bu vaxta kimi ödəniləsi olan, lakın ödənilməmiş müavinətlər varsa onda ərizə ilə Sosial Müdafiə Fonduna müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-04

929  Samirə (01-01-2011). Salam vəzifəsindən sui-istifadə edənin cəzasi nədi? Təşəkkur

Salam.

Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən:

  • vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • həmin əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların  nümayəndələri, habelə \"Korrupsiyaya qarşı mübarizə haqqında\" Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.

2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə cinayət məsuliyyəti daşıyırlar

Sualınıza görə təşəkkür edirik.

2011-01-04

930  Samirə (01-01-2011) Salam qadin, qadin zorakiliqi ilə uzləşəndə huquqlarini qorumaq ucun hara muraciət etməlidi

Salam.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkilinə (Ombudsmana) qadın hüquqları ilə məşğul olan QHT-lərə (ABA CEELI (Amerika Hüquqşünaslar Assosiasiyası)Hüquqşünas Qadınlar Assosiyasiyası)  müraciət edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-04

931  Rafiz (02-01-2011). Salam xahiş edirəm mənə Hüquq anlayışı və Hüquq prinsipləri haqda ətraflı və dəyərli məlumatlar verəsiniz.

Salam.

Əgər bu barədə ətraflı yazsaq bunu üçün ayrıca kitab yazılmalıdır. Hüquq anlayışı burda göstərilib. Hüquqi prinsiplər bölünür: ümumi, sahələr üzrə, sahələrarası prinsiplər.

Misal üçün ümüumi bərabəlik, hüquq pozuntuya görə məsuliyyət daşınmaş

Sahələr üzrə misal üçün azad müqavilə hüququ (mülki hüquq), şəxsi işlərə müdaxilə etməmə və s.

Sahələrarası çəkişmə prinsipi (həm mülki prosesdə, həm cinayət prosesdə), açıqlıq prinsipi və s.

Sualınıza görə təşəkkür edirik.

2011-01-04

932  Bahruz (03-01-2011). Salam. Sualım belədir: Şəhidlik statusu kimlərə verilir?

Salam.

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanunun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Sualınza görə təşəkkür edirik.

2011-01-04

933  Bahruz (03-01-2011). Salam. Müddətli hərbi xidmətdə olan 5 əsgərin yol nəqliyyat hadisəsi nəticəsində ölmələrinə görə onlara şəhidlik statusu verilə bilərmi?

Salam.

Bu münasibətlər Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları ilə tənzimlənir. Belə ki, həmin qaydalarının 4-cü bəndinə əsasən  şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır.

Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi Dövlət Sərhəd Xidməti və  rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-04

934  Samir (03-01-2011). Salam Dejure! Denizde isleyen fehlelere agir seraitde islemelerini nezere alaraq maashlarinin 60-70%-i deyerinde elave \"deniz emsali\" adlanan pul verilir.Hem maashdan hem de deniz emsalinda gelir vergisi ve sosial mudafie fondu ucun pul tutulur.Ancaq shirketimiz bize mezunuyyet pulu odeyerken deniz emsalini nezere almadan ,yalniz maasin faizini hesablayaraq mezuniyyet pulu odeyir.Halbuku, biz emek muqavilesi imzalayarken dehem maasha hem de deniz emsalina alacagimiz ucun resmi muqavile baglamishiq.Bu ne derecede dogrudur.Bu meseleye huquqi cehetden aydinliq getirmeyinizi xahis edirem .Onceden teshekkur eidrem.

Salam.

Əmək Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əgər işəgötürən müqavilədə göstərilən öhdəliklərini yeriə yetirmirsə Əmək Müfaəttişliyinə və ya məhkəməyə müracit edə bilərsiniz və hüquqların bərpasını tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-04

936  Vusal (05-01-2011) Salam Dejure. Mən bilmək istəyirəm ki Post patrul Xidməti və Çevik polis alayinin vəzifələrini hansi qanunla və ya hasni Təlimatla müəyyənləşdirilir.Məsələn Yol Polisi işçilərinin vəzifələri Yol Patrul Xidməti haqqında təlimat la müəyyənləşdirilir. POlis haqqında Qanunu oxudum Konkret onların vəzifələrinə aid olan heç nə tapa bilmədim.Orada Ümumi polis haqqında yazilib.Koməklik etsənizz çox məmnun olardim.Əvəlcədən sizə öz çox sagolumu bildirirəm

Salam.

Yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin təbliğinə dair Dövlət Yol Polisinin fəaliyyəti haqqında Təlimat və Yol-Patrul Xidməti haqqında Təlimat ilə tanış olmaq məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-01-07

937  Yalchin (05-01-2011) Salam. Xais edirem menim sualimi cavabsiz qoymayasiniz. 2007-ci ilde Rusiya vetendasliqini qebul etmisem. 3 aydir Azerbaycana qayitmisam. Azerbaycan vetendasliqina xetim vermeyibler ve men Azerbaycan respublikasinin vetendasiyam. Rusiyada yasayanda komersiya banklarinin birinden kredit goturmusem. Artiq 3 aydir Azerbaycana gelenden krediti qaytarmiram ve qaytarmaqda fikrim yoxdur. Hemiselik qayitmisam Azerbaycana ve bir daha Rusiyaya geden deyilem. Krediti qaytarmadiqima gore eger Rusiyadan Azerbaycana muraciet edib meni teleb etseler Azerbaycan dovleti meni Rusiyaya tehvil verermi

Salam.

İlk növbədə qeyd etməliyik ki,  öhdəliyi yerinə yetirməmək hüquq pozuntusudur (digər tərəfə zərər vurursunuz). Hansı ölkədə olduğunuzdan asılı olmayaraq kreditor məhkəmə vasitəsilə borcu qaytarmaq tələbini irəli sürə bilər və haqlı olar. Həmçinin zərərin əvəzini də tələb edə bilər (borc məbləğindən əlavə dəbbə, cərimə və digər).

Bu qədər.

2011-01-07

938  Günel (06-01-2011). Salam. öncəki sualıma cavab verdiyiniz üçün təşəkkür edirəm. bilmək istəyirəm nigahın pozulması haqda iddianı kimin qaldırmağının hansı mənfi tərəfləri var, və uşağı anadan məhkəmə qərarı ilə ala bilərlər? Ana narkotik işlətmir, pis işlərlə də məşqul deyil, maaşı azdır. uşağın 4 yaşı var. çox sağolun.

Salam.

Bu məsələlər məhkəmə tərəfindən həll edilir (Ailə Məcəlləsinin 22-ci maddəsi). Kim tərəfiindən iddia qaldırmasından asılı olmayaraq mənfi o hal olur ki,  ailə dağılır. Baxmayaraq ki, valideynlərin hər biri bərabər hüquqlara malikdir, məhkəmələr adətən anaların hüquqlarını üstün tuturlar (maddə 3.0.4.- ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi həmin Məcəllənin əsas vəzifələrindən biridir). 

Sualınıza görə təşəkkür edirik.

2011-01-07

939  Fərid (06-01-2011). Salam hormetli dejure komandasi. Aktual movzuya toxunmaq isterdim. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla bagli bir sira meqamlara aydinliq getirmeyinizi isterdim Sizin fikrinizce bu odenish iscinin emek haqqindadn tutulacaqdir yoxsa isegoturenin hesabina. yeni icbari sigorta muqavilesi isegoturen ve sigorta sirketi arasinda baglanmasi o anlama gelirmi ki isegoturen oz hesabina bu odenishleri etmelidir. Onceden oz tesekkurumu bildiriem

Salam.

Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

Həmçinin həmin Məcəllənin 225-ci maddəsinə əsasən həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidirlər. Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-08

940  Kerim (06-01-2011) Salam, vesiyyetle verese teyin etmek ucun notariusa hansi senedleri teqdim etmek lazimdir?

Salam.

Bu barədə ətraflı Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 3-cü fəslində götərilib. Tanış ola bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-08

941  Kamran (06-01-2011). Salam. Azerbaycan Respublikasinin merkezi icra hakimiyyeti orqanlari(Nazirlikler, Komiteler ve s.) hansi hallarda oz emrlerini Edliyye Nazirliyi ile razilashdirmalidirlar? Umumiyyetle hansi normativ huqui aktlar Edliyye Nazirliyi ile razilashdirilaraq qeydiyyatdan kechirilmelidir? Teshekkur edirem.

Salam.

Normativ hüquqi aktlar haqqında Qanunun 41.2-ci maddəsinə əsasən müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və Azərbaycan RespublikasıMərkəzi Bankının normativ aktları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra özlərində başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.

Həmin Qanunun 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün normativ hüquqi aktları dövlət uçotuna alınmaq üçün, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktlarıisə həmçinin dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

30 dekabr 1999-cu il tarixli  242 saylı Prezidentin Fərmanına əsasən 41-ci maddəsinin 41.2.-ci bəndində nəzərdə tutulmuş \"müvafiq mərkəzi icra hakimiyyəti orqanları\" dedikdə, Azərbaycan Respublikasının nazirlikləri, bütün digər mərkəzi və yerli icra hakimiyyəti orqanları başa düşülür (Azərbaycan Respublikasının Prezidenti yanında yaradılan orqanlar istisna olmaqla). 51-ci maddəsinin 51.1.-ci bəndində nəzərdə tutulmuş \"müvafiq icra hakimiyyəti orqanı\"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

Salınıza görə tşəkkür edirik.

2011-01-08

942  Samirə (07-01-2011) Salam. Prokurorluq işcisi,Azərbaycan Respuplikasi Prokurorlugu işcilərinin etik davraniş Kodeksini ciddi surətdə pozduqda cəzasi nədi hansi tədbir görulməlidi təşəkkur edirəm

Salam.

Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksinn 6-cı fəslində (Kodeksin Tələblərinin Həyata Keçirilməsinin Təmin Olunmasi və Həmin Tələblərin Pozulmasina Görə Prokurorluq Işçisinin Məsuliyyəti) prokuror işçilərin məsuliyyətə cəlb edilməsi məsələləri nəzərdə tutulub.

Sualınıza görə təşəkkür edirik.

2011-01-08

943  Hafiz (07-01-2011). salam bir meseleni aydinlasdirmaq isterdim komek edin men ADSL xidmetinden istifade edirem yay aylarinda texmini ay yarim texniki sebeblere gore ADSL-im telekomunukasiya terefinden islemedi indi meni caqirib deyiler ki hemen ayi ode bu ne derecede duzgundur xahis edirem etrafli cavab veresiz

Salam.

Əgər həmin dövr ərzində sizə xidmət göstərməyiblərsə onun haqqını tələb edə bilməzlər (yenə də müqaviləyə diqqət yetirmək lazımdır). Əksinə siz istehlakçı hüquqlarınız pozulduğu üçün zərərin əvəzini ödəməyə haqlısınız. Lakın bütün bu faktları sübut etmək lazımdır. Digər tərəf müqavilə şərtlərinə riyaət etmirsə provayderi dəyişdirib başqası ilə işləyə bilərsiniz. Köhnə provayder ilə müqaviləyə müvafiq qaydada xitam edə bilərsiniz. Mübahisə yarandıqda məhkəmə qaydasında həll edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-08

944  Salam DEJURE. Sualım belədir: Hal hazırda məhkəmə prosesində kompensasiya iddiası üzrə işə baxılır. İlqar (08-01-2011). Mən bilmək istərdim ki, Kompensasiya təyin ediləndə hansı hallar nəzərə alınır. Yəni kompensasiyanın məbləği hansı qanun və ya hüquqi sənədlərələ tənzim olunur? Eşitdiyimə görə kompensasiyanın məbləği müvafiq yaşayış yerində kirayə evlərin 2 illik məbləği qədər olur. Bu belədirmi? Sizlərin başqa hər hansı məlumatları varsa (kompensasiyanın məbləği haqqında)xahiş edirəm bilginizi əsirgəməyin. Əvvəlcədən dərin təşəkkürümü bildirirəm.

Salam.

Əgər dövlət ehtiyacları üçün alınırsa həmin məsələ Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunla tənzimlənir. Və kompensasiya məbləği bazar qiymətinə uyğun əsasən formalaşır. 

Əvvələr “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” 2009-cu il 4 aprel tarixli, 54 nömrəli Nazirlər Kabinetinin qərarı var idi. Hal-hazırda o, qüvvədən düşüb (23 avqust 2010-cu il tarixli  156 saylı qərar ilə qüvvədən salınmışdır).

Əgər dövlət qurumu deyilsə onda bu ümumiyyətlə kompensasiya deyil, və siz yalnız razılığa gəldiyiniz qiymətə öz əmlakınızı sata bilərsiniz.

Təşəkkürlər.

2011-01-08

945  Suraya (09-01-2011). Salam. 37 il yaşadığım torpaq sahəsinə mülkiyyətçi hesab edilirəm?

Salam.

37 il həmin sahədə yaşadığınızı sübut edən sübutlar  mövcuddursa, məhkəmə qaydasında öz hüquqlarını tanıtdıra bilərsiniz (əgər başqa sənədlər varsa Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə də müraciət edə bilərsiniz).

Sualınıza görə təşəkkür edirik.

2011-01-10

946  Suraya (09-01-2011) Salam. Müdafiə Nazirliyinin vəzifəli şəxsləri barədə məlumatı necə əldə edə bilərəm?

Salam.

Müdafiə Naziri və onun müavinləri (və qanunvericilikdə göstərilən digər vəzifəli şəxslər) Prezidentin aktları (fərman və sərəncamlar) ilə təyin olunurlar. Bu barədə məlumatlar açıqdır. Digər vəzifəli şəxslər nazir tərəfindən təyin edilir. Bu məlumat açıq olmaya da bilər və məxfi sayıla bilər, hətta dövlət sirri də ola bilər (bu atrıq həmin şəxsin gördüyü funksiyalardan asılıdır).

Sualınıza görə təşəkkür edirik.

2011-01-10

947  Aynur (09-01-2011) Salam Aleykum hörmətli De Jure! Gec də olsa Hemreyilik günü və Yeni il bayramlarınızı təbrik edirəm! Sualım belədir:-Mənzildə(ünvanda) kimlərin qeydiyyatda olmasını öyrənmək üçün mənzil sahibi hara və hansı sənədlərlə müraciət etməlidir. mənzil sumqayıt şəhərində yerləşir.

Salam.

Sizinlə bahəm.

Bununla bağlı Azərbaycan Respublikası DİN-in. PQİ-nin MAPSüzrə məlumat şöbəsinə müraciət edə bilərsiniz və lazımi məlumat ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-10

948  Samirə (09-01-2011). Salam. Prokurorluq işcisi etik davraniş kodeksini pozduqda bu barədə kimə məlumat verilməlidir. Prokurorluqda bu barədə kimə muraciət etmək lazimdi.Təşəkkur edirəm

Salam.

Bununla bağlı Baş prokurorluğa da müraciət edə bilərsiniz. Amma öz mövqenizi əsaslandırmalısınız (sübutlarla).

Sualınıza görə təşəkkür edirik.

2011-01-10

949  Əziz (10-01-2011). Mən BDU-nun yataqxanasında müəllimə kimi 15 ildir ki, yaşayıram. 3 il əvvəl universitetdən işdən çıxmışam. Yataqxanalar boşaldılan zaman mənə qaçqınlara verilən qədər kompensasiya və ya ev veriləcəkmi?

Salam.

Qaçqınların və məcburi köçkünlərin müvafiq statusu var. O cümlədən müəllimlərin də müvafiq statusu var. Misal üçün rayonlarda müəllimlərə torpaq sahələri ayrılır. Hazırkı məsələ mübahisəlidir, çünki yataqxanalar müvafiq dövlət qurumların nəzdində olur. Lakın bununla bağlı məhkəməyə müraciət etmk hüququnuzu heç kim almır.

Sualınıza görə təşəkkür edirik.

2011-01-10

950  Xəzər (10-01-2011). Salam. Torpaq sahesinde tikilmis sexsi eve elektrik saygaci qurasdirmaq ucun hansi sened ve ne qeder dovlet rusumu odenilmelidir.

Salam.

Energetika haqqında Qanunun 8.3-cü maddəsinə əsasən hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar:

 

  • paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir;
  • sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiqşəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir);

Sualınıza görə təşəkkür edirik.

2011-01-11

951  Suraya (10-01-2011) Hüquqlarımın məhkəmə qaydasında tanınmasına siz köməklik edə bilərsiniz?

Salam.

Bu cür xidmətlər pullu xidmətlərə aiddir.

Bu qədər.

2011-01-11

952  Ceyhun (11-01-2011) Salam. Əgər işçilərdən biri əmək məzuniyyəti zamanı bülletenə çıxarsa, onun əmək funksiyalarının əvəz olunması və buna görə əmək haqqının ödənilməsi necə olmalıdır?

Salam.

Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arsındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-11

955  Vidadi (12-01-2011) Salam. Mən 1992-ci ildən 1998-ci ilə kimi (rəqəm gizlənilib) sayli h/h-nin 3-cü taborunda zabit kimi xidmət etmişəm. Ayağimdan və qarin nahiyəmdən güllə yarasi almişam. Hospitalda əməliyyat olunandan sonra yenidən tabora qayitmişam. Aprel ayinin 26-da Fizuli bölgəsində gedən döyüşlərin birində onurğa sümüyündən zədə aldim .Taborun həkimi bildirdi ki, belim sərpib. Hospitala getmədim. Atəçkəsdən sonra isə dəfələrlə Gəncə, Mingəcevir və Bakida Papanin həspitalinda müalicə oldum . 1996-ci ildə onurğa beynindən əməliyyat olundum. 1999-cu ildə həmin əməliyyatla əlaqədar 2-ci qrup əlil kimi təqaüdə cixdim. Amma mənə Qarabağ əlili statusu vermədilər. Əlimdə döyüşdə belidən travma almağim barədə briqada komandirinin təsdiq etdiyi akt var. Hal-hazirda 2-ci qrupp hərbi əlil kimi pensiya aliram. Qarabağ əlili statusu almaq ücün məsləhət verməyinizi xahiş edirəm. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Salam.

Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Fərmanına əsasən II qrup müharibə əlillərinə – 70 manat təqaüd verilir. 

Müharibə veteranı adının almaq üçün Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni rəhbər tutmalısınız. 

Belə ki, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-13

954  İlqar (11-01-2011) Salam Dejure. 944-cu sualda qeyd etdiyim kompensasiya meselesi iki vetendash arasindadir.boshanan teref yashayish huququndan istifade ederek boshandigi heyat yoldashinin evinde meskunlashmaq isteyir,eks teref ise pul odeyib yani kompensasiya onlari eve buraxmaq istemir.men hemin kompensasiyanin teyin olunan zaman neye istinad etdiklerini oyrenmek isteyirem.

Salam.

Aydındır.

Həmin kompensasiyanın məbləği birbaşa  birbaşa qanunvericiliklə tənzimlənmir. Lakın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumun 17 iyun 2004-cü il tarixli qərarına (G.A.Mustafayevanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) əsaslanaraq qeyd etmək olar ki,  yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-01-11

956  Telman (12-01-2011) Men ve 18 yash. qizim anamin evinde qeydiyyatdayiq. Anam qizimin icazesi olmadan onu qeydiyyatdan chixara bilermi?

Salam.

Həmin şəxsin  qeydiyyatdan çıxarılması yalnız Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddədə göstərilən hallarda mümkündür. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-13

957  İlqar (12-01-2011). Salam Dejure. Sizlere bir daha teshekkurumu bildirirem.menzil mecellesinin 123-cu maddesi ile tanish oldum.amma bir uygunluq tapmadim(yashamaq huququnun taninmasi ile bagli).sizden xahish edirem:bu maddeni sade dilde anladin.

Salam.

Yəqin yeni Mənzil Məcəlləsinə baxmısınız.

Belə ki, yeni Mənzil Məcəlləsinin 123-cü maddəsinin mətni:

Maddə 123. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri

123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır:
123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək;
123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq;
123.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək;
123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək;
123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək;
123.0.6. ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək;
123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək;
123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək.

Köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin mətni:

Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri
Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar 30 iyun 2009-cu il. tarixli  845-IIIQ №-li Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (yeni) uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-13

958  Ceyhun (13-01-2011) Salam. Şəxsiyyət vəsiqəsinin dəyişdirmə yaşları neçədir və hansı qanunvericilik aktları var?

Salam.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-13

959  Vusal (13-01-2011) Salam dejure. Vəzifəli şəxslərin qanunsuz hərəkətlərini video çəklişinə qanun icazə verirmi. yəni mən onların qanunsuz hərəkətlərin video çəkliş edərək onları ozumdə saxlaya bilərəmi. Əgər olarsa bu hansı qanunla tənzimlənir və hansı hallarda olar. Əvvəlki cavablar görə çox sağ olun. Təşəkkürlər

Salam.

Əvvəlki suallara görə çox sağ olun.

Vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə məlumat varsa bu barədə hüquqmühafizə orqanlarına müraciət etməlisiniz (prokurorluq, DİN, MTN orqanları  və s.), həmin videoçəkilişlər sonradan sübut kimi  məhkəmədə istifadə oluna bilər (əgər həmin vəzifəli şəxs doğrudanda öz səlahiyyətlərini icra edərkən hüquq pozuntusuna yol vermişdir). Həmin hüquq mühafizə orqanları artıq bu materiallara qiymət verdikdən sonra müvafiq qaydada həminşəxsi məsuliyyətə cəlb edə bilər. 

Lakın son zamanlar Milli Məclisdə diffamasiya haqqında qanun layihəsinin müzakirəsi aparılır, ona görə də həmin videomaterialların yayılması (misal üçün KİV vasitəsilə) hüquqa zidd ola bilər. Ona görə həmin məlumatı əldə etdikdə ilk öncə hüquq mühafizə orqanlarına müraciət etməyiniz məqsədə uyğundur.

Belə ki, Prokurorluq haqqında Qanunun 20-ci maddəsinə əsasən prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və müraciətlərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə ərizə, şikayət və müraciətlərə təxirəsalınmadan baxılır.

Sualınıza görə təşəkkür edirik.

2011-01-13

960  Ceyhun (13-01-2011) Salam. Ali təhsil müddəti işçinin əmək stajına daxil edilirmi? (təhsil almaqla bərabər işləyən işçilər istisna olmaqla). Əgər daxildirsə bu qayda hansı hüquqi normativ akta əsaslanır? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 

Məşğulluq haqqında Qanunun 21.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada, şəxsin təqaüd və ya işsizlik müavinəti aldığı, haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət ümumi əmək stajına daxil edilir.

Təhsil alarkən əmək stajının hüsablanması yalnız müstəsna hallarda qanunvericilikdə nəzərdə tutulub (misal üçün Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarına əsasən rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir).

Bundan başqa Əmək pensiyaları haqqında Qanunun 21-ci maddəsinə nəzər yetirmək məqsədə uyğundur (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri).

Sualınıza görə təşəkkür edirik.

2011-01-13

961  Samirə (13-01-2011) Salam. Prakuror işcisi barədə şikayətlə əlaqədar Baş Prokurorun qəbuluna adi vətəndaş(həyat yoldaşi) düşə bilərmi. Bilərsə bunu necə etmək lazimdi. Cavabiniza görə təşəkkür edirik. Sizin cavablarinis hüqüqlarimizi qorumaq ücün bizə cox kömək edir.

Salam.

Əgər cavablarımız kömək edirsə bizim üçün xoşdur. Deməli zəhmətimiz hədər getmir. Sual ilə bağlı bildirmək istərdik ki, baxmayaraq ki, vəzifəli şəxslərlə görüşlər Azərbaycan reallığında mürəkkəb məsələdir, amma vaxt keçdikcə interaktivlik artır. Misal üçün bu səhifədə siz Baş prokurorluğun vəzifəli şəxslərin əlaqə vasitələrini əldə edə bilərsiniz hətta onların e-poçt ünvanları barədə məlumat. 

Bundan başqa Baş prokurorluğun vəzifəli şəxslərin (hər dövlət qurumunda olduğu kimi) vətəndaşların qəbul günləri var bu barədə burdan məlumat ala bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-14

962  İlqar (13-01-2011) Salam Dejure. Eger ishe baxan mehkemeye onlarin qebul etdiyi hökmün ve ya qerarin neticesinde ölüm hali bash vere bileceyini resmi mektubla bildirsek mehkeme qebul etdiyi qerara göre cavabdehlik dashiyirmi? İsh ondadir ki, boshanan adami ailesine xeyanet etdiyi üçün boshayiblar. Eger mehkemenin qerarile onu yeniden gelin köçdüyü eva yerleshdirseler heqiqeten ölüm hadisesi bash vera biler. Teshekkürümü bildirirem. Sag olun.

Salam.

Əksinə cinayət  törədən şəxs məsuliyyətə cəlb olunacaq. Çünki məhkəmə aktı qanuna əsasən qəbul edilir. Və bu məktub cinayətin törədilməsi barədə məlumat kimi qiymətləndirilə bilər və bununla əlaqədar məsuliyyətə cəlb edilməsi də mümkündür. 

Çalışın təmkinli olun və məsələni danışıqlar yolu ilə və qanunvericilik əsasında həll edin, sonrakı peşmançılıq fayda verməz. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-14

963  Sinepar (13-01-2011) Salam. Qabaqcadan size ehaliye edilen bele bir yardima gore teshekkur edirem.Artiq 10 ildirki MKiS-in ishtiraki ile bir shexsden Neft Shirketinin Sosial Inkishaf Idaresinin MKIS-inin balansinda olan aldigimiz evde yashayiriq. Ev qeza veziyyetinde olduguna gore ora ehalinin qeydiyyati aparilmirdi, yalniz MKIS-deki Domovoy knishkada Adimiz gedirdi. Hormetli Prezidentimizin qeza veziyyetinde olan evlerin temiri fermani ile elaqedar olaraq ev temir olundu. Indide bizi qeydiyyata dushmeye mecbur ediller lakin qeydiyyata almaq ucun cox boyuk meblegde (4000-5000 azn) pul isteyiller. Eks deqdirde bizi evden cixarmaqla hedeleyirler. Evde telefon ishiq ve qaz adimizadir. Onuda deyimki binadaki qonshulardan bir necesi qeydiyyata dushub (hansisa yolla). Evde 4 neferik 1 ana 3 ushaq. Xahish edirik bize komek edesiniz son umidimiz sizedir. Bize bir yol gosterin. Sagolun.

Salam.

Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında  Qanunun 5-ci maddəsinə əsasən həyata keçirilir. Həmçinin şəxsiyyət vəsiqənizdə qeydiyyat ünvanı olmalıdır (əgər varsa). Bunların əsasında siz DİN-nin pasport -qeydiyyat şöbəsinə müraciət edə bilərsiniz və qeydiyyata alına bilərsiniz. Mübahisə yarandıqda məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-14

964  Vasif (13-01-2011). Salam. Mənim ayağımda 75 sota əkin sahəsi və 6 sota torpaq sahəsi var. Lakin bu torpağı nə əkib becərməyə imkanım var nə də bu torpaqda yaşamıram.Qaldığım yer atamın mənə həyətdə verdiyi kiçik quraqlıqdır.Həyat yoldaşım və iki uşağım var.Heçarda işləmirəm.Pensiya almıram.Ümumiyyətlə mənim adıma yuxarıdakılardan başqa heç nəyim yoxdur.Bilmək istəyirəm ki, mənə ünvanlı sosial yardım düşürmü?Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Hər bir halda müvafiq sosial yardımın alınması üçün müraciət edə bilərsiniz, sadəcə ərizənizdə həmin torpaq sahələri bardə məlumat göstərməlisiniz, ailənin gəlirləri haqqında bəyannamə və digər sənədləri təqdim etməlisiniz (Sosial Müdafiə Fonduna).

Həmin məsələ Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları ilə tənzimlənir. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-14

965  Kerim (14-01-2011). Salam. Coxusaqli anaya ne vaxt muavinet verilir? Nece usagi olduqda? Hansi yasdan sonra? Ve ne qeder? Ve diger sertleri varmi? Bunun ucun hansi senedleri teqdim etmek lazimdir?

Salam.

Həddindən artıq çox sual verldi. 

Sosial müavinətlər haqqında  Qanunun 1-ci maddəsinə əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar əmək qabiliyyəti olmayan şəxslər sayılırlar və bununla bağlı müavinət ala bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-01-15

966  Kerim (14-01-2011). Salam. Ovlad ata mulkunden,yoxsa ana mulkunden mecburi paya sahibdir?

Salam.

Vərəsə kimi hər iki valideynin mülkiyyətindən məcburi pay almağa hüququ var (Mülki Məcəllənin 1159, 1193 maddələri).

Sualınıza görə təşəkkür edirik.

2011-01-14

967  Ceyhun (14-01-2011) Salam. Kooperativ mənzildə yaşayan vətəndaş faktiki olaraq mənzildə yaşamırsa və müəyyən edilmiş xidmətlərdən hər ay istifadə etmirsə o xidmət haqqı ödəməlidirmi? Bu məsələ hansı hüquqi sənədlərlə tənzimlənir və bu haqlar nəyə əsasən ödənilir? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

Mülki qanunvericiliyə uyğun olaraq yalnız istifadə etmədiyiniz xidmətlərə görə ödənişi keçirtməlisiniz. 

Bu qədər.

2011-01-15

969  İlqar (14-01-2011). Salam Dejure.Cavablariniza göre minnetdaram.meni narazi salan qanunlarimizdir. Heqiqeten günahi olanlar hansisa yollarla öz isteklerini resmileshdirir, aileler dagidir \"edaletli\" mehkeme ise onlari müdafie edir. Bilmek isteyirem ailesine xeyanet eden valideynin qanun qarshisinda cavabdehliyi varmi? Menim düshünceme göre demokratik adlanan cemiyyetde mehkemeler qebul etdikleri qerarlarin sonda ne ile neticeleneyine diqqet etmelidir. Sagolun, teshekkürler.

Salam.

Düzdur nöqsanlar var. Misal üçün bir sıra dövlətlərdə (hətta demokratik) xəyanətə görə məsuliyyət nəzərdə tutulub, və boşanma zamanı xəyanət edən şəxs müliyyətə iddia etmək  hüququndan məhrum edilir. Hal hazırda bu müddəa qanunvericiliyimizdə nəzərdə tutulmayıb.

Sualınıza görə təşəkkür edirik.

2011-01-17

970  Sinepar (15-01-2011). 963 PS: Salam sualima cavab aldim.Derin teshekkurler.Bilirem suali yeniden vermek olmaz amma yenede risk edib sorushacam cunki bashqa sorushmaga heckimim yoxdu. Dediyyiniz kimi pasportstola getmishem posportstol meni qeydiyyata alirdi senedleri verdiyimden 4 gun sora mene zeng edib cagiraraq ishin duzelmir dediler sebeb MKIS imkan vermir. Mkis ozu ise meni qeydiyyata alir sadece cox pul isteyir.Eks halda meni evden cixarmaqla hedeleyir. Deyirki neftin balansinda olan evde qeyri qanuni qaliram. Meni bu evden cixara bilerlermi? nezere alsaqki men 10 ildirki burda yashayiram. Yenede size teshekkurler hetta sualimi cvablandirmasaz bele. Cunki heleki qarshima cixan yegane sizsizki temennasiz komek etmeye calishirsiz.

Salam.

Məsləhət görürük ki, bu məsələ ilə əlaqədar DİN-ə (həmçinin prokurorluğa) və eyni zamanda məhkəməyə müraciət edəsiniz. Çünki fikirləşirik ki, hüququ pozuntusu faktı var. Məhkəməyə və digər orqanlara müraciət edərkən həmin yerdə yaşadığınızı təsdiq edən sənədlərin surətlərini təqdim edin (qəbzlər, arayışlar, order və s.)

Sualınıza görə təşəkkür edirik.

2011-01-17

971  Ceyhun (15-01-2011) Salam. Yaş həddinin keçmiş şəxsiyyət vəsiqəsilə əmək müqaviləsi bağlamaq olar?

Salam.

Yəqin ki, şəxsiyyət vəsiqəsinin etibarlıq müddətinin başa çatmasını nəzərdə tuturdunuz. 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 7-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Ona görə də bu qüvvədən düşmüş sənədlə keçirilən əməliyyatların  və ya bağlanılan sənədlərində qüvvəsi olmayacaq.

Sualınıza görə təşəkkür edirik.

 2011-01-17

972  Mələk (15-01-2011) Dövlət ehtiyaclarının ödənilməsi üçün söküntüyə məruz qalan binalarda 2 otaqlı mənzildə 4 nəfər ailə üzvü olarsa onun konpensasiyası qanunvericiliyə əsasən 3 otaqlı mənzillə təmin oluna bilərmi?

Salam.

Oxşar sual Məsləhətxananın 944-cü sualında cavablandırılmışdır. Kompensasiya məbləği daşınmaz əmlakın bazar qiymətini nəzərə almaqla formalaşır.

Sualınıza görə təşəkkür edirik.

2011-01-17

973  Camala (16-01-2011). Salam. Yasadigim ev atamın adına dı,lakın qeydıyatdan cıxıb (anamla 15 il bundan qabağ bosanıblar),evi diqər aile uzvlerinin adina kecirib ve özelleşdirmek olar mi ve 2 kupca cixarmaq. əvvel ceden tesekkurler.

Salam.

Əgər həmin daşınmaz əmlak üzrə artıq Çıxarış varsa lakın mülkiyyətçi dəyişilirsə (bağışlanma, alqı-satqı yolu ilə) onda həmin dəyişiklikləri nəzərə alaraq yeni Çıxarış verilməlidir və ondan qabaq olan Çıxarış qüvvəsini itirir. 

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun müddəalarını rəhbər tutun.

Sualınıza görə təşəkkür edirik.

2011-01-17

974  İlqar (16-01-2011). Salam Dejure. Yaxin keçmishde Azerbaycanda genish yayilan ve boyûk qalmaqalla yadda qalan shebeke biznesi haqqinda qanun varmi? Bu ishlerle meshgul olan shirketler haqqinda melumatiniz varsa melumat vermeyinizi xahish edirem. Sagolun, teshekkurumu bildirirem.

Salam.

Məhz sırd şəbəkə marketinqinə aid qanunvericilik aktları yoxdur. Lakın Cinayət Məcəlləsində bir-sıra müddəalar var ki, bu sahədə sui-istifaələr olduqda qarşısını alsın.

Misal üçün, maddə 192 (Qanunsuz sahibkarlıq), maddə 193 (Yalançı sahibkarlıq), maddə 197 (Əmtəə nişanlarından qanunsuz istifadə etmə), maddə 198 (Bilə-bilə yalan reklam etmə), maddə 200 (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), maddə 200-1 (Dərman vasitələrinin qanunsuz dövriyyəsi) və s.

Sualınıza görə təşəkkür edirik.

2011-01-17

975  Samirə (16-01-2011). Salam Prokuror iəcisindən Baş prokurora ailə zəmnində baş verən şikayətlə əlaqədar müraciət etsəm bunun mənə nə kimi köməyi xeyri olar təşəkkür edirəm

Salam.

Baş Prokurorun üzrəinə ailə məslələrini həll etməyə vəzifəsi qoyulmayıb. Bu cür məsələlər məhkəmə qaydasında həll edilməlidir. Əgər prokuror öz vəzifələrini yerinə yetirərkən və ya Davranış Kodeksinə riayət etməyib prokuror adına xələl gətirirsə onda yuxarı instansiyalar bununla bağlı müvafiq tənbeh tədbirləri görə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-01-17

976  Ceyhun (17-01-2011). Cavabınıza görə minnətdaram (Ceyhun 967). Mümkünsə bilmək istəyərdim ki, kooperativ mənzil sahibi xidmətlərdən istifadə etmirsə mülki qanunvericiliyin hansı maddəsinə görə yalnız istifadə etmədiyi xidmətlərə görə ödənişi keçirtməlidi? Minnətdaram. 

Salam.

Sual: 967.

Bütün mülki münasibətlərin müvafiq əsasları var. Əgər hansı bir şəxs (fiziki, ya hüquqi) digərinə xidmət göstərirsə bu xidmətlərin göstərilməsi barədə müqavilə (saziş və s.) olmalıdır. Həmin müqavilə əsasında tərəflər öz öhdəliklərini yerinə yetirirlər. Misal üçün biri xidmət göstərir, o biri isə əvəzinə müəyyən pul məbləğini ödəyir.

Əgər tərəflər arasında mövcud olan müqaviləyə xitam verilirsə müvafiq qaydada tərəflərin öhdəliklərinə də xitam verilir (əgər bu sahə sizi doğrudan maraqlandırırsa Mülki Məcəllənin 6-cı bölməsinə nəzər yetirin 385-566 maddələri). 

Belə ki, Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3-cü bəndinin \"b\" yarımbəndinə əsasən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-17

977  Ceyhun (17-01-2011) Qanuna görə uşağa qulluqla əlaqədar sosial məzuniyyətdə olan işçiyə 2-ci uşaq üçün hamiləliyə və doğuşa görə məzuniyyətə çıxa bilərmi və haqqı ödənilməlidirmi? Bu qayda necə və hansı qanunvericiliklə tənzimlənir? Əvvəlcədən minnətdaram.

Salam.

Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında Prezidentin Sərəncamına əsasən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 20 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 10 manat miqdarında müəyyən edilib.

Sualınıza görə təşəkkür edirik.

2011-01-18

978  Samirə (17-01-2011). Salam Baş prokurora prokuror işcisindən ailə zəmnində yaratdigi problemlə əlaqədar müraciət etsəm(həyat yoldaşi) bunun mənə nə kimi köməyi xeyri olar? xahiş edirəm cavab yazin Təşəkkür edirəm

Salam.

Samirə xanım. Bu suallarla bağlı artıq bir neçə dəfə cavab vermişik. Müraciət etməyinizin nə qədər effektiv olması barədə qabaqcadan demək düzgün olmazdı, çünki ailə problemlərin həll edilməsi prokurorun vəzifəsi deyil, əksinə bu addım problemi qabarda bilər. Əgər problemi həyat yoldaşınızla həll edə bilmirsinizsə məhkəmə qaydasında həll edə bilərsniz (son tədbir kimi).

Bu qədər.

2011-01-18

979  Xəzər (18-01-2011) Salam De Jure kollektivi. Saullara cavab verdiyiniz ucun tesekkur edirem. Biz sigorta sirketi kimi rayon mehkemesinde iddia qaldirdiq ziyanin odetdirilmesi ucun. rayon ve apelliyasi mehkemelerinin qerari bizim xeyrimize cixdi. Lakin mehkeme icracilari cavabdehin yasayis yerininin hemin rayonun erazisine aid olmadigini esas getirerek isi icrasiz mehkemeye qaytarib. Men cavabdehin unvanini MAPS-dan almisam hemin rayonun erazisidir. Men vesadet vermek isdeyirem ki, qetname icraya yoneldilsin. Men hansi mecelleye ve ya qanununa hansi maddesine esaslanmaliyam ve vesadeti isise baxan hakime (rayon mehkemesi) yoxsa mehkeminin sedrine vermeliyem? Cox xahis edirem bu saula bu gun cavab verin imkan varsa. Minnetadram.

Salam.

İcra haqqında Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Buna görə də sübutlarınızı toplayaraq həmin məhkəməyə icra məmurun qərarından şikayət edə bilərsiniz.

Nəzərənizə çatdırırıq ki, sifarişlə suallar cavablandırmır, amma ola bilsin ki, gələcəkdə bu cür xidmətlər təmənnalı əlavə olunacaq.

Sualınıza görə təşəkkür edirik.

2011-01-18
 

980  Ceyhun (18-01-2011) Salam hörmətli Dejure, Aşağıdakı vəziyyətə uyğun hüquqi məsləhət verməyinizi xahiş edirəm. Heç kimə sirr deyil ki, hal-hazırda yaxşı iş tapmaq bir o qədər asan məsələ deyil. Praktikada yeni işin işçini qane edib etməməsi və s. nüanslar da,sual altdadır. Bu da öz növbəsində faktiki olaraq işləyən lakin, işindən narazı olduğundan yeni iş axtaran işçidə narahatçılıq doğurur. Bu baxımdan və köhnə işini itirməmək üçün işçi, təşkilatın işəgötürəninə bu barədə heç nə demir ki, yeni iş onu qane etməzsə öz köhnə iş yerində işini davam etdirə bilsin. Bu minvalla işçi əmək məzuniyyəti götürür. Digər tərəfdən də, yeni iş yerində işləmək üçün işəgötürənə müvafiq sənədlər, o cümlədən əmək kitabçası təqdim etməlidir. Sual: Əmək qanunvericiliyinə görə qeyd edilənləri necə rəsmiləşdirmək olar ki, işçi 1 ay müddətində yeni işdə işləsin lakin yeni iş onu qane etməzsə öz köhnə işinə qayıda bilsin? Əvvəlcədən minnətdaram.

Salam.

Bu yalnız işçinin maraqlarını əks etdirəm mövqedir. İşəgötürənin isə maraqları bu mövqedə təhlükə altındadır. Əgər işçi həmin işəgötürənlə işləmək istəmirsə o yeni iş axtarmağa başlayır ki, işəgötürənin bu barədə məlumatı olmasın. Ona görə də müxtəlif bəhanələrdən istifadə edir (məzuniyyət və s).

İşəgötürənin öz maraqları var, işçinin də öz maraqları var. Əgər bu maraqlar bir-birinə uyğundursa onlar birgə çalışırlar, əgər toqquşurlarsa ayrılırlar. Əgər işçi  başqa iş yerinə gedirsə bu artıq o dəməkdir ki, öz işini və işəgötürəni qiymətləndirmir.

Bu qədər.

 2011-01-18

981  Ceyhun (18-01-2011) Salam. İlk növbədə sualı (977) cavablandırdığınıza görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Lakin cavabın aydın olması üçün qeyd etməliyəm ki, söhbət uşağa qulluqla əlaqədar sosial məzuniyyətdən və yaxud həmin məzuniyyətə görə ödənilən haqqın məbləğindən yox, uşağa qulluqla əlaqədar sosial məzuniyyətdə olan işçiyə (məzuniyyətdə ola-ola) 2-ci uşağa görə hamiləlik və doğuşla əlaqədar məzuniyyət (analıq məzuniyyəti 126 gün) haqqının ödənilib ödənilməməsindən gedir. Mümkünsə suala aydınlıq gətirərdiz. Əvvəlcədən minnətdaram

Salam.

Sual - 977.

Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt daxil edilir. Həmin Məcəllənin 127-ci maddəsində (Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları) nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-18

982  Bahruz (18-01-2011). Salam. Yoxlama zamanı işçilərin əmək haqqı yoxlanılarkən nələrdən başlamaq lazımdır?

Salam.

Bu artıq yoxlayan şəxsin mülahizəsindən asılıdır. Hər bir halda əmək haqqını (və işçiyə ödənilən digər ödənclərin) əks etdirən sənədlərin olub olmamasını yoxlamaq lazımdır. Əsas sənədlər aşağıdakılardır: Əmək Kontraktları, Əlavələr, Əmrlər (məzuniyyət, ezamiyyət, mükafat, cərimə və s), ezamiyyət vərəqələri,  xəstəlik vərəqələri və.

Sualınıza görə təşəkkür edirik.

2011-01-18

983  Bahruz (18-01-2011) Salam. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna nəzarəti hansı orqan həyata keçirir?

Salam.

 Əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunun 5-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları həyata keçirirlər.

\"Əməliyyat-axtarış fəaliyyəti haqqında\" Azərbaycan Respublikası Qanununun Tətbiq edilməsi barədə Prezidentin Fərmanında həmin orqanlar göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2011-01-19

984  Bahruz (18-01-2011) Salam. Bu sualın cavabıni sizdən bilmək istərdim. Bunlardan hansı son təyinat prinsipi üzrə hesablanır? a)Idxal, b)yığım, c)aksiz, d)yol vergisi

Salam.

Gözləmirdik ki, testlərə məruz qalacayıq. Hesab edirik ki, Gömrük tarifi haqqında Qanunun 22-ci maddənin \"b\" bəndini və 18 ci maddənin \"a\" bəndini nəzərə almalısınız (yol vergisi)

Sualınıza görə təşəkkür edirik.

. 2011-01-19

985  Sevgi (18-01-2011) salam cox xahis edirem etrafli cavablandirin. Men 1 turk vetendasi ile aile qururam,nigahimiz bakida olacag,bunun ucun mene ve ona hansi senedler lazimdi,ve nece olmalidi bi islemeler.nigahdan sonra turkiye yasayacig. Onceden deyimki oda mende evli olub bosanmisig.cox xahis edirem etrafli yazin.birdeki menim usagim var 1-ci evlilikden olan nigahdan,o usagi bu turk vetendasi oz uzerine goturmek ucun ne etmeliyik,hansi senedler ve hara muraciet olunmalidi?

Salam.

Ailə Məcəlləsinin 7-ci bölməsini  (AİLƏ QANUNVERİCİLİYİNİN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ AİLƏ MÜNASİBƏTLƏRİNƏ TƏTBİQİ). Və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 3-cü paraqrafını rəhbər tutmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2011-01-19

986  İlqar (18-01-2011) Salam Dejure.hemishe oldugu kimi yenä kömeyinize ehtiyacim var.evvelki suallarim birine (etibarname ile bağli)cavabinizda göstermishdiniz ki, etibarnameni notariusda aldiqdan sonra qeydiyyat imtahan bölmesinde 10 gün erzinde qeydiyyata salmaq lazimdir. Eger gösterilen müddet keçibse cerimenin mebleği ne qederdir?. Cavabinizi gözleyirem ve evvelceden teshekkürümü bildirirem.

Salam.

İnzibati Xətalar Məcəlləsinin 154.1maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə

—       fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-19

987  Ceyhun (19-01-2011) Sual (980) mövqe bildirdiyinizə görə ilk növbədə sizə minnətdarlığımı bildirirəm. Bununla yanaşı bəzi məsələlərin qeyd edilməsini vacib hesab edirəm. Göründüyü kimi sualda vəziyyətə uyğun hüquqi məsləhət verilməsi və bu vəziyyətə uyğun sonda verilmiş konkret suala aydınlıq gətirilməsi xahiş edilmişdir.Sualda vəziyyətə uyğun olaraq işçi ilə işəgötürən arasında işgüzar münasibətlərin mülahizəsi və yaxud vəziyyətin necə nəticələnəcəyi barədə soruşulmur, sualda qeyd edilən vəziyyətdə qanuni addımların atılması üçün hansı müvafiq rəsmiləşdirmə işlərinin mümkünlüyü, bunun həyata keçirilməsi üçün qanunda müvafiq normaların nəzərdə tutulub tutulmamasından gedir ki, belə bir vəziyyətdə hər bir şey qanun çərçivəsində görülsün. Xahiş edirəm bunu nəzərə alasınız.Onu da qeyd etməliyəm ki, vətəndaşların müvafiq qayda qanunları bilməməsi və ən azı qanunlarla maraqlanmaması ucbatından belə vəziyyətlər yaranır. Məhz buna görədə qanunların aliliyini təmin etmək üçün sizin sayta müraciət edirik. Təşəkkur

Salam.

Əlbəttə ki, bizim də marağımız odur ki, vətəndaşlar müxtəlif hüquqi problemləri müzakirə etməkdən çəkinməsin və hətta mübahisələndirsin. Biz yalnız bunun tərəfdarıyıq. Və eyni zamanda mövqenin əsaslı, obyektiv və qərəzsiz olmağın tərəfdarıyıq.

Sizə də təşəkkürümüzü bildiririk.

2011-01-19

988  Ceyhun (19-01-2011). Təşkilatda ictimai əsaslarla işləyən vəzifəli şəxs təşklatın hüquqi sənədlərinə imza atmağa səlahiyyəti varmı? Əvvəlcədən minnətdaram.

Salam.

Əgər təşkilatın hüquqi sənədlərində səlahiyyətli şəxslərin imzası (direktor, mühasib və s.) olmasa həmin sənədlərin hüquqi qüvvəsi olmayacaq. Digər şəxslərin \"viza\"sı təşkilatdaxili məsələdir və rəhbəərlik tərəfindən tənzimlənə bilər (misal üçün işçinin ixtisaslandığı sahə üzrə). 

Sualınıza görə təşəkkür edirik.

2011-01-19

989  Bahruz (19-01-2011). Salam hormetli dejure əməkdaşları 983-cü sualın cavabını siz yazdığınız AR. Prezidentinin 206N fərmanında cavab tapa bilmədim. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna nəzarəti hansı orqan həyata keçirir? Mümkünsə sualı özünüz cavablandırardız. Əvvəlcədə təşəkkür edirəm.

Salam.

Necə yəni özümüz cavablandıraq? 

Sual özü-özlüyündə təzadlıdır. Ola bilsin qanunun icrasına nəzarəti nəzərdə tutursunuz (çünki qanun yaradan orqan Milli Məclisdir və qanunlara dəyişikliklər həmin qurum tərəfindən həyata keçirilir). Hər bir qanun pozuntusu (fərqi yoxdur hansı qanun pozulur) ilə bağlı siz hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. 

Əgər əməliyyat-axtarış fəaliyyətinə nəzatini nəzərdə tutursunuzsa bunun üçün prokuror nəzarəti də nəzərdə tutulub (Əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunun 20-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2011-01-19

990  Ramin (19-01-2011). Salam! Xahiş edirəm mənim sualımı cavablandırasınız. Əmək qanunvericiliyində məcburi köçkünlərə vergi güzəşti nə qədər məbləğ nəzərdə tutulur

Salam.

Əgər vergi güzəştləridirsə deməli Vergi Məcəlləsinə əsasən güzəştlər verilir. 

Belə ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər hər hansı muzdlu işdən vergi tutulmalı olan 55 manat məbləğində azaldılır (Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir).

Sualınıza görə təşəkkür edirik.

2011-01-20

991  İlqar (19-01-2011) Salam Dejure. Atam qardashima ve mene sürme etibarnamesi verib. İkimizin de adi bir etibarnamede gösterilib. Tekrar dövlet qeydiyyatindan keçirerken oranin mesul ishçisi shtampi vurub, deftere salan ishçi ise qardashimin adini qeyd edib, menim adimi ise yox. Sebeb menim baki qeydiyyatimda oldugumu, sürücülük vesiqemde ise rayondaki evimizin oldugunu gösterib. Men avtoshkolani rayonumuzda oxumusham, sür.vesiqesini alarken rayondaki evimize müveqqeti qeydiyyata düshmüshdüm.sualim beladir:onlar bu hereketile qanunu pozurlarmi? Pozurlarsa men hüququmu neca müdafie edim?yox eger haqlidirlarsa onda neca hereket etmeliyem? Cavabinizi gözleyim. güman edirem ki, fikrimi size çatdira bildim.teshekkürümü bildirirem.

Salam.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 75-ci bəndinə əsasən notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Və səlahiyyətli şəxsin bununla bağlı iradı əsassızdır. Qanunvericiliyin bu müddəasını onun nəzərinə çatdıra bilərsiniz.

Mübahisə zamanı yuxarı instansiyaya da şikayət edə bilərsiniz (və yaxud özünüz üçün ayrı etibarnamənin hazırlanması üçün tədbirlər görə bilərsiniz).

Sualınıza görə təşəkkür edirik.

2011-01-20

992  Natalya (20-01-2011). Salam! hörmətli De Yure! Mənim atam 2004-cü ildə vəfat etmişdir. iki övladiq, mən və qardaşim. Mən ərdəyəm və ayrl yaşayşram. qardaşlm isə 20 ildən coxdur ki, Amerika vətəndaşldlr və Amerikada yaşaylr. Atam isə özəlləşmiş mənzildə tək qeydiyyatda olub. Hələ saqliqinda ,yəni 1996-cl ildə yaşadlğl mənzilini öz nəvəsinə (notarius)vəsiyyət etmişdir. Sual; 20 ildən cox, Amerika vətəndaşl olan qardaşa,ata mənzilindən pay catlrml? əgər catlrsa və gəlməsə, buna vaxt tələbi varml və yaxud onun pay tələbi əgər gəlməsə, hansl müddətə qədər qüvvədə qallr? təşəkkür edirəm!

Salam.

Mülki Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-21

993  İlqar (20-01-2011) Salam Dejure. 991-ci suala bir qeder aydinliq getirmeyinizi xahish edirem.mene notariusda yox,qeydiyyat imtahan bölmesinde problem yaradirlar.notarius etibarnameni verib,RQIB-de etibarnamenin üz qabiğina shtampda vurulub, deftere salan ishçi menim adimi qeydiyyata salmaqdan imtina edir. 991-ci sualda etrafli bu barade yazmisham. Xahish edirem :menim hansi qanuna esaslanib onlara iradimi bildirmeyimi göstereseniz. Teshekkürümü bildirirem.

Salam.

Sual - 991

Əgər səlahiyyətli şəxs qanunvericilik tələblərinə riayət etmirsə yuxarı instaniyaya və ya məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-21

994  Aydın (20-01-2011.) Salam. Ali Məhkəməyə kasasiya şikayəti vermişdim. Dəfələrlə Cinayət kollegiyasına zəng etdim, dedilər baxılanda xəbər edəcəyik. Amma mənə heç bir xəbər vermədən, məni dəvət etmədən, mənim iştirakım olmadan 29 dekabr 2010-cu il tarixdə baxıblar, (hakimin adi gizlədilib) sədrliyi ilə və 19 yanvar 2010-cu il tarixdə mən həmin saxta məhkəmənin qərarını aldım. Sonra Cinayət kollegiyasına zəng etdim ki niyə məni dəvət eləməmisiniz, deyirlər ki burada həmin tarixdə məhkəmə olmayıb... Nə isə. İndi mən əlavə kasasiya şikayəti verməliyəm və mənə vəkil lazımdır, belə ki vəkilsiz götürməyəcəklər. Bəs mən vəkili haradan tutum? Dövlət hesabıma vəkil tutmaq üçün nə etməliyəm? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Cinayət-Prosessual Məcəlləsinin 422-ci maddəsinə əsasən əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat vermək hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrlərinin və ya Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da həyata keçirir.

Əlavə kassasiya qaydasında şikayət vermək hüququna yalnız məhkum və ya onun xahişi ilə aşağıdakı tələblərə cavab verən müdafiəçi malikdir:

  • bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən vəkil (Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər.);
  • cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda iştirak etmək üçün vəkillik kollegiyasının müvafiq qurumunun orderini almış vəkil.

Sualınıza görə təşəkkür edirik.

2011-01-22

995  Orkiapus (21-01-2011) salam. ilk once vereceyiniz cavab ucun size tesekkur edirem. mene komeyiniz lazimdir. Qanuna gore Nazirlər Kabinetinin 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları“nın 2.1.2. yarım bəndinə əsasən, fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər. Malin 200 ABŞ dollari olub olmadigini kim mueyyen edir. meselen mene poct vasitesile islenmis mobil telefon yollayacaqlar. meblegi 160 dollar civarindadir amma onun tezesi 200 dollardan bahadir. bele olan halda telefonun qiymetlendirilmesini kim edecekdir? o telefonu elave rusum odemeden men poct sobesinden ala bileremmi? tesekkurler

Salam.

Hansı bir mal dövlət sərhədindən keşirilərkən müvafiq rəsmiləşdirmədən keçməlidir. Daha dəqiq bu baərədə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi Qaydaları ilə tanış olmaqla məlumat ala bilərsiniz. Dövlət sərhədindən mallar keçirilərkən onların qaimələrinə diqqət yetirilir (hansında adətən qiymət cə s rekvizitlər göstərilir), əgər qiymət ilə mübahisə yaranırsa bununla bağlı gömrük brokerinə müraciət oluna bilər.

Gömrük Məcəlləsinin 118-ci maddəsinə əsasən gömrük ödənişləri (yol vergisi, \"İcazə\" blankına görə dövlət rüsumu  istisna olmaqla) Azərbaycan Respublikasının gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına ödənilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-22

996  Ceyhun (21-01-2011) Cavablarınıza görə minnətdaram. (988,987) Aydın məsələdir ki, (988) səlahiyyəti olmayan işçi, səalahiyyəti olamadığına görə hüquqi sənədlərə imza ata bilməz. Söhbət ictimai əsaslarla işləyən işçidən gedir. Cavabınızda göstərilməyib ki, (988) ictimai əsaslarla işləyən işçinin hüquqi sənədlərə imza atmağa səlahiyyəti var yoxsa yox?! Digər tərəfdən 987-ci sualda qeyd edilmiş suala yenə də, mahiyyəti üzrə cavab verilməyib. Unutmayın ki, sizin əsaslı cavablarınız bizim üçün vacibdir. Təşəkkür edirəm.

Salam.

Suallar 988, 987.

Məsləhətxananın 987-ci sualında əks olunan məsələ qanunvericiliklə tənzimlənmədiyi üçün mahiyyəti üzrə 980-ci sualda cavablandırılmışdır, qeyd etdiyimiz kimi  həmin məsələ qanunuvericiliklə tənzimlənmir (ona görə bu məsələyə yalnız mülahizəmizi bildirmişdik).

Digər məsələ ilə əlaqədar bildirməliyik ki, ictimai əsaslarla işləyən şəxsin heç bir hüququ statusu yoxdur, əksinə Əmək müqaviləsi olmayan şəxs təşkilatda çalışırsa buna görə təşkilat müvafiq məsuliyyətə cəlb oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən (vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir). Ona görə də həmin şəxs tərəfindən təşkilatın hansı bir sənədlərin imzalanması müvafiq dövlət qurumu tərəfindən məhkəmədə sübut kimi göstərilə bilər. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-22

997  Camal (21-01-2011). Salam! Boşanmadan sonra uşağımı saxlamaq üçün qarşı tərəfdən ev kirayəsi xərclərinin tələbinə dair iddia qaldıra bilərəmmi? və hansı qanuna görə?

Salam.

Ailə Məcəlləsinin 76-78 maddələrində alimentin miqdarı və növləri barədə məlumat  ala bilərsiniz

Nəzərə alınmalıdır ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-22

998  Aydın (22-01-2011). Cavablnıza görə təşəkkür edirəm, denəli, mən Ali məhkəmə sədrini, ya da baş prokuroru özümə vəkil tutmalıyam ki mənim üçün əlavə kasasiya şikayəti etsinlər. Əgər etməsələr Avropa Məhkəməsinə şikayət etməliyəm. Bunun üçün nə edim? Təşəkkür edirəm.

Salam.

Təbii ki, yox. Nə prokuroru, nə də ki, hakimi vəkil kimi tuta bilməzsiniz. Vəkil yalnız Vəkillər Kollegiyasının üzvü sayıla bilər. 

Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində (ən azı bu kifayətdir: \"şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə\") nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-24

999  Ceyhun (24-01-2011). Salam. Hüquqi və fizki şəxs, ümumiyyətlə digər şəxslər arasında, müəyyən ödəniş müqabilində xidmət və yaxud digər müqavilə bağlanırsa bu halda, hansı tərəfə, necə və hansı vergi tətbiq edilməlidir? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Müxtəkuf variantlar ola bilər. Müqvilənin müddəalarında da bu əks olunmalıdır. Adətən gəlir əldə edən şəxs vergini ödəməlidir (ƏDV 18% və ya sadələşdirilmiş 4%). Amma elə olur ki, vergi mənbəyindən də ödəniş keçirilir (misal üçün podrat, royalti müqavilələri). 

Sualınıza görə təşəkkür edirik.

2011-01-25

1000  Samirə (24-01-2011). Salam. Cavablariniza görə təşəkkür edirəm. Baş prokurora və ya prokurorun birinci müavininə iscisindən ailə zəmnində yaratdigi problemlə əlaqədar muraciət etsəm bunun mənə nə kimi xeyri köməyi olar cavabda yazmisiniz ki bu addim problemi qabarda bilər bu qabarmaya nə aiddir? Xahiş edirəm ətrafli yazin. Özü ilə bu problemi həll etmək olmur məni hədələyir deyir onsuzda nə edirsən et mənim hər yerdə adamim var məhkəmənidə udacam sən hec kimsən vəzifəsindən sui istifadə edir Dövlət nigahimiz kəbinimiz var belə vəziyyətdə hansi tədbir görülməlidir

Salam.

Bununla bağlı sizə ətraflı məlumat vermişik. Amma fikirləşirik, daha yaxşı olar ki Qadınların Hüquqların müdafiəsi ilə məşğul olan QHT-lərə müraciət edəsiniz. Ola bilsin ki, sizə kömək edə bildilər.

  • ABA CEELI (Amerika Hüquqşünaslar Assosiasiyası)
  • Hüquqşünas Qadınlar Assosiyasiyası

Bu qədər.

2011-01-25

1001  Aydın (24-01-2011). Təşəkkür edirəm cavabınıza görə. Amma deyəsən, mən fikrimi izah edə bilməmişəm. Mən zərər çəkmişəm. Ələvə kassasiya şıkayəti verməyə hüququm yoxdur. Məmim kassasiya şikayətimə CPM-nin 5 maddəsini pozmaqla baxıblar. Bu isə Ali məhkəmə, yaxud Baş prokurora hüquq verir ki, bu işə əlavə kassasiya qaydasında baxılmasını tələb etsinlər. Əgər onlar bunu etmirlərsə, mən ya baş prokuroru ya Ali məhkəmə sədrini vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə və saxtakarlığı dəstəklədiiklərinə və cinayəti ört-basdır etdiklərinə görə məhkəməyə verməliyəm ya da Avropa İnsan Hüquqları Məhkəmməsinə şikayət etməliyəm. Bu variantlardan hansı daha effektli ola bilər? Hələlik, Ali Məhkəmənin sədrinə Ali məhkəmədə qəbul olunmuş rüsvayçı qərar barədə rəsmən məlumat verdim və Avropa Məhkəməsinin saytını da tapdım, onlara da ərizə göndərdim. Təşəkkür edirəm.

Salam.

Əgər Azərbaycan daxilində bütün məhkəmə instansiyaları keçmisinizsə (kassasiya instansiyasını keçmək artıq kifayətdir) onda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərsiniz.

Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35.1-ci maddəsinə əsasən məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər.

Həmçinin Mülki Prosessual Məcəllənin 42-ci maddəsinə (Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət) və 14.5-ci maddəsinə əsasən  vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər.

Sualınıza görə təşəkkür edirik.

2011-01-25

1002  Namik (25-01-2011) Salam evvelceden cavabıniza görə teşekkür edirem,sualım beledir kı,icra işiyle bağlıdır.Borclu mehkeme qaydasinda üzerine qoyulan borcu ödemir,men buna göre bu borcu borclunun her hansı emlakina yönelde bilerem? Eger he nece,hansı qaydada

Salam.

Bəli. Bunun üçün Mülki Prosessual Məcəllənin  13-cü fəslinə  (İDDİANIN TƏMİN EDİLMƏSİ) riayət etməklə. məhkəməyə ərizə ilə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-01-25

1003  Ceyhun (25-01-2011) Salam. İşçilərin vəzifə öhdəlikləri hansı hüquqi normalar əsasında yazılmalıdır? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Qeyd etdiyiniz vəzifələr Əmək Kontraktında və ya vəzifə təlimatlarda əks olunmalıdır (vəzifə təlimatları öz növbəsində təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunur). Ümumi öhdəliklər  Vəzifələri artıq görülən işlərinin xüsusiyyətindən asılıdır.

Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasına və bu bölmədə göstərilən vəzifə təlimatlarına diqqət yetirə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2011-01-25

1004  Bahruz (26-01-2011) Salam. Bildiyiniz kimi Valyuta nəzarətini Mərkəzi Bank, DGK həyata keçirir.(Valyuta Nəzarəti Orqanlarıdır) Sualım belədir ki, digər valyuta orqanı və ya orqanları hansılardır? cox təəssüf Valyuta Nəzarəti haqqında qanunda bu haqda geniş məlum verilmir. Ancaq yazılır müvafiq icra hakimiyyəti orqanı.

Salam.

Maraqlı məsələyə toxundunuz. İş ondadır ki, qanunun tətbiq edilməsini təmin edən Prezident Fərmanları (hərdən Sərəncamlar) qəbul olunur.

\"Valyuta tənzimi haqqında\" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Prezidentinin Fərmanında  müvafiq icra hakimiyyəti orqanların adları göstərilir.

Lakın Valyuta tənzimi haqqında Qanunun 15.2-ci bəndində qeyd olunan \"müvafiq icra hakimiyyəti orqan\"ın açıqlanması göstərilməyib.

Bunu nəzərə alaraq saytın Dövlətə müraciət bölməsi vasitəsilə müvafiq dövlət qurumlarına müraciət etmək məqsədəuyğun sayırıq.

Sualınıza görə təşəkkür edirik.

2011-01-26

1005  Bahruz (26-01-2011) Salam. Mənə gömrük sahəsinə, gömrük qanunvericiliyini əhatə edən test sualları lazımdır. mümkünsə göndərərdiz.saytda yerləşdirdiyiniz testlərə nəzər yetirmişəm. səhv etmirəmsə 5-6 sualı əhatə edir. daha geniş sayda istərdim əldə edim. Əvvəlcədən minnətdaram. Yaxşı ki Varsınız!!!

Salam.

İş ondadır ki, bu sahədə ictimayyət üçün hüquqi testləri açıq şəkildə göstərən elə özümüzük (yəni yalnız bizim portalda var). Digər saytlarda buna rast gəlməmişik (çox təəssüf). Amma təklifinizi nəzərə alarıq və gömrük hüququ üzrə testləri əlavə etməyə çalışarıq.

Təşəkkür edirik.

2011-01-27

1006  Ceyhun (26-01-2011) Salam. Işçi rəsmi olaraq xaricdə işləyibsə bu müddət işçinin əmək stajına daxildirmi və bu barədə qeydiyyat işçinin əmək kitabçasında aparıla bilərmi? Təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajıhaqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən aparılır və təsdiq edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-01-27

1007  Bahruz (27-01-2011) Salam. Zəhmət olmasa №25 / 16.04.1999 \"Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasının Metodologiyasının tətbiqi ilə əlaqədar olaraq statistik dəyərin hesablanılmasına dair Təlimatı göndərərdınız 

Salam.

Qeyd edilən təlimat - Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasının Metodologiyasının tətbiqi ilə əlaqədar olaraq statistik dəyərin hesablanılmasına dair Təlimat.

Bu qədər.

2011-01-28

1008  Garib (27-01-2011) Salam əməyin mühafizəsi və təhlükəsizliyi üzrə mühəndis əcnəbi vətəndaş seçilə bilər

Salam.

Təbii ki, amma  miqrasiya qanunvericiliyinin tələblərinə riayət etmək şərtilə.

Sualınıza görə təşəkkür edirik.

2011-01-27

1010  Xəzər (27-01-2011) Salam De Jure kollektivi. Sualım vətəndaş qusursuzlugu barədədir. Qəsdən törədiliş cinayətlər dedikdə nə başa düşülür. Az. Res. Cinayət Məcəlləsinin 222-2.1 və 315.2-ci maddələri qəsdən törədilmiş cinayətlər sırasın aiddirmi?

Salam.

Bildiyiniz kimi Cinayət Məcəlləsinin 3-cü fəslinə uyğun olaraq təqsirin 2 forması var. Belə ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 

Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.

Bu anlayışı eyni qaydda qeyd etdiyiniz maddələrə də tətbiq etmək olar. Maddə 222-2.(Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) - əgər şəxs dərk etmişdirsə ki, bu tikinti işlərin aparılması üçün müvafiq icazə lazım idi amma buna baxmayaraq bu işləri aparırdı deməli həmin hərəkətləri qəsdən törətmişdir.

Maddə 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) - bu maddənin adında artıq qəsd üzə çıxır.

Sualınıza görə təşəkkür edirik.

2011-01-28

1011  Ceyhun (28-01-2011) Salam. Sualım işçilərin attestasiyası ilə bağlıdır. 1. Təşkilat öz işçi heyətindən ibarət attestasiya komissiyası yaratmaqla (kənardan mütəxxəsis dəvət edilmirsə) işçiləri attestasiyadan keçirə bilərmi? 2. İşçilərin attestasiyası ilə əlaqədar suallar nə ilə bağlı olmalı və hansı normativ sənəd əsasında tərtib edilməlidir? 3.Hansı işçilər attestasiyadan azaddır? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Suallarınıza cavab olaraq bildiririk ki,:

1. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.1-ci bəndinə əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə  çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq  həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.

2. Sualların və testlərin hazırlanması işəgötürənin vəzifəsidir (öz mülahizəsi əsasında, bu işi kənar şəxslər tərəfindən hazırlanmasına həvalə edə bilər).

3.  Attestasiya olunmayan işçilər Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2011-01-30

1012  Bahruz (29-01-2011). Salam. Vətəndaş əmək fəaliyyətinə 1974-1986-cı ilə qədər Daxili İşlər Nazirliyində zabit vəzifəsində, 1986-1992-ci ilə qədər hazırda Ədliyyə Nazirliyinin nazdində olan İslah əmək düşərgəsində rəis müavini və rəis vəzifələrində işləyib.1992-2004-cü ilə kimi təkrarən Daxili İşlər Nazirliyində rəis vəzifəsində işləmişdir. 2004-cü ildən Daxili İşlər Nazirliyindən təqaüdə çıxmışdır. Hazırda Ədliyyə Nazirliyinin əməkdaşlarının pensiyası Daxili İşlər Nazirliyinin əməkdaşlarının pensiyasından yüksəkdir. Hal-hazırda Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqaüd alır. O, Ədliyyə Nazirliyinin əməkdaşlarının təqaüdünun yüksək olmasını nəzərə alıb Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqaüd almasını tələb edə bilərmi və bunun üçün nə etməlidir?

Salam.

Əmək pensiyaları haqqında Qanunun 9.7-ci maddəsində göstərilib ki, ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:

 

  • ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri;

Baxmayaraq ki, Dövlət qulluğu haqqında Qanuna əsasən daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür, Əmək pensiyaları haqqında Qanunuda bu qulluqçuları ayrıca göstərməyiblər.

Lakın həmin Əmək pensiyaları haqqında Qanunun 20-ci maddəsinə (Qulluq stajına görə əmək pensiyasına əlavələr) əsasən pensiayaya müvafiq əlavələr edilə bilər:

20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:

20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında;

20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla;

20.19.3. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

Sualınıza görə təşəkkür edirik.

2011-01-30

1013  Elibaba (30-01-2011) Salam! Sizden cox xahis edirem, sualima cavab yazasiniz. Sualim beledir: imtahan verib suruculuk vesiqesi almaq ucun hansi muellifden istifade etmek lazimdir? Allah razi olsun!

Salam.

Ən yaxşısı Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutun. Müəlliflər sadəcə həmin qanunvericiliyi asanlaşdırıb insanlara təqdim edirlər, amma qanunvericilikdən kənara çıxa bilməzlər.

Qanunvericilik:

  • Yol hərəkəti haqqında Qanun 
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (13-cü fəsil YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR (maddələr 151-159)
  • Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı
  • Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Sualınıza görə təşəkkür edirik.

2011-01-30

1014  Ilqar (30-01-2011) Salam Dejure!mehkemede yalandan shahidlik etmish shexs sehvini sonradan anlayib mehkemeye yeniden muraciet etse ki, onun verdiyi ifadeler esassizdir onu ceza gozleyir? Ve bundan sonra zererçekmishin uzerinden cinayet ishi goturulurmu? Evvelceden teshekkurler!

Salam.

Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.

Əgər məhkəmə şəxsin təqsirini müəyyən etməsə şəxs iclas zalında onu məsuliyyət azad etməlidir.

Təşəkkür edirik.

2011-02-02

1015  Aslan (30-01-2011) AR Dasinmaz Emlakin DovletReyestrinden cixaris, torpaq sahesinin plani ve olcusu olan torpaq sahem var. 2 mertebeli bag evi tikmek isteyirem. Xahis edirem bize lazim olan senedlerin siyahisini ve haradan ala bileceyimiz haqda melumat veresiniz. Onceden tesekkur edirem. Hormetle, Aslan

Salam.

Məsləhətxanada dəfələrlə bu cür suallar cavablandırılıb (suallar 1. 5,  6, 40).

Hər bir halda Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8 və 10-cu maddələrində göstərilən tələbləri rəhbər tutun.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1016  Bahruz (31-01-2011) Salam. Men 1004-cü sualın cavabını sizdən ala bilmədim!

Salam.

Suallara cavab verərkən yalnız qüvvədə olan qanunvericiliyə əsaslana bilərik. 

Diqqət yetirin - Dövlətə müraciət № 6 

Sualınıza görə təşəkkür edirik.

2011-01-31

1017  Bahruz (31-01-2011) Salam. Gömrük orqanlarına xidmət haqqında əsasnamədə göstərilən müvafiq icra hakimiyyətlərinin açıqlamasını necə əldə edə bilərəm?

Salam.

Həmin icra hakimiyyət orqanlarının açıqlamaları “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanında göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2011-01-31

1018  Bahruz (31-01-2011) Salam. Bilmək istəyirəm o hansı inzibati tənbeh növüdür ki, işçiyə inzibati tənbeh veriləndə kütləvi mükafatlandırma zamanı həmin işçidə nəzərə alınır. baxmayaraq ki işçinin üzərində inzibati tənbeh var. yəqin ki sualım aydın oldu. Təşəkkür edirəm

Salam.

Baxmayaraq ki, sual o qədər də aydın deyil. Bildirməliyik ki, Əmək Məcəlləsinin 190.4-cü maddəsinə əsasən intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri iləmükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1019  Anar (31-01-2011) Salam, evvelcədən göstərəcəyiniz köməyə görə sizə minnetdardarlığımı bildirirem. Əgər işçi ərizəsində göstərdiyi gün işdən azad olunması barədə işəgötürənə müraciət edibsə və ərizəsinde səbəb göstərməyibsə ƏM-nin 69.3-cü bəndinə əsasən işdən azad oluna bilər

Salam.

Daha doğrusu Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1020  Elibaba (01-02-2011) Salam! Fiziki sexsle huquqi sexsin ferqi nedir? Allah razi olsun!

Salam.

Mülki Məcəllənin 24-cü maddəsinə əsasən:

Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən:

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Sadə dil ilə desək fiziki şəxs adandır, hüquqi şəxs təşkilatdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1021  Elibaba (01-02-2011) Salam! Nigahi resmilesdirmek ucun hansi meblegde dovlet rusumu odemek lazimdi?

Salam.

Dövlət rüsumu haqqında Qanunun 12.1-ci maddəsinə əsasən nikahın qeydə alınması üçün - 5 manat rüsum ödənilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1022  Elibaba (01-02-2011). SALAM! EGER 2010-CU ILDE ANADAN OLMUS, USAGA BU GUNKU GUNE KIMI DOGUM HAQQINDA SEHADETNAME ALINMAYIBSA, USAGIN VALIDEYINLERINI BUNA GORE CERİME ODEMEYE MECBUR EDE BILERLERMI? ALLAH RAZI OLSUN!

Salam.

İnzibati Xətalar Məcəlləsinin 326-4.3-cü maddəsinə əsasən üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə –

xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1023  Elsad (02-02-2011) Salam. Biz Elmler akademiyasi terefde heyet evinde galiriq. Ev nenemin adinadir (1996-ci ilde rehmete gedib nenem).iki oglu ve bir gizi var idi. hal hazirda bir oglu(emim) sagdir. gizi(bibim) ve diger oglu (yani atam) rehmete gedibler. hal hazirda hemin heyetde emimin ailesi ve bizim aile galir(iki aile). SIZE 4 (dord) sualim vardir:1.inindi evin senedlerini deyiserken nenemin adina olan kupcani konkret olarag haraya tegdim etmeliyik?2.hansi senedleri elave etmeliyik?3.bu senedlesmenin rusumu ne gederdir ve hansi muddete (yani nece gun, ay ve ya il) hell olunur?4.yeni senedlesmede bizim ailenin hemin heyete nece % haggimiz catir? (bizim aile deyerken, yani atam(rehmete gedib) da emim(sagdir) kimi nenemin varisidir ve bizim aile de atamin varisiyik ya nece?)

Salam.

Suallar çoxdur hamısının cavablandırılması yalnız qısaolaraq mümkün olacaq.

1. Sənədləri ilk növbədə notariusa (müddət pozulduqda məhkəməyə müraciət etməyiniz zəruri hesab oluna bilər) daha sonra daşınmaz əmlakın dövlət reyestr xidmətinə təqdim etməlisiniz.

2. Daşınmaz əmlaka aid bütün sənədlər (Çıxarış, və ya order, sxeem plan və s.), əgər daşınmaz əmlak üzrə bir neçə varis varsa onların ərizələri də tələb oluna bilər (tərəflər razılığa gəlmədikdə mübahisə məhkəmə tərəfindən həll olunur).

3. Dövlət rüsumu haqqında Qanunun 26.2-ci maddəsinə əsasən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün - 20 manat rüsum tutulur.Həmin Qanunun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən - 3 manat rüsum tutulur. 10.7-ci maddəyə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün 3 manat (qanunla müəyyən edilən bütün növbəli vərəsələrə) və ya 11 manat (vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə).

4. Bununla bağlı Məsləhətxanada dəfərlərlə cavab verilmişdir. Buna görə də Mülki Məcəllənin 10-cu bölməsini rəhbər tutun. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1024  Ceyhun (02-02-2011) Salam. Sürücülük vəsiqəsi itdikdə əvəzinə yenisini (və yaxud dublikat) almaq üçün hansı qanuni addımlar atılmalıdır? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Məsləhətxananın 923-cü sualında oxşar sual cavablandırılmışdır.

Suallar çoxdur və qarışıqdır. Ətraflı bu barədə məlumat almaq üçün Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qərarla tanış olmalısınız.

İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə əsasən sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə - otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1025  Xəzər (02-02-2011). Salam hormətli De jure kolletivi. Sizə bir təklifim və bir sualim var. Təklifim: Əgər münkündürse suallara verdiyiniz cavabları mövzulara ayirib başlıqda movzu adını qeyd edib yerləşdırəsiniz. əgər elə olsa hər bir istifadəçi ona lazım olan məlumatı asanlıqla tapar. Sualım: Kənd təsərrufatı və ya istenilən texnikanın illik kohnəlme və ya amortizasiya norması haqqında məlumat verməyiniz xahiş edirəm. Bu illik neçə faizdir və bu qayda hansi normativ hüquqi sənədə əsaslanır? Çox sag olun.

Salam.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARDA MÜHASİBAT UÇOTUNUN HESABLAR PLANI VƏ ONUN TƏTBİQİNƏ DAİR TƏLİMATIN (№ U-6215 iyul 1998-ci il tarixli Maliyyə Nazirliyinin Əmr i ilə təsdiq edilmişdir)  02.№li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” Hesabına nəzər yetirə bilərsiniz.

02 №li Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) həqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

01 iyul 1997-ci ilədək əsas vəsaitlərin tam bərpası üçün köhnəlmə (amortizasiya) keçmiş SSRİ Nazirlər Sovetinin 22 oktyabr 1990-cı il tarixli 1072 №li əmri ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr  1990-cı il tarixli 536 №li qərarı ilə Azərbaycan SSR-də tətbiqinə icazə verilən SSRİ Xalq Təsərrüfatında əsas fondların tam bərpasına hesablanan amortizasiya ayırmalarının vahid normaları əsasında hesablanırdı. 01 iyul. 1997-ci ildən əsas vəsaitlərə (fondlara) köhnəlmə (amortizəsiya) hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli 3 iyul 1997-ci il tarixli qərarı ilə həyata keçirilir. Bu qərarın 2-ci bəndində deyilir: 1997-ci il iyul ayının 1-dən mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələr əsas vəsaitlərə(fondlara) köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunu tətbiq etsinlər: Bu metod üzrə amortizaysiya olunan əmlak və onların tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normaları aşağıdakı qaydada qruplaşdırılsın və göstərilən hədlər daxilində müəyyən edilsin:

a ) binalar və onların struktur komponentləri- 5 faizə qədər;

b) qurğular və onların struktur komponentləri- 7 faizə qədər;

v) ötürücü qurğular və onların struktur komponentləri- 9 faizə qədər;

q) maşın və avadanlıqlar - 13 faizə qədər;

d) nəqliyyat vasitələri - 15 faizə qədər;

e) istehsal alətləri (ləvazimatları) və təsərrüfat inventarları - 25 faizə qədər;

ə) torpaq sahələrinin yaxşılaşdırılması üzrə sərmayə qoyuluşları, iş heyvanları, çoxillik əkmələr və digər əsas vəsaitlər (fondlar) -25 faizə qədər;

j) qeyri-maddi  aktivlər  isə  “Mühasibat uçotu  haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq,

Bu qərərın 5-ci bəndinə əsasən büdcə idarələri əsas vəsaitlərin (fondların) balans (ilkin) dəyərinə yalnız bu qərarda göstərilən normalar daxilində köhnəlmə (amortizasiya) hesablayırlar.

Binalara, qurğulara (tikintilərə); ötürücü qurğulara; maşın və avadanlıqlara; istehsalat alətlərinə (ləvazimatlarına) və təsərrüfat inventarlarına; işçi heyvanlara, istismar vaxtına çatmış çoxillik əkmələrə və digər köhnəlmə (amortizasiya) hesablanacaq əsas vəsaitlərə yuxarıda adı çəkilən normativlər əsasında köhnəlmə (amortizasiya) hesablanaraq 02 №li Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) hesabında uçota alınır.

Aşağıdakı əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablanmır.

nadir memarlıq və incəsənət abidəsi olan binalara və qurğulara (tikintilərə); elmi, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlara, eksponatlara, nümunələrə, fəaliyyətdə olan və olmayan modellərə, maketlərə və başqa əyani vəsaitlərə; məhsuldar heyvanlara (damazlıq inəklərə, camışlara, madyanlara, dəvələrə, marallara, donuzlara, qoyunlara, keçilərə; döllük buğalara, kəllərə, ayğırlara, nərlərə, marallara, qabanlara, qoçlara, təkələrə və bunlar kimi digər məhsuldar heyvanlara); heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatlarına; istismar vaxtı çatmayan çoxillik əkmələrə; kitabxana fondlarına, kinofondlara, səhnə rekvizitlərinə, muzey sərvətlərinə(eksponatlarına);

incəsənət işlərinə (bədii yaradıcılıq əsərlərinə); tam amortizasiya olunmuş əsas vəsaitlərə (fondlara), onlar istismara yaralı olduğu hallarda; anbarda olan və quraşdırılması tələb olunan (istismara verilməmiş) əsas vəsaitlərə (fondlara); müəssisənin xarici ölkələrdə olan nümayəndəlikləri, törəmə müəssisələri, şöbələri, istehsalatları, təsərrüfatları və digər bölmələri müstəqil balansa ayrıldığı üçün onların xarici ölkələrdə olan əsas vəsaitlərinə öz ölkələrində köhnəlmə (amortizasiya) hesablanmır. Həmin vəsaitlərə onların istifadə olduğu ölkələrin normativ sənədləri əsasında köhnəlmə (amortizasiya) hesablaya bilər,

Büdcə idarələrində ildə bir dəfə, ilin sonunda əsas vəsaitlərə (obyeklərə) onların ilin hansı ayında əldə edilməsindən, yaxud tikilməsindən, quraşdırılmasından asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş normalarla tam təqvim ili üçün köhnəlmə (amortizasiya) hesablanır. Bir sözlə əsas vəsaitlərə köhnəlmə (amortizasiya) Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimata uyğun həyata keçirilir.

Tam amortizasiya olunmuş (yəni dəyərin 100% köhnəlmə hesablanmış) əsas vəsaitlər istismara yararlı olduqları hallarda onlara köhnəlmə hesablanmır. İlin sonunda (dekabr ayının sonuncu iş günü) memorial order üzrə hesablanmış köhnəlmə məbləği 250 №li Əsas  vəsaitlərin fondu subhesabının debetində və 020 №li Əsas vəsaitlərin köhnəlməsi subhesabının kreditində əks etdirilir.

Dəyərinə 100% köhnəlmə hesablanmış əsas vəsaitlər istismara yararlı olduğu halda onu sıradan çıxarmaq olmaz.

Əsas vəsaitlər ləğv edildikdə, əvəzsiz verildikdə və ya digər sıradan çıxarılma hallarında onlara hesablanmış köhnəlmə məbləği 020 №li subhesabdan azaldılır.

Əsas vəsaitlərin köhnəlməsinin analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f.№ 1Q-də aparılır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

1026  Bahruz (02-02-2011) Salam. Daxili audit haqqında AR QANUNU maddə 15. Daxili audit haqqında Qanunun mərhələlərlə tətbiqi müddətləri kim tərəfindən müəyyən edilir?

Salam.

«Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanına əsasən «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Nazirlər Kabineti öz növbəsndə həmin Fərmanın icrasını təmin etmək məqsədilə \"Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə \"Daxili audit haqqında\" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri\"nin təsdiq edilməsi barədə Qərar qəbul etmişdir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02 1027  Bahruz (02-02-2011) Salam. Tabelik münasibətlərində olmayan bir siravi əsgərin digər siravi əsgər yoldaşı ilə zarafat etdikdə ehtiyatsızlıqdan ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bu əməl necə tövsif olunmalıdır?

Salam.

Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən tövsif olunmalıdır:

131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma —

beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-03

1028  BAhruz (02-02-2011) Salam. Konsament nədir?

Salam.

Mülkü Məcəllənin 1078.5-ci maddəsinə əsasən konosament mala dair sərəncam sənədindən ibarət ticarət kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız, orderli və ya adlı ola bilər.

Sadə sözlə çatdırılan yükə dair mülkiyyət hüququnu təsdiqləyən sənəddir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-03 1029  Samirə (02-02-2011) salam 800 azn məvacibə nə qədər alimemt düşür təşəkkür

Salam.

Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən əgər 1 uşaqdırsa məhkəmə tərəfindən  aliment haqqı təxminən 267 manat müəyyən edilə bilər (qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi).

Sualınıza görə təşəkkür edirik.

2011-02-03

1030  Elibaba (03-02-2011) Salam! Bank emelliyatinda zamin anlayisi nedir?

Salam.

Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürən şəxsdir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-03

1031  Ceyhun (03-02-2011) Salam. Nömrəli aktların tərtib edilməsi işi necə və hansı hüquqi normativ sənədə əsasən aparılmalıdır?Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əgər təşkilat dövlət təşkilatlarına aid deyil. Bu təşkilatın daxili işidir. Adətən qeydiyyat jurnalı aparılır. Dövlət qurumlarında müvafiq kargüzarlıq qaydaları tətbiq olunur.

Sualınıza görə təşəkkür edirik.

Bu qədər.

2011-02-05

1032  Elibaba (04-02-2011) Salam! Eger Russiya vetendasi, Azerbaycan Respublikasinin vetendasligini qebul ederse, onun evvelki dovletin (russiya) vetendasi oldugu dovrde hemin dovletde elde etdiyi suruculuk vesiqesi ile Azerbaycan Respublikasi erazisinde avtomobil idare etmeye icazesi varmi?

Salam.

Sürücülük vəsizəsinin alınması vətəndaşlığın alınması (və ya itirilməsi) ilə bağlı deyil. Vətəndaş da sürücülük vəsiqəsini digər dövlətlərdə də ala bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-05

1033  Bahruz (04-02-2011) Salam. Bir alqı-satqı müqaviləsi bağlanması üçün iki dəfə beh müqaviləsi bağlana bilərmi? Bağlana bilərsə bu hansı hallarda ola bilər və qanunun hansı normasına əsasən? Təşəkkür edirəm!!!

Salam.

Müqavilə əqdin əqdin bir növüdür. Əqd isə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Yəni tərəflərin razılaşdırılmış iradə ifadəsidir (Mülki Məcəllə 13-cü fəsil). 

Qanun sizə müqavilə bağlamaqı qadağan etmir və həmin müqavilə (müqavilələr) ilə sizin müvafiq öhdəlikləriniz yaranıq. Sadəcə bu müqavilənin effektivliyindən deyilə bilər. Əgər tərəflər hesab edir ki, bir beh müqaviləsi kifayət etmir bir neçə ardıcıl müqavilə bağlana bilər. Yaxud ümumiyyətlə bir müqavilə bağlana bilər və behin şərtləri bir alqı-satqı müqaviləsində əks oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-05

1034  Elish (04-02-2011) Evvela salam. Menim emim bizim yashadigimiz evi oz adina kecirdir evimiz baba mulkudur sehf etmiremse Butun emilerime elecede menim merhum atama pay dushur. Amma deyir ev menimdi.Bu evden mene pay dushur yoxsa yox? ve ne etmeliyem bunun ucun ?

Salam.

Əgər məsələ mübahisələndirsə məhkəməyə müraciət edə bilərsiniz. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (yəni siz qnun üzrə 1-ci növbəli vərəsələr hesab oluna bilərsiniz).

Sualınıza görə təşəkkür edrik.

2011-02-07

1035  Rustem (04-02-2011) Əvvəla salamlar.narahatçılıq üçün üzr isteyirik.Bilmək istərdik ki, hər hansı fiziki şəxsə məxsus möhür və ştamp alınması üçün hansı sənədlər lazımdır, bu sənədləri hansı icra hakimiyyəti orqanından və hansı adda almaq lazımdır? məs: müstəqil qəzet üçün. Təşəkkürlər.

Salam.

Möhürü düzəlmək üçün həmin fəaliyyətlə məşğul olan şirkətlərə müraciət edə bilərsiniz (misal üçün http:]]]www.newart-az.com/az/?lang=az&vir=shtamp&id=p14_15)

Amma təbii ki, əvvəlcədən qəzeti buraxmaq üçün müvafiq dövlət qurumunda qeydiyyatdan keçməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

1036  Bahruz (04-02-2011) Salam. Tabelik münasibətlərində olmayan bir siravi əsgərin digər siravi əsgər yoldaşı ilə zarafat etmək niyyəti ilə ona ehtiyatsızlıqdan ağır dərəcəli bədən xəsarəti yetirmişdir.İstintaq tərəfindən xəsarət yetirən siravi əsgər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 332.3-cü maddələri ilə məsuliyyətə cəlb olunmuşdur. Siz isə bu sualın cavabında göstərmisiniz ki, əsgər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2 maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Bu göstərilənlərdən hansı düzdür və nəyə görə? sual 1027

Salam.

Bəli biz bu suala belə cavab vermişdik ki, çünki siz verdiyiniz məlumata əsaslanırdıq.

Lakın qeyd etdiyiniz maddələr tamam başqa halları əks etdirir. Aşağıda bu maddələrin mətnlərini göstəririk.

Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma

126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 332. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma

332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda—

iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

332.3. Bu Məcəllənin 332.1 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Artıq tövsif nə qədər düzgün olub-olmamasını (işin halları dəqiq araşdırdıqdan sonra) məhkəmə müəyyən edəcək.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

1037  Camal (05-02-2011) Salam! Məhkəmə 1 uşağa görə göstərdiyim gəlirim qədər aliment tutub qarşı tərəfə ödənilməsini qət etmişdir.Qətnamənin hüquqi müddəti bitməyib. Açıq-aydın görünür hakim qarşı tərəfdən rüşvət alıb. Qətnamədən hansı qanuni pozuntusuna görə Apellyasiya şikayəti verə bilərəm? Özü də iş axtaran kimi ərazi Məşqulluq idarəsində qeydiyyatdayam. Hansı sənədləri Apellyasiya şikayətinə əlavə edim? Minnətdaram!

Salam.

Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Apellyasiya şikayəti vermək üçün apellyasiya şikayətinin özü  (2 nüsxədə), dövlət rüsumu, 1-ci instansiya məhkəmənin qətnaməsinin surəti məhkəməyə təqdim olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

1038  Yalçın (05-02-2011). Salam hormetli vekiller. Qardasim 5 il QARABAQDA doyusub. Muharibe veteranidir. Tehsil almaq meqsedile Rusiyaya gedib. 9 il Rusiyada tehsil alib. (institutut, aspirantura). Azerbaycana bir heftedir qayidib. Muharibe veterani vesiqesi vardir. Veteranlara ayrilan 30 manat teqaudu almaq ucin senedlerini lazimi idareye teqdim etmek isteyir. Bilmek isterdik ki, bu nece ilde yiqilan teqaudu ala bilerikmi? Nezerinize catdiriram ki, qardasim Rusiyaya gedende veteranlara teqaud vermirdiler ve 9 il muddetinde qardasim Azerbaycanda olmayib. Ilk defedir ki, senedlerini teqaud almaq ucin teqdim etmek isteyir. Hormetle Yalcin

Salam.

Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni rəhbər tutaraq müvafiq dövlət qurumuna müraciət edə bilərsiniz.

Daha sonra əgər müraciətiniz müsbət həll olunmasa məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

1040  Fidan (07-02-2011) salam. Bosanma zamani ata usaqi hansi huquqlarla teleb ede biler ve mehkeme usaqi ataya vere bilermi?(qeyd edimki usaq teze anadan olub ve yasi hele tamam olmayib)

Salam.

Ailə Məcəlləsinin 29-c maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

Lakın həmin Məcəllənin əsas vəzifələri ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsidir (3.0.4-cü maddə).

Buna görə də məhkəmələr adətən anaların hüquqlarını üstün tuturlar və uşaq ana ilə birlikdə qalır, xüsusilə uşaq azyaşlı olduqda.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

1041  Vasif (07-02-2011) Salam. Əgər vətəndaş bir rayondan başqa rayonda yaşamaq üçün köçərsə ona əvvəlki yaşadığı yerdən uçotdan çıxmaq üçün hansısa bir ərizə və ya əsas lazımdırmı? Çünki mən əvvəlki yaşayış yerindən çıxıb İsmayıllıya gəlmişəm, pasportstol mənə deyir ki, sənin vəsiqəni kompyuterə vururam fəaliyyətsiz göstərir. Mənə deyir ki, sən əvvəlki yaşayış yerindən çıxmağına dair bir əsas verməlisən. Əvvəlki yaşayış yeri isə mənə deyir ki, o sənə heç bir əsas tələb etmədən vəsiqə verməlidir. Qalmışam 2 yol arasında.Xahiş edirəm mənə köməklik edəsiniz.

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində \"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında\" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir.

Qanunu rəhbər tutun. Əgər səlahiyyətli şəxslər süründürməçiliyə yol verirsə yuxarı instansiyalara şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08
 

1042  Camal (07-02-2011) Salam! Məhkəmə 1 uşağa görə göstərdiyim gəlir qədər aliment kəsmişdir. Bu açıq aydın qərəzli qərar məni cinayətə sövq etmiş olur. Mən nə etməliyəm?

Salam.

Əgər 1-ci instansiya məhkəməsinin aktı ilə razı deyilsiniz apellyasiya şikayəti ilə yuxarı instansiya məhkəməsinə müraciət edə bilərsiniz. Cinayətə görə isə siz cinayət məsuliyyətinə cəlb olunacaqsınız.

Bu qədər.

2011-02-08

1043  Farrux (07-02-2011) Salam. Menim neçə illər mal aldığım dubaydakı topdansatış mağazasına borcum qalıb.və artıq bir ildən çoxdur ki men o pulu ödəyə bilmirəm.mağaza sahibi məni polislə hədələyir. Xahiş edirəm məni nə gözləyə biləcəyini söyləyəsiz.

Salam.

Çalışın öz öhdəlikərini vaxtında və tam həcmdə yerinə yetirin. Əgər hesab edirsinizsə bu öhdəlikləri yerinə yetirə bilməyəcəksinizsə əvvəlcədən bu işdən kənarlaşın.

Həmin şəxs (kreditor) əgər sizin münasibətləriniz müqavilə ilə tənzimləyirsə müvafiq səlahiyyətli qurumlara müraciət etməkdə haqlıdır. Lakın mülki-hüquqi münasibətlər olduğu üçün ilk növbədə məhkəməyə müraciət edə bilər. Və artıq məhkəmənin qətnaməsi əsasında öhdəliklərini məcburi qaydada icra etməyə nail ola bilər (misal üçün əmlakınıza həbs qoyula bilər və həmin əmlak daha sonra satıla bilər). Əgər əməllərinizdə cinayət tərkibi varsa onda digər hüquq mühafizə orqanlarına müraciət etməkdə də haqlıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

1044  Kamran (08-02-2011) Salam! Kend teserrufati ile meshqul olan fermer, gelecek fealiyyetini genishlendirmek uchun kredit, texnika, cins malqara ve s. almaq meqsedile muvafiq qurumlara muraciet etmishdir. Bu meqsedle ondan biznes plan teqdim edilmesi tovsiye olunmushdur. Kendli fermer teserrufatlari uchun her hansi biznes planin xususi ve yaxud shablon formasi movcuddurmu? Teshekkur edirem.

Salam.

Biznes-planların hazırlanması müvafiq təcrübə tələb edir ona görə də bu xidmətlər pulludur.

Formasını burdan əldə edə bilərsiniz.

Təşəkkürlər.

2011-02-08

1045  Yalchin (08-02-2011). SALAM HORMETLI VEKILLER. SIZE YENIDEN BIR SUALLA MURACIET ETMEK ISTERDIM. KECEN IL AILE QURMUSAM. AILE QURANDAN 2 AY SONRA YOLDASIM HAMILE OLDUQU UCUN USAQ ANADAN OLANA KIMI ISLEMEK MEQSEDILE RUSIYAYA GETMISEM. MENIM ZAQSIM YOXDUR. MEN RUSIYAYA GEDENDEN 2 AY SONRA, QAYNANAM YOLDASIMI HEKIME GOSTERMEK ADI ILE APARIB VE GERIYE QAYITMAQA QOYMAYIB. BUNU ESIDENDEN SONRA DERHAL QAYITDIM AZERBAYCANA. QAYNANAMGILDE OLDUM. QAYNANAMIN TELEBI BUDUR KI, AYRICA EV AL VE MENIM QIZIMI SAXLA. YOXSA QIZIMI QAYITMAQA QOYMAYACAQAM. MENIM ISE PULUM YOXDUR AYRICA EV ALIM. ZAQSIM OLMADIQI UCIN BOSANMAQ MESELESI OLAN DEYIL. YOLDASIMIN CEHIZI BIZDEDIR. CEHIZ DEYENDE KI, LAP ESLINDE ELE CEHIZIN, YENI MEBELIN PULUNUN COXUNU ELE BIZ VERMISIK. MEN RUSIYADAN EVLENENDE YOLDASIMA COX BAHALI QIZIL VE BRLIYANTLAR ALMISDIM. BUTUN QIZILLARI YIQIB GEDIBDIR. MENIM SIZE SUALIM BELEDIR KI, MEN MEHKEME YOLU ILE QIZILLARIMI GERI ALA BILEREMMI? YOXSA BU QIZILLAR QANUNU YOLDASIMA CATMALIDIR? HORMETLE JALCHIN

Salam.

Həmin məsələni məhkəmə yolu ilə həll edilməsi daha məqdəsəuyğundur. Əgər nikahınız dövlet qeydiyyatdan keçməyibsə onda qanun tərəfindən tanınmır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

1046  Terlan (09-02-2011). Salam.Menim bir yaxin dostum qanunu iw yerini saxlamaqla diger bir qeyri qanunu iw yerinden banka arayiw alib. Daha dogrusu aldatmaq yolu ile onu bu iwe sovq edibler ve bankdan xeyli miqdarda pul goturubler. indise hemin adam pulu vaxtinda odemir ve bank ise dostumdan teleb edir odeniwi. Dostum ise oz pul kartini baglatdirib. daha bank onun kartindan odeniw ala bilmir. Indi bilmek isteyirem eger iw boyuyerse bank mehkemeye muraciet ederse menim dostumun aqibeti nece olacaq?Evvelceden tewekkur edirem.Hormetle Terlan.

Salam.

Əgər öz öhdəliklərini (müqavilə ilə nəzərdə tutulmuş) yerinə yetirməsə bank həmin öhdəlikləri məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirə bilər (əmlaka həbs, maaşından məcburi tutulma və s.).

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

1047  Bahruz (09-02-2011). salam. Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli 834 nömrəli fərmanını göndərməyinizi xahiş edirəm.

Salam.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı (2 yanvar 2003-cü il tarixli № 834).

Bu qədər.

2011-02-09

1048  Fidan (09-02-2011). salam. yeqinki menim movzumdan xeberdarsizda. Bes oqlan mehkemede durub deseki men bosanmiram bes onda nece? mehkeme oqlanin eleyhine nece qerar cixarda biler? Birdeki oqlan sumqayitda qalir.qiz bakida.mehkeme nece sumqayitda olacaq yoxsa bakida?

Salam.

Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Amma ərin belə hüququ yoxdur.

Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Lakın həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

1049  Ceyhun (09-02-2011). Salam. istifadə olunmamış Əmək məzuniyyətinə görə kompensasiya hesablanarkən iş stajına və ya əmək şəraitinə görə əlavə olan əlavə günlər nəzərə alınmalıdırmı? Əsas?

Salam.

Əmək Məcəlləsinin 135.2-ci maddəsində bu hal tam şəkildə nəzərdə tutulmadığından, həmin münasibətlər həmin Məcəlləinin 144.3-ci maddəsinə əsasən tənzimlənir Belə ki, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil vəyaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

1050  Rahib (09-02-2011) Salam. Men maraqlanmaq isteyirdimki Ruhi xestelere teqaud duzeltmek ucun hansi senedler lazimdir, ve hara muraciet etmek lazimdir. Onceden oz minnetdarligimi bildirirem.

Salam.

Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən tibbi-sosial ekspert komissiyası rəyi əsasında əqli (qeyd etdiyiniz məsələ) və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil hesab edilə bilər.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin Fərmanında da bu müavintlərin miqdarı göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2011-02-11

1051  Yalçın (09-02-2011) Salam hormetli vekiller. 1045 sualima cavab verdiyiniz ucin sizlere oz tesekkurumu bildirirem. Lakin sizin cavabinizi deqiq basa dusmedim. Men deqiqlikle bilmek isterdim ki, qanun esasinda men qizillarimi mehkeme yolu ile geriye ala bileremmi. Yoxsa qizillar yoldasima catmalidir. Hormetle Jalchin

Salam.

Bu məsələ yalnız məhkəmə yolu ilə həll oluna bilər. Məhkəmə sübutlar əsasında qətnamə çıxarır. Belə ki, siz həmın zinət əşyalarınızı sizə məxsus olduğunu sübut etməli olacaqsınız (qəbzlər və s.). 

Bu qədər.

2011-02-11

1052  Ceyhun (10-02-2011) Əgər işçi işləməklə bərabər istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya almaq istəyirsə staja və əmək şəraitinə görə nəzərdə tutulan əlavə günlərə görə də pul əvəzi hesablanmalıdırmı.

Salam.

Sual - 1049.

Qeyd etdiyiniz sual Məsləhətxananın 1049-cu sualında cavablandırılmışdır.

Bu qədər.

2011-02-11

1053  Ceyhun (10-02-2011) Salam Dejure. Əllilik dərəcələrinin müəyyən edilməsi ilə əlaqədar müəyyən olunmuş komissiya hansı normativ sənədlərə əsasən əllilik dərəcələrini müəyyən edir və iş aparır?Mümkünsə həmin sənədləri sayta əlavə edin.Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Sayta həmin normativ akt uzun müddətdir ki, yerləşdirilib. Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə.

Xahiş edirik diqqətli olun.

2011-02-10

1054  Gunay (10-02-2011) Salam men oyrenmek isteyirdim ki hüquqi sexs adindan apellyasiya məhkəməsinə şikayət veriləndə iddaçı hüquqi şəxs olur yoxsa ki, onun təsisçiləri7

Salam.

Hüquqi şəxs olur. Onun təmsilçisi isə (etibarnamə əsasında əgər direktor özü təmsil etmirsə) həmin sənədi imzalayır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-10

1055  Gunay (10-02-2011) salam birde xahis edirem ki hüquqi sexsin apellyasiya sikayetinin numunesini mene gonderesiniz

Salam.

Ərizə və Şikayətlərin nümunələri Ərizələr və şikayətlər bölməsində göstərilib. Digər xidmətlər pulludur.

Sualınıza görə təşəkkür edirik.

2011-02-10

1056  Ceyhun (10-02-2011) İstehsal daxili hər hansı bir struktur rəhbərinin əmək haqqı onun tabeçiliyində olan işçinin əmək haqqından aşağı, və ya bərabər ola bilərmi? (Məsələn: Nəqliyyat sahəsinin sürücüsünün ə/h sahə rəisinin ə/h.)Bu fərq nə qədər olmalıdır.

Salam.

Təbii ki, ola bilər. Qanunvericilik buna məhdudiyyət qoymayıb. İşçinin ixtisasından, gördüyü işin kefiyyətindən, mürəkkəbliyindən vəzifə maaşı digərlərin (hətta rəhbərliyin) vəzifə maaşından çox ola bilər.

Bu qədər.

2011-02-11

1057  Fuad (10-02-2011) Salam. Hər vaxtiniz xeyirli olsun. Men bir defe ailə qurmuşam amma dağılıb. Bir uşağa görə aliment ödəyirəm. Maaşımın 25% dəyərində. Digər tərəfdən Bir qadina da uşağa görə maaşımın 25% dəyərində aliment verirem. Özümdə yeniden ailə qurmuşam iki uşağim var. Men 50% maaş alıram Yəni 83 manat. Men məhkəməyə müraciyyət etsəm aliment endirə bilərəm yoxsa yox. Bir defe bir vəkil mənə dedi ki, iki uşaqdan sonra alimen 50% dən 33% endirmək olur.amma neçe. Mene kömeklik gösterin yoxsa yene ailəm dağılacaq. 83 manatla dolana bilmirem. Əvvəlcədən təşəkür edirəm.

Salam.

Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən nəzərdə tutulan payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Bu qədər.

2011-02-11

1058  Fuad (10-02-2011) alimenti 25%+25%=50% dən cəmi 33% salmaq olar

Salam.

Alimentin məbləğin müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir. Məhkəməyə müraciət edərkən öz mövqenizi əsaslandırmalısınız və sübutları təqdim etməlisiniz.

Bu qədər.

2011-02-11

1059  Rasul (11-02-2011) Salam! Azərbaycan bank sektorunda Mərkəzi bankın təlimatına görə kommersiya bankların;n Baş ofisində olan mərkəzi xəzinə necədə açılıb və bağlanmalıdır? Çox sağ olun!

Salam.

Azərbaycan Respublikasında Fəaliyyət Göstərən Banklar Arasında Hesablaşmaların Aparılması Qaydalarına diqqət yetirməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-02-11

1060  Bahruz (11-02-2011) Salam. Zehmet olmasa avro-2, avro-3 haqqinda material gondererdiniz

Salam.

Deməzdik ki, qeyd olunanlar hüquqa aiddir.

Euro 1, Euro 2 və s  işlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən ekoloji standartlardır.

Bu qədər.

2011-02-11

1061  Bahruz (13-02-2011) Salam. İnzibati Xətalar Məcəlləsinə dair test toplusu mymkundurse gondererdiniz. saytda yerleshdirdiyiniz testlere nezer yetirmisem. İlk onceden minnetdaram!

Salam.

Testlərin yaxın zamanlarda kağız versiyasını hazırlayacayıq və maraqlananlar onları ala biləcəklər.

Sualınıza görə təşəkkür edirik.

 2011-02-13

1062  Əziz (14-02-2011) Salam. Hüquqi şəxs cinayət prossesində zərər çəkmiş kimi sayıla bilərmi? mümkünsə əsaslandırın. Öncədən təşəkkürlər.

Salam.

CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir.

Sualınıza görə təşəkkür edirik.

 

2011-02-15

1063  Ceyhun (14-02-2011) Salam Dejure. Kargüzarlıqla əlaqədar hansı normalar qəbul edilib və bu normalar qeyri-dövlət təşkilatlarının işinə şamil edilirmi? Əvvəlcədən təşəkkür edirəm

Salam.

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı rəhbər tutun.

Yalnız dövlət qurumları üçün məcburidir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-15

1064  Sabina (14-02-2011) Salam.mənim qaynatam bu yaxınlarda ölüb, onun 4 uşağı var, hamısı evlidir, hamısının da burda evi var. Lakin bir qızı xaricdə yaşayır ailəsi ilə birlikdə,onun orda da evi var.Lakin həmin qız miras qalan evə qeydiyyatdadır. Xahiş edirəm varisliyin necə paylanacağı haqqında açıqlama verərdiniz.

Salam.

Mirasın bölünməsi Mülki Məcəllənin 10-cu bölməsinə uyğun olaraq həyata keçirilir. Əgər vərəsənin yeri məlumdursa notarius müvafiq qaydada onu məlumatlandırılmalıdır. Əgər vəsiyyətnamə yoxdursa miras bütün qanuni vərəsələr arasında bərabər bölünməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

1065  Sabina (14-02-2011) övladımı uşaq bağçasında tez-tez döyürlər. Şikayət edirəm uşağı daha çox gözümçıxdıya salırlar.Nə etməliyəm

Salam.

Əgər həmin idarənin rəhbərliyi heç bir tədbir görmürsə Təhsil Nazirliyinə ərizə ilə müraciət edə bilərsiniz, həmçinin hüquq mühafizə orqanlarına da müraciət edə bilərsiniz (polis, prokurorluq).

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

1067  Namik (15-02-2011) Salam! Menim menzilim 3 otagli adlanan binada yerlasir. Yasamal rayonu 22№-ли мис. Menzil ozellesdirilmisdir. Xais edirem basa salin men xem emlak vergisi belediyyeye ve hemde ev kiresi adlanan vergini MIS-ne odemeliyem? yoxsa ancag belediyyeye emlak vergisi odemeliyem.Ve Bu menzillerin inventar deyeri ne gederdir? Сизе миннетдарам

Salam.

Qanunvericilikdə müxtəlif vergilər nəzərdə tutulub, lakın əsassız vergilərin tutulması yol verilməzdir. Çalışın vergi ödəyərkən müvafiq təsdiq edici sənəd əldə edin.

Belə ki, Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi;  fiziki şəxslərin əmlak vergisi kimi bələdiyyə vergiləri nəzərdə tutulub. Evin kirayəsi isə vergi deyil. Bu hansı bir daşınmaz əmlakın icarəsidir (sizin mülkiyyətiniz olmadığı üçün mülkiyyətçi olan şəxsə icarə haqqı ödəyirsiniz).

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

1068  Elmar (15-02-2011) Salam. Mən sizdən hüquqi məsləhət almaq istəyirəm.Bizim həyətyanı torpağımıza 5 sot zept yazıblar.Torpaq isə babamdan qalıb təxminən 1950-ci ildə verilib.O vaxtdan necə var elədir(yəni həyətin ölçüsündə dəyşiklik olmayıb)və torpaq vergisini də 27 sot olaraq həmişə ödəmişik(Dedikləri zəptdə bura daxildir).1989-cu ilə aid cizgi planı və qəvələsi də var. indi mənim o 5 sotumu bələdiyyənin perspektiv fonduna keçiriblər.Bələdiyyə isə sota uyğun müəyyən miqdar pul tələb edir ki, 5 sotu mənə qaytarsınlar.Mən bu məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət etmək istəyirəm, ancaq torpaq məcəlləsində bu barədə birşey tapa bilmədim.Xahiş edirəm bu barədə mənə köməklik edəsiniz.Göstərəcəyiniz köməkliyə görə Sizlərə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Salam.

Daşınmaz əmlaka aid bütün sənədləri toplayaraq mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

1069  Camal (15-02-2011) Salam! Aliment kəsiləndən sonra onu ödəyə bilmədikdə. Qanunda buna görə cəza təyin olunubmu? Və ya işsiz olduğumdan məcburi işə cəlb eilə bilərlərmi?

Salam.

Baxmayaraq ki, alimentin ödənilməməsi üçün cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulmayıb, bu o demək deyil ki, aliment ödəmək öhdəliyindən şəxs azad olunur. Məhkəmə qaydasında nəzərdə tutulmuş aliment məbləğləri məcburi qaydada iş yerindən, bank hesabından, əmlakdan tutula bilər.

Bu qədər.

2011-02-16

1070  Bahruz (15-02-2011) Salam. Mənə Cin.Məc.CPM,Əm.məc,Gömrük Məc, korrupsiya haqqında qanun və.s bu kimi qanunların qüvvəyə minməsi, təsdiq olunması, dərc olunması tarixləri lazımdır. bunu necə əldə etmək olar?

Salam.

Bütün bu qanunlar Milli Qanunvericilik bölməsində mövcuddur.

Bu qədər.

2011-02-16

1071  Bahruz (15-02-2011) 1061-ci sual. mümkünse sualları bu ayın 23-ne kimi hazirlayib yerleshdirerdiz sayta cunki 24-ü imtahanimizdir.

Salam.

Təəssüflər olsun ki, bu hələ ki mürəkkəb məsələdir. Kommersiya əsasında fəaliyyət göstərçəyimiz müəyyən vaxt tələb edəcək. 

Üzrlü hsab edin.

2011-02-15

1072  Fuad (15-02-2011) SALAM MƏN İKİ DEFE MEHKEMƏLİK İŞİM OLUB.İKİSİDE ALİMENTLE BAĞLI.AMMA HEÇ BİRİNDE MƏNİ MƏHKƏMƏYƏ ÇAĞIRMAYIBLAR.QƏRAR HAQQINDA QƏTNAMƏDƏ VERMƏYİBLƏR.QƏRARİ İŞ YERİMDƏN MAAŞİMDAN TUTLAN PULDAN BİLMİŞEM. ŞORUŞANDADA DEYİBLER MEHKEME ZENG EDİB, BİZDE PULUNDAN TUTURUQ. QƏTNAMƏLƏRİ NƏCƏ ƏLDƏ ETMƏLİYƏM? ÇÜNKİ YENƏ MƏHKƏMƏYƏ MÜRACİYYƏT EDİB ALİMENTİ AZALTMAQ İSTEYİREM.

Salam.

Əgər maaşdan tuturlarsa deməli onların rəsmi sənədi olmalıdır. Kim pulu tutursa onlardan həmin məhkəmənin adını öyrənin və məhkəməyə müraciət edin. Əsas varsa həmin məhkəmə aktından şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-17

1073  İskəndər (15-02-2011) Diplom hazırlığı ilə əlaqədar iş yerinə təqdim edib, 3 təqvim ayı ödənişli məzuniyyət almaq üçün təhsil aldığım ali məktəbdən arayış istədim. Arayışda yazıldı: mart ayında dissertasiya müdafiəsi keçiriləcəkdir. Arayışı iş yerində qəbul etmədilər.Bildirdilər ki,dəqiq məzuniyyət vaxtı göstərilməyib. Nə etməliyəm? Arayış necə yazılmalıdır?

Salam.

Əmək Məcəlləsinin 124.5-ci maddəsinə əsasən diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Arayışda müddət dəqiq göstərilməlidir, çünki məzuniyyət günləri dəqiq hesablanmalıdır (misal üçün 01.04.2011-01.07.2011 tarixədək və s)

Sualınıza görə təşəkkür edirik.

2011-02-17

1074  Bahruz (16-02-2011) Salam. 15 gömrük rejimlərinin əsasnaməsini necə əldə edə bilərəm?

Salam.

Əsasnamələrin bir çoxu Digər normativ aktlar bölməsində mövcuddur.

Bu qədər.

2011-02-16

1075  Əziz (16-02-2011) Salam! menim 1062 nomreli sualimi cavablandirmishdiniz.Cinayət Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. Mülki iddiaçı və ya mülki cavabdeh qismində hüquqi şəxsin nümayəndəsi kimi müvafiq hüquqi şəxsin rəhbəri də vəsiqə təqdim etməklə cinayət prosesində iştirak etməyə buraxıla bilər.Bu maddədən belə anlaşılır ki, hüquqi şəxs yalnız mülki iddiaçı qismində cinayət prosesində iştirak edə bilər. Maddənin birinci cümləsində qeyd olunan zərər çəkmiş şəxs kimi yalnız fiziki şəxslər iştirak edə bilər, çünki notariat qaydasında təsdiq edilmiş etibarnamə yalnız fiziki şəxslər tərəfindən verilə bilir. Hüquqi şəxslərdə etibarnaməni notariat qaydasında deyil, müəssisənin rəhbərinin imzası və möhürü ilə etibarnamə nümayəndəyə verilir.Aydınlıq gətirin

Salam.

Etibarnamə ilə bağlı münasibətlər Mülki Məcəllənin müddəaları ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

1076  Ceyhun (17-02-2011) Salam Dejure. İşçi müvafiq iş yerində ümumilikdə 7 ilə yaxın işləyirsə ancaq, faktiki olaraq bir vəzifədə işləməsinin 1 ili tamam olmayıbsa, işçi attestasiyaya düşürmü? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin 66-cı maddəsinin 7-ci abzasına əsasən bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin attestasiyası keçirilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1077  Bahruz (17-02-2011) Salam. İxrac Nəzarəti haqqında qanunda göstərilmiş müvafiq icra hakimiyyetlərinin açıqlanmasını zəhmət olmasa yerləşdirərdiniz

Salam.

Bunun üçün  \"İxrac nəzarəti haqqında\" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanı ilə tanış olmalısınız. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1078  Adil (18-02-2011) salam de jure! Sualım \"avto cərimələr\" ilə bağlıdır: Məni maraqlandırır, məsələn: maddə 151(1) cəriməsi 15-dan -20 manatadək, və yaxud 151(2), 20-dan -40 manatadək + 3 bal, və ilə axır... Sual: məsəlcün götürək, Maddə 151(1)-ini pozan sürücülərinhansına 15 manat cərimə, və yaxud hansına 20 manat cərimə yazılmalıdır? qabaqcadan teşekkür edirik! 

Salam.

İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

Misal üçün əgər siz birinci dəfə hüquq pozuntusuna yol vermisiniz və həmin pozuntunun ictimai təhlükəsi azdır, onda minimum cərimə tətbiq edilə bilər. Cərimənin məbləğini müəyyən etmək müvafiq qurumların səlahiyyətidir, əgər hesab edirsinizsə həmin cərimmə əsassızdır məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1079  Azer (18-02-2011) Ali məhkəmə qərarının icra müddəti nə qədərdir?

Salam.

Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən (əgər mülki işdirsə) qərar qəbul edildiyi andan qüvvəyə minir.

İcra müddəti İcra haqqında Qanunun 12, 13-cü maddələrinə əsasən həyata keçirilir. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1080  Bahruz (18-02-2011) Salam. İXM. bilmək istəyirəm hal hazırda fiziki,vəzifəli və hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı maksimum nə qədərdir?

Salam.

İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı üç min manatdan, vəzifəli şəxslərdən alınan inzibati cərimənin miqdarı on min manatdan, hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı əlli min manatdan artıq ola bilməz

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1081  Oktay (19-02-2011) Salam, hörmətli hüquqşünaslar.Sizdən bir məsəslə ilı bağlı məsləhət almaq istərdim.Mən 2004-2008-ci illərdə dövlət universitetlərindən birində əyani bakalavr və Yanvar 2009-Yanvar 2011-ci illərdə əyani magistr təhsil alnmışam.2006-ci ildən indiyə qədər neft sənayesində-dənizdə çalışıram.Əmək kitabçamda da 2006-ci ildən staj yazılır. qeyri-adi və bir tərəfdən də qeyri-qanunilik olmasını etiraf edirəm. Amma mən dövlət idarəıərindən birinə CV gondərmək istəyirəm.Yalnız yuxarıda qeyd etdiyim məsələyə görə risk edə bilmirəm.Zəhmət olmasa bu sahədə mənə mümkün ola bilən bir variant yazın.Öncədən təşəkkürümü bildiriəm.

Salam.

İlk öncə bildirməlisiniz ki, göstərdiyiniz məsələdə harda qeyri-qanuniliyi görürsünüz? Yəni əyani oxuyarkən necə işləyə bilmisiniz? Bəli qəribədir.

Amma qeyri-qanuni deyil. Bu məsələ artıq işçinin və işəgötürənin arasında razılaşmalarla həll olunur. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1083  Bahruz (19-02-2011) Salam. İnzibati qaydada tutma bildiyiniz kimi DİN, MTN, DSX, MN tərəfindən həyata keçirilir. Bəs Dövlət Miqrasiya Xidmətini necə bu siyahıya aid etmək olar?

Salam.

Bəli. Aid etmək olar. 

Bunun üçün \"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında\" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanının 2.39, 2.40, 2.53, 2.54 bəndlərinə nəzər yetirmək lazımdır. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1084  Kerim (20-02-2011) Salam, neve nenesinin mulkiyyetinden mecburi payi varmi? Yoxdursa orada yasamaq huququ varmi(eger orada qeydiyyatdadirsa)?

Salam.

Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

Qeydiyyat ilə bağlı məsələləri məhkəmə qaydasında daşınmaz əmlakın mülkiyyətçisi ilə həll edə bilərsiniz.

2011-02-21

1085  Bahruz (20-02-2011) Salam. Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddə 331.3, 341.1 dair Plenumun qərarları, şərhi, məqalə və.s bu kimi materiallar göndərmayinizi xahiş edirəm.

Salam.

Bu cür materiallar təmənnasız təqdim olunmur. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1086  Gulya (20-02-2011) salam \"dovletlerin umumi menafeyi\" ne demekdir?

Salam.

Baxmayaraq ki, qanunvericilikdə dövlətin ümumi manafeləri anlayışı dəqiq göstərilməyib. Özümüz aşağıdakı kimi bu anlayışı başa düşürük.

Dövlətin ümumi manafeləri - həmin dövlət tərəfindən, həmin dövrdə  iqtisadi və qeopolitik, mədəniyyət-tarixi əlaqələri ilə, təhlükəsizliyini təmin etmək zərurəti ilə, əhalinin daxili və xarici təhkükədən, ekoloji  fəlakətlərdən qorunması ilə  müəyyən edilən dövlətin dərk edilmiş ehtiyaclarıdır.

Bu qədər.

2011-02-21

1087  Gulya (20-02-2011) salam. eger hansisa dovlet hamiliqla qebul olunmus beynelxalq ohdelikleri pozarsa onda onun baresinde hansi orqan vasitesi ile hansi tedbirler gorulur?

Salam.

Müxtəlif təşkiltlar var (BMT, Avropa Birliyi və s.) bu dövlətin yerləşməsindən, daxil olduğu birliklərdən də asılı ola bilər. Tədbirlər də müxtəlif ola bilər iqtisadi (embarqo), silahlı daxil olma (ən son zərurət kimi) və s.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1088  Ceyhun (21-02-2011) Salam Dejure. İşçi müvafiq iş yerində ümumilikdə 7 ilə yaxın işləyirsə ancaq, faktiki olaraq bir vəzifədə işləməsinin 1 ili tamam olmayıbsa, işçi attestasiyaya düşürmü? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Sual - 1076

Məsləhətxananın 1076-cı sualında bu sual cavablandırılmışdır.

Bu qədər.

 2011-02-21

1089  Bahruz (21-02-2011) Salam. İnzibati xəta haqqında protokol hansı halda tərtib edilmir? Bura \"İnzibati xətalar haqqında işlər üzrə icraat prokuror tərəfindən başlandıqda\" aid etmək olar yoxsa bu bənd cıxarılıb? əvvəlcədən təşəkkür edirəm

Salam.

Qarışıq və qeyri aydın sualdır. Lakın bildirməliyik ki, İnzibati Xətalar Məcəlləsinin 412.1-ci maddəsinə əsasən törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə və ya inzibati cərimənin miqdarı iyirmi manatdan artıq olmadıqda, inzibati xəta haqqında protokol tərtib edilmir. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1090  Narmina (21-02-2011) salam. Eger iscinin adi qeydiyyatda varsa ve onun maasina gol cekilib mudiriyyet alirsa..bir sozle evveller \"myortvie dushi\"adlanirdi..buna gore mudiri hansi ceza ve ya mesulliyyet gozleyir....evvelceden oz minnetdarligimi bildirirem..

Salam.

Əgər sübutlar varsa bu hərəkətlərə görə cinayət məsuliyyətinə də cəlb olunm mümkündür. Cinayət Məcəlləsinin 9-cu bölməsinə  (hüquqi tövsifdən asılı olaraq - Mənimsəmə və ya israf etmə, dələduzluq, Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma və s.) nəzər yetirin. Əgər faktı təsdiq edən sübutlar mövcuddursa hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

1093  Ceyhun (22-02-2011) Uşağa qulluqla əlaqədar sosial məzuniyyətdə (uşağın 3 yaşı tamam olması ilə əlaqədar) olan işçi, hamiləliyə və doğuşa görə məzuniyyətə (2 –ci uşaqla əlaqədar) çıxa bilərmi və buna görə müəyyən edilmiş müavinət ödənilməlidirmi? Bu təqdirdə işçiyə 1-ci uşağa qulluqla əlaqədar qismən ödənişli müavinatın yerdə qalan hissəsi ödənilirmi? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

Bu sual Məsləhətxananın 977-ci, 981-ci suallarında cavablandırılmışdır. 

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin Fərmanında müvafiq müavinətlərin məbləği də göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

1092  Oktay (22-02-2011) Salam, hörmətli hüquqşünaslar.Sizi yenidən narahat etdiyim üçün üzr istəyirəm.Sadəcə 1081 No-li sualıma mını lazım olan cavabı almadığım üçün sualımı daha konkretləşdirmək istəyirəm. Bilmək istərdim ki, əgər mən hər hansi dövlət idarəsinə CV versəm mənim diplomum və ya əmək kitabcam etibarsız sayıla bilərmi? Və yaxud mənə hər hansı bir problem yarana biərmi? Qabaqcadan təşəkkürümü bildirirəm.

Salam.

Diplomu və ya əmək kitabçasını etibarsız sayılması üçün əsas yoxdur.

Bu qədər.

2011-02-26

1094  Bahruz (22-02-2011) sual 1085. qeyd etdiyim materialları sizdən necə təmannnalı götürə bilərəm? bahruz_007@mail.ru

Salam.

Hal-hazırda hüquq firmasının yaradılması ilə bağlı tədbirlər görülür.

Ona görə də qeyd etdiyiniz məsələ bir-neçə ay uzana bilər. Bu barədə saytda məlumat yerləşdiriləcək.

Üzrlü hesab edin.

Sual birbaşa cavablandırılır.

12011-02-22 15:18:312011-02-26 00:00:00Tornado88.151.192.200bahruz_007@mail.ru101070000000-00-00 00:00:00727]]] 1095  Bahruz (23-02-2011) Salam. Mümkünsə güzgülü statistika haqqında məlumat verərdiniz

Salam.

Adətən güzgülü statistika dedikdə ölkənin xarici ticarət partnyorları üzrə BVF-nin (Beynəlxalq Valyuta Fondu) göstəriciləri ilə gömrük statistikanın tutuşdurulma (müqayisə) təhlili başa düşülür.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

1096  Kamran (23-02-2011) Salam! \"Erde olan qadinin vetendashligi haqqinda Konvensiyaya qoshulmaq barede 31.05.1996-ci il tarixli AR-nin Qanunu muraciet eden shexsler uchun hansi sadeleshdirilmish hallari nezerde tutur. Vetendashliq uchun muraciet etmish shexslere Dovlet Miqrasiya Xidmetinin eseslandirilmamish imtina mektubu hansi huquqi neticelere sebeb ola biler? Teshekkur edirem.

Salam.

İlk öncə həmin Ərdə olan qadının vətəndaşlığı haqqında Konvensiya ilə daha ətraflı tanış olmaq lazımdır. 

Belə ki, həmin Konvensiyanın 3-cü maddəsinə əsasən Sazişə gələ hər bir dövlət razılaşır ki, onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbi, öz xahişi ilə, xüsusi asanlaşdırılmış naturalizasiya qaydasında ərinin vətəndaşlığını qəbul edə bilər. Belə vətəndaşlıq dövlət təhlükəsizliyinin və kütləvi asayişin mənafeyi xatirinə qoyulmuş məhdudiyyət obyekti ola bilər.

Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 26-cı maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının beynəlxalq müqavilələri arasında ziddiyyət yaranarsa, həmin müqavilələr tətbiq edilir.

Buna görə də əgər müvafiq dövlət qurumu imtina cavabı veribsə bununla əlaqədar məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

1097  Rehman (23-02-2011) Hormetli huquqsunaslar! Dovlet reyestr xidmetinde muvafiq icra hakimiyyetinin(XDS) qerarini qebul etmeyerek tikintinin istismara verilmesi aktini teleb edirler. Onlar oz etirazlarini NK-nin 2008-ci ilde verilmis hansisa qerari ile esaslandirirlar. Menim bildiyime gore qanunun geriye quvvesi yoxdur. 15 il bundan evvel tikilmis ve uzun illerdir istifade olunan obyekte bu qerarin tetbiq edilmesi qanuna uygundurmu? Cox sag olun.

Salam.

Yəqin ki, «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə NK qərarını nəzərdə tuturlar.

Əgər həmin qurumun rəsmi cavabı varsa və bu cavab sizi qane etmir müvafiq qaydada məhkəməyə müraciət edə bilərsiniz.

Doğrudur, Konstitusiyanın 149.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

1098  Yalçın (24-02-2011) Salam hormetli vekiller. 15 gun qabaq Raf markali mikroavtobus almisam. Generalniy dovernus ile almisam. Masin Baki nomresidir. Men ozum rayonda yasayiram. Masini rayonda DYP qeydiyyatdan keciren zaman melum oldu ki, masinin kuzasinda olan bilkasi yoxdur. DYP mene bildirdiler ki, masin Baki seriyasi olduqu ucin bilkani yalniz Respublika DYP almaq olar. Gerek erize ile muraciet edesen ki, masinin bilkasi itib. Masin ozude mutleq Bakiya getmelidir. Bilkasi ve qeydiyyati olmadiqi ucin masinla rayondan Bakiya getmek olmaz. Yolda masini DYP emekdaslari ala bilerler. Cunki masini elimden almisdilar ve masini tanisliqla oradan cixartmisam. Masini aldiqim sexs ne masini geri qaytarib pulumu verir, nede bilkani duzeltdirmeye boyun olur. Deyir ki get haraya isteyirsen sikayet ele. Xais edirem deyesiniz ki, men ne cur hereket etmeliyem. Qanun kimin terefindedir.

Salam.

Qanun qanuna riayət edənlərin tərəfindədir.

Qanunvericiliyə uyğun olaraq etibarnamə ilə hansı bir əşya alınmır və etibarnamə ümumiyyətlə mülkiyyət hüququnu vermir. Etibarnamə verən şəxs qanuna uyğun olaraq hər an həmin etibarnaməyə xitam verə bilər və bu etibarnamə etibarsız hesab ediləcək. Çalışın nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirin və üzərində mülkiyyət hüququnu əldə edin. Əgər şəxs hansı bir malı (o cümlədən nəqliyyat vasitəsini)  müqavilə şərtlərinə zidd satın alırsa buna görə müvafiq qaydada məsuliyyətə cəlb oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

1099  Xəzər (25-02-2011) Salam. Əgər bir şəxs 2 il müddətinə azadlıqdan məhrum edilmişsə (az agir cinayətlə) və cəzanın 10 ayını çəkib qalan hissəni daha yüngül cəza ilə əvəz edilərək məntəqə tipli çəza çəkmə müəssiəsində çəkib qurtararsa onun uzərindən məhkumluğu nə vaxt odənilmiş olur?

Salam.

Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.

Bundan başqa həmin Məcəllənin 83-cü maddəsi ilə tanış olmalısınız:

Maddə 83.

83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. 

83.3. Aşağıdakı hallarda:

83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;

83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;

83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 

83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.

83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

1100  Arif (25-02-2011) Salam. Azərsu səhmdar cəmiyyətinin işçiləri bizdən 1997 ci ildən bu gunə kimi olan borcu tələb edirlər. Mən bilmək istəyirəmki onların 1997 ci ildən bu gunə kimi olan borcu istəməyi hansı qanunvericiliyə uygundur. Əgər uygundursa hansı normativ aktda uygundur. Qanunsuzdu sa onda bizə komək edin ki, biz hüquqlarımızı bərpa edək.

Salam.

Əgər borcunuz varsa deməli həmin qurumun səlahiyyətli şəxsləri tərəfindən tələb etməyə əsas var. 

Xatırladaq ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

1101  Ceyhun (25-02-2011) Maddə 104. İstirahət günləri 3. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Əgər qan vermə qeyri iş gününə təsadüf edərsə...?

Salam.

Əmək Məcəlləsinin 179-cu (bənd \"j\") və 104.3-cü maddələrində göstərilmir ki, bu iş günü və ya qeyri-iş günü olmalıdır. Buna görə də həftənin günündən asılı olmayaraq Məcəllənin müddəaları rəhbər tutulmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-27

1102  Anar (25-02-2011) MMC-nin dövlət vergi organına 20 000 Azn migdarında ƏDV borcu yaranıbsa, yaranan zamandan 2 ildən çox müddət keçibsə həmən MMC-nin təsischi direktoru cinayət məsuliyyəti daşıyırmı? daşıyırsa hansı formada?

Salam.

Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:
1. Bu maddədə \"xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, \"külli miqdar\" dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Təsisçi qanunvericiliyə uyğun olaraq məsuliyyəti olmamalıdır (MMC-nin təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət deməkdir). Mülki Məcəllənin 87-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

Əgər təsisçi həm də direktordursa və məbləğ 2 mini keçibsə bu artıq xeyli miqdarda yayınmadır və cinayət məsuliyyətə cəlb olunması üçün müvafiq əsaslar var.

Sualınıza görə təşəkkür edirik.

2011-02-27

1103  Ehtibar (28-02-2011) Hərbi qulluqçuların istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası nə qədərdir?

Salam.

Hərbi qulluqçulara məzuniyyətə görə kompensasiya «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci bəndinə əsasən verilir. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-28

1105  Gulya (28-02-2011) salam. Eger sexs yetkinlik yasina catmayan sexsi cinayet etmeye celb ederek onun vasitesile adam oldururse, onda o hem qesden adam oldurmeye, hemde yetkinlik yasina catmayan sexsi cinayetkar fealiyyete celb etdiyine gore mesuliyyete celb olunur? bes bu zaman yetkinlik yasina catmayan sexsi cinayet fealiyyetine celb etmesi agirlasdirici hal kim ceza teyininde nezere alinir?

Salam.

Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə Cinayət Məcəlləsinin (170-ci maddə) ayrıca maddəsidir və digər cinayətlərlə yanaşı törədildikdə həmin Məcəllənin 66-cı maddəsi (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) nəzərə alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-28

1106  Emin (01-03-2011) Salam. Mən maraqlanmaq istəyirəm ki, A.R. Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququqnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdursa, lakin buna baxmayaraq şəxs yaşayış sahəsinə 01.09.2000-ci ildən sonra qeydiyyata düşübsə, həmin şəxsin MM-nin 228.2 maddəsində nəzərdə tutulan kompensasiya almaq hüququ varmı?

Salam.

Həmən məsələ ilə əlaqədar  Konstitusiya Məhkəməsinin bəzi qərarları ilə tanış olmaq məqsədəuyöundur.

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarı
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Konstitusiya Məhkəməsinin Qərarı

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

1107  Gulya (02-03-2011) Salam. sexs 2-ci sexsin qardasini oldureceyi barede ona hede qorxu gelerek ticaret ortaqlari olan 3-cu sexsi oldurmeye razi salir, lakin sonra hemin hede qorxu gelen sexs emelinden pesman olaraq polise muraciet edir. ancaq gec olur cunki artiq 2-ci sexs ticaret ortaqlarini xususi amansizliqla qetle yetirir. Mehkeme ise baxarken hemin hede qorxu gelen sexse ceza teyin ederken onun polise melumat vermesini yungulesdirici hal kimi nezere alacaqmi? almayacasa niye almayacaq?

Salam.

Cinayət Məcəlləsinin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

1108  Gulya (02-03-2011) salam sexs yaxin qohumunu onun cinayet toretdiyini polise xeber verdiyine gore yaxin qohumunu oldurmek qenaetine gelir ve bu meqsedle balta alaraq evinde gizledir.ve gece vaxti qonsusunun evinin penceresinden daxil olmaqla yatdigi yerde onu oldurmeyi planlasdiraraq nerdivani evvelce cepere yaxin bir yere qoyur lakin huquq muhafize orqanlari onun bu niyyetinden xeber tutaraq hebs edirler.teqsirini boynuna almamasina baxmayaraq ona 7 il muddetinde azadliqdan mehrumetme novunde ceza verirler. lakin onun mudafiecisi hokmden sikayet vererek ona qanuna zidd olaraq yuxari ceza teyin edildiyini bildirir mudafieci telebinde haqlidirmi? ve niye ?

Salam.

Deyəsən siz kazusları (ali məktəbdə verilən) bizim üzərimizdə tətbiq edirsiniz :).

Cinayət Məcəlləsinin 28-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.

Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur (görünür ki ağır cinayətdir).

Bu qədər.

2011-03-05

1109  Gulya (02-03-2011) Pakistan vetendasi 2001-ci ilde Azerbaycan dovlet neft akademiyasina daxil olmus orada tehsil almisdir.2002-ci ilde telebe yoldasi ile nikaha girir. 2005 -ci ilde cinayet toretdiyine gore 22.3 cu madde ile teqsirlendirilen sexse 3 il muddetine azadliqdan mehrum etme ve azerbaycanin terefdar cixdigi beynelxalq muqavilelerde basqa hal nezerde tutulmadigindan AR sinin hududlarindan kenara mecburi cixarma cezasi teyin edilir. O ise qanunun ona Azerbaycan respublikasinin hududlarindan kenara mecburi cixarma cezasi verilmesine imkan vermediyini bildirerek hokmden sikayet vererek bu cezanin legvini teleb edir o telebinde haqlidirmi? ve niye?

Salam.

Cinayət Məcəlləsinin 42.0.9-cu maddəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü göstərilib. 

Lakın həmin müddəanın tətbiqi üçün həmin Məcəllənin 52-ci maddəsi ilə tanış olmaq lazımdır. Həmçinin bu cəza növü əsas  deyil, əlavə cəza hesab edilir (maddə 43.3).

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

1110  Elibaba (03-03-2011) Salam aleykum! Men Rusiya Fedarasiyasinda oxuyub 2007-ci ilde aldigim sururuculuk vesiqesini, deyisdirmek ucun Gence seh. DYP-ne muraciet etdim. Nezeri imtahandan kecdim, indi ise menden 200 manat pul teleb edirler ki, onsuzda tecrubi intahani vere bilmeyeceksen pul ver canini qurtar. Men indi hara muraciet edib, vesiqe almaq haqqimi teleb ede bilerem?

Salam.

Əgər səlahiyyətli şəxslər  korrupsiya halarına yol verirsə bu barədə Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyasına müraciət etməyiniz məqsədəuyğundur. Həmçinin DİN-nin yuxarı orqanlarına və prokurorluöa müraciət edə bilərsiniz (yazılı şəkildə). Çalışın öz mövqenizi əsaslandırın və sübutları təqdim edin. Əgər korrupsiya halı müəyyən edilsə vəzifəli şəxslər hökmən məsuliyyətə cəlb olunacaqlar.

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

1111  Mətləb (03-03-2011) babam 1990-da vefat edib, babam da nenem de vesiyyename buraxib notariusda ki, onlarin evlerini nevesine vesiyyet edib 1 nevesine. nenem yasayir hele ki, onlarin heyatda 6 ovladlari var, ayri ayri yerde qeydiyyatdadirlar.nenem oldukden sonra ev nece bolunecek ve evvelki vesiyyetnameler tetbiq olunurmu, olunursa hansi qanunla, yeni SSRIdeki, yoxsa muasir?

Salam.

Qeyd etdiyiniz münasibətlər  Mülki Məcəllə (10-cu bölmə) ilə tənzimlənir.  Əgər vəsiyyətnamə varsa miras vəsiyyət üzrə vərəsəyə keçir. 

Buna baxmayaraq həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

1112  Amil (03-03-2011) Salam mənim torpağımın bələdiyyə sərəncamı və etibarnaməsi var, amma ev tikilib 1,5 sotda mən ona sənəd(kupça) ala bilərəmmi 1,5 sotda ev tikmək olarmı sağ olun

Salam.

Əlbəttə ki, əgər rəsmiləşdirilməni qanunvericiliyə uyğun olaraq müvafiq tədbirləri görsəniz. Bunun üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8 və 9-cu maddələrini rəhbər tutmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

1113  Yunus (04-03-2011) Salam! Vətəndaş hərbi məhkəmədə təzminat tələb etmək hüququ qazanmışdır. Bu hüquq müddətlidirmi? Yoxsa istənilən vaxt ərzində bu hüquqdan istifadə edə bilər.Müddətlidirsə nə qədər müddətə hüquqi qüvvəsi var.

Salam.

Əgər tələb etmək hüququnuz yaranıbsa Mülki Məcəllənin 373-cü maddəsini rəhbər tuta bilərsiniz (Ümumi iddia müddəti on il təşkil edir). 

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

1114  Gulbala (04-03-2011) əgər hökm qüvvəyə minibsə ondan kasasiya şikayəti verilə bilərmi?

Salam.

Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

Həmçinin CPM-nin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmənin aşağıdakı hökm və qərarlarından verilə bilər:

  • apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan;
  • andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən.

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

1115  Rufus (05-03-2011) Bildiyimə görə avtomobili baş etibarnamə(gendoverrost) ilə idarə edən şəxs onu öz adına rəsmiləşdirə bilməz. Sualım bu hal Mülkü Məcəllənin hansı maddəsi ilə tənzimlənir? Təşəkkürlər

Salam.

Etibarnamə birtərəfli əqd hesab edilir (Mülki Məcəllənin 362-366-cı maddələri). Etibarnamə - bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılır. Və mülkiyyət hüququn yaranmasını təsdiq etmir. Mülkiyyət hüququnu əldə etmək üçün   müqavilələr vasitəsilə həyata keçirilir (bağışlanma, alqı-satqı).

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

1116  Bahruz (05-03-2011) Salam. Fərdi əmək mübahisələrinə iddia müddəti nə qədərdir və hansı müddətdə baxılır?

Salam.

Əmək Məcəlləsinin 296-cı maddəsinə nəzər yetirin.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

4. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

6. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

7. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

1117  Elibaba (08-03-2011) Salam! Men etibarname (qeneral daverennostla) aldigim avtomobili oz adima nece kecire bilerem? Eger avtomobiln evvelki sahibini tapmaq mumkun deyilse.

Salam.

Əgər həmin baş etibarnamə ilə sizə onu satmaq hüququ verilibsə Etibarnamənin bu maddəsindən istifadə edib faydalana bilərsiniz. Əks təqdirdə nəqliyyat vasitəsini alqı-satqı yolu ilə mülkiyyətinizə keçirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-03-12

1118  Kamran (08-03-2011) Hormetli huquqshunaslari salamlayiram! Sizden xahish edirem bir meselede mene yardimchi olasiniz. MPM-nin 82.3-cu maddesine esasen, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mehkeme bashqa iddia predmeti uzre kechirilen diger mulki prosesde, subut kimi teqdim edilmish qanuni quvveye minmish qetnameni mubahiselendirmish ve orada gosterilen hallara esaasen qetnamede gosterilenlere zidd olan qerar qebul etmishdir. Sualim beledir. AR Konstitusiya Mehkemesi MPM-nin 82-ci maddesi ile elaqedar hansi hallari Konstitusiyaya uygun olmayan hesab etmishdir? Umumiyyetle bele bir presedente, AR Konstitusiyasina uygun olmayan hesab edilmish huquq normasina esasen qebul edilmish qerar demek olarmi? Murekkeb suala dolgun cavab vereceyinize emin oldugum uchun evvelceden Sizlere minnetdarligimi bildirirem.

Salam.

Əgər məhkəmə MPM-nin 82.3 maddəsinin müddalarını (82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir) pozmuşdur və müvafiq məhkəmə aktı qəbul etmişdir Siz yuxarı instansiya məhkəməsinə şikayət edə bilərsiniz (əvvəlcə apellyasiya, daha sonra kassasiya). Həmçinin əgər bu fakt təsdiq olunsa eyni zamanda hakimin hərəkətlərindən Məhkəmə_hüquq Şurasına da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-03-12

1119  Qiyash (09-03-2011) İşçi illik məzuniyyətə çıxan zaman əgər ilin ortasından vəzifə artımı olubsa bu hal verilən əmrdə yazılmalıdır yoxsa ehtiyac yoxdur?

Salam.

Məzuniyyət əmrində bu məsələni qeyd etməyə ehtiyac yoxdur. Sadəcə məzuniyyətlərin günləri hesablanır və mühasibatlıq həmin günlərə uyğun olaraq hesablaşmalar aparır.

Bu qədər.

2011-03-12

1120  Elibaba (10-03-2011) Yeni anadan olmus usaga dogum haqqinda sehadetname almaq ucun hansi senetler toplamaq ve ne qeder dovlet rusumu odemek lazimdir? Qeyd edim ki, usaq artiq doqquz ayliqdir. Sag olun!

Salam.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2-ci paraqrafına əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
  3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
  4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd;
  6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
  7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.

Dövlət rüsumu haqqında Qanunun 13-cü maddəsinə əsasən doğumun  qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-03-12

1121  Omar (10-03-2011) Salam. Men etibarname (generalni) ile idare etdiyim avtomobili atama bagishlaya bilerem? Eger bileremse bunun prosedurasi nedir? Bu zaman avtomobil bagishlanan shexsin mulkiyyetine kechirmi? Evvelceden teshekkur edirem.

Salam.

Əgər etibarnamə ilə bu hüquq sizə verilibsə notariat qaydada həmin müqaviləni təsdiqləmək imkanınız var. 

Sualınıza görə təşəkkür edirik.

2011-03-12

1123  Kamran (12-03-2011) Salam! 1118-ci suali cavablandirdiginiza gore Size teshekkur edirem. Problem ondan ibaretdir ki, mehkemenin qanuni quvveye minmish qetnamesini subut kimi birinci instansiya mehkemesine teqidim edilmish ve sonraki iddia ikinci qetname ile temin olunmushdur. Lakin, apellyasiya instansiyasi gorunmemish qanunsuzluq ederek, qanuni qwvveye minmish qetnamede gosterilen hallara yeniden \"huquqi qiymet\" vermish ve birinci instansiya mehkemesinin artiq ikinci olan qanuni ve esasli qetnamesini legv etmishdir. Kassasiya instansiyasinda, Mulki Kollegiyanin terkibine MPM-19.2.1. ve 19.2.3-cu, Mehkemeler ve hakimler haqqinda AR Qanununun 16 maddesine esasen verilmish etiraz temin edilmeyerek, qanunsuz terkibde ishe baxilaraq, apellyasiya instansiyasinin qetnamesini deyeshdirmeden saxlamishdir. Qarshida elave kassasiya qaydasinda muraciet etmek ve kassasiya qerarlarinin legv edilmesi uchun esaslari mueyyenleshdirmek meqsedile, bele bir sualla Size muraciet etmeli oldum. Hemreyliyinize umud besleyirem.

Salam.

Sual - 1118

Aydındır. Hələ qabaqda iki instaniya var (əlavə kassasiya və konstitusiya məhkəməsi), ola bilsin ki, Avropa İnsan Məhkəməsidə (əgər işin mahiyəti uyğun gəlirsə).

İşinizdə uğurlar. Əgər verdiyiniz  məlumat həqiqətə uyğundursa fikrimizcə prosessual pozuntulara yol verilmə faktı mövcuddur..

Bu qədər.

2011-03-13

1124  Vaqif (13-03-2011) Salam. Mən atamın yaşlı əmisiylə qalır, ona qulluq edirəm. O öz evin və əşyaların mənim adıma keçirmək istəyir. Bunun üçün mənə hansı sənədlər lazımdır və hansı yerlərə müraciət etməliyəm. Həmçinin bunu həll etmək üçün mənə hüquqşunas lazımdırmı yoxsa özümdə həll edə bilərəm? Əgər hüquqşunas lazım olsa köməkliyiniz çata bilərmi? Cavaba görə minnətdaram çox kömək etmiş olacaqsınız. Sağ olun.

Salam.

Həmin şəxslə renta müqaviləsini də bağlaya bilərsiniz. Həmin renta müqaviləsi notariat qaydada təsdiq olunmalıdır və daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatda keçməlidir. Tərəfimizdən göstərilən xidmətlər təmənnalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

1125  Bahruz (13-03-2011) Salam. Azərbaycanın ucqar rayonlarının birində günün tələbinə əsasən yeni avtovağzal tikilməsi üçün hara müraciət etmək lazımdır? Bunun üçün hansı sənədlərin lazım olmasını və həmin sənədlərin necə tərtib olunması barədə məlumat verməyinizi xahiş edirəm. Mümkündürsə tərtib olunacaq sənədlərin nüsxəsini bizə göndərərdiniz. Əvvəlcədən təşəkkür edirəm

Salam.

Bu cür obyektlərin tikilməsi aidiyyəti dövlət qurumların səlahiyyətindədir. Bunun üçün müvafiq instansiyalardan torpağın ayrılması və tikintinin aparılması üçün icazələr olmalıdır. 

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

1126  Bahruz (13-03-2011) Salam. Dövlət Qulluğu haqıında qanunun 8-ci maddəsi və digər maddələrində göstərilən “müvafiq icra hakimiyyəti” orqanlarının açıqlamasını istəyirəm.

Salam.

Məsləhətxananın 597-ci sualına nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

1127  Ceyhun (14-03-2011) Salam De Jure, Sazişlə müqavilənin hüquqi fərqi nədir, mümkünsə əsaslarla izah verərdiz. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Adətən fərqlənmə müqavilə və əqd arasında olur. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Əqd daha geniş alayışdır (misal üçün birtərəfli ola bilər). Mİsal üçün hər bir halda müqavilə əqddir, lakın əqd müqavilə olmaya da bilər (misal üçün: etibarnamə və s.)

Saziş çox vaxt müqavilə ilə eyni məna verir qanunvericilikdə anlayışı verilmir (ona görə də onların arasında fərq qoymaq səhv mövqe olardı). 

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

1128  Yunus (14-03-2011) Salam! Evimizda dədə-babadan qalma köhna tufəng var idi. Onunla quş ovlamağa getmishdim.Bizi tutub cərimələdilar qanunsuz quş ovuna görə carimani ödəmişik. İndi isə qanunsuz of tüfəngi saxladığımıza görə bizi iki min manat cərimə edirlər! Qanunvericilikdə bu nəzərdə tutulurmu?

Salam.

Xidməti və mülki silah haqqında Qanuna əsasən mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Ov silahı — vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.

İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən:

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - 

  • silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

 Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - 

  • silah və döyüş sursatı ödənişlə alınmaqla və ya müsadirə edilməklə otuz manatdan qırx manatadək miqdarda cərimə edilir

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

1129  Fərahim (15-03-2011) Hörmətli hüquqşünas qardaşlar! \"De Yure istifadəçilərinin\" yığıncağı hansı vaxta keçirilmişdir?

Salam.

Artıq 12 mart tarixində tədbir keçirilmişdir.

Yeni görüş hələ planlaşdırılmayıb.

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

1130  Ceyhun (16-03-2011) Salam De Jure, Kompyuter vasitəsilə aparılan hər hansı bir işin qeydiyyatı rəsmi qeydiyyat hesab edilirmi? Yəni aparılan həmin qeydiyyat lazımi qaydada tikilib səhifələnmirsə, qaytanlanıb rəsmi möhürlənmirsə, bu yalnız elektron formada həyata keçirilirsə bu qanuni baxımdan düzgündürmü?Təşəkkür edirəm. 

Salam.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 7-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.

Həmin üsul ilə cavablandırma eyni hüquqi qüvvəyə malikdir. Həmçinin sübut edilməsi də (zəruri halda) mümkündür, çünki dövlət qurumunun rəsmi e-poçtundan göndərilibsə sizin e-poçtunuzda əks olunmalıdır (e-poçt ünvanları unikaldır və yalnız həmin quruma aiddir).

Sualınıza görə təşəkkür edirik.

2011-03-19

1131  Ceyhun (17-03-2011) Salam De Jure, Belə bir deyim var ki, “işçi təşkilatda müqavilə əsasında işləyir, ancaq həmin təşkilatın ştatnı işçisi deyil”. Sualım belədir: Müvafiq təşkilatda müqavilə ilə işləyən işçi mütləq təşkilatın ştat siayhısına daxil edilməlidirmi? Yoxsa işçi təşkilatın ştat siyahısına daxil olmamış belə müqavilə əsasında işləyə bilər? Əvvəlcədən minnətdaram. 

Salam.

Ştat çədvəli - hüquqi şəxsin hesabat formasıdır və onun  təşkilati strukturunu, bölmələrin adlarını, işçilərin sayını və onların əmək haqqlarını əks etdirən sənəddir. Həmin ştat cədvəli müvafiq qaydada təsdiq olunur (təşkilatın rəhbərliyi tərəfindən) və onun əsasında müvafiq orqanlarının qarşısında məsuliyyət daşıyır (çünki həmin cədvəldə təşkilatın xərcləri əks olunur). İşçinin əmək haqqısı xərclərə aiddir, ona görə də işçi təyin olunrkən ştat cədvəlində boş vakansiya olub-olmamasını müəyyən etmək lazımdır, əgər yoxdursa yeni ştat açmaq lazımdır. 

Sualınıza görə təşəkkür edirik.

2011-03-19

1133  Faxraddin (17-03-2011) salam. iki firma arasında bağlanmış müqaviləyə əsasən onların mülkiyyətinə aid olan əmlakın alqı-satqısı həyata keçirilmişdir. Hər iki tərəf mülkün qanuni sahibidir, lakin onlar həmin mülkiyyətin altındakı torpaqı özəlləşdirməyiblər, icarəyə götürüblər. Bu halda alqı-satqı qanunidir?

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 1-ci maddəsinə əsasən torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr daşınmaz əmlak hesab olunur. Və onun üzərində mülkiyyət hüququn qeydiyyatı ayrıca həyata keçirilə bilər.

Qeyd etdiyiniz müqaviləni qeyri-qanuni hesab etməsi üçün əsas yoxdur.

Sualınıza görə təşəkkür edirik.

2011-03-19

1134  Camal (19-03-2011) Salam! Prosessual müddəti bitmiş qətnamədən Apellyasiya şikayəti vermək olarmı? Artıq 3 ildir ki Müddət bitmişdir,amma apellyasiya şikayəti vermək üçün əsaslar var və vətəndaş qəbul olunmuş qətnamədən indi də zərər çəkir. Bu haqda hara müraciət etməlidir? sağ olun!

Salam.

Əgər bu qədər müddət keçmişdirsə onun məhkəmə tərəfindən baxılması müraəkkəbdir. Lakın hər bir halda müraciət edə bilərsiniz. Qətnamə qanuni qüvvəyə minibsə siz MPM-nin 45-ci fəslini rəhbər tutmalısınız və əsaslarınız varsa qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-03-20

1135  Beyrek (19-03-2011 ) salam. 2008-ci N adlı bir qadin S adlı şexsi aldadaraq hemin şexsin anasının adına olan ev senedlerini goturmüş və ona demişdir ki, men kredit alım her ay sene de \"pay\" vererem. kreditin vaxti qurtardiqdan sonra senedini qaytararam demişdir. S adlı şexsin Bakida olmasından istifadə edərək hemen N adlı firildaqçı qadın S adlı şəxsin psixi cəhətdən xəstə olan anasını aldadılaraq banka aparmış (17 yaşlı nəvəsi ilə birlikdə) kredit muqaviləsində ikinci zamin kimi ona qol çəkdirmiş onun adına olan ev sənədlərini girov qoyulmuşdur.elə həmin bankda 85 yaşlı psixi cəhətden xəstə qadinin adına saxta haradasa işlədiyi barədə sənəd duzeltmişdir bank terefinden. ancaq qadinin psixi cəhətden xəstə olmasi barəde rəy mualicə olunduğu xəstəxanadadir. qadin 2009-cu ilde vəfat etmişdir. hal-hazırki vaxta qeder ev sənədləri geri qaytarmamışdır. evin senedlerini (kupçasını) necə geri qaytarmaq olar?

Salam.

Mürəkkəb məsələdir.

Lakın hər bir halda hüquqmühafizə orqanlarına qeyd edilən əməllərdə cinayət tərkibin olub-olmamasına dair araşdırılmanın aparılması ilə bağlı müraciət edə bilərsiniz.

Ətraflı məsləhət üçün işin materialları ilə tanış olmaq zəruridir.

Sualınıza görə təşəkkür edirik.

 2011-03-20

1136  Yunus (22-03-2011) Sualımızı cavablandirdiğınıza görə çox saq olun! Lənkəran Regional ekologiya idarəsi işsiz, günəmuzd işləyən, iki uşaq atası, yaşayış yeri olmayan bir vətəndaşı ov tüfəngi ilə iki ədəd CÜrə cinsinə məxsus quş ovladığına görə: Az. Respub.Prezidentinin 29 avqust 389 saylı fərmanına əsasən 357.0.3, 361 və 111.2 - \"Ov qaydalarının kobud şəkildə pozulmasına (Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətdə, qadağan edilmiş alətlərlə və üsullarla ov edilməsinə) görə\" -maddəsini rəhbər tutaraq qərara alıb ki Astara rayonunun Kolatan kəndində yaşayan Əliyev Rövşən Şahvəli oğlu fiziki şəxs qismində 1000 (bir min) manat məbləğində cərimə edilsin - bu qərar nə dərəcədə doğrudur. Özu də bu vətəndaş ilk dəfə cərimələnir. Heç bir güzəşt yoxdurmu!Xahiş edirəm cavablandırın.

Salam.

Sual - 1128

İnzibati Xətalər Məcəlləsinin 111.2-ci maddəsində (Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması) aşağıdakılar göstərilir:

111.2. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə -

  • inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır

İXM-nin 357-ci və 361-ci maddələrdə isə müvafiq orqanların İnzibati xətalar haqqında işlərə baxılma səlahiyyəti barədə qeyd edilir.

Buna görə də həmin dövlət qurumun qərarından məhkəməyə bir ay müddətində şikayət edə bilərsiniz. Əgər hesab edirsinizsə hüquq pozuntusunun tərkibi yoxdursa həmin qərarın ləğv edilməsini tələb edə bilərsiniz. Əgər pozuntunun tərkibi varsa məhkəmədən bu cəriməni azaldmağı xahiş edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-03-24

1137  Yunus (23-03-2011) Salam! Mən əslən azərbaycanliyam! 30 ildir Rusiyada yaşayıram. Ata-baba həyətimizdə mənə çatan 6 sot torpaq sahəsi var. Butun bacı-qardaşlarımız bunu yazılı surətdə təsdiqləyirlər. Mən Rusiya vətəndaşıyam. Həmin torpaqda ev tikmək istəyirəm! Deyirlər ki sən xarici ölkə vətəndaşı olduğun üçün torpaq sənin adına sənədləşə bilməz. Rusiya vətəndaşlığından imtina etsəm uzun illər şimalda işlədiyim üçün qazandığım imtiyazları itirə bilərəm. Mən nə etməliyəm, Qabaqcadan minnəydarlığımı bildirirəm.

Salam.

Düzdür Torpaq islahatı haqqında Qanunun 4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 

Əgər Azərbaycan vətəndaşı deyilsinizsə torpaq mülkiyyətçisi ola bilməzsiniz. Bu hüquqları əldə etmək üçün Azərbaycan vətəndaşlığını əldə etməlisiniz və digər ölkənin vətəndaşlığından imtina etməlisiniz. Yaxud torpaq sahədən imtina edib yaxın qohumlarınız xeyrinə verə bilərsiniz (və ya müvafiq qaydada digər əmlakla əvəzləşdirə bilərsiniz). 

Sualınıza görə təşəkkür edirik.

2011-03-24

1138  Yunus (23-03-2011) mən xarici pasport götürmürmuşəm. Ondan bir neçə dəfə İrana getmək məqsədi ilə istifadə etmişəm. İndi İzrailə getmək istəyirəm.Oradan mənə bildirdilər ki İran gömrük məntəqəsinin peçatı vurulmuş pasportu olan insanlara İzraildə müvəqqəti yaşadığı dövrdə iş verilmir. İndi mən pasportu neyləyim. Pasportu dəyişərkən cərimə ödəməliyəmmi?

Salam.

Bu normalar xarici dövlətin daxili siyasətidir və pasportu dəyişib-dəyişilməməsindən asılı olmayaraq ola bilsin yenə də oların qeydiyyat bazasında barənizdə məlumat saxlanılacaq. Pasportu dəyişərkən (əgər əsaslar varsa) heç bir cərimə ödənilmir. Sadəcə müvafiq rüsumlar ödənilir.

Bu qədər.

2011-03-24

1139  Faxraddin (26-03-2011) Salam. İcarəyə götürülmüş torpaq sahələri üzərindəki şəxsi mülklərin alqı-satqısı həyata keçirilmişdir. Həmin alqı-satqı müqaviləsi də notarial qaydada təsdiqini tapmışdır. Alınan şəxsi mülkiyyətin altındakı torpaq sahəsi satılan şəxsi mülkiyyətin torpaq sahəsindən böyük (142.8 kv.m) olduğu üçün, alqı satqıdan sonra ərazi genişlənmişdir. Alqı-satqı müqaviləsi əsasında yaranmış həmin artıq torpaq sahəsinə faktiki sahibliyimiz qanunsuzdurmu? Eger beledise, həmin artıq torpaq sahəsini yenidən icarəyə götürmək üçün hansı orqana müraciət etməliyik? Artıq torpaq sahəsi əvvəl icarəyə götürdüyümüz sahəyə əlavə olaraq icarəmizə veriləcək? Bu proses nece olmalıdı?

Salam.

İlk öncə yerli icra hakimiyyətinə və daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edin. Əlavə torpağın mülkiyyətçisini müəyyən edin. Daha sonra ümumi qaydada və mülkiyyətçinin razılığı əsasında icarə müqaviləsini bağlıya bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-03-27

1140  Azər (26-03-2011) Salam mən həyat yoldaşımla 2001-ci ildə ailə qurmuşam. O Gürcüstan vətəndaşı olub. 2003-cü ildə ona Azərbaycan Respublikasının Şəxsiyyət vəsiqəsi və xarici Pasport verilib. Həmin sənədlə dəfələrlə Gürcüstana gedib gəlib. 2007-ci ildə sərhəd buraxılış məntəqəsində sənədin düzgün olmadığı bildirilərək sərhədi keçməyə icazə verməyiblər. Həmin sənədin verildiyi idarəyə göndəriblər. Orada mənim yoldaşımın qeydiyyatının düzgün olmadığını söyləyirlər. Mən nə etməliyəm ki, sənəd düzgün olsun.

Salam.

Əgər qaye etdiiyiniz sənədlər qanuna uyğun əldə olunubsa heç bir problem olmamalıdır. Müvafiq qaydada DİN-ə və Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz və məsələni araşdırmağını tələb edə bilərsiniz. Eyni zamanda məsələ ilə əlaqədar məhkəməyə də müraciət edə bilərsiniz.  

Sualınıza görə təşəkkür edirik.

2011-03-27

1141  Omar (28-03-2011) Salam. Soyadini deyisdirmek ucun ne etmeliyem? Dovlet rusumu ne qederdir?

Salam.

Oxşar sualları dəfələrlə cavablandırmışıq (Məsləhətxananın 843, 782-ci sualları).

Bununla bağlı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına və ya məhkəməyə müraciət etməlisiniz (əgər birinci halda alınmadısa). Daha ərtaflı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarından məlumat ala bilərsiniz.

Dövlət rüsumu haqqında Qanunun 12.3-cü maddəsinə əsasən soyadın, adın və ata adının dəyişdirilməsininqeydə alınması üçün 3 manat dövlət rüsumu verilir.

Sualınıza görə təşəkkr edirik.

2011-03-29

1142  Vaqif (28-03-2011) Salam. Men yeni aile qurmusam. Sexsiyyet vesiqelerini deyismek lazim geldiyi ucun yeni evli yazilari ucun ikimizde sexsiyyeti yenilemeliyik. Yoldasimi oz qeydiyyatima yada oldugum unvana qeyd etdirmek istiyirem. Men qeydiyyatsiz vetendaslarin qeydiyyata dusmesi qanuna esasen qeydiyyata dusmusem. Amma menim yoldasimin qeydiyyati oldugu ucun yeni rayon qeydiyyati o gedib orda deyismelidir sexsiyyet vesiqesini. Mene pasport sobesinde dediler ki, mumkun deyil yoldasdin oz qeydiyyatinda qalacaq, o vaxta qeder ki, menim oz yasayis yerim olsun. Bunun basqa bir cixis yolu varmi. Biz ikimizde eyni qeydiyyatda olaq deye. Tesekkurler.

Salam.

İkinizin bir yerdə qeydiyyatda olmağınız nə qədər əhəmiyyətli olduğunu müəyyən etməlisiniz. Yaşayış yerinin sahibinin razılığı olmasa həmin yerə qeydiyyatda olmaq mümkün olmayacaq. Əgər həyat yoldaşınızın yaşayış yeri varsa onun olduğu yerə qeydiyyata düşə bilərsiniz. Əks təqdirdə ayrı-ayrı qeydiyyatda qalacaqsınız.

Sualınıza görə təşəkkür edirik.

2011-03-29

1143  Narmina (28-03-2011) salam. is yerimizde bir nece saheler birlesir ve struktur deyisiklikleri gozlenilir. Tamamile yeni bir departament yaradilir. Bununla elaqedar hamiya isden cixmaq ucun erize yazdirirlar ve yeni qurum yaranandan sonra yeniden ise qebul erizesi yazilmasina soz verirler.bu cox inanilmaz bir vede oldugu ucun sizden meslehet almaq isterdim. Huquqi baximdan oz xosumuzla erize yazilmasi duzgundurmu ve sonra yeniden ise qebul olunmasam ne etmetliyem. Bele hallar cox olub.sonradan ise qebul etmirler ki oz xosunuzla erize yazilib. Sizin meslehetiniz ne olacaq. Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Təəssüflər olsun ki, bu cür praktika işəgötürənlər tərəfindən istifadə olunur və işçi öz istəyi ilə işdən azad olunursa (ərizə yazmaqla), bu işəgötürəni bir çox mənfi hallardan qoruyur. Əgər yeni departament yaradılırsa bunun üçün digər struktur qurumunun ştatını ixtisar edilməsi barədə əmr hazırlanır və işçilərin vəzifələri müvafiq qaydada dəyişilir. Həmçinin məsələ ondadır ki, ixtisar olunma işəgötürən üçün faydalı deyil, çünki işçi işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir (Əmək Məcəlləsi maddə 77). Ona görə də hər bir halda işdən çıxmaq niyyətiniz yoxdursa ərizəni yazmaq məqsədəuyğun deyil.

Sualınıza görə təşəkkür edirik.

2011-03-30

1144  Ceyhun (29-03-2011) Salam De Jure, İlk növbədə sualı (1130) cavablandırdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm. Ancaq qeyd etməliyəm ki, cavabınızda suala tam aydınlıq gətirilməmişdir. Sualım vətəndaşların müraciətlərinin qəbul edilməsi və cavablandırılması barədə deyil. İdarə və təşkilatlarda, müvafiq işin qeydiyatının aparılması üçün müəyyən qaydada tikilib səhifələnən, qaytanlanan və imzalanıb möhürlənən jurnallardakı (qeydiyyat jurnalı) qeydiyyat işinin kompyüter vasitəsilə aparılmasının nə dərəcədə qanuni olub olmaması barədədir. Mümkünsə suala aydınlıq gətirərdiz. Əvvəlcədən minnətdaram.

Salam.

Əgər dövlət qurumlarının kargüzarlıq işini nəzərdə tutursunuzsa Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı rəhbər tutmalısınız. 

Digər qurumlara (kommesiya və ya qeyri-kommersiya təşkilatlara) bu təlimatın aidiyyəti yoxdur və onlar kargüzarlığı öz mülahizələrinə əsasən həyata keçirirlər. 

Bu qədər.

2011-03-30

1145  Kəmalə (29-03-2011) Qeyyumluq ve himaye orqani hansi qanunvericiliye esasen ushaqla yashamayan valideyini onun terbiyyesine celb ede biler? Bu istiqametde o hansi tedbirleri gormelidir?

Salam.

Ailə Məcəlləsinin 58-ci maddəsinə əasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və ya məhkəməyə müraciət edə bilərsiniz. Lakın əgər valideyn qəsdlə uşağın tərbiyəsində iştirak etmirsə bununla bağlı məcburi tədbirlərin köməyi şübhə doğurur.

Sualınıza görə təşəkkür edirik.

2011-03-30

1146  Natiq (29-03-2011) Salam. Bir nece kredit borcum mehkeme qerari ile icraciya gonderilib. Hec bir emlakim ve is yerim yoxdur. Borcumu hisse hisse odeye bileremmi? Nece hisseye boldure bilerem ve bununcun ne etmeliyem? Icraci bolmekden imtina edir. Mebleg 6000 manatdir. Tesekkurler

Salam.

Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

Bununla bağlı məhkəməyə ərizə ilə müraciət etməlisiniz.

2011-03-30

1147  Natiq (29-03-2011) Salam, Anamla Atam bosanib anamin soyadina kecmek ucun ne etmeliym?

Salam.

Əgər 18 yaşınız varsa Siz soyadının dəyişdirilməsi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etməlisiniz. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarınıMülki Məcəllənin 26-cı maddəsini rəhbər tutmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2011-03-30

1148  Eldaniz (30-03-2011) Salam, Mən Ramanı qəsəbəsi 2-ci sahə adlanan ərazidə yaşayıram lakin yaşadığım küçənin hec bir adı yoxdur. Ümumi sahənin adı var. Küçəyə ad verilməsi üçün hara müraciət etməliyəm? Müraciət forması necədir? Əvvəldən Minnətdarlığımı bildirirəm.

Salam.

Bununla bağlı siz və həmin küçədə yaşayan digər vətəndaşlar kütləvi şəkildə ərizəni imzalamaqla yerli icra hakimiyyətinə müraciət edə bilərsiniz (təklif kimi küçənin ehtimal adını da qeyd edə bilərsiniz).

Sualınıza görə təşəkkür edirik.

2011-03-31

1149  Samir (30-03-2011) Əvvəla salam. Sualım belədir: 1 ildir ki, evliyəm. Yoldaşım hələ də atası evində qeydiyyatdadır. Mənim Bakıdakı şəxsi adıma olan ünvana onun qeydiyyata düşməsi üçün pasport qeydiyyatı şöbəsinə hansı sənədləri təqdim etməliyəm? Bunun üçün dövlət rüsumu nə qədərdir? Təşəkkürlər.

Salam.

Yaşayış yeri dəyişilərkən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən vətəndaş aşağıdakı tədbirlər görməlidir və sənədlər müvafiq orqana təqdim etməlidir:

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində \"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında\" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

  1. şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
  2. yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Dövlət rüsumu haqqında Qanunun 14.5-ci maddəsinə əsasən yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə dövlət rüsumu - 2 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2011-03-31

1150  Seymur (31-03-2011) salam Vətəndaşlar 25-35-50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsini dəyişərkən hansı sənətlər lazımdır, hansı sənətlər natarusda təsdiq olunmalıdır və dövlət düsumu neçədir

Salam.

Bu suala məsləhətxanada dəfələrlə cavablandırılıb.

Sonuncu dəfə 1149-cu sualda cavablandırılmışdır.

Xahiş edirik nəzərə alasınız.

2011-03-31

1151  Xəzər (31-03-2011) Salam. Dövlət Notariat kontorlarına sənəd aparıriq əsli ilə düzdur təsdiq etmək üçün, deyirlər bu sənədlərdə gerbli möhür yoxdur bunu təsdiq edə bilmərik. Bu məsələ barədə hansı qanunvericilikdən məlumat ala bilərəm. Cox sag olun.

Salam.

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 24-cü maddəsinə əsasən pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.

Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisəsinin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-04-01

1152  Elşən (31-03-2011) Salam Hörmətli DeJure! 07.03.2008 tarixdə Bilgəh Bələdiyəsi ilə bizim aramızda torpağın alqı-satqısına dair akt bağlanmışdır. Akt-da Torpaq şöbəsinin tarix, imzası və möhür yeri olmasına baxmayaraq bunların heç birisi yoxdur. Əlavə olaraq torpaq sahəsinin mülkiyyətə keçməsi haqda qərar, Döv.Torp. və Xər. Kom.-nə, Rayon İH-nə, Bakı ŞİH memarlıq və Şəhərsalma idarəsinə, məktublar da var. Həmin sahədə artıq ev də tikilib. Bələdiyyənin bu aktı qanunauyğundurmu? Və sənədləşməni nədən və haradan başlamaq lazımdır?

Salam.

Məsələnin dəqiqləşdirilməsinə ehtiyac var. Belə ki, \"Akt-da Torpaq şöbəsinin tarix, imzası və möhür yeri olmasına baxmayaraq bunların heç birisi yoxdur\" ifadəsi  ziddiyyətlidir. Əgər bələdiyyə tərəfindən pozuntular yol verilibsə və bunu təsdiq edən sənədlər varsa bununla bağlı məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-04-01

1154  Sahrab (31-03-2011) Salam. Xahiş edirəm deyin, əmək stajına əyani təhsil dövrü daxil elirmi? Təşəkkürlr.

Salam.

 Əgər şəxs əyani şöbəsində oxuyursa onun xüsusi iş rejimində işləməsi mümkündür (axşam vaxtı işdən sonra) və oxuduğu vaxtla ziddiyət yaratmamalıdır (hər bir halda bu məsələni işəgötürənlə razılaşdırmalıdır). Əmək stajı işə girdiyi gündən hesablanır (və əmək kitabçasında əksə olunur.).

Sualınıza görə təşəkkür edirik.

2011-04-01

1155  Elşən (01-04-2011) Hörmətli DeJure! 1152 №-li sualimda, onu demək istəyirəm ki, Alqı-Satqı blankında torpaq şöbəsinin tarixi, imzası və möhür yeri olmasına baxmayaraq bu akt torpaq komitəsində təsdiqini tapmayıb. Aktın torpaq komitəsində qeydidyyatı, təsdiqi və torpağın kadastr planının tərtib edilməsi kimin vəzifəsidir? Kadastr planının hazırlanması üçün, müraciət forması, prosesual müddətləri, rüsumları hansı qanunvericlik aktları ilə tənzimlənir. Cavabınıza görə təşəkkür edirəm!

Salam.

Sual - 1152

Oxşar suallar Məsləhətxanada cavablandırımışdır. Ətraflı məlumat almaq üçün Məsləhətxananın 1, 5, 18, 23, 40, 222, 240, 679, 720 suallarına diqqət yetirin.

Mübahisə mövcuddursa məhkəmə qaydasında həll olunması məqsədəuyğundur.

Bu qədər.

2011-04-02

1156  İsmayil (02-04-2011) Salam!!! Sizden iki sey sorusmaq isteyirem. Cavab verseniz cox memnun olaram.1. Atam yanvar ayinda vefat edib. Tezelikce de qiz ovladim dunyaya gelib. Usaga atamin adini soyad kimi vermek isteyirem. Bu mumkundurmu? Dogum haqqinda sehadetname almaq ucun getmisdim. Dediler ki, bu mumken deyil. Milli Meclisin bele qerari yoxdur. Dogrudanmi beledir?2. Atam texminen 30-40 il dovlet isinde isleyib. Bu iller erzinde tebii ki, maasindan gelir vergisi ve s. tutulub. Atam bu ilin yanvar ayinda qefilden isde olarken 62 yasinda infarkdan dunyasini deyisib. Onun adindan anam teqaud ala biler? Xatirladim ki, anam teqaudcu deyil. Onceden size tesekkurumu bildirirem!!!

Salam.

1. Əgər siz öz soyadınızı dəyişdirsəniz onda uşağın da soyadını dəyişdirə bilərsiniz. Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.

2. Bununla bağlı Əmək pensiyaları haqqında Qanunun 18-ci maddəsi (Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği) ilə tanış olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2011-04-02

1157  Elibala (03-04-2011) Salam! Azerbaycan Respublikasinda xarici pasport almaq ucun qanunla hansi yas heddi nezerde tutulmusdur? Yeni 17 yasi tamam olmamis sexsin xarici pasport almaq huququ varmi? Allah razi olsun!

Salam. 

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 3-cü maddəsinə əsasən pasport 18 yaşına çatmış müstəsna hallarda isə təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək  üçün etibarlıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-04-04

1158  İsmail (04-04-2011) Bir daha salam!!! Bir sualim da var. Atam rehmete gedenden sonra avtomobili qalib. Aile uzvlerini ora-bura aparmaq ucun basqa masinimiz da yoxdur. Onu aile uzvlerinden birinin adina saldirmaq isteyirik. Amma deyirler ki, 6 ay gozlemelisen. Yani dogurdan masin 6 ay sahibsiz qalmalidir? Tesekkurler!!!

Salam.

Əksinə altı ay ərzində mirası qəbul etmək üçün müraciət etməlisiniz (notariaus və ya məhkəməyə). Çünki Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-04-04

1159  Ceyhun (04-04-2011) Salam. Müəssisə daxilində \"başqa işə keçmə\" və ya \"yerdəyişmə\" haqqında müqavilə formasını necə tapa bilərəm? mümkünsə elektron mənbə verin

Salam.

Yerdəyişmə müqaviləsi olmur. Öncə əmr qəbul olunur (yerdəyişmə ilə bağlı). Əgər əmək funksiyaları tamamilə fərqlidirsə (misal üçün sürücü vəzifəsindən şöbə rəisi vəzifəsinə keçirilərkən) yeni müqavilə bağlanılır. Əgər funksiyalar oxşardırsa Əmək Kontraktına əlavə olunmuş Əlavə Raılaşma bağlanmaqla da kifayətlənmək olar.  Əlavə Razılaşma bu halda Kontraktın tərkib hissəsi hesab olunur.

Sualınıza görə təşəkkür edirik.

2011-04-04

1160  Dayaq (04-04-2011) Salam Masazir Belediyyesinden ehtiyatda olan herbi qulluqcuya verilen bir pay torpaq sahesi nece sot olmalidir.

Salam.

\"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında\" Əsasnamənin 2-ci bəndinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla bələdiyyə tərəfindən \"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında\" Azərbaycan Respublikası Qanununun 8.0.1-8.0.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 8-ci bəndi aşağıda göstərilib:

8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir:

8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 

8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək;

8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək;

8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə;

Sualınıza görə təşəkkür edirik.

2011-04-04

1161  Dayaq (04-04-2011) Valideyn 3 bacidislama yolu ile bir ovladinin adina bagislama yolu ile mulki verirse valideyn olenden sonra mulk ovladlar arasinda bolunmelidirmi? Bolunmeliderse hansi qanuna istinadan?

Salam.

Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

Mübahisə yarandığı anda məhkəməyə müraciət edə bilərsiniz. İstinad Mülki Məcəllə.

Sualınıza görə təşəkkür edirik.

2011-04-04

1163  Cahid (05-04-2011) Salam. Xahish edirem cavbalandirasiniz: Menim ashagidaki madde ile suruculuk vesiqem alinib, mehkemeye gonderilib:151.5.inzibati Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 140 manatadək miqdarda cərimə edilir .... Sualim:1.Menden qarshi teref shikayetchi deyilse, meni mehkemede ne gozleyir? 2. Ne uchun cerime Yol polisinde yox, mehkemede odenilmelidir?Bu bashdan teshekkurler

Salam.

İnzibati Xətalar Məcəlləsinin 360.1 maddələsinə əsasən 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə rayon (şəhər) məhkəmələr ibaxırlar.

Əgər zərər çəkmiş şəxsin şikayət etmirsə bu hal məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qiymətləndirilə bilər. Həmçinin vurulmuş zərərin əvəzinin könüllü surətdə ödəmisinizsə İXM-nin 33.1.2-ci maddəsinə istinad edərkən tanbehin yüngülləşdirilməsini xahiş edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-04-06

1164  Kamran (05-04-2011) Salam! Xahiş edirəm bildirəsiniz: Birinci instansiya məhkəməsinin qətnaməsi elan ediləndən sonra cavabdeh tərəfə hansı müddətə göndərilməlidir(verilməlidir)? Qanunvericiliyin bu məsələ ilə bağlı tələbi hansı normativ hüquqi aktda öz əksini tapmışdır? Təşəkkür edirəm.

Salam.

Mülki Prosessual Məcəllənin 227.2-ci və  227.3-cü maddələrinə əsasən müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir. 

Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-04-06

1165  Natiq (06-04-2011) Salam. Cox sag olun suallara verdiyiniz cavablara gore.Bir sualim var.Birinci instansiya mehkemesi serhedden kecmemek barede qerar cixarib. Men de apelyasiyyaya sikayet vermisem. Is apelyasiyadadir. Quvveye minmemis bu qerari icraci icra edib. Hakim deyir ki duz etmeyib icraci amma bir tedbir de gormur. Men neyneyim? Icracidan ve hakimden kime sikayet ede bilerem? Tesekkurler.

Salam.

İcra məmurları haqqında, İcra haqqındaMəhkəmə-Hüquq Şurası haqqında Qanunlara əsasən siz həm icra məmurların, həm hakimlərin hərəkətlərindən şikayət edə bilərsiniz. Unutmayın ki, şikayətiniz əsaslı olmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-04-06

1166  Elşən (07-04-2011) Nigahın pozulması və eləcədə cehiz əşyaları tələbini bir yerdə iddia qaldırmaq olarmı?

Salam.

Mülki Prosessual  Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-04-11

1167  Kamran (07-04-2011) Salam! Belə bir sualı cavablandırmağınızı xahiş edirəm. Fəaliyyətdə olan kommersiya mağazası şəxsi mülkiyyət kimi dövlət qeydiyyatına alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Dövlət Reyestr Xidmətinə mağaza üçün yeni texniki pasport və çıxarışın verilməsi üçün müraciət olunmuşdur. Xidmətin cavab məktubunda bildirilir ki, mağazanın öıçülərində 15 kv.m artırma olduğundan yeni çıxarış hazırkı vəziyyətdə verilə bilməz, binanın bir hissəsi, yəni \"qanunsuz zəbtetmə\", söküləndən sonra müraciət edərsiniz. Əmlak üzərində heç bir mübahisə yoxdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunda da bununla bağlı hər hansı qadağanedici maddə yoxdur. Artıq dövlət qeydiyyatı aparılmış əmlaka yeni çıxarışın verilməsindən imtina üçün bu əsasdırmı? Təşəkkür edirəm.

Salam.

Hesab edirik ki, məsələ mübahisəlidir ona görə də bütün mövcud olan sənədləri toplayıb məhkəməyə müraciət edə bilərsiniz. Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. Hüquqi məsləhətlər ödənişlidir (işin məhkəmə qaydasında aparılasından əlavə).

Sualınıza görə təşəkkür edirik.

2011-04-11

1168  Samir (08-04-2011) Salam. 1149-cu sualda cavablandırdınız ki, Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Sualım belədir ki, əgər yaşayış yerinə gəldikdən sonra 1 il ərzində müvafiq dövlət orqanına müraciət edilməyibsə, bununla bağlı hər hansısa cərimə tətbiq olunurmu? Əgər olunursa məbləğ nə qədərdir?Çox sağolun.

Salam.

Sual - 1149

Inzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə -

  • xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. Hüquqi məsləhətlər ödənişlidir (işin məhkəmə qaydasında aparılmasından əlavə).

Sualınıza görə təşəkkür edirik.

2011-04-11

1169  Kerim (08-04-2011) Salam, unvanli sosial yardim kimlere verilir?

Salam.

Oxşar suallar Məsləhətxanada ətraflı cavablandırılmışdır (suallar: 964, 916, 612, 533, 303, 274, ) 

Həmiçinin biz siz məsləhət görərdik ki, qanunvericliklə özünüz tanış olasınız və dövlət qurumlarına müraciət edərkən həmin aktların çap versiyaları sizdə olsun ki, öz hüquqlarınızı qoruya biləsiniz. Aşağıdakı normativ aktlara diqqət yetirin:

  • \"Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\"nın və \"Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası\"nın təsdiq edilməsi haqqında\" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli Qəra
  • “Sosial yardımın alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası” nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı
  • Ünvanlı dövlət sosial yardımı haqqında Qanun

Sualınıza görə təşəkkür edirik.

2011-04-11

1170  Natiq (2011-04-11) Salamlar. Ali mehkemenin qerari nece muddetden sonra quvveye minir? Tesekkurler.

Salam.

Mülki Prosessual  Məcəlləsinin 419.4-ci maddəsinə əsasən  kassasiya instansiyası məhkəməsinin Qərarı qəbul edildiyi andan qüvvəyə minir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik

2011-04-11

1171  Zamiq (08-04-2011) Salam! bela bir sualim var, men xezine axtaran shirket acmaq isteyirem yeni qedimden torpaga bastirilan xezineni deyirem. Azerbaycan qanun vericiliyinde icaze varmi bele bir shirket acmaga? varsada nece ve ne esaslarda olmalidi? onceden teshekkurler edirem!!!

Salam.

Əgər qanunla qadağan edilməyibsə deməli bu cür fəaliyyətə icazə var.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik

2011-04-11

1172  Sahrab (09-04-2011) Salam Hörmətli DeJure! Mən 1154-cü sualla bilmək istəyirdim ki, əyani təhsil dövrü ümumiyyətlə əmək stajına daxil edilirmi(Yəni Əmək məcəlləsinin 116-cı maddəsində göstərilən əlavələrə görə, həm də əmək pensiyasına görə).Təşəkkürlər.

Salam.

Əgər işləmirsinizsə bu dövr əmək stajına daxil edilmir.

 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik

2011-04-11

 

1173  Fəxrəddin (09-04-2011) Salam. Xahiş edirəm sualıma aydınlıq gətirəsiniz: Hal-hazırda fəliyyət göstərən hüquqi şəxsin (firmanın) başqa bir yerdə fəaliyyət göstərən istehsalat obyekti var. Ancaq həmin obyekt firmanın balansında deyil, yenicə tikintisi başa çatmışdır və fəaliyyətə yenicə başlamışdır. Həmin obyekti qanuniləşdirmək üçün nə etməli? Həmin obyekti firmanın əlavə vəsaiti kimi qeydiyyata almaq üçün nə etmək lazımdır? Bunun üçün hansı orqanlara hansı sənədlərlə müraciət etmək lazımdır? Bu qeydiyyatı firmadaxili əmrlə və ya müqavilə ilə rəsmiləşdirmək olarmi, əgər olarsa, bu nece olmalıdır. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Həmin obyekti müxtəlif cür rəsmiləşdirə bilərsiniz. Həm ayrıca hüquqi şəxs açmaqla, həm həmin hüquqi şəxsin filialı kimi də rəsmiləşdirə bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik

2011-04-11

1174  Seymur (09-04-2011) Salam mən iddia ərizəsi üçün zərər verən şəxsin yaşadığı yerdən arayış ala bilmirəm xahiş edirəm mənə deyərdiz mən zərər vuran şəxsin yaşadığı yerdən arayışı necə ala bilərəm?

Salam.

MAPS xidmətinə müraciət edə bilərsiniz

 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik

2011-04-11

 

1175  Yunus (10-04-2011) Salam.Manim bir qohumum 2004-cü ildə staja görə təqaüdə çıxıb.30 illik əmək stajından yalnız 26 il götürülüb. O vaxtdan təqaüdünə əlavə olunmayıb. Yaşa görə təqaüdə çıxsa da heç bir əlavə edilmir. Bu qanunauyğundurmu?

Salam.

Sosial sığorta haqqında Qanunu rəhbər tutmalısınız.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-04-11

1176  Gulya (11-04-2011) salam, beynelxalq huquqda erazilerden ve serhedlerin mueyyen olunmasindan behs olunarken bir sira anlayislar gosterilir, kontinental şelf, müstesna iqtisadi zona, farvater, anklavlar, tarixi körfezler, liman suları bunların ne demekdir? Hansi menbede izahı gosterilir?

Salam.

Bu anlayışlar müxtəlif qanunlarda öz əksini tapmışdır (bəziləri). Misal üçün:

Dəniz limanı — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət  göstərilməsi, yüklər ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan  qurğular kompleksi (Ticarət Gəmiçiliyi Məcəlləsi).

Xüsusi iqtisadi zona - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud hissəsi (Xüsusi iqtisadi zonalar haqqında Qanun)/

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

 2011-04-11

1177  Azər (11-04-2011) Salam.Mənim adıma bankda ev krediti var. Kredit mənim adıma olsada bu mənim keçmiş müdürümün evidir. O hal-hazırda həmin mənzildə yaşamır və krediti ödəməkdən imtina edir. Kreditin müddəti 6 aydır bitib. Məni nə gözləyir və mən bu problemi necə həll edim. Çox sagolun.

Salam.

Belə başa düşmək olar ki, kredit girov ilə təmin olunub, yəni  daşınmaz əmlak girovdursa buna görə əlavə ipoteka müqaviləsi olmalıdır. Əgər belədirsə, kredit vaxtında qaytarılmadığı təqdirdə bank daşınmaz əmlaka tutmanı yönəldəcək. Əgər daşınmaz əmlakın məbləği kreditin məbləğini örtməsə tutma digər əmlakınıza yönəldiləcək.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-04-12

1178  Hafiz (12-04-2011) Salam size bir sualim var men mehkemeye ozum vekilsiz iddia qaldira bilerem?Mumkundurse nece mene melutmat veresiz evelceden tesekur edirem

Salam.

Bəli özünüzdə məhkəmədə iddia qaldıra bilərsiniz. Bunun üçün qüvvədə olan qanunvericiliyi rəhbər tutmalısınız (misal üçün: mülki iş ilə bağlı Mülki Prosessual Məcəlləni). Həmçinin apellyasiya instansiyasında vəkilsiz iştirak edə bilərsiniz. Lakın kassasiya və ondan yuxarı instansiyalarda (konstitusiya məhkəməsi istisna olmaqla) vəkilsiz iştirakınız mümkün deyil. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik.

2011-04-15

1179  Reshid (12-04-2011) atam 1 ci qrup əlildir. təqaüdü ona dövlət müəssisəsi ödəyir. atamdan təqaüd alarkən bank tərəfindən 1% vergi tutulur. Bu vergi atamdan ya təqaüdü göndərəndən tutulmalıdır.

Salam.

Bu məsələni aydınlaşdırmaq lazımdır. Əgər dövlət qurumu və bank arasında müqavilə varsa bu faizi dövlət ödəyir (və bu vergi deyil, bu əməliyyat xərcləridir). Əgər bu cür müqavilə yoxdursa bu faizi bank sizdən tutmağa haqlıdır. Ola bilsin siz təqaüdü alarkən başqa bankın bankomatından çıxartmısınız. Məsələni dəqiqləşdirin.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik.

2011-04-15

1180  Resul (13-04-2011) Salam! Man 03 mart 2007-ci ildə ipoteka ilə ev almışam! Həmin vaxtı evin texniki pasportun almamışam! Ev girovdadır ama mən texniki pasportun almaq isteyirem! Menimde çıxarışım notariusda qalıb alqı-satqıdan sonra! Mandan ise çıxarışın əslin isteyirler! Belə halda neyləmək lazımdır?

Salam.

Bununla bağlı banka müraciət etməlisiniz və o sizə rəsmi icazə verməlidiri, sonra bankın nümayəndəsinin iştirakı ilə həmin çıxarış ilə müvafiq hərəkətlər edə bilərsiniz. Əgər daşınmaz əmlakla hansı bir hərəkətlər edilirsə ipoteka götürdüyünüz bankın iştirakı mütləqdir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-15

1181  Xəzər (14-04-2011) Salam. Mənin belə bir sualim var. Vətəndaş 06.08.2009-cu il də həbs edilərək 2 il müddətndə azadlıqda məhrum edilib yungül cinayətlə (ilk məhkumluğu). 09.06.2010-cu ildə cəzasını daha yungül cəza ilə əvəz edərək cəzasənən qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək üçün məhkəmə qərar çıxarıb. 17.12.2010-cu uk də isə mətəqədə tipli çəzaçəkmə müəssiəsindən cəzası daha da yungül cəza ilə əvəz edilərək cəzasının qalan hissəsini şərti olaraq çəkmək qərarı verilib. Bu vətəndaşın məhkumluğu nə vaxt ödənilmiş saylır. Münkünsə ayın tarixi ilə yazın.Cox sag olun.

Salam.

Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən  böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

Məhkumluğun ödənilmə müddəti cəza müddətin faktiki keçmiş müddətindən, məhkum edilmiş şəxsin əsas və əlavə cəza növlərinin cəza çəkməsindən azad olduğu andan hesablanır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-15 1182  Samir (14-04-2011) Salam. Sürücülük vəsiqəmi 2006-cı ildə Naxçıvan MR-də almışam. 2010-cu ildən isə qeydiyyatımı Bakı şəhərinə dəyişdirmişəm. Sürücülük vəsiqəsinin vaxtı bitəndə onu yenidən Nax.MR-dən yoxsa Bakıdan almalıyam? Təşəkkürlər.

Salam.

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının 2.2-ci bəndinə əsasən fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-15

1183  Bahruz (15-04-2011) Salam. dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda ona hansı məbləğdə birdəfəlik haqq verilir?

Salam.

Dövlət qulluğu haqqında Qanunun 33.2-ci dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-15

1184  Bahruz (15-04-2011) Azərbaycan Respublikası Vergilər Nazirliyi Azərbaycan Respublikasının hansı hakimiyyət qoluna aiddir?

Salam.

Vergilər Nazirliyi icra hakimiyyəti qoluna aiddir (Konstitusiyanın 99 və 119-cu maddəslərinə diqqət yetirin). 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-15

1185  Bahruz (15-04-2011) Salam. Dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin o cümlədən büdcədənkənar dövlət fondlarının auditi kim tərəfindən həyata keçirilir?

Salam.

Siz deyəsən testləri bizim üzrimizdə yoxlayırsınız. 

Hesablama Palatası haqqında Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Hesablama Palatası dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

1186  Bahruz (15-04-2011) Salam. Büdcə kəsiri dedikdə nə başa düşülür?

Salam.

Büdcə sistemi haqqında Qanunun 1.1.8-ci maddəsinə əsasən  büdcə kəsiri (defisit) - büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir.

Sualınıza görə təşəkkür edirik.

2011-04-15

1187  Adil (16-04-2011) Salam.30 il əmək stajı olan (1967-97-ci il) və 1985-89 illər üçün orta aylıq əmək haqq 300 manat olan 20.11.2009-cu ildə yaşa görə pensiyaya çıxan şəxsin pensiyasının hesablanma qaydası və hansı normativ aktla tənzimlənməsini və əgər mümkünsə hansı məbləğdə pensiya düşməsini cavablandırmağızı Sizdən xahiş edirəm. Təşəkkürlər.

Salam.

Oxşar suallar Məsləhətxanada dəfələrlə cavablandırılmışdır (Suallar: 1012, 917, 906 və s)

Təəssüflər olsun, amma sadə alınmayacaq. Çünki bu sahədə qanunvericilik mürəkkəbdir və iri həcmlidir. Həmçinin pensiyaların növündən asılı olaraq onların hesablanma qaydası da fərqlənir.

Misal üçün:

Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:

YH=PYK/T, burada:

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;

PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P=BH+SH+YH, burada:

P- yaşa görə əmək pensiyasıdır;

BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Əgər bu məsələ sizi doğrudanda maraqlandırırsa aşağıdakı normativ aktlarla tanış olun:

  • \"Əmək pensiyaları haqqında\" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları
  • Əmək pensiyaları haqqında Qanun

Amma ən optimal variant DSMF-ə yazılı müraciət etməkdir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-18

1188  Bahruz (17-04-2011) Salam. İnvestisiya fəaliyyətinin maliyyələşdirmə mənbələri hansılardır?

Salam.

İnvestisiya fəaliyyəti haqqında  Qanunun 9-cu maddəsinə əsasən:

İnvestisiya fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilə bilər:

  • investorun özünün maddi və intellektual sərvətləri, maliyyə vəsaiti və təsərrüfatdaxili ehtiyatları (mənfəət, amortizasiya ayırmaları, fiziki və hüquqi şəxslərin pul yığımları, əmanətləri, qəza və təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi üçün sığorta orqanlarının müvafiq ödənişləri və s);
  • investorun borc maliyyə vəsaiti (bank və büdcə kreditləri, istiqrazlar və digər vəsait);
  • investorun cəlb edilmiş maliyyə vəsaiti (əmək kollektivlərinin, vətəndaşların, hüquqi şəxslərin payları və digər haqları, səhmlərin satışından əldə edilən vəsait);
  • büdcədən və büdcədənkənar fondlardan investisiya məqsədli təxsisatlar;
  • xarici investisiya;
  • müəssisələrin, təşkilatların və vətəndaşların əvəzsiz və xeyriyyə haqları, ianələr və s.

Zərurət yarandıqda investisiya fəaliyyətini həyata keçirmək məqsədilə müvafiq investisiya fondları və digər təsisatları yaradıla bilər.

Bu qədər.

2011-04-18

1189  Bahruz (17-04-2011) Subvensiya nədir?

Salam.

Büdcə sistemi haqqında Qanunun 1.1.16-cı maddəsinə əsasən subvensiya - məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti.

Bu qədər.

2011-04-18

1190  Bahruz (17-04-2011)Sekvestr dedikdə nə başa düşülür?

Salam.

Büdcə sistemi haqqında Qanunun 1.1.19-cu maddəsinə əsasən sekvestr - dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin , həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı

Bu qədər

2011-04-18

1191  Bahruz (17-04-2011) Salam. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məsələləri üzrə müəyyən edilmiş müddətlər hanı qaydada hesablanır?

Bahruz (17-04-2011)

Salam.

De Jure portalından sui-istifadə etdiniz üçün sizin iştirakınız portalda məhdudlaşır.

Bir şəxs tərəfindən bir gün ərzində bu qədər sualların verilməsi şübhə doğurur.

Nəzərinizə çatdırırıq ki,  əvvələr Məsləhətxana pulsuz olmuşdur. Lakın sualların artması ilə ilə əlaqədar və bu cür sui-istifadələrə görə Məsləhətxanada sual vermə məhdudlaşdırılmışdır.

Lakın onu da qeyd etməliyik ki, əgər bu sualların cavablandırılması sizə vacibdirsə bunu ödənişli şəkildə həyata keçirə bilərik.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Bu qədər.

2011-04-18

1192  Bahruz (17-04-2011) Salam. Kassir ştatı olmayan kicik müəssisələrdə həmin vəzifəni kim yerinə yetirir?

Salam.

De Jure portalından sui-istifadə etdiniz üçün sizin iştirakınız portalda məhdudlaşır.

Bir şəxs tərəfindən bir gün ərzində bu qədər sualların verilməsi şübhə doğurur.

Nəzərinizə çatdırırıq ki,  əvvələr Məsləhətxana pulsuz olmuşdur. Lakın sualların artması ilə ilə əlaqədar və bu cür sui-istifadələrə görə Məsləhətxanada sual vermə məhdudlaşdırılmışdır.

Lakın onu da qeyd etməliyik ki, əgər bu sualların cavablandırılması sizə vacibdirsə bunu ödənişli şəkildə həyata keçirə bilərik.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Bu qədər.

2011-04-18

1193  Bahruz (17-04-2011) Salam. Suallara cavab verdiyiniz üçün hüc bilmirəm size nece tehekkur edir. Minnetdaram. sualim beledir. Dövlət qeydiyyatının ərazi aidiyyəti hansı meyar əsasında müəyyan edilir?

Salam.

De Jure portalından sui-istifadə etdiniz üçün sizin iştirakınız portalda məhdudlaşır.

Bir şəxs tərəfindən bir gün ərzində bu qədər sualların verilməsi şübhə doğurur.

Nəzərinizə çatdırırıq ki,  əvvələr Məsləhətxana pulsuz olmuşdur. Lakın sualların artması ilə ilə əlaqədar və bu cür sui-istifadələrə görə Məsləhətxanada sual vermə məhdudlaşdırılmışdır.

Lakın onu da qeyd etməliyik ki, əgər bu sualların cavablandırılması sizə vacibdirsə bunu ödənişli şəkildə həyata keçirə bilərik.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Bu qədər.

2011-04-18

1194  Bahruz (17-04-2011) Salam. Hüquqi şəxsin yaradılması növündə əməliyyat-axtarış tədbirinin tətbiqinə hansı halda yol verilir?

Salam.

De Jure portalından sui-istifadə etdiniz üçün sizin iştirakınız portalda məhdudlaşır.

Bir şəxs tərəfindən bir gün ərzində bu qədər sualların verilməsi şübhə doğurur.

Nəzərinizə çatdırırıq ki,  əvvələr Məsləhətxana pulsuz olmuşdur. Lakın sualların artması ilə ilə əlaqədar və bu cür sui-istifadələrə görə Məsləhətxanada sual vermə məhdudlaşdırılmışdır.

Lakın onu da qeyd etməliyik ki, əgər bu sualların cavablandırılması sizə vacibdirsə bunu ödənişli şəkildə həyata keçirə bilərik.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Bu qədər.

2011-04-18

1195  Bahruz (17-04-2011) Salam. Sualim beledir? hansi halda aile kendli teserrufati sahibkarliq fəaliyyetinin subyekti kimi fealiyyet göstərir və hansı halda aile kendli təsərrufati ləğv edilir?

Salam.

De Jure portalından sui-istifadə etdiniz üçün sizin iştirakınız portalda məhdudlaşır.

Bir şəxs tərəfindən bir gün ərzində bu qədər sualların verilməsi şübhə doğurur.

Nəzərinizə çatdırırıq ki,  əvvələr Məsləhətxana pulsuz olmuşdur. Lakın sualların artması ilə ilə əlaqədar və bu cür sui-istifadələrə görə Məsləhətxanada sual vermə məhdudlaşdırılmışdır.

Lakın onu da qeyd etməliyik ki, əgər bu sualların cavablandırılması sizə vacibdirsə bunu ödənişli şəkildə həyata keçirə bilərik.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Bu qədər.

2011-04-18

1196  Bahruz (17-04-2011) Salam. Torpaq xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin mülkiyyətinə hansı qaydada keçə bilər?

Salam.

De Jure portalından sui-istifadə etdiniz üçün sizin iştirakınız portalda məhdudlaşır.

Bir şəxs tərəfindən bir gün ərzində bu qədər sualların verilməsi şübhə doğurur.

Nəzərinizə çatdırırıq ki,  əvvələr Məsləhətxana pulsuz olmuşdur. Lakın sualların artması ilə ilə əlaqədar və bu cür sui-istifadələrə görə Məsləhətxanada sual vermə məhdudlaşdırılmışdır.

Lakın onu da qeyd etməliyik ki, əgər bu sualların cavablandırılması sizə vacibdirsə bunu ödənişli şəkildə həyata keçirə bilərik.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Bu qədər.

2011-04-18

1197  Kerim (18-04-2011) Salam, mulkiyyetcinin icazesi olmadan, bu evde qeydiyyatda olan onun qizi yeni dogulmis ovladini bu eve qeydiyyata sala bilermi?

Salam.

Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında  Qanunun 5-ci maddəsində göstərilib. Mülkiyyətçinin razılığı olmadan heç kim həmin yaşayış yeri üzrə qeydiyyata alına bilməz (məhkəmə qətnaməsi olmasa).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-18

1201  Xəzər (19-04-2011) Salam. Mən masinimda gizli video kamera quraşdirmaq istəyirəm. Buna icazə var.

Salam.

Biz yaknız onu deyə bilərik ki, qadağa yoxdur. Lakın nəzərə almalısınız ki, Mülki Prosessual Məcəlləsinin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

Eyni zamanda əgər sizin hüquqlarınız pozulursa sizin sübubutları toplamaq hüququnuz var. Ona görə də videoçəkilişi açıq həyata keçirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-04-20

1198  Samir (18-04-2011 ) Salam. 1182 saylı sualımın cavablandırılmasında bir şeyi dəqiqləşdirmək istəyirəm. Sürücülük vəsiqəm var, ama maşınım yoxdur. Əgər sürücülük vəsiqəsinin vaxtı bitənə qədər avtomaşınım olmasa, vəsiqənin vaxtı bitəndə onu aldığım yerdən yoxsa indi qeydiyyatda olduğum yerdən almalıyam? Bir daha xatırladım ki, vəsiqəni alanda Naxçıvan MR-də qeydiyyatda idim hal-hazırda Bakı qeydiyyatındayam.Təşəkkürlər.

Salam.

Sual - 1182

Sürücülük vəsiqəsinin alınması avtonəqliyyat vasitəsinin alınması ilə bağlı deyil 

Yol hərəkəti haqqında Qanunun 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Yəni bu vəsiqə idarə etmək hüququ ilə bağlıdır (nəqliyyat vasitəsi etibarnamə ilə də idarə oluna bilər).  Qeydiyyatda bağlı məsələni artıq aydınlaşdırmışıq.

Sualınıza görə təşəkkür edirik.

2011-04-18

1199  Bahruz (18-04-2011) Salam Hörmətli dejure emekdaşları. burda şübhə doguran mesele nedir ki bu qeder bunu şişirdirsiz? 10-sual yazmişam hec birinə cavab verməmisiz və üstəlik deyirsiz ki sui-istifadədir. hec olmasa 2-3 suala cavab verseydiz onda deye bilerdizki menim bir günlük limitim dolub. heç onu da etmemisiz. Bu heç de siz terefden obyektiv olmadi. Təşəkkür edirəm

Salam.

Obyektiv olmaq üçün sizin 1188, 1189, 1190 suallarınız cavablandırdı. Bundan sonra məhz sizə qarşı məhdudiyyətlər qoyulur. Həftə ərzində 3 (üç) sual verə bilərsiniz. Bu həftə limitiniz tükəndi.

Xahış edirik üzrlü hesab edin, lakın zəhmətimizə də hörmətlə yanaşın.

2011-04-18

1200  Kamran (18-04-2011) Salam! 1997-ci il aprelin 11-də Lissabon şəhərində Azərbaycan Respublikası tərəfindən imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya (30.09.1997-ci ildə ratifikasiya edilmişdir) ilə necə tanış olmaq olar? Təşəkkür edirəm.

Salam.

Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə Qanunla və Konvensiya ilə tanış ola bilərsiniz

.2011-04-20

1202  Eldəniz (19-04-2011) Salam. Əgər ev 2008-ci ildə satılıbsa və rəsmi olaraq alıcının mülkiyyətinə keçibsə, amma evdə qeydiyyatda olanlar indiyə kimi qeydiyyatdan çıxmayıbsa nə etmək lazımdır?Təşəkkürlər !!!

Salam.

Bubunla bağlı məhkənəyə müraciət edə bilərsiniz və həmin şəxsləri qeydiyyatdan çıxara bilərsiniz (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-20

1203  Canpolad (19-04-2011) Salam hörmətli De jure əməkdaşları. AR Torpaqların Dövlət Ehtiyacları üçün alınması haqqında qanunun 7.5 bəndinə əsasən daşınmaz əmlaka görə kompensasiya düşürmü?

Salam.

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 7.4-cü maddəsinə əsasən həmin Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.

Həmin Qanunun 7.5-ci maddəsinə əsasən bu Qanunun 7.3.5-ci maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər.

Kompensasiya yalnız 7.3.1-7.3.4-cü maddələrində göstərilən hallarda verilir. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-20

1205  Canpolad (19-04-2011) Salam. Xahiş edirəm Torpaqların dövlət qeydiyyatları üçün alınması haqqında qanunun 7.3.4 bəndi kimlərə şamil edilə biləcəyini izah edəsiniz!

Salam.

Bunun üçün Mülki Məcəllənin 178-ci maddəsi (Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi) ilə tanış olmağınız məsləhətdir. 

Belə ki, Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-20

1206  Agamir (19-04-2011) Salam. Teqsirlendirilen shexsin mudafie huququna dair Ali mehkemenin ve ya Konstitusiya mehkemesinin plenum qerarini gondermeyinizi xahish edirem.

Salam.

Ola bilsin ki, bu qərar sizə kömək edə bilər. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı  təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Qərar.

Sualınıza görə təşəkkür edirik.

2011-04-20

1208  Seymur (20-04-2011) Salam bilmək isdəyirəmki zərərin əvəzinin ödənilməsi üçün iddia ərizəsi verərkən zərər vuran şəxsin yaşadığı yerdən arayışı vacibdir? təşəkkür.

Salam.

Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən  işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. 

Əks təqdirdə həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə  ərizəni baxılmamış saxlayır.

Məhkəməyə müraciət etməkdən əvvəl MAPS xidməti vasitəsilə cavabdehin ünvanını öyrənmək məqsədəuyğundur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-21

1209  Ceyhun (21-04-2011) Salam Dejure.az. DYP müfəttişləri hansı hallarda nəqliyyat vasitələri sürücülərindən törətdiyi müvafiq inzibati xəta ilə əlaqədar sürücülük vəsiqəsini götürə bilər? Bu məsələ hansı hüquqi normalarla tənzimlənir? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında Fərmanın 3-cü bəndinə əsasən  yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqələrinin yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda götürülməsini təmin edilməsi Daxili İşlər Nazirliyinə tapşırmışdır.

Belə ki, Inzibati Xətalar Məcəlləsinin 404.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi, gəmiçinin və ya pilotun şəhadətnaməsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir.

Nəqliyyat vasitələrini idarə etmə hüququn  məhdudlaşdırılması İXM-nin 151.4, 151.5 152-1.3., 152-1.4 maddələri ilə nəzərdə tutulub.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-22

1210  Ceyhun (22-04-2011) Salam Dejure,Yol hərəkəti qaydalarının pozulmasına görə nəqliyyat vasitəsinin sürücüsü cərimə olunarkən DYP əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edildikdən sonra sürücüyə cərimənin ödənişi ilə əlaqədar təsdiqedici müvafiq sənəd (mədaxil qəbzi və s.) verilməlidirmi? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin təbliğinə dair Dövlət Yol Polisinin fəaliyyəti haqqında Təlimatın 2.12-ci maddəsinə əsasən qanunla yerində cərimə müəyyən edilmiş xətalardan hər hansı birini və ya bir neçəsini törətmiş şəxs daha ciddi xətaya görə tətbiq edilən inzibati tənbehlə razıdırsa və cəriməni yerində ödəyirsə, bu halda protokol tərtib olunmadan qaydanı pozan şəxs cərimə olunur və bu barədə ona kötüyündə imza edilməklə qəbz verilir ( İX-2).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-22

1211  Kamran (22-04-2011) Salam! Əlavə kassasiya şikayəti verilərkən dövlət rüsumu ödənilməlidirmi? Təşəkkür edirəm.

Salam.

Mülki Prosessual Məcəllənin 425-ci maddəsinə əsasən təqdimat, protest və şikayət bu Məcəllənin 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-22

1212  Gunay (22-04-2011) Salam. Men yeni tikili binadan menzil almaq isteyirem. Senedlewdirme muqavile esasinda olacagi bildirilib. Xerci 1000 azn olacagi deyilib. Bu prosess notariusda olur? Bu prosess barede etrafli melumat isterdim. Muqavilede en esas neye fikir vermek lazimdi?

Salam.

Əvvəlcədən məsələ ilə bağlı bildirməliyik ki, EHTİYATLI OLUN.

Çünki son zamanlar yeni tikilən binalarda olan yaşayış yerlərin alınması ilə əlaqədar vətəndaşlar əziyyətlər çəkir. Çalışın şəxsin etibarlığını yoxlayın. Mənzilin üzərində mülkiyyət hüququ təsdiq edən sənəd olsa daha yaxşı olar (daşınmaz əmlakın dövlət reyestindən Çıxarış). Müqavilədə ödəniş şərtlərinə, müddətlərə, məsuliyyətə aid olan şərtlərə xüsusilə diqqət yetirin.  Rüsumlar Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsində göstərilib.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-04-22

1213  Ramiz (23-04-2011) Salam. Evdə üç qardaş yaşayirş Ev özəlləşdirilərkən (yeni özəlləşdirilir) mən (qardaşlardan biri) həmin evin ayri-ayri hissələrə bölünərək özəlləşdirilməsini tələb edə bilərəmmi? Bunun üçün hansi hüquqi qaydalara əməl etməli və sənədlər toplamalayiam? Öncədən cox sag olun.

Salam.

Həmin əmlak birgə mülkiyyət kimi də qeydiyyata alına bilər; bərabər paylarla (Mülki Məcəllənin 191, 222, 223 və s.). Daha sonra razılığa gəldiyiniz təqdirdə həmin əmlakı satıb bərabər pylara bölə bilərsiniz. Bununla bağlı daşınmaz əmlak reyestr xidmətinə və digər dövlət qurumlarına müraciət edərkən həmin əmlak paylı mülkiyyət olduğunu bildirməlisiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-25

1214  Kamran (23-04-2011) Salam! 1211-ci suala verdiyiniz cavaba görə çox sağ olun. Lakin mənim sualım apellyasiya və ya kassasiya şikayəti deyil, əlavə kassasiya şikayəti üçün ödənilməli olan rüsum ilə əlaqədardır. Mənim bildiyimə görə qanunda birbaşa bununla əlaqədar dövlət rüsumu nəzərdə tutulmur. Fikirləşirəm ki, elə olmuş olsaydı, onda vəkilin orderi kassasiya şikayətində mülki işə əlavə olduğu üçün, əlavə kassasiya şikayətində vəkilin yeni orderi tələb edilməzdi. Xahiş edirəm bu məsələyə münasibət bildirəsiniz. Təşəkkür edirəm.

Salam.

Sual - 1211 (dəyişdirilmişdir)

Qeyri-dəqiq cavablandırmaya görə üzr istəyirik.

Sualı dəqiqləşdirmək üçün De Jure təşəbbüs qrupunun daha təcrübəli hüquqşünaslarına müraciət etməli olduq.

Qanunvericilikdə bununla bağlı dəqiq məlumat olmadığına görə məhkəmə praktikasında əlavə kassasiyada qaydasında müraciət edərkən rüsum ödənilmir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-25

1215  Rakif (23-04-2011) evvelceden tesekkurumu bildirirem. men baq 12 sot baq sahemi ozellesdirmek ucun aid olan idareye senedlerimi teqdim etmisem. baq sahesinde olcu isleri aparilib ve sahe 15 sottur. qanun yolu ile o artiq gelen 3 sotu da senedlesdire bileremmi?

Salam.

Əgər əsas verici sənədlər varsa edə bilərsiniz (hər bir halda mübahisə yarandığı təqdirdə məsələni məhkəmə vasitəsilə həll edə bilərsiniz).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-25

1216  Rehman (24-04-2011) Salam, De Jure! Sizden xahis edirem Avropa Insan Haqlari Mehkemesine erize formasi gonderesiniz (Word proqramina uygun). Evvelceden minnetdarliq edirem.

Salam.

Həmin ərizənin forması: AVROPA İNSAN HÜQÜQLARI MƏHKƏMƏSİNƏ ƏRİZƏ

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-25

1217  Ceyhun (25-04-2011) Salam Dejure, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlayırsa (6 aylıq) əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləni birtərəfli qaydada ləğv edə bilər? Müqavilənin müddətinin bitməsi istisna olmaqla işəgötürənin əlində başqa heç bir əsas yoxdur, işçi üzərinə düşən əmək funksiyalarını tam yerinə yetirir, nizam-intizamlı və s. öz sahəsində bacarıqlı peşəkar işçidir, işəgötürən sadəcə bu vəziyyətdən sui-istifadə edərək işçini vəzifədən azad edir. Əmək qanunvericiliyinə görə bu vəziyyətdə işəgötürən işçini vəzifədən kənarlaşdırmağa haqqı var? Əvvəlcədən minnətaram.

Salam.

Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Əmək Müqaviləsi 6 aylıq müddətinə bağlanılarkən hər iki tərəfin razılığı ilə bağlanmışdır. Əgər əvvəlcədən bu şərtlər müzakirə olunubsa və razılaşdırılıbsa işəgötürən haqlıdır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-25

1218  Ceyhun (25-04-2011) Salam Dejure, Uşağa qulluqla əlaqədar məzuniyyətdə olan işçi (məzuniyyəti bitməyib) hamiləliyə və doğuşa görə məzuniyyətə (analıq məzuniyyəti) çıxmaq üçün ilk növbədə işə qayıtmaq və daha sonra analıq məzuniyyəti ilə əlaqədar işəgötürənə ərizə ilə müraciət etməli, yoxsa heç bir ərizə yazılmadan yalnız xəstəlik vərəqəsi işəgötürənə təqdim oluna bilər? Bu vəziyyətdə hansı qanunauyğun hərəkətlər həyata keçirilməlidir? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin 126-cı maddəsinə əsasən iki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuşqismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-25

1219  Sahrab (25-04-2011) Salam!!! Xahiş edirəm deyin Bakı mənzillərində komunal xərclər nə qədərdir və bu hansı normativ aktlarla tənzimlənir? Komunal xərclərdən başqa illik ödənclər varmı??? Təşəkkürlər...

Salam.

Bunun üçün aşağıdakı normativ aktlarla tanış olmalısınız:

  • “Azərsu” Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə Tarif Şurasının qərarı
  • Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-04-25

1220  Seymur (25-04-2011) Salam iddia ərizəsini məktubla göndərərkən zərər çəkmiş şəxsin şəxsiyyət vəsiqəsinin sürəti notariusda təstiqlənməsi mütləqdirmi? Təşəkkür!

Salam.

Əgər iddia ərizəsidirsə onda işdə iddiaçı və cavabdeh olmalıdır (zərərçəkmiş şəxs mülki prosesdə olmur, əgər bu mülki prosesdirsə). İddiaçı isə cavabdehin yerləşməsi barədə məhkəməyə məlumat verməlidir (adətən MAPS-dan arayış). Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə diqqət yetirin.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1221  Eldəniz (27-04-2011) Salam. Əgər evi satan anda həmin ünvanda daha əvvəlki sakinlər (keçmiş) qeydiyyatdan hələ də çıxmayıbsa (artıq 3 il ke4ib) alqı-satqı əməliyyatının aparılması üçün həmin şəxslərin razılıq ərizəsi lazımdır? Öncədən təşəkkürlər!!!

Salam.

Həmin şəxsləri qeydiyyatdan çıxarılması məqsədəuyğundur (məhkəmə vasitəsilə). Çünki sonradan bununla bağlı problemlər yaşana bilər qanunvericiliyin kolliziyaları ilə bağlıdır).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1222  Telman (27-04-2011) Salam 1965-ci ildən həyətimdə əlavə artirmam var, onu neçə sənədləşdirə bilərəm və hansi sənədlər lazimdir

Salam.

Əgər həmin sahə kənar şəxslərin mülkiyyətində deyilsə bununla bağlı daşınmaz əmlakın reyestr xidmətinə və ya məhkəməyə müraciət edə bilərsiniz və mülkiyyət hüququnuzu tanıtdıra bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1223  Agamir (27-04-2011) Salam Çox Hörmətli Dejure Əməkdaşları.Sualım belədir: Alqı-satqı üçün Forma-1 deyilən arayış nə üçündür və bu arayış olmadan alqı-satqı baş tuta bilərmi?

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 9.4-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış - Forma 1), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.

Dövlət rüsumu haqqında Qanunun 26.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə - 10 manat rüsum tutulur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1224  Seymur (27-04-2011) salam sizin komekliyinizle bilmek isderdim ki yasayis yerine yaxin mesafede afdomabille adam vurulub ve ciddi xesaret alinib 21 gunden artiqdir ki xesdaxanada yatir qezani toreden sexs ziyan ve zerer cekmisin ne maddi nede menevi xerclerinden evvelce boyun olub ve sonra boyun qacirdiqi halda hansi mesuliyete celb olunur xais edirem bu barede etrafli cavablandirasiniz onceden cox saq olun.

Salam.

Ətraflı cavablandırması üçün işin halları ilə tanış olmaq lazımdır. Belə ki, həmin əməllərə görə şəxs həm inzibati, həm cinayət məsuliyyətinə cəlb oluna bilər. Bundan başqa maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia qalldıra bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1225  Elnur (28-04-2011) Salam Zehmet olmasa mene bir meselede komeklik gosteresiniz. Men 05.04.2011-ci il tarixinde internet-provayderlerin birinden ADSL modem+1 ayliq pulsuz internet almisham(2MB/s ) . 13.04.2011-ci il tarixinde nomrede internet aktiv olub, lakin suret max 0.1MB/s olub. Bununla elaqedar olaraq bir nece defe firma ile elaqe saxlamisham. lakin hech bir komeklik gostermeyibler. 19.04.2011ci il tarixinde ise internet xidmeti tam dayandirilib. 26.04.2011-ci il tarixinde ise MODEMI qaytarmaq ucun firmaya muraciet etdim. lakin onlar modemi qaytaqmaq istemediler ve ancaq eve verilen internetin dayandirilmasi ile mene komeklik ede bileceklerini dediler. Xahish edirem bu meselede ne edeceyimi mene deyesiniz.

Salam.

Əgər hesab edirsinizsə istehlakçı hüquqlarınız pozulub bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz və hüquqlarınızı bərpa edə bilərsiniz (lakın müvafiq sübutlarınız olmalıdır).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1226  Fuad (28-04-2011) Salam, Xahish edirem mehkemeye iddi erizesinin yazilish formasini izah edesiniz

Salam.

Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə tanış olmağınız məsləhətdir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1227  Natiq (28-04-2011) Salamlar. VVAQ in soyadi deyismesinden imtina etmesi ile elaqedar 2 sayli Inzibati Iqtisad mehkemesine iddia qaldirmagimiz meslehet olunub.Bu iddianin konkret yazilis formasi varmi?. Tesekkurler.

Salam.

Bəli bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz. Ərizə formaların hazırlanması ödənişlidir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1228  Əzizə (29-04-2011) Salam xais edirem bilmek isderdim ki, meni aftomobil ciddi zerbe vurduqu halda ve men xesdexanada 21 gunnen artiq yatdiqim halda sol ayaq canaqimda cartlaq olduqu halda uzum tamam zedelenmis veziyyetde mustendiqe izahat verende mene zede vereni baqislamisdim yalniz o halda ki.menim maddi ve menevi ziyanimin xercini ödemek serti ile zerer veren sexs buna hemen razi oldu ve sonradan bildim ki mustentiq mennen izahat alib imza atdirdi ancaq zerer veren sexsden izahat almayib menim bu halda yeniden erizem ve yeniden sikayet etmek huququna ne derecede haqqim var qeyd etmek isdeyirem ki hele xesdaxanadan cixmamisam hekim nezareti altindayam cok saq olun

Salam.

Bununla bağlı həm prokurorluğa, həm məhkəməyə müraciət edə bilərsiniz. Hesab edirik ki, iş üzrə səlahiyyətli şəxslər məsuliyyətə cəlb oluna bilər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1229  Tarana (30-04-2011) dini deyisen soyadi deyise biler?

Salam.

Mülki Məcəllənin 26.4-ci maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-01

1230  Bahruz (01-05-2011) Salam Çox Hörmətli Dejure Əməkdaşları. siz meni yazdigim suali tam aydin cavablandirmadiz. maddeden sitat getirmisiz. suali birde yaziram xahish edirem sualima cavab yazin. Alqı-satqı üçün Forma-1 deyilən arayış nə üçündür və bu arayış olmadan alqı-satqı baş tuta bilərmi?

Salam.

Sual - 1223

Cavabı diqqətlə oxuyun. \"....daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.\"

Yəni həmin yüklülük müəyyən edilməsə daşınmaz əmlakın qeydiyyatı mümkün olmayacaq (Misal üçün: müəyyən oluna bilər ki, həmin daşınmaz əmlak ipotekadadır və ya başqa mülkiyyətçi başqa bir şəxsdir və s.). Buna görə də bu Forma-1 olmadan daşınmaz əmlak digər şəxsdən o biri şəxsin mülkiyyətinə keçə bilməz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-02

1231  Ceyhun (02-05-2011) salam. Peşə, vəzifə fəhlə və qulluqçuların tarif sorğu kitabçalarında \"dəmirçi\" və \"qaynaqçı\" peşələri barədə məlumat tapa bilmədim. xahiş edirəm kömək edəsiniz

Salam.

 Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonun (QULLUQÇU VƏZİFƏLƏRİNİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI HİSSƏ-3) 1-ci paraqrafında baş qaynaqçı ixtisasın xüsusiyyətləri göstərilib.
 Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (Hissə - 3) 282-ci paraqrafında metalkəsici və dəmirçi-presləyici avadanlıqların quraşdırıcısı ixtisasın xüsusiyyətləri göstərilib.
Ola bilsin kömək edə bildik.

 
 
 
 
 

 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-03

1232  Vasif (02-05-2011) Salam. Əgər qadın boşanma ərizəsi yazıb boşanma tələbində olubsa o nə vaxt aliment almalıdır. Yəni boşanma haqqında ərizə yazılan gündən sonra, yoxsa hansı vaxt bunu bilmək istəyirəm. Və bir də məhkəmə ərəfəsində ər xaricə qaça bilərmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Əgər iddiaçı (arvad) ərizədə aliment tələbi qoyubsa onda həmin qətnamədə alimentin miqdarı, onun tutma tarixi və digər şərtlər göstərilir. Ər hara istəsə qaça bilər amma bu onu aliment öhdəliyindən azad etmir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-03

1233  Ceyhun (04-05-2011) Salam. 1231 nömrəli sualıma verdiyiniz cavabla əlaqədar e-qanun.az saytında axtarış apardım heç bir nəticə vermədi. metalkəsici və dəmirçi-presləyici avadanlıqların quraşdırıcısı ixtisası ilə dəmirçi peşəsi eyni sayıla bilər?

Salam.

Sual - 1231

Bizim saytımızda da qeyd olunan linkləri sıxarkən bu normativ aktları əldə edə bilərsiniz. Diqqətlə baxın. Dəmir-presləyici dəmirçi ilə eyni ixtisas sayılmasa, onların xüsusiyyətləri oxşardır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

1234  Camal (04-05-2011) Salam! Birgə nigah dövründə avtomabil almışam. Amma maşın etibarnamə ilə mənim aımdadır. Maşının texpasportu başqasının adındadır. İddiaçı maşının birgə nigah dövründə alındığı üçün onun tələbinə dair iddia qaldırmışdır. Bu nə dərəcədə döğrudur? Maşın mənim mülkiyyətimdə deyil axı? Mülki Məcəllənin 152.8 maddəsinə əsasən mən etibarnamə ilə mülkiyyətçi sayıla bilərəmmi? İddiaçının iddiası əsassızdırmı? Zəhmət olmasa cavablandırın! Çox sağ olun!

Salam.

Əgər başqa şəxsin mülkiyyətindərisə onda məhkəmə bu iddianı rədd etməlidir. Lakın məhkəmə araşdırmanı zamanı müəyyən edilsə ki, həmin əmlak faktiki olaraq sizin mülkiyyətindədir və alqı-satqı vasitəsilə əldə olunub, onda məhkəmə fərqli qətnamə də qəbul edə bilər. Sizə etibarnamə verən şəxs məhkəməyə dəvət olunacaq və nə cür nəqliyyat vasitəsini sizə verdiyini deyəcək (nəzərə alınmalıdır ki, yalan ifadələrə görə cinayət məsuliyyətinə cəlb oluna bilər).

Sualınıza görə təşəkkür edirik.

2011-05-05

1235  Rasul (05-05-2011) Salam! Man beş mərtəbəli evin birinci mərtəbəsində yaşayiram!Şimal künc olduğu üçün evin divarları qaralır! Mənzilin eyvanı ise yoxdur!Manim sualım odur ki. eyvan artırmaq üçün qanunı yollar var və hansılardır? Təbii ki qeyri qanuni eyvanı olanlar çoxdur və nedense onlara göz yumurlar. mənə isə deyirler ki İcradan icazə al! Cavaba göre əvvəlcədn öz təşəkkürimi bildirirem! Hörmətlə Rəsul !

Salam.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü fəslində yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması hüquqnuz nəzərdə tutulub. Həmin hərəkətləri yerinə yetirmək üçün müvafiq dövlət orqanı ilə razılaşdırmalısınız (yerli icra orqanı) və onların bu barədə qərarı olmalıdır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-05

1236  Xəzər (06-05-2011) Salam. Zəhmət olmasa deyin: müqavilə və əqdin nə fərqi var?

Salam.

Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

İki və daha çox tərəfli əqd müqavilə adlandırılır. Əqd daha gehiş anlayışdır. Müqavilə hər zaman əqddir. Lakın əqd hər zaman müqavilə ola bilməz (Misal üçün birtərəfli əqd Etibarnamə ola bilər).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-08

1237  Rehman (06-05-2011) Salam, hormetli De Jure! Bilmek isterdim zebt olunmush torpaq sahesini auksiondan kenar almaq olarmi? Umumiyyetle bele torpaqlarin belediyyelerden satin alinmasinda hansi tecrubeden ve ya huquq normasindan istifade olunur? Deyilenlere gore bele olduqda, mubahise yoxdursa, torpaq sahesi zebt edene teklif olunur. Chox sag olun.

Salam.

Məsələ ilə əlaqədar ətraflı məlumat almaq üçün aşağıdakı normativ aktlarla tanış olmağınız məqsədəuyğundur:

  • Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun
  • Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanun

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-09

1238  İlqar (06-05-2011) Salam Dejure. İddiaçı öz ərizəsini geri götürsə(tərəflər razılığa gəlsə)cavabdeh tərəfin üzərində cinayət faktı qalırmı? Sağ olun.

Salam.

Əgər cinayət tərkibi yoxdursa və Cİnayət Prosessual Məcəlləsi ilə həmin məsələ aidiyyəti hüquq mühafizə orqanlarının səlahiyyətinə aid edilmirsə məhkəmə tərəflərin razılığını nəzərə alıb icraaata xitam verilə bilər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-09

1239  Kamran (07-05-2011) Salam! Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə, mülkiyyət sahibinin ailə üzvlərinin siyahısı düzgün verilməmişdir(mülkiyyətə aidiyyəti olmayan şəxslərin adları siyahıda göstərilmişdir). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən düzəlişin aparılması üçün Məhkəmə aktı tələb edilir. Sizdən xahiş edirəm ki, Şəhadətnamənin yenidən işlənməsi məqsədilə, əsaslandırılmış iddia qaldırmaq üçün ərizə forması göndərəsiniz. Çox təşəkkür edirəm.

Salam.

Ərizə formaları portalın bu bölməsində yerləşdirilib. Digər hüquqi xidmətlər isə ödənişlidir. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-10

1240  Naza (08-05-2011) Men 12 ildir hech bir senedi olmayan menzilde yashayiram, xahish edirem deyin,o menzili men oz adima ozelleshdire bileremmi? (menzilin hech bir yerde qeydiyyati yoxdur, avariynidir)

Salam.

Mülki Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

Lakın buna dair məhkəməyə sübut təqdim etməlisiniz. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-10

1241  Naza (08-05-2011) Salam. Xahish edirem deyin, Bakida xarici vetendashin evi oldugda, eyer o vefat ederse, ev kime qalar? ev kupchalidir, teshekkur edirem

Salam.

Aidiyyəti orqanlar (notariat və s.) həmin əcnəbinin yaxın qohumlarına xəbər verilməlidir, ki onlar vərəsəlik hüququndan istifadə etsinlər və ya vəsiyyətnamə varsa miras vəsiyyət üzrə şəxsə verilməlidir. Əgər bu mümkün olmadıqda Mülki Məcəllənin 1165.1-ci maddəsinə uyğun olaraq əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-10

1242  Rovsen (21:05:22) salam. menim atam 1998-ci il ilde sehheti ile elaqedar 3-cy qrup ellillik almisdi. 1 ilin tamaminda atamin tekidi ile elillik legv edilmisdir. bu kecen 13 ilde atamin sehhetinde hec bir irelileyis olmamisdir. o yeniden elillik ala bilermi? ve bunun ucun hara ve hansi senedlerle muraciet etmek lazimdir? tesekkur

Salam.

Hər bir halda bu hüquq onda var. Səhhətinə dair aidiyyəti sənədlər toplayıb ərizə ilə sosial müdafiə fonduna müraciət etməlisiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-10

1243  Kamran (10-05-2011) Salam! 1239-cu suala cavabda göstərilən linkdə axtarılan mövzuda ərizə forması tapa bilmədim. Sizdən xahiş edirəm belə müraciət ilə əlaqdəar ərizə yazılmasına istiqamət verəsiniz. Təşəkkür edirəm.

Salam.

Bunun üçün aidiyyəti qanunvericiliklə tanış olmalısınız, o cümlədən Mülki Prosessual və Mülki Məcəllələrlə.

Bütün digər xidmətlər ödənişlidir.

Xahiş edirik nəzərə alasınız.

2011-05-10

1244  Agamir (2011-05-10) Salam. belə bir sualla rastlaşmışıq. Cavabını tapa bilmirik. \"Vəkillik fəaliyyətinin müstəsna dairəsinə aid edilən hallar hansılardır?\" evvəlcədən təşəkkür edirik.

Salam.

Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 4-2-ci maddəsinə əsasən cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, mülki işlər üzrə kassasiya (əlavə kassasiya) şikayəti və ya məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə vermiş şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-10

1245  Xəyalə (10-05-2011) Hörmətli De Jure, A.R. Əmək Məcəlləsinin 114.6 (Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir) maddəsi əməkdaşların məzuniyyət və əmək haqqlarını hesablayarkən sual doğurur Sualımı konkret misal üzərində izah etmək istəyirəm. Məsələn: A işçi iyun ayında tam işləyir və bayram günlərini qeyri-iş günü kimi keçirir.Bu hal onun əmək haqqısında təsir etmir. B işçi isə 14-30 iyun tarixlərində məzuniyyətdə olur və 2 qeyri-iş gününü 1,2 iyul tarixlərində bayram günlərinin əvəzi olaraq istifadə edir. Lakin B işçi digər əməkdaşlar kimi 2 qeyri-iş günü hüququndan istifadə etdikdə ona qanuna uyğun olaraq məzuniyyət haqqı ödənilmir. Sözügedən qeyri-iş günləri əməkdaşın öz hesabına olur,yəni həmin günlərə görə əməkdaşa heç əmək haqqı da ödənilmir. Sual: Misalda göstərilmiş əlavə iki gün iyul ayında əməkdaşın orta aylıq əmək haqqına təsir edəcəkmi? Bu günlər üçün əmək/h-nın ödənməsi qanuna ziddirmi? Təşəkkür edirəm

Salam.

Özünüz qeyd etdiyiniz kimi Əmək Məcəlləsinin 114.6-cı maddəsinə əsasən əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Bu müddəa özü izah edir. 

Yəni məzuniyyətin təqvim günlərinə daxil edilmir, misal üçün işçiyə 21 gün məzuniyyət verdikdə və bu müddət ərzində 2 bayram günü düşdükdə ümumi 23 gün məzuniyyət təqdim edilməlidir (bayram günləri daxil edilmir). Belə ki, burda heç bir ziddiyyət yoxdur, sadəcə yanaşma fərqli idi.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

1246  Seymur (10-05-2011) Salam mən qardaşımla eyni unvanda yaşayırıq qardaşım öz maşınını mənə sürmək üçün etibarnamə verdikdə mən onu qeydiyyata saldırmalıyam? texpasportdakı ünvan men qeydiyatda olduğum ünvandır.

Salam.

Bu suala Məsləhətxananın 986-cı maddəsində cavablandırmışıq. Bəli qeydiyyatdan keçirilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 154.1maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə

—       fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-05-11

1247  Kerim (11-05-2011) Salam, ahilliga gore muavinetin meblegi ne qeder nezerde tutulub?

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmana uyğun olaraq yaşa görə müavinət - 50 manat təşkil edir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-12

1248  Ceyhun (11-05-2011) Salam. Məni gecə vaxtı və növbəli iş rejimində işləyən işçilərin əməyinin ödənilməsi qaydaları barədə sənədlər maraqlandırır. Zəhmət olmasa bu barədə olan sənədlərə məni istiqamətləndirəsiniz.

Salam.

Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin Qərarını rəhbər tutun.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-12

1249  Agamir (11-05-2011) Salam. bilmək istəyirəm Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına neçə dəfə dəyişiklik edilib?

Salam.

Aşağıdakıları nəzərə alın:

1. 21 iyun 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı («Azərbaycan» qəzeti 22 iyun 2002-ci il, № 140); Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 avqust 2002-ci il tarixli 99/372 nömrəli Qərarı («Azərbaycan» qəzeti 19 iyun 2002-ci il, № 216)

2. 1 avqust 2003-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı («Azərbaycan» qəzeti, 03 avqust 2002-ci il, № 176 Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin Məlumatı  3/2003)

3. 21 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı («Azərbaycan» qəzeti, 22 oktyabr 2002-ci il, № 245 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı  1/2006)

4. 13 dekabr 2005-ci il tarixli 7-IIIKQD nömrəli Azərbaycan Respublikası Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti  15 dekabr 2005-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1078)

5. 24 dekabr 2008-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı («Azərbaycan» qəzeti 25 dekabr 2008-ci il, № 288); 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı (“Azərbaycan” qəzeti  31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 03, maddə 158,)

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-12

1250  Nərminə (15-05-2011) salam. televiziya vasitesiile elan edilmishdir ki sovet dovrunde ali mektebleri bitirenler-magistr adini dashiyirlar...ishe qebul zamani muvafiq bolmede magistr yazmaga ixtiyarim varmi...1986 ci ilde Baki Dovlet Universitetini bitirmishem evvelcedem oz minnetdarligimi bildirirem..

Salam.

Təhsil haqqında Qanunun 1.0.35-ci  magistr - magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsidir. Müvafiq ali təhsil pilləsini əldə etmiş şəxslər aiodiyyəti üzrə fəaliyyət göstərə bilərlər. Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir.

Həmin Qanunun 22.4-cü maddəsinə əsasən isə magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir.

Qanun qüvvəyə minənədək ali məktəbdə 5 il (əyani) oxuyan şəxslər mütəxəssis dərəcəsini alırdılar və öx təhsilini aspiranturda (hazırda doktoranturada) davam etdirə bilərdilər. Buna görə görə də mütəxəssis dərəcəsini alanlar magistr dərəcəsinə bərabərdir (məhz, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüquqları olduğu üçün).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-16

1251  Nərminə (15-05-2011) salam... ailede uc neferik-yodashim men ve oglum-telebedir...yoldashim ishlemir...evvel ailede her adam bashina minimum emek haqqindan az pul dushurduse aile elave pul alirdi..bilmek isterdim indi bu qanun quvvededirmi ve hansi shertlerle...cavabiniz ucun evvelceden minnetdaram..

Salam.

Bununla bağlı Məşğulluq haqqında Qanunla tanış olmağlınız məsləhətdir. Əgər şəxs işsizdirsə, o müvafiq məşğulluq idarəsinə müraciət etməlidir və iş ilə təmin olunmasa təsdiq olunmuş təqaüdün minimum məbləği onun üçün müəyyən olunmalıdır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-16

1252  Bahruz (2011-05-15) Salam. 22 yanvar 1993-cü il Mülki,ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında (Minsk) Konvensiyasını necə əldə edə bilərəm? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Milli Məclisin Qərarı ilə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında» 1993-cü il yanvarın 22-də Minsk şəhərində bağladığı Konvensiyaya qoşulmuşdur. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-16

1253  Xəzər (16-05-2011) Salam. Zəhmət olmasa deyin: 1. əqd və müqavilənin nə fərqi var, 2. zərər və ziyanın nə fərqi var?

Salam.

Sual - 1236.

Sizin sualınıza qismən cavab verilmişdir (Əqd və müqavilə barədə). Ziyan və zərər oxşar anlayışlardır. Və çox vaxt onları fərqləndirmirlər. Lakın əslində nəzəri baxımdan bir az fərq var. Belə ki, ziyanın nəticəsində zərər yaranır (maddi və ya mənəvi). Misal üçün bir şəxs o biri şəxsin nəqliyyat vasitəsinə ziyan vurdu (əzdi və s.) və bunun nəticəsində ikinci şəxsin ziyanın nəticəsində dəymiş zərərin əvəzini tələb etmək hüququ var.

Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-05-16

1254  Anar (16-05-2011) Salam,əvvəlcədən edəcəyiniz köməyə görə sizə minnətdarliğımı bildirirəm.Zəhmət olmasa açıqlayardınız :Mən özümə məxsus ford markalı yük avtomobilimlə hərəkət etdiyim zamançmənim solumda hərəkət edən toyota markalı yük avtomobili qəflətən manevr ederek sağa dönmə əməlıyyatı yerinə yetirmış və nəticədə mənim avtomobilim sol tərəfdən əzilərək maddi ziyana məruz qalmışam.Qəzanı törədən avtomobilin sürücüsü dərhal hadisə yerini tərk etmiş və sonda təkidlərimiz sayəsində polis əməkdaşları tərəfindən hadısə yerinə cəlb edilmişdir.Bilmək istədiyim odurki,hadisə yerindən yayınmış avtomobili sonradan hadisə yerinə gətirərək necə sxem cəkib protokol tərtib etmək olar,Birdə zərərçəkən mən olduğum halda mənım avtomobilim nə qədər müddətdə cərimə meydançasinda qalmalı,heç bir qayda pozuntusuna yol vermediyim halda mənim avtomobilimi meydançadan çıxarmama görə hansısa qanunvericiliyə uyğun olaraq cərimə ödəməliyəmmi və nə qədər?

Salam.

İlk öncə səlahiyyətli şəxs (polis əməkdaşı) tərəfindən tərtib edildiyi protokol ilə tanış olmaq lazımdır və hansı pozuntuya görə sizi məsuliyyətə cəlb olunmasını müəyyən etmək lazımdır. Əgər həmin şəxs sui-istifadəyə yol veribsə onun hərəkətlərindən şikayət etmək olar. Eyni zamanda həmin protokoldan və onun əsasında qəbul olunmuş qərardan məhkəməyə şikayət edə bilərsiniz. Əgər nəqliyyat vasitəsini  cərimə medyançasına aparılıbsa bunun üçün vacib səbəblər olmalıdır. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik! 

 2011-05-17

1255  Niki (18-05-2011) Salam! Dövlət satınalmalar haqqında müqavilə nümunəsinə əlavələr etmək olar yoxsa dövlət tərəfindən təsdiq edimiş müqavilə forması olduğu üçün əlavələrin edilməsi qeyri mümkündür?

Salam.

Həmin müqaviləsi ona görə də təsdiq olunub ki, aidiyyəti qurumlar bu formadan dəyişikliksiz istifadə etsinlər (yoxsa sərbəst forma tətbiq olunardı). Lakın əgər həmin numunənin bəzi müddəalaırı tətbiq olunmursa, onda həmin müddaların qarşısında \"tətbiq olunmu sözləri əlavə oluna bilər\" (formanı və maddələrin sayını saxlamaq şərtilə). Misal üçün 16. Submüqavilələr hər zaman tətbiq olunmur və 10. Ehtiyat hissələri mövcud olmayanda və s.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-18

1256  Rəsul (18-05-2011) Salam! Hormetli hüquqşunaslar! Bu saytin oldugu ucun sizə təşşəkkür ediram! Bir sual ilə sizə müraciət etmək istərdim! Qonşu qanunsuz tikili edim! 1 otaqlini 2 otaqli mənzilə cevirib va zirzami əlavə edib! Bu zirzəminin qapısı bizim yataq otagın penceresine cixir! Ev yiyəsidə orani qanunsuz kirayə verdiyi ücün bizi narahat edir! Bu ozbaşnalıqı aradan qaldırmaq ücün hansı tədbirlər görülməlidir? Cavab görə cox sağolun! Hörmətlə Rəsul müəlləm!

Salam.

İlk öncə qanunsuz tikili olduğunu sübut etməlisiniz. Əgər bu fakt sübut olunsa onda həmin tikili sökülə bilər. Bununla bağlı yerli icra hakimiyyət və hüquqmühafizə orqanlarına müraciət etməyiniz məqsədəuyğundur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-19

1257  Reshadet (19-05-2011) Salam bagishlayin narahat edirem, amma bir sual meni cox dushundurur: Elektron biznesdə vergi olmalıdırmı? Eger olmalidirsa, verginin odenilmesi qaydalarini da qeyd etseniz memnun olardim... Onceden teshekkurler.

Salam.

Əgər gəlir əldə edirsinizsə onda mütləq vergi ödəməlisiniz. Gəlirinizin məbləğindən asılı olaraq verginin dərəcəsi də müəyyən olunur. Bunun üçün fərdi sahibkar (fiziki şəxs) və ya hüquqi şəxs qismində vergi orqanlarında qeydiyyatdan keçməlisiniz. Əgər gəlir ildə 90 000 manat məbləğindən azdırsa 4% sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınırsınız, əgər bu məbləğdən çoxdursa 18% ƏDV ödəyicisi kimi.

Gəlir bank hesabınıza (və ya nağd) daxil olarkən ondan ödəniş tapşırığı əsasında və ya birbaşa vergi orqanlarına ödəyirsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-19

1258  Kerim (19-05-2011) Salam, vesiyyet uzre mulke verese teyin etmek ucun senedi nece tertib etmek lazimdir?Bu barede melumat vermeyinizi xahis edirem.

Salam.

Bu cür suallar çox olduğu üçün ayrıca bölmə açılmışdır -  Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

 Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-19

1259  Yaqub (20-05-2011) salam. 1.sırf \"hüquq stajı\" verən vəzifələr hansılardır və ya onları necə müəyyən etmək olar?2. Ali hüquq təhsili tələb edən vəzifələrdə (ehtiyyac olduğu təqdirdə) qiyabi ali hüquq təhsilinin (ikinci təhsil) neçənci kursundan işləmək olar? öncədən təşəkkürlər.

Salam.

1. Hüquqşünas ixtisası üzrə vəzifələr kifayət qədər çoxdur və onların sadalanması əhəmiyyətsizdir (vəkilin köməkçisi, müstəntiq, prokurorun köməkçisi, hüquq məsləhətçi, hüquq məsələlər üzrə ekspert, hüquqçu və s.). Bu elə vəzifələrdir ki, öz funsiyalarını yerinə yetirməsi üçün hüquqi təhsil tələb olunur. 

2. Bu artıq işəgötürənlə olan razılaşmadan asılıdır. Əgər həmin iş üzrə hüquq üzrə iş təcrübəsi və tam hüquqi təhsil tələb edilmir hansı kursda oxudumağınız əhəmiyyət kəsb etmir.

Bu qədər.

2011-05-21

1260  Yaqub (20-05-2011) salam. mövcud müvafiq qanunvericiliyə görə təqaüdçü baba öz nəvəsini valideyinlərinin razılığı ilə övladlığa (qəyyumluğ) götürə bilərmi?

Salam.

Öz valideynləri ola-ola baba tərəfdən övladlığa götürülməsi məsələsi təəccüb doğurur. Bunun üçün həmin uşağın valideynləri öz valideynlik hüquqlarından məhkəmə qaydasında məhrum edilməlidir (bu isə çox mürəkkəb məsələdir).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-21

1261  Vasif (20-05-2011) Salam.Mən universitetin son kursunda oxuyuram.Yerli hərbi komissarlığımızdan mənə çağırış gəldi.Hərbi komissiyadan keçdikdə həkim mənə sənin gözün zəifdir dedi və səni bu gözlə hərbi xidmətə göndərmək olmaz dedi.Lakin komissar təkrar bakıya göndərərək Göz Klinikasından keçməyimi bildirdi.Göz klinikasında isə mənim yararlı olduğumu bildirdilər. Hansının haqlı olduğumu bilməyim üçün xahiş edirəm ki, mənə köməklik edəsiniz. Hansı zəflik dərəcəsinin hərbi xidmətə yararsız olduğunu hansısa bir qaynaqdan öyrənə bilərəm? Əsgərlikdən qorxmuram amma gözlə də zaraaft olmaz.

Salam.

Əgər məsələni mübahisələndirmək istəyirsiniz Hərbi-həkim ekspertizası haqqında Əsasnamə ilə tanış olmalısınız (paraqraf 29). Daha sonra aidiyyəti üzrə şikayət edə bilərsiniz.

Bu qədər.

2011-05-21

1262  Sahrab (23-05-2011) Salam! Zəhmət olmasa deyin, hal-hazırda ölkəmizdə gözətçilər haqqında (mühafözə yox, qapıda duran və yaxud gecələr hər hansı obyekti qoruyan pensioner insanlar üçün)hər hansı normativ akt mövcuddurmu??? Təşəkkürlər.

Salam.

FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASInın (hissə 1) 46-cı paraqrafa diqqət yetirin 

46. GÖZƏTÇİ

İşin xüsusiyyəti.

2-ci dərəcə

Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir. Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət. Faktiki yüklənmiş yükün sənədlərlə tutuş-durulması, darvazanın açılıb bağlanması. Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi. Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması.

Bilməlidir: buraxılış rejiminə aid təlimat və əsasnamələri, müəssisə, idarə və təşkilatlara gediş-gəliş vəsiqələrinə, qiymətli materialları çıxarmaq üçün buraxılış vərəqələrinə imza çəkib icazə verən şəxslərin imza nümunəsini, daimi və müvəqqəti buraxılış vərəqələrinin nümunələrini, obyektlərin qorunma təlimatlarını və qaydasını, qorunan obyektlərin sərhədini, rəhbərliyin nümayəndəsinin və polis şöbəsi növbətçisinin telefon nömrələrini.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik! 

2011-05-25

1263  Kamran (23-05-2011) Salam! Dövlət Reyestr Xidmetinden mülkiyyətə qeydiyyatdan çıxarış verilməsi üçün 30 AZN, texniki pasporta görə 50 AZN dövlət rüsumu ödənilmişıdir. Sənədlər hazır olduqdan sonra, əlavə 32 AZN xidmət haqqı tələb olunur. Belə tələb qanunidirmi? Çox təşəkkür edirəm.

Salam.

Əgər bu ödəniş qanunvericiliklə nəzərdə tutulmayıbsa və əvəzinə sizə heç bir qəbz verilmirsə bu tələb qeyri-qanunidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-25

1264  Ceyhun (24-05-2011) Salam, Nəqliyyat vasitəsinə üzərində sərəncam və s. hərəkətləri həyata keçirməyə hüquq verən baş etibarnamə (30 illik) ilə həmin nəqliyyat vasitəsi necə özkəninkiləşdirilə (başqasının adına) bilər? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

Həmin etibarnamədə Sizə verilən bütün hüquqlar göstərilib. Əgər sizin başqa şəxsə satmaq hüququnuz göstərilibsə deməli bu hüquqdan faydalana bilərsiniz.  Əgər sizin yalnız idarə etmək hüququnuz göstərilibsə onda həmin nəqliyyat vasitəsinin özgəninkəlişdirməsi yalnız onun mülkiyyətçinin iştirakı ilə mümkündür.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

 Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-05-25

1265  Rehman (26-05-2011) Salam hormetli huquqsunaslar. Bele bir sualla Size muraciet etmek isteyirem. Konstitusiya Mehkemesine, butun instansiyalari kecdikden sonra, apellyasiya ve onunla bagli ali mehkemenin qerarindan sikayet vermek olarmi, yoxsa tekce kassasiya ve elave kassasiya sikayetlerinin neticesi uzre muraciet etmek lazimdir? Minnetdarliq edirem.

Salam.

Konstitusiya Məhkəməsi haqqında Qanunun 34.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinə şikayət bir qayda olaraq aşağıdakı hallarda verilə bilər:

  • məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində; 
  • ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində.

Həmçinin, Qanunun 34.5-ci maddəsinə əsasən hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-27

1266  Ceyhun (26-05-2011) Salam Dejure, 1.İctimai əsaslarla işləyən işçi barəsində əmək kitabçasında müvafiq qeydin aparılması nə dərəcədə qanunidir?2. Vaxtilə işçinin işdə müəyyən vəzifəyə qəbul edilməsi barədə əmri düzgün verilməyibsə və bu barədə qeyd artıq əmək kitabçasında aparılıbsa əmrdə və əmək kitabçasında düzəlişlər hansı yolla aparılmalıdır? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

1. Şəxs ictimai əsaslarla işləyirsə, belə başa süşülür ki, təmənnasız çalışır. Lakın əmək münasibətlərində vacib şərt əmək müqaviləsinin olmasıdır. Əmək müqaviləsində isə əsas şərtlərdən biri əmək haqqıdır (və bundan irəli gəlir müvafiq vergi və rüsumların ödənilməsi; DSMF və s.). Ona görə də qanuni deyil.

2. Əmək kitabçasında düzəlişlər İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.5-ci maddəsinə əsasən hayata keçirilir. Və həmin düzəlişləri edərkən işəgötürən tərəfindən aidiyyəti əmr ilə rəsmiləşdirilməsi məqsədəuyğundur (və həmin əmrindən çıxarış əmək kitabçasına əlavə olunmalıdır). Səhvlər aradan qaldırarkən və  düzəlişlər aparılarkən səhv yazının yanında \"qeyd edilən yazı etibarsız sayılır\" və düzgün yazı əlavə olunur (həmçinin yeni əmrin nömrəsi də yazılır).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-27

1267  Elmira (26-05-2011) Salam. Hovsanda 5 sot torpaqda 3 otaqli evim var.Senedleri:1. 99 illik etibarname (qen.doverennost).2. Ev sahibinin yaxinlarinin raziliqi haqqinda sened.3. Tex.pasport. (Amma duzu \'tex.pasport\' nece olur bilmirem, 1-ci defedi gorurem) Senedin evvelinde menim adim, daha sonra ise torpaqin ve evin yerleshdiyi yeri ve olculeri gosteren sxem var. Sened hem kend soveti, hem de belediyye terefinden imzalanib ve pecat vurulub. Senedin tarixi: 29.04.2011.4. 2008-den beri vergilerin odenilmesi haqqinda qebz.Indi suallarim beledir: Cixarish almaq ucun bu senedler kifayetdirmi? Daha hansi senedler lazim olacaq?Cixarish almaq ucun ne etmeliyem?Hara muraciet etmeliyem?Teshekkur edirem.

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8 və 10-cu maddələri ilə tanış olmalısınız. Ola bilsin daşınmaz əmlak hələ özəlləşdirilməyib, buna görə də öncə dövlət əmlak komitəsinə müraciət etməyiniz məqsədəuyğundur, daha sonra həmin sənədlərlə daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etməli olacaqsınız.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-27

1268  Mühasib (26-05-2011) Salam, sualım belədir. Doğuşdan sonra 3 il(36 ay) uşağa pul ödənir (18 ay 20 AZN, 18 ay 10 AZN). Əgər 26 ay sonra ikinci uşaq dünyaya gələrsə birinci uşağa verilən 10 AZN dayandırılırmı? Xahiş edirəm cavabın əsaslandığı məcəllənin maddəsini də göstərəsiniz.

Salam.

Sosial müavinətlər haqqında Qanunun 10.2-ci maddəsinə əsasən həmin Qanunun 7.0.12-ci, 9.1.4.1-ci, 9.1.4.2-ci, 9.1.6-cı, 9.1.7:ci və 9.1.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlər hər bir uşaq üçün təyin edilir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-27

1269  Mühasib (26-05-2011) Sual: Təmirlə əlaqədar yollarda müvəqqəti qoyulmuş sürəti məhdudlaşdıran işarənin təsir güvvəsi har kimidir? (Təmir yerindən sonra heç bir işarə qoyulmayıb və təmir olunan yol qurtardıqdan 8 km sonra sağa yol ayrılır)

Salam.

Mümkünsə doğru adınızı qeyd edin. Müraciəti mürəkkəbləşdirir.

Yol hərəkəti haqqında Qanunun 69.VII.5) maddəsinə əsasən  yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar.

Həmçinin Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının 3.7-ci bəndinə əsasən yolda təmir işləri aparılarkən hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri tədbirlər yerinə yetirilməlidir. Bu məqsədlə iş görüləcək sahədə qabaqcadan müvəqqəti yol işarələri, siqnal svetoforları, çəpərləmə, istiqamətləndirici qurğular quraşdırılmalıdır. Yolun hərəkət hissəsi müvəqqəti nişanlanmalı və zəruri hallarda təmir olunan sahədə dolama yol tikilməlidir.

Məsələ ilə bağlı yuxarı instansiyalara şikayət edə bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

1270  Kerim (27-05-2011) Salam, arvad erinden miras aparirmi? Yani,mulkiyyet payi apara bilermi?

Salam.

Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən arvad (ər) birinci növbəli qanun üzrə vərəsələrə aiddir. Bəli bilər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-27

1271  Gulya (27-05-2011) Salam, Sahelerarasi idareetme deyende ne nezerde tutulur? Bununla hansi orqan mesgul olur? Bununla bagli hansisa qanun varmi?

Salam.

İdarəetmə bir neçə fəaliyyət sahəni əhatə etdikdə sahələrarası idarəetmədir. Misal üçün bir çox fəaliyyət sahəsi var: təhsil, mədəniyyət, tibb, hərbi, istehsalat və s. Belə ki, ayrı ayrı qurumlara bir neçə fəaliyyət sahəsi üzrə idarəetmə həvalə edilə bilər. Qanunvericilikdə bu ifadənin dəqi anlayışı yoxdur.

2011-05-27

1272  Nigar (28-05-2011) Salam! Sualım beledir; Əgər müəssisədə ştat vahidi üzrə yer yoxdursa və həmin işçiyə ehtiyac yaranıbsa işəgötürən işçini işə qəbul edə bilərmi? Ştat vahidinin olması müəssisə üçün nə dərəcədə önəmlidir və hər hansı bir təlimatla tənzimlənirmi? Qeyd etmək lazımdır ki Əmək qanunvericiliyində bu haqqda geniş məlumat verilməmişdir.

Salam.

Müəssisənin Ştat cədvəli əgər özəl şirkətdirsə təsisçilər tərəfindən (adətən təsdiq olunur) və ya dövlət orqanıdırsa aidiyyəti yuxarı instaniyası ilə. Baxmayaraq ki, əmək qanunvericiliklə tam tənzimlənmir bu cədvəl önəmlidir və müəssənin rəhbəri bu cədvəli rəhbər tutmalıdır. Əgər əlavə ştat vahidin əlavə olunması zəruridirsə təsisçilərə və ya yuxarı dövlət orqanına müraciət etməyiniz məqsədəuyğundur. Planlaşdırılmamış xərclər sonradan problemlər yarada bilər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-29

1273  Yunus (28-05-2011) Salam! İki uşağını atmış ata uzun illərdən sonra məhkəmənin qərarı ilə iki uşaq üçün ayda 80 manat aliment ödəməyə məhkum edilmişdir. Aradan iki ay keçməsinə baxmayaraq alimenti ödəmir! Onu necə məcbu r etmək olar!

Salam.

Əgər işləyirsə onun iş yerinə icra vərəqəni göndərməklə məcbur etmək olar, həmçinin onun əmlakına yönəldmək olar. Ümumiyyətlə isə bu cür məsələr mürəkkəbdir. Və elə olur ki, bu cür şəxslərin rəsmi qazanc yeri olmur. Və bir müddət keçdikdən sonra həmin şəxsi valideynlik hüququndan məhrum etmək olar.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-29

1274  Vusal (31-05-2011) Salam. Xarici şirkətlərdə neçə faiz yerli işçi olmalıdır? Yəni balans necə olmalıdır? Bu barədə hansı qanunvericilikdə məlumat verilir? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Əmək Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

Konkret məhdudlaşdırma olmasa da belə, həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən dövlət, iş qüvvəsindən səmərəli istifadə olunmasını təmin etmək, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VIII hissəsinə müvafiq olaraq işsizliyin aradan qaldırılması məqsədi ilə vətəndaşların peşəkarlıq səviyyəsini, əmək vərdişlərini, çoxillik təcrübəsini nəzərə almaqla müvafiq ixtisaslar, sənətlər, peşələr üzrə ölkədə mövcud olan işçi qüvvəsindən istifadə olunmadan xariciölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu və miqrasiyasıməsələlərini tənzimləyir.

Bundan başqa 13.4-cü maddəsinə əsasən işəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, onlara qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazə verildikdən sonra işə cəlb edə bilərlər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-05-31

1275  Yunus (31-05-2011) Salam! 4 il altı ay əskərlik etmiş insan sonradan miestamiya xəstəliyinə düçar olub. Hal-hazırda xəstəliyə görə təqaüdə çıxır. Ona deyirlər ki sənin stajın yoxdur. Ona sosial pensiya təyin etmək istəyirlər. Onun hərbi xidmət müddəti ona staj hesab oluna bilərmi?

Salam.

Əgər hərbi qulluqçu olmusunuzsa Hərbi qulluqçuların statusu haqqında Qanun ilə tanış olmaq məqsədəuyğundur. Xüsusilə 13 və 15 maddələri ilə. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-03

1276  Ceyhun (01-06-2011) Salam, Komisyon haqları (vergisi) dedikdə nə başa düşülməlidir? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Adətən banklar tərəfindən tutulan agent-vasitəçilik haqlarıdır (müəyyən əməliyyatların həyata keçirilməsi üçün faiz və s.). Həmçinin komissiya müqaviləsi ilə nəzərdə tutulan haqq.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-03

1277  Vuqar (01-06-2011) Salam Hormetli \"Dejure\" huquq firmasinin emekdashlari. Menim Sovet vaxtinnan Emanet bankinda pulum ve bu pulun muqabilinde cek kitabcasi varimdi. Hemen kitabcani basqa ada kecirtmek ucun hansi procedurlari kecmek lazimdir??? Bu yalniz notarial qaydada olur yoxsa bankin ishtiraki vacibdir??? Əvvəlcədən təşəkkürümü bildirirem.

Salam.

Əvvala bildirmək istəyərdik ki, sovet vaxtından qalan bu pulların müqaəddaratı hələ də müəyyən deyil. Əgər həmin pul vəsaitini digər şəxsə bağışlamaq və yasatmaq istəyirsinizsə onda müqavilə bğlamaqla məsələni həll etmək olar. Müqavilə notariat qaydada təsdiqləndə məqsədəuyğundur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-03

1278  Zaur (02-06-2011) salam meni maraqlandiran bir sual var isterdim komek edesiniz. herbi qulluga cagiris vereqesinde- poveskada yazilan tarixde getmeyib bir nece gun sonra getsek buna herbi qanunvericilik imkan verir yoxsa cinayet isi acilir?

Salam.

Vaxtında getməyiniz məqsədəuyğundur. Hər bir halda ayın 20-dək vaxtınız var.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-03

1279  Faxraddin (03-06-2011) Salam De Jure! Bir məsələdə köməyinizə ehtiyacım var. Bilmək istiyirəm bir hüquqi şəxs bir ərazidən, bir şəhərdən başqa şəhərə köçür, ünvan dəyişir. Bu halda hüquqi şəxsi, firmanı yeni ünvanda qeydə almaq və ya ünvanını dəqiqləşdirmək üçün hansı hərəkətlər etmək lazımdır, hansı orqanlara, hansı sənədlərlə müaraciət etmək lazımdır? Əvvəlcədən minnetdarlığımı bildirirəm!

Salam.

Əgər kommersiya hüquqi şəxsdirsə vergi orqanlarına müraciət etməlisiniz.

Hansı sənədlərin təqdim olunması isə pullu xidmətlərimizə aid olduğundan məlumat verməyimiz mümkün olmayacaq.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-05

1280  Vasif (03-06-2011) SALAM MƏN BİLMƏK İSTƏYİRƏM MƏNİM MƏHKƏMƏ QƏRARI İLƏ 2 İL ŞƏRTİ İŞ ALDIĞIM ÜÇÜN HƏRBİ MXİDMƏTDƏN MÖHLƏT HÜQUQUM VAR. BU İL ALİ MƏKTƏBƏ SƏNƏD VERMƏK ÜCÜN SƏNƏD TOPLADİM LAKİN HƏBİ KOMİSARLIQ HƏRBİ XİDMƏTDƏN MÖHLƏT HÜQUQUN TƏSDİQ EDƏN SƏNƏDİ MƏNƏ MAY AYINDA VERMƏDİ SƏNƏD QƏBULU BİTDİKDƏN SONRA VERDİ KOMİSAR MƏNDƏN POLİS İDARƏSİNDƏN VƏ MƏHKƏMƏ İCRA QRUPUNDAN ONA SƏNƏD GƏTİRMƏMİ TƏLƏB ETDİ MƏHKƏMƏ İCRA QRUPU İSƏ BELƏ BİR SƏNƏDİ VERƏ BİLMƏRİK DEDİ KOMİSAR MAY AYİ BİTƏN KİMİ İYUN AYİNİN BİRİ GUN ORTADAN SONRA SAAT BEŞ TAMAMDA MƏNİM PRİPİSNOYUMU TƏSDİQLƏDİ ƏVVƏL TƏLƏB ETDİYİ SƏNƏDLƏR OLMADAN .ÜSTƏLİKDƏ BU QANUNSUZ SƏNƏD TƏLƏB ETMƏSİNİ MƏNƏ ƏLAVƏ BİR ARAYIŞ VERƏRƏK BURƏDƏ TƏSDİQLƏDİKİ HƏQİQƏTƏNDƏ MƏHKƏMƏ İCRA QRUPUNDAN LAZİMİ SƏNƏD GƏTİRMƏDİYİ ÜÇÜN HƏRBİ MÖHLƏT HÜQUQUNU TƏSDİQ EDƏN SƏNƏDİ BİLƏRƏKDƏN LƏNGİTMİŞİK. KOMİSARLIQDA MƏNİM İKİ İL SƏRTİ CƏZA ALMAQİM HAQDA MƏHKƏMƏ QƏRARI OLDUĞU HALDA ƏSASSIZ SƏNƏD TƏLƏB ETDİYİ ÜÇÜN MƏN KOMİSARLIĞI MƏHKƏMƏYƏ VERƏ BİLƏRƏMMİ?

Salam.

Bəli. Məsələ mübahisələndirilə bilər. Məhkəməyə müraciət edə bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-05

1281  Yunus (05-06-2011) Salam! Xahiş edirəm bu məsələni aydınlaşdırmaqda mənə kömək edəsiniz! Əgər hər hansı bir qadının ərə gedənə qədər 6 sot həəyətyanı torpaq sahəsi olubsa həmin torpaq sahəsini başqasına notariat qaydada verməsi üçün ondan başqasının da imzası tələb olunurmu?

Salam.

Öncə sübut olunmalıdır ki, həmin əmlak nikahdan əvvəl əldə olunub. Daha sonra müvafiq əməliyyatlar həyata keçirmək. Adətən şəxs evlidirsə onun həyat yoldaşının razılığı da tələb olunur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-06-05

1282  Natiq (06-06-2011) Salamlar. Kisi nigah baglayerken qadinin soyadini ozune goture bilermi? Tesekkurler.

Salam.

Bəli.

Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən  ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-06-07

1283  Hokume (07-06-2011) Men hamileyem.Ishde ixtisar aparilir. Menden bir vezife yuxarida olan ishchinin shtati baglanibsa ve onun emek muqavilesi legv oluna bilmezse onun yerleshdirilmesi uchun menim daha ashagi vezifeye kechirilmeyimin esasi varmi?

Salam.

Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır (maddə 79). Yerdəyişmə sizin razılığınızla həyata keçirməlidir və vəzifə maaşı saxlanılmalıdır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-06-07

 

1284  Eldəniz (11-06-2011) Salam. Aldığım evdə daha əvvəlki mülkiyyətçinin ailə üzvləri qeydiyyatda qalıblar. Özləri qeydiyyatdan çıxmağı gecikdirirlər, mən onları necə qeydiyyatdan çıxara bilərəm? Mümkünsə bütün variantları izah etməyinizi xahiş edirəm. Öncədən Təşəkkürlər!!!

Salam.

Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının bütün halları Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsində göstərilib. Sizin variantınızda gözləmək məqsədəuyğundur (1 və 2 ay) ola bilsin ki, əvvəlki mülkiyyətçi hələ də yeni yaşayış üzrə qeydiyyata alınmayıb. Əgər ağlabatan müddətdə qeydiyyatdan çıxmasa məhkəmə vasitəsilə çıxarda bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-13

1285  Kerim (11-06-2011) Salam, qanunvericilikde ovladliqdan mehrum etme maddesi nezerde tutulubmu?

Salam.

Valideynlik hüquqlarından məhrumetmə nəzərdə tutulub (Ailə Məcəlləsi maddə 64).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-06-13

1286  Eldəniz (11-06-2011) Salam. Əgər evdə qeydiyyatda olan keçmiş sakin notariat kontorunda razılıq ərizəsində evin \"satılmasına etiraz etmirəm\" yazıbsa bu evin satılıb, satıldıqdan sonra isə ipotekaya qoyulmasına əsas ola bilməz?

Salam.

Satıldıqdan sonra və həmin daşınmaz əmlaka mülkiyyət hüquqları dövlət qeydiyyatından keçdikdən sonra, həmin əmlakın müqəddaratı onun mülkiyyətçisindən asılıdır. İstəsə ipoteka qoyar, istəsə başqa əməliyyatlar keçirər (Mülki Məcəllə 152-ci maddə).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-13

1287  Seymur (11-06-2011) Salam mən Şəmkir rayon Məhkəməsinə 1 ay bundan qabaq İdda ərizəsi vermişəm bu günə kimi məhkəmədən bir xəbər yoxdur xahiş edirəm mənə deyerdiz məhkəmə mənim işimə baxmaq üçün nə edim?

Salam.

Həmin rayon məhkəməsinin dəftərxanası ilə əlaqə saxlayın (Şəmkir Rayon Məhkəməsi). Ola bilsin obyektiv səbəblər var (misal üçün, hakim məzuniyyətə çıxıb, iddia ərizəniz geri qaytarılıb və s.). Mülki Prosessual  Məcəlləsinin 172.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-13

1288  Ceyhun (13-06-2011) Salam. Əgər bir işçiyə digərinin məzuniyyətdə olduğu dövr üçün əvəzetmə həvalə olunarsa və məzuniyyət dövrü xəstəlik vərəqəsinə əsasən uzanarsa həvalə dövrü ə/h zamanı necə hesablanmalıdır?(xəstəlik dövrü həvalə dövrünə daxildirmi?)

Salam.

Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arsındakı fərq ödənilir.  Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Həmçinin həmin Məcəllənin 61-ci maddəsi nəzərə alınmalıdır. Əgər işçi üzrlü səbəbdən işə gəlmirsə müvafiq əmrlə müddəti uzadılmaqla siz həmin vəzifədə işləyə bilərsiniz. Əmək haqqının miqdarı yuxarıdakı maddələrdə göstərilib.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-13

1289  Ceyhun (14-06-2011) 1288-də göstərirsiniz ki, müvafiq əmrlə müddət uzadılmalıdır. məgər xəstəlik dövrü məzuniyyət müddəti daxilində olarsa məzuniyyət müddəti avtomatik olaraq xəstəlik vərəqəsindəki müddət qədər uzanmır? əlavə əmrə ehtiyac varmı?

Salam.

Sual - 1288.

Həmən müddət ərzində digər şəxsi də müvəqqəti təyin olunması da ola bilər (müəssisənin imkanlarından asılıdır). Müddətlər birləşdirilsə də xəstəlik üzrə və məzuniyyət üzrə hesablanma fərqlənir. Buna görə də ayrı-ayrı əmrlərlə həyata keçirməyə məqsədəuyğundur.

Bu qədər.

2011-06-14

1290  Ceyhun (14-06-2011) Salam Dejure, Nömrəli aktlar tərtib olunarkən yalnışlığa yol verilərək düzgün yazılmazsa yenisini yazmaq üçün hansı hərəkətlər həyata keçirilməlidir? Düzgün yazılmamış akt ləğv edilməlidirmi, ləğv edilməlidirsə necə? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əgər ardıcıllıq pozulubsa. Misal üçün 61,  62, 63. Və 62, 61 arasında hansı bir başqa əmr olmalı idi 61/1 nömrəsi qoymaq mümkündür. Amma çalşmaq lazımdır ki, bu üsullardan  o qədərdə istifadə etməyin. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-14

1291  Yaqub (14-06-2011) salam hörmətli de jure. 1.hansı ölkədə hansı prezident inpiçment yolu ilə vəzifədən uzaqlaşdırılıb?

Salam.

Misal üçün Litva Respublikasının Prezidenti Rolandas Paksas 2004-cü ildə impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılmışdır.

Daha sonra İndoneziya Respublikasının Prezidenti Abdurrahman ad-Daxil Vahid 1999-cu ildə impiçment nəticəsində vəzifəsindən azad olunmuşdur.

Bu qədər.

2011-06-15

1292  Sahrab (16-06-2011) Salam çox hörmətli Dejure. Xahiş edirəm köməklik göstərəsiniz, mən Rusiyada (orada da oxumuşam)2004-cü ildə sürücülük vəsiqəsi almışam, hal-hazırda 5 ildir ki, həmişəlik vətənə qayıtmışam. Deyilənə görə bu sürücülük vəsiqəsi ilə artıq burada avtomobilin idarəsinə icazə verilmir. Bu belədirmi və bu hansı normativ aktlarla tənzimlənir. Əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm.

Salam.

Yol hərəkəti haqqında Qanunun 34-cü maddəsinə əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamışsürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-06-16

1293  Oktay (16-06-2011) Salam hörmətli hüquqşünaslar.Mənim Abşeron rayon Digah qəsəbəsində 6 sot sahə daxilində 90 m2 ölçüdə evim var.Əlimdə olan sənədlər: Abşeron icra hakimiyyətinin fərdi ev tikintisinə icazə sərəncamı və arxivdən cixarış.Bilmək istərdim mənə evi və torpağı sənədləşdirməklə tam qanuni şəklə salmaq üçün daha hansi sənədləri topl amaqçhansı etaplardan keçmək və hansı rüsumları ödəmək lazımdır. Qabaqcadan təşəkkürümü bildirirəm.

Salam.

Bunun üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8 və 10-cu maddələrilə tanış olmalısınız. Daha sonra topladığınız sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməlisiniz.

Rüsumlar  Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsində göstərilib. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-17

1295  Emil (16-06-2011) добрый день.в прошлом я гражданин Азербайджана, ныне России. какой штраф должен заплатить пробыв в Азербайджане год без регистрации? есть ли разница в размере штрафов для бывших граждан Азербайджана (у которых здесь близкие родственники. у меня здесь мать и отец.)и других иностранцев? спасибо за сайт.

Салам.

В соответствии со ст. 330 КоАП Азербайджана если вы находитесь на территории Азербайджана незаконно и без регистрации наказывается штрафом от 300 до 400 манат. Для граждан некоторых стран (в соответствии с международными, двусторонними договорами) разрешается находится на территории Азербайджана 1 месяц без регистрации (в том числе и Россия). Но для того что бы находится на территории Азербайджана до 3 месяцев нужно зарегистрироваться органах внутренних дел по месту жительства, от 3 месяцев и выше слудует обращаться в миграционную службу.

И вам спасибо.

2011-06-17

1296  Xəzər (17-06-2011 ) Salam. Yol-nəqliyyat haidsəsi baş verib. Bu hadisənin baş verməsinə səbəb olan təqsirkar şəxs barəsində tərtib edilmiş inzaibati xəta protokollari və digər sənədlər baxilması ucun təqsirkar şəxsin qeydiyyatda olduğu yerin məhkəməsinə göndərilir. Bu qaydani, yəni işin Yol Patrul Xidməti və ya Polis idarəsi tərəfindən məhkəməyə göndərməli olması hansi qanunvericiliklə tənzimlənir. Əvvəlcədən minnətdaram.

Salam.

Bu pozuntu hansı maddə ilə tövsif olunmasından asılıdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 360.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 39-50-3, 52, 52-1.1, 53-4.1, 53-5, 60-63, 63-1, 68-1, 68-3, 68-4, 69, 72, 88-3, 90.3, 101, 101-1, 102.0.2, 102.0.3, 102.0.5, 106, 111, 119-1.2, 123-1, 131.2, 144, 150-5.1, 151.5, 152.4, 152-1.4, 152-2.2, 152-2.3, 153.6, 154.2, 154.3, 154.5, 155.4, 155.7, 169, 170, 173, 175, 180-189, 199-204, 205, 221.5, 223, 223-10, 224, 228-1, 229, 233, 237, 240-1.1, 240-1.2, 253-1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 258-260, 261.1, 278, 282, 284-287, 292, 293, 293-1, 296, 296-1, 299, 300, 301, 305, 307-1, 309-315, 315-1, 317.1, 323.1, 324-2, 324-3, 324-4, 324-5, 324-6, 326-1, 326-3, 326-4.1, 326-4.2, 326-5, 332, 333, 335, 336-1, 338, 346, 347, 348-1, 348-3 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 348-4, 348-5, 351 və 353.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-17

1297  Rehman (19-06-2011) Salam! Xahiş edirəm məsləhət verəsiniz. Şəxsi mülkiyyətdə olan 70 kv.m. kommersiya mağazasında aptek fəaliyyəti yaratmaq istəyirəm. Bilmək istəyirəm ki, xüsusi razılıq almaqdan ötrü nə qədər dövlət rüsum ödənilməli və daha hansı şərtlərə əməl olunmalıdır? Çox sağ olun.

Salam.

Əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən lisenziya (icazə) almalısınız. Dövlət rüsumu - 5500 manat təşkil edir.

Ətraflı məlumat Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Prezidentin Fərmanında əldə edə bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-22

1298  Ziyad (22-06-2011) Məhkəmə baxışı zamanı borclu vəfat etdiyi üçün MPM-ə əsasən icraat dayandırılmışdır. Bilmək istərdim ki, iddiaçı tərəfindən Borclu fiziki şəxsin hüquqi varisi hansı formada müəyyən edilməlidir. bunun üçün hansı quruma müraciət edilməlidir. Qeyd edim ki, varislər bu işi könüllü şəkildə icra etmək istəmirlər.

Salam.

Bunu məhkəmə müəyyən etməlidir. Bununla bağlı məhkəməyə müraciət etməlisiniz və Mülki Məcəllənin 1306-cı maddəyə istinad etməlisiniz (Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti).

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-23

1299  Vusal (23-06-2011) Salam xahis edirem cavablandirasiniz. Men qezet tesis etmisem reklam veren sirketlerle muqavile baglamaq lazimdi bunun ucun hansi muqavile formasindan istifade edilir. Bu barede mene etrafli komek etmeyinizi xahis edirem.

Salam.

Bu tərəflərin razılığından asılıdır. Misal üçün Reklam məhsulun təchizi, alğı-satqı müqaviləsi, reklam xidmətləri müqaviləsi bağlanıla bilər. Bu cür xidmətlər ödənişli olduğu üçün (müqavilənin tərtibi və s.) məsləxətxana vasitəsilə cavablandırılmır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-23

1300  Vusal (23-06-2011) salam men qazet tesis etmisem. İse goturduyum adamlara ayliq maasi kart vasitesile vermek isteyirem bunun ucun ne etmeliyem? xahis edirem mene komek edin.

Salam.

Bunun üçün xidmət göstərən bankınız və bank hesabınız  olmalıdır. Həmin banka müraciət etməlisiniz və kartın verilməsini xahiş etməlisiniz. Ümumilikdə isə  mühasib təyin etməyiniz məqsədəuyğundur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-23

1301  Sevinc (24-06-2011) salam. Men bilmek isteyirem görüm vətəndaş nigahı ne demkdi? men bu haqda geniş müelumatı hardan ala bilerem?

Salam.

Danışıqda bu heç yerdə qeydiyyata alınmayan bir nikahdır (amma luğətdə adətən müvafiq dövlət orqanında qeydiyyata alınan lakın dini qaydada rəsmiləşdirməyən nikahdır).

Sualınıza görə təşəkkür edirik.

 2011-06-27

1302  Sevinc (24-06-2011) Aile qurmamış qadin yeni nigahi olmayan qadin uşaq evinden övladlıqa uşaq götürü biler? Ya uşaq doğa biler?

Salam.

Uşaq doğmaq üşün heç bir məhduudiyyət yoxdur. Övladlığa götürmək üçün yerli icra hakimiyyəti orqanının qəyyumlaq və himayəçilik struktur bölməsinə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-06-27

1303  Seymur (26-06-2011) Salam məhkəmədə Hakim menim xeyrimə qerar qəbul eledi qərara görə Zərər verən şəxs mənə vurduğu zərəri 4 ay müddətinə ödəməlidir Zərər vuran şəxs bununla razılaşıb və imzalayıb.Əgər Zərər verən şəxs Məhkəməmim verdiyi qərarı saymayıb mənə vurduğu ziyanı ödəməkdən imtina eləsə onu nə gözləyir? və mən kimə müraciət etməliyəm?

Salam.

Əgər o öz öhdəliklərini yerinə yetirməsə onu əvvəlcə Inzibati Xətalar Məcəlləsinin 313-1-ci maddəsi ilə sonradan isə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-06-27

1304  Rasim (01-07-2011) Salam...Magistraturaya qebul olmus sexslerin sened qebulu iyulun 5-15-dekdir.Herbi cagirisda ise meni iyulun 2-ne yaziblar...Bilmek isterrimd ki,qanunda nece mueyyen olunub,mene senedleri Universitete vermeye mohlet verilir ya yox...Bir de,menim ayin necesine kimi komissarliga getmemek huququm var?

Salam.

Bunun üçün 

Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında  Azərbaycan Respublikasının Prezidentinin 26 may 2011-ci il tarixli 431 №-li Fərmanının 1-ci bəndi ilə tanış olmağınız məsləhətdir.

Belə ki:

1.  1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

Deməli, iyulun 30-dək vaxtınız var, amma hər bir halda komissarlığa vaxtında gəlməyiniz məqsədəuyğundur (vərəqdə göstərilən tarix).

Sualınıza görə təşəkkür edirik.

2011-07-02

1305  Vusal (02-07-2011) Salam hormetli huquqsunas xahis edirem cavablandirin: men bir nece sirketle oz qezetimde reklam yerlesdirmek ucun muqavile baglamaq isteyirem hemin muqavileni natarius tesdiq etmelidirmi?

Salam.

Mülki Məcəllədə hansı müqavilələr notariat qaydada təsdiq olunmalı müqavilələr göstərilib (adətən bu daşınmaz əmlak üzrə əqdlərdir). Bu müqavilə üçün notariat qaydada  təsdiqin məcburliyi göstərilməyib. Lakın onu da nəzərə alın ki, notariat qaydada təsdiq olunmuş müqavilələr icra vərəqəsi ilə eyni qüvvədədir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-04

1306  Vusal (02-07-2011) emek muqavileleri de natariat qaydasinda tesdiq edilmelidirmi? xahis edirem cavablandirin.

Salam.

Xeyr əmək müqavilələri üçün notariat qaydasında təsdiq tələb olunmur. İşəgötrən şirkətin imza və möhürü kifayətdir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-04

1307  Kerim (03-07-2011) Salam, vesiyyet uzre ovladlardan bir neferini mulke verese teyin etdikde,diger ovladlarin raziligi lazimdir?

Salam.

Xeyr. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir (Mülki Məcəllənin 1168-ci maddəsi)  və digər şəxslərin razılığı tələb olunmur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik! 

 2011-07-04

1308  Vusal (04-07-2011) Shexsin 7 ovladi olub. 1987-ci ilde emlakini 4 ovladina beraber suretde vesiyyet edib. Hemin shexs 1991-ci ilde vefat edib. Hemin emlakda diger 3 ovladin payi var? Ve yaxud hemin emlak erle-arvadin birge nikah dovrunde elde edilibse diger 3 ovladin payi var? Evvelceden teshekkurler.

Salam.

Bəli həmin övladların (vərəsələrin) həmin mirasda məcburi payı almaq hüququ var. Lakın vəsiyyət üzrə vərəsələr olduğu üçün həmin məcburi payın miqdarı azaldıla bilər. İş üzrə mübahisə varsa məhkəmə qaydasında həll olunmalıdır. Mülki Məcəllənin 10-cu bölməsi rəhbər tutulmalıdır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-07-07

1309  Kerim (05-07-2011) Salam, valideyn ovladlarindan her hansi birini mulkune vereselik huququndan(mecbui paydan)mehrum ede bilermi?

Salam.

Bəli. Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən bu mümkündür. Belə ki, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-07-07

1310  Ceyhun (06-07-2011) Salam Dejure, Hal-hazırda Azərbaycan Respublikasının vətəndaşlarına soyadlarının sonluqlarının və adların verilməsi hansı normativ sənədlə tənzimlənir? Soyadın sonluğunda “ov” və yaxud “ova” sonluğunu saxlamaq mümkündürmü? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bəli mümkündür. Ətraflı məlumat üçün “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı ilə və Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Qanun ilə tanış olmalısınız.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-07

1311  Rehman(06-07-2011) Salam! Bele bir sualla Sizi narahat edirem. Inzibati Iqtisadi Mehkemelerde iddia erizesi ile elaqedar hakim qanunvericiliye gore konkret hansi hallarda ve hansi meselenin helli ucun serencam qebul edir. Cox tesekkur edirem.

Salam.

Nunun üçün İnzibati Prosessual Məcəlləsinin 47.1, 49.1.4, 49.1.5 maddələrinə diqqət yetirməlisiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-07

1312  Eldəniz (06-07-2011) Salam. Qeydiyyatda olan sakini pasport qeydiyyat şöbəsi qeydiyyatdan çıxara bilərmi (məhkəməsiz)? Köməyinizə görə öncədən təşəkkür edirəm.

Salam.

Bunun üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə diqqət yetirməlisiniz. Əgər şəxs özü yaşayış yerini dəyişdirirsə o halda mümkün olar bilər. Əgər mübahisə varsa, onda məhkəməsiz bunu həll etmək mürəkkəbdir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-07

1313  Gulya (10-07-2011) salam, babamin 57 yasi var ve 30 dan cox is staji var, hal-hazirda islemir, ona teqaud dusurmu?

Salam.

Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-07-11

1315  Huseyn (11-07-2011) ZEHMET OLMASA MENE KOMEK EDESIZ BIR WEXS VAR GEDIB BIZDEN WIKAYET EDIRKI SIZ MENEN 8000 ABW DOLLARI GOTUMUSUZ HAL BU KI ELE WEY YOXDU QOHUMU MENNEN 15 IL EVVEL 19500 DOLLAR APARIB INDI MENE WER ATIRLAR ELDE HEC BIR SUBUT YOXDU AMA HAKIM SENI TUTULACAGINI SOYLEYIR INDI MEN NE EDIM KI MENI TEQSIRLENDIRILEN WEXS KIMI GORMESINLER CUNKI HEC BIR GUNAHIM YOXDU

Salam.

Əgər təqsiriniz yoxdursa sizi məsuliyyətə cəlb edə bilməzlər. Sübutlar yoxdursa narahat olmağa dəyməz. Əgər öz təqsirsizliyinə əminsiniz prokurorluğa müraciət edə bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-13

1316  Namik (12-07-2011) Salam hormetli Dejure kollektivi bele bir sualla narahat edirem sizleri.Mehkeme qetname çixarib müeyyen mebleğin önenilbesi barede (birdefelik),sonra hemin qetname deyişdirilib mahiyetce hemin mebleğdir sadece deyekçi \"A\" və \"B\" den 3 il birdefelik alınaraq sonra yetkinlik yaşına çatanadek her ay \"N\" mebleğ ödenilsin. Sadece olaraq sual doğuran meqam odur ki, bezileri (icracılar)\"A\" və \"B\" den tutulan mebleği müşderek, bezileri ise her birinden ayrıca başa düşür. Bele olan halda men ne etmeliyem? İcracilar son qerar qebul etmiş orqana (Apellasiya instansiyasina) açıqlama almaq üçün menden ərize aldilar. Cavabiniza göre teşekkürler.

Salam.

Sözün düzü sualınız məsələyə aydınlıq gətirmədi. Çalışın sualı daha dəqiqləşdirin və mümkünsə qanunvericilik normalarına əsaslanın.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-13

1317  Namik (12-07-2011) Birde bele bir sualim olacaq. Mehkeme qerarın icra etmediyine göre CM 306.1 maddesi ile ittiham olunan şexse borcunu ödemediyine göre mebleğin emlakına yönedilmesi üçün mehkemeye mülki qaydada müraciet ede bilerem mi?

Salam.

CM-nə əsasən məsuliyyətə cəlb etmə qeyd etdiyiniz məsələ ilə bağlı deyil. Əgər şəxsin sizə borcu varsa mülki məhkəmə icraatı qaydasında borcun ödənilməsini tələb edə bilərsiniz və iddianın təmini kimi tutmanı əmlaka yönəldə bilərsiniz. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-13

1318  Kerim (13-07-2011) Salam, valideyn hansi hallarda ovladini vereselik huququndan(mecburi paydan)mehrum ede biler?

Salam.

Mülki Məcəllənin 1137, 1139-cu maddələrinə nəzər yetirməyiniz məqsədəuyğundur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-13

1319  Namik (13-07-2011) 1316 ci suala dair deqiqleşdirim ki mülki iş üzre iki cavabdehden birdefelik olaraq 25 min tutulması qet edilir.(cavabdehlerden biri borcunu tam ödeyir, 2-ci borclu yarısını). Sonra mehz iddiaci terefinden kasasiya şikayeti verilir, şikayet qismen temin edilib yeniden apellasiya mehkemesine gonderilir, sonuncu qetname deyişdirilir ve hemin cavabdehlerden üç il nezere almaqla 4320 man birdefelik saonra ise uşağın yetkinlik yaşına çatana dek her ay 120 man verilmesi qet edilir. Cavabdehlerden biri evvelki qetnameye gore qismen ödediyi mebleği qeri teleb ede biler? Bele olan halda icra nece heyata keçirilir

Salam.

Maraqlı işdir, amma görünür ki, iş materialları ilə tanış olmayınca bununla bağlı birmənalı cavab vermək mürəkkəbdir. Hər bir halda mübahisəli məsələdir və məhkəmə tərəfindən həll edilməlidir. 

Sualınıza görə təşəkkür edirik.

2011-07-14

1320  Fidan (13-07-2011) salam. Yeqinki meni xatirlayarsiniz.yene o movzuda size muraciet etmek isterdim.bizde gelin cixib gedende hamile idi. Sonra usaq olanda qardasima xeber verilmemisdi hardasa 10 gunden sonra bildik ki usaq olub biz onlari mehkemeye vere bilerikki usaq olanda atasina xeber etmiyibler.

Salam.

Məhkəmədə hansı tələbi qoymağınız ortaya çıxacaq. Misal üçün məhkəməyə iddia verdiniz, daha sonra cavabdehdən hansı hərəkətləri etməyə və ya etməməyə tələb edəcəksiniz.

Sualınıza görə təşəkkür edirik!

2011-07-14

1321  Fidan (13-07-2011) birde sualim odur ki qizin ailesinde ter atasi isleyir. evdede anasi, atasi? qiz ozu? bacisi ve qardasi var birde usaqda ama bizim ailede anam ve qardasim dovlet isinde mense yeni baci ozelde isdiyirem biz usaqi saxlamaq ucun yeni madiyyat cehetden mehkeme vasitesi ile bu usulla ala bilerik

Salam.

Əgər uşağın saxlanmasından söhbət gedirsə, bildirməliyik ki, uşaq çox vaxt (məhkəmə qətnaməsi ilə) ana ilə birlikdə qalır (qanunda istisnaları nəzərə almaqla).

Sualınıza görə təşəkkür edirik!

2011-07-14

1322  Ayaz (14-07-2011) Salam. Menim masinimi vurulmasi neticesinde 5 min manat mebleqinde ziyana dusmusem. Inzabiti mehkemede hemin ise baxilib ve zerervuranin teqsiri subuta yetirilib. Teqsirkar sexs masini bas etibarname ile idare edib. Indi ise hemin sexs vurduqu ziyani odemediyine gore dusduyum zererin evezinin odenilmesi ucun mulki iddia qaldiraraq mehkemeye muraciet etmek isteyirem. Lakin teqsirkarin adina hec bir emlak ve diger gelir menbeyi de yoxdur. Sualim bundan ibaretdir: 1. Mehkeme ziyanin odenilmesi haqqinda qerar cixardiqda teqsirkarin veziyyeti nezere alinaraq ziyan nece odenilecek? 2. Masin mulkiyyetinde olan sexs, yeni bas etibarname verenin gosterilen halda her hansi mesuliyyeti varmi, yeni ziyanin odenilmesi barede telebi etibarname verene de qarsi yoneltmeliyemmi?

Salam.

Avtomobilin mülkiyyətçisini də işə ikinci cavabdeh kimi cəlb edə bilərsiniz. Əgər şəxsin heç bir əlakı yoxdur və məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırsa onu əvvəlcə inzibati, daha sonra cinayət məsuliyyətinə cəlb edə bilərlər.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

 2011-07-14

1323  Emil (15-07-2011) Salam. Fiziki şəxslər tərəfindən müşayiət olunan baqajda və əl yükündə keçirilən malların, Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyi ilə həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdarı və dəyəri nə gədərdir?

Salam.

Bunun üçün Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimat ilə tanış olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2011-07-17

1324  Seymur (19-07-2011) Salam bilьək isdəyirəmki mənə dəymiş 240 manat ziyanın əvəzinin ödənilməsi üçün verilən iddia ərizəsinə nə qədər dövlət rüsumu ödəməliyəm?

Salam.

Dövlət rüsumu haqqında qanunun 8.2.1-ci maddəsinə əsasən iddia qiyməti 110 manatdan çox olduqda dövlət rüsumu 20 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2011-07-20

1325  seymur (22-07-2011) salam Azərbaycan vətandaşı Bakıdan hal-hazırda Rusiyada yaşayan Rusiya vətəndaşını öz mobil telefonu ilə hədələyərək və sosiaı şəbəkələrdə onun şəkillərini fotoshopda montaj ederek qoymaqla onu şantaj edir. Rusiya vətəndaşı nece onu Bakida polise ve ya huquq orqanlarina şikayet ede biler? (şəkillər və smslər subut kimi saxlanılıb). TƏŞƏKKÜR

Salam.

Yalnız həmin şəxsin yaşadığı ölkə üzrə məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. Həmin sosial şəbəkələrin idarə edən şəxlərə müraciət etməyiniz daha məqsədəuyğun olardı.

Sualınıza görə təəkkr edirik.

2011-07-23

1326  Sahrab (22-07-2011) Salam. Xahiş edirəm deyin, əgər mən Sovet dönəmində Russiyanın Şimalda 10 il işləmişəm (Крайний Север, Приравненые к нему, hələ pensiyaya çıxmamışam....Bunun pensiyaya dəxli olacaqmı??? Təşəkkürlər.....

Salam.

\"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı\"nın təsdiq edilməsi barədə Qərar ilə tanış olmağınız məqsədəuyğundur.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-23

1327  Emil (24-07-2011) Salam. Fiziki şəxslər tərəfindən müşayiət olunan baqajda və əl yükündə keçirilən malların, Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyi ilə həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdarı və dəyəri nə gədərdir?

Salam.

Bu suala Məsləhətxananın 1323-ci sualında cavablandırmışıq.

Bu qədər.

2011-07-26

1328  Rehman (26-07-2011) Hörmətli hüquqşünasları salamlayıram. Xahiş edirəm ki, aşağıdakı suala Konstitusiya Məhkəməsinə müraciətdə təcrübəsi olan vəkillər münasibət bildirsinlər. Konstitusiyanın müvafiq maddələri ilə əsaslandırılaraq, Konstitusiya Məhkəməsinə Ali Məhkəmənin qərarlarından şikayət edilmişdir. Konstitusiya Məhkəməsi şikayətdə göstərilən dəlillərin işin faktiki halları ilə bağlı olduğunu əsas gətirərək, şikayət ərizəsini icraata qəbul etməmişdir. Məlumdur ki, onsuz da Ali Məhkəmənin MK-ı işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Şikayətin predmeti işin faktiki hallarının yoxlanılması deyil, Ali Məhkəmənin MK-ı tərəfindən prosessual hüquq normalarının kobud surətdə pozulması faktı olmuşdur. Belə olduğu halda, vətəndaş Konstitusiya Məhkəməsinə müraciət edərkən, hansı halları əsas götürməlidir ki, belə səmərəsiz hüquqi münasibətlə üzləşməsin? Təşəkkür edirəm.

Salam.

Konsyitusiya Məhkəməsinə müraciət edərkən bir çox məsələlər nəzərə alımalıdır. Belə ki, Konstitusiya Məhkəməsi haqqında Qanunun 34.4.1-ci maddəsinə uyğun olaraq məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi; şikayət axırıncı instansiya məhkəməsinin qərarının qüvvəyə mindiyi andan 6 ay müddətində   verilməsi.

Daha sonra Konstitusiyasının 71, 130-cu maddəsinin V hissəsinə və Konstitusiya Məhkəməsi haqqında Qanunun 31-ci və 34-cü maddələrinə, həmçinin həmin Qanunun 60, 66.4, maddələrinə diqqət yetirməlidir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-27

1329  Narmina (26-07-2011) salam, yasli ana gizi ile iki otagli menzilde yasayir. Menzil gizin adindadir. Yola getmedikleri ucun ana menzili bolmek isteyir. Kupcani, isiq su qaz saygaclarini. Xais edirem etrafli bir melumat vererdiz neden baslayib ve ne etmelidir yasli gadin. Cox guman ki ev sahibi yani gizi buna razi olmayacaq. Lakin basga cixis yolu yoxdur. Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Əgər tərəflər razılığa gələ bilməsələr hər bir halda məsələ məhkəmə tərəfindən həll olunmalıdır. Əgər daşınmaz əmlakın naturda bölünməsi mümkün olmasa, həmin əmlak hərrac yolu ilə satılmaqla əldə edilən məbləğ tərəflər arasında bölünəcək (apylara mütanasib). Əgər mülkiyyətçi bir nəfərdirsə o, digər şəxsə kompensasiya verməklə onun payın ala bilər (həmin yaşayış sahəsindən istifadə hüququ varsa). 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-27

1330  Ceyhun (28-07-2011) Salam Dejure, İş yerində ştatdan kənar işçilərlə hansı müqavilə bağlanmalıdır? Mümkünsə müqavilənin nümunəvi formasını əlavə edin. Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

Bu işəgötürənin mülahizəsindən asılıdır. Həm podrat müqaviləsi ola bilər, həm xidmətlərin göstərilməsi üzrə müqavilə ola bilər (görülən işlərdən asılıdır). Həmçinin vergini ödəmək öhdəliyi kimin üzrinə qoyulması da vacibdir (əgər fərdi sahibkar ilə bağlanırsa onda fərqli olur).

Müqavilə nüsxəsi ödənişli xidmmətlərə aiddir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-07-28

1331  NArmina (28-07-2011) salam dejure, 1992-94 cu illerde ailenin tek evladi -oglanlar (eger baci ve qardasi yoxdursa)herbi xidmetden azad olurdular.bilmek isterdim bu qanun hal hazirda quvvededirmi?ve ya buna oxsar bir istisna hallari varmi?evvelceden minnetdarligimi bildirirem

Salam.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun IV-cü fəslinə əsasən (MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞA MÖHLƏT VERİLMƏSİ VƏ ÇAĞIRIŞDAN AZADETMƏ):

Maddə 16. Çağırışa möhlət verilməsi

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir.

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. Həmin məsələdə komissiya yalnız bu Qanunu rəhbər tutur.

Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə çağırılmalıdırlar.

Maddə 17. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi

Ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

1) birinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda;

(Çıxarılıb)

2) hərbi xidmətə çağırılanadək doğulmuş üç və daha çox uşağı olan, yaxud birinci və qrup əlil olan arvad;

3) səkkiz yaşınadək üç və ya daha çox uşağı olan ana;

4) 18 yaşınadək və yaxud yaşları 18-dən yuxarı, lakin birinci və qrup əlil olan qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa şəxslər olmadıqda.

Çağırışçılara ailə vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.

Maddə 18. Səhhətə görə çağırışa möhlət verilməsi

Tibbi müayinə zamanı həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə çağırışdan səhhətə görə möhlət verilir.

Səhhətə görə çağırışdan möhlət üç il müddətinədək, hər dəfə bir ildən artıq olmamaq şərti ilə verilə bilər. Üç ildən sonra, səhhətinin vəziyyətindən asılı olaraq, möhlət almış çağırışçılar ya həqiqi hərbi xidmətə çağırılırlar, ya da hərbi xidmətə tam yararsız hesab olunaraq hərbi uçotdan çıxarılırlar, yaxud da 35 yaşına çatana qədər müntəzəm ardıcıllıqla təkrarən tibbi müayinədən keçərək ehtiyata keçirilirlər. Bu yaşa çatmamış ehtiyatda olan şəxslər, təkrar ciddi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunarlarsa, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar.

Maddə 19. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi

Ümumtəhsil məktəblərini bitirdikdən sonra mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir.

a) orta ümumtəhsil məktəblərində əyani və ya axşam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

b) peşə təhsili müəssilərində təhsil alan, bu məktəblərədaxil olana qədər orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

v) orta ixtisas məktəblərində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

q) dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrinin əyani formada ali təhsilin birinci - bakalavr (ali tibbi təhsil üçün, o cümlədən internatura) pilləsində təhsil alan tələbələrinə və xarici ölkələrdə əyani formada ali təhsil alan tələbələrə — təhsilini bitirənədək. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar;

(çıxarılıb)

Təhsilini davam etdirmək üçün çağırışdan möhlət almış, həmçinin müxtəlif səbəblərə görə qanunvericiliklə müəyyən edilmiş müddətdə həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək həqiqi hərbi xidmətə çağırılırlar.

Maddə 20. Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq çağırışa möhlət verilməsi

Xalq deputatları sırasından çağırışçıların deputatlıq səlahiyyəti dövründə deputatlıq fəaliyyəti ilə əlaqədar çağırışına möhlət verilir.

Maddə 21. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə və müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar

Dinc dövrdə aşağıdakı çağırışçılar sırasından vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

a) elmlər namizədi, elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

b) səhhətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

v) alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməyə göndərilmiş çağırışçılar;

q) 35 yaşı tamam olanadək müxtəlif səbəblər üzündən müddətli həqiqi hərbi və ya alternativ xidmət keçməmiş çağırışçılar;

ğ) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar;

d) Azərbaycan Respublikasında (habelə keçmiş SSRİ-də) həqiqi hərbi xidmət keçmiş vətəndaşlar.

e) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).

Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:

a) ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşlar;

b) əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;

v) barəsində olan cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar.

1332  Narmina (28-07-2011) salam. Esitdiyimize gore magistraturaya daxil olanlara(azerbaycanda ve ya xarici olkede) herbi xidmetden mohlet verilir. Bu qanun quvvededirmi? ve ne vaxtdan?

Salam.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 19-cu maddəsinə əsasən 

Ümumtəhsil məktəblərini bitirdikdən sonra mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir.

a) orta ümumtəhsil məktəblərində əyani və ya axşam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

b) peşə təhsili müəssilərində təhsil alan, bu məktəblərədaxil olana qədər orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

v) orta ixtisas məktəblərində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

q) dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrinin əyani formada ali təhsilin birinci - bakalavr (ali tibbi təhsil üçün, o cümlədən internatura) pilləsində təhsil alan tələbələrinə və xarici ölkələrdə əyani formada ali təhsil alan tələbələrə — təhsilini bitirənədək. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar;

Təhsilini davam etdirmək üçün çağırışdan möhlət almış, həmçinin müxtəlif səbəblərə görə qanunvericiliklə müəyyən edilmiş müddətdə həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək həqiqi hərbi xidmətə çağırılırlar.

Yani yalnız bakalavr pilləsi üçün nəzərdə tutulub.

1333  Rehman (30-07-2011) Salam! 1328-ci sualla bağlı cavabınıza görə çox təşəkkür edirəm. Təkcə mənim üçün qaranlıq qalan Konstitusiya Məhkəməsi haqqında qanunun 71-ci maddəsinin digər göstərdiyiniz maddələrlə əlaqəsi oldu. Bu başqa maddənin əvəzinə texniki səhv olaraq göstərilə bilərdimi? Təşəkkür edirəm.

Salam.

Bəli texniki səhvdir. Konstitusiyanın 71-ci maddəsi kimi qiymətləndirin.

Sualınıza görə təşəkkür edirik.

2011-08-01

1334  Emin (03-08-2011) Salam. menim islediyim muessisede ele olub ki, biz hardasa 3 ay fasilesiz olaraq 10 saatliq is rejiminde islemisik. lakin emek haqqi hesablananda ayliq nora saatlardan artiq islenmis saatlarin pulu adi qaydada odenilmis (halbuki əlavə saatlar ikiqat odenilmelidir) və is qurtarandan sonra bizi odenishsiz evezgune gonderibler. Hemde evezgunleri teqvim gunu ile deyil, is gunu ile hesablayirlar. Bu cur hesabla 3 ay fasilesiz ise 4 aydan cox evezgunde olmusuq. Sonradan bu cur haqsizliga etiraz edenlerin coxlugunu gorub guya evezgunlerin odenileceyini dediler. Burda yeniden saxtakarliga yol verdiler. Meselen 2010-cu il ucun hesablanmis evezgunlerden istifade etdiyimiz evezgunleri cixandan sonra yerde qalan evezgunlerin odenileceyini dediler.Hesablananda melum oldu ki.bu cur hesabatla hec kime odenis dushmur.Halbuki islediyimiz artiq saatlarin pulu adi qaydada odenilib ve elave saatlara gore bizi odenishsiz evezgune gonderibler. Xahis edirem bize huquqi yardim edesiniz ne derecede dogrudur bu.

Salam.

Hesab edirik ki, çoxlu sayda hüquq pozuntular baş vermişdir. Bununla bağlı Əmək Müfəttişiliyinə müraciət etməyiniz məqsədəuyğundur. 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-08-03

1335  Kamran (04-08-2011) Salam! Məhkəmə fərdi mənzil tikintisi üçün bələdiyyənin ayırdığı torpaq üzərində mülkiyyət hüququnun tanınması ilə əlaqədar qətnamə qəbul etmişdir. Torpaq şöbəsi, məhkəmə qətnaməsinə verilən icra vərəqindən sonra rayon XDS-nin keçmiş qərarı əsasında digər vətəndaşın adına Şəhadətnamə hazırlayaraq, qətnaməni icra etməyəcəyini bildirir. Şəhadətnamə dövlət qeydiyyatından keçməmiş və məhkəmə baxışında da təqdim olunmamışdır. Belə olan halda hansı qərar hüquqi cəhətdən daha üstündür? Təşəkkür edirəm.

Salam.

Məhkəmə qətnaməsi üstündür. Əgər dövlət qurumun əlavə sübutları varsa və məhkəmənin qətnaməsi ilə razı deyilsə müvafiq qaydada şikayət edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-08-04

1336  Rovshan (04-08-2011) Salam.Mən Xətai rayonunda 1970-ci ildən yaşayıram.2005-ci ildə mənim hasarıma bitişik olan mənzilə Yaqubov N. adlı qonşu gəldi. Bu yaxınlarda həmin qonşu özbaşına olaraq hasarımı və əl damımın arxasını yarıya qədər sökmüşdür. Hal-hazırda hasarımı və əl damımın arxa hissəsini özbaşına sökən Yaqubov N. barədə hara müraciət etməliyəm ki, sökdüklərini yerinə bərpa etsin.

Salam.

Bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz və zərərin əvəzini ödəməyini tələb edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2011-08-05

1337  Orxan (08-08-2011) Salam, xahiş edirəm cavab verəsiniz, əgər işçinin əmək müqaviləsinin müddəti bitmişdirsə, bu müddəti iş bitiminə qədər necə uzatmaq olar?

Salam.

Bunun üçün müqavilənin müddətin uzadılması ilə bağlı işəgötürənin əmri (həmçinin, müqaviləyə Əlavə - müqavilənin müddətin uzadılması ilə bağlı) olmalıdır. 

Sualınıza görə təşəkkür edirik.

2011-08-09

1338  Samir (08-08-2011) Salamlar. Belə bir sualım var. Hal-hazırda işləyən bir işçini pensiya yaşına çatdığına görə işdən çıxarırlarsa (təqaüdə göndərirlərsə) həmin şəxsə işlədiyi iş yerindən kompensasiya ödənilməlidirmi? Əgər ödənilməlidirsə, bu nə qədər olmalıdır?

Salam.

İşçi ümumi qaydada işdən azad olunur. Əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, yalznız buna görə kompensasiya ödənilməlidir (Əmək Məcəlləsi maddə 135).

Sualınıza görə təşəkkür edirik.

2011-08-09

1339  Metanet (09-08-2011) Salamlar. Beləbir sualım var. Əgər evdə qeydiyyatda olanların xəbəri olmadan digəri kredit arayışıyla bağışlanma edə bilərmi? Bu qanuni ola bilər?

Salam.

Bağışlanma mülkiyyətçi tərəfindən həyata keçirilir. Lakın əgər həmin yaşayış yerində digər şəxslər qeydiyyata alınıbsa, bununla bağlı onların da yazılı razılığı olmalıdır. Əks təqdirdə məhkəmədə məsələni mübahisələndirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-08-09

1340  Namik (11-08-2011) Salam. Bele bir sualım var. Azərbaycanda ikili vətəndaşlığı olan şexs şexsiyyət vəsiqəsi ala bilər? Ala bilərsə hansı senedleri teqdim etmelidir

Salam.

Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Amma eyni zamanda heç kim Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 2-ci maddəsi). Buna görə də əgər Azərbaycan vətəndaşıdırsa adi qaydada sənədləri təqdim etməlidir (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanuna uyğun olaraq).

Sualınıza görə təşəkkür edirik.

2011-08-11

1341  Sahrab (15-08-2011) Salam. Əgər işçinin görmə qabiliyyəti(peşə xəstəliyi deyil,fiziki qüsur)80%-ə qədər itiribsə və o öz işinin öhdsindən gələ bilmirsə, onu işdən azad etəımək olarmı? Təşəkkürlər.

Salam.

Əmək Məcəlləsinin 74.1-ci maddəsinin \"c\" bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinəyetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

Lakın əgər müəssisədə daha yüngül iş şəraiti varsa onda həmin Məcəllənin 231-ci maddəsinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. 

Sualınıza görə təşəkkür edirik.

2011-08-15

1342  Salam! Notariuslarda vəsiyyətnamə tərtib etmək üçün müvafiq forma mövcuddur. Xahiş edirəm bildirəsiniz, ucqar kəndlərdə icra nümayəndəsi vəsiyyətnaməni təsdiqləyərsə, gələcəkdə qanuni hesab edilərmi? Əgər qanuni hesab edilərsə, vəsiyyətnamə tərtib edilərkən hansı hallara diqqət yetirmək lazımdır? Təşəkkür edirəm.

Salam.

Bu bölmədə (Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi) qeyd etdiyiniz məsələ ilə bağlı ətraflı yazılıb.

SUalınıza görə təşəkkür edirik.

2011-08-15

1343  Kamran (16-08-2011) Salam. 1342-ci sualla bağlı Sizi təkrar narahat etməyimi üzrlü hesab etməyinizi xahiş edirəm. Cavabınızda göstərdiyiniz linkdə heç bir məlumat verilməmişdir. Aydınlıq gətirmiş olsaydınız çox minnətdar olardım. Çox sağ olun.

Salam.

Aydınlaşdırırıq.

Mülki Məcəllənin 1179-ci maddəsində daha asan və sadə bu məsələyə aydınlıq gətirir. Belə ki, Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanı təsdiqləsin.

Sualınıza görə təşəkkür edirik.

2011-08-16

1344  Natiq (16-08-2011) Salamlar. Bir adam haqda DIN Mapsdan informasiya almaq ucun esas olmalidirmi muraciete? Bu nece mueyyenlesir? Nece sorgu yollaya bilerem? Ve atasinin adini da bilmek mecburidirmi. Tesekkurler.

Salam.

Adətən hansı bir şəxs barədə məlumat aldıqda səbəb olmalıdır (misal üçün, məhkəmə işi ilə əlaqədar və s.). Şəxsin tam adı göstərilməsi məqsədəuyğundur. 

Sualınıza görə təşəkkür edirik.

2011-08-17

1345  Terlan (17-08-2011) Salam. Men bir şirketde işleyirem. İndi hemin iş yerinden oz raziligimla emek müqavileme xitam verirem. Yeni işden cixiram. 1 (bir) ay bundan qabaq mezuniyyete cixmaq baresinde erize vermişdim ve meni mezuniyyete buraxmirdilar. bir haldaki qanuni oldugu halda. Lakin indi men artiq hemin iş yerini terk edirem ve sualimsa beledir mene mezuniyyete gore pul odemelidirlermi? Cunki kecen ay vaxtim idi mezuniyyete cixmaq. Amma cixartmadilar. Onceden teşekkur edirem. Hormetle Terlan.

Salam.

Bəli. Əgər məzuniyyətinizdən istifadə etməmisinizsə buna görə kompensasiya almalısınız (Əmək Məcəlləsinin 135-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2011-08-17

1346  Namik (19-08-2011) Salam hörmetli dejure kollektivi, bele bir sualım olacaq borclunun uzun müddetli aylıq pul ödemelidir. Men mehkemeden indeksasiya olunmasını teleb ede bilerem, eger he hansı esasla, evvelceden sağ olun.

Salam.

Həmin məsələdə indeksasiya ifadəsini istifadə edilməsi bir az düzgün deyil. Bu halda dəbbə pulun hesablanması və zərərin əvəzinin ödənilməsi daha məqsədəuyğun olar (Mülki Məcəllənin 450, 460, 461-467 maddələri). 

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-08-20

1347  Melahet (20-08-2011) Salam Dejure kollektivi! Sizi bele bir sualla mureciet edirem. Gulaye adli bir ovlad 70 yaşli xeste ata-anani mulke yiyelenmekden otru boşatdirdi. Atanı polis şöbəsnə verdi ki, onun haqqında cinayət işi qaldırın. -heç nə sübuta yermadi rədd edildi. Ata haqsizliga dozmedi rehmete getdi. Hemin qiz şikayet verdi ki atam ekskumasiya olmalidir. Guya gelin, qardaşi öldürüb. Baxımsızlıqdan ölüm həddinə çatdırılıb. Cinayət işi açıldı. Ekskumasiya oldu. Lakin rayon prokuroroluğuna ekskumasiyanın cavabı gəldi yəni o dediyi yerini almadı. Atanın başını bədənindən ayıran hökümlü qıza neç bir cinayət işi açılmadı. Qəbirdən 3 aylıq atanın meyidi çıxarılıb, başı bədəndən ayrılıb ruhu narat edilibsə, cinayət yerini tapmayıbsa, belə övladın cəzasız qalması düzdürmü və hansı qanuna uyğundur?

Salam.

Bu cür hərəkətləri təəssüflə qarşılıya bilərik. Lakın həmin şəxsin əməllərində cinayət tərkibi yoxdur, yalnız əxlaq baxımından çox təəccübləndirici haldır.

Sualınıza görə təəkkür edirik.

2011-08-22

1348  Rehman (21-08-2011) Salam. Gecəniz xeyir olsun. Mənə iş stajı faktının müəyyən edilməsi barədə ərizənin forması ıazımdı. Mümkünsə mənə bunu göndərin yaxud necə tapmaqım haqqında qısa bir məlumat verin. Qabaqcadan minnətdarlığımı bildirirəm.

Salam.

Ola bilsin ki, stajı müəyyən edən arayış nəzərdə tutudunuz. Hansı ki, şirkət (müəssisə) tərəfindən verilir. 

Aşağıda göstərilənlərə diqqət yetirin:

A R A Y I Ş

Verilir, Flankəs Flankəsov Flankəs oğluna, ondan  ötrü  ki,  o,  həqiqətən 09.07.2007-ci il tarixindən «Şirkətin adı» MMC-də işləyir. Hal-hazırda, o, Flan Departamentin mütəxəssis vəzifəsini tutur. Ştat Cədvəlinə uyğun olaraq, aylıq vəzifə maaşı 327,00  (üç yüz iyirmi yeddi) manat məbləğ təşkil edir.

Arayış, ________________________________təqdim  edilmək  üçün,  verilir.

SUalınıza görə təşəkkür edirik.

2011-08-22

1349  Mehman (24-08-2011) Salam dəyərli hüquqşünaslar! Sualım bundan ibarətdir. 21 il bundan öncə (1990) bir mənzil almışıq. Evin əsas sənədi order idi. 2010-cu ildə ev üçün kupça düzəltdirmək istədikdə, məlum oldu ki, orderdə yalnız imza var, möhür yoxdur (əvvəllər buna heç fikir verməmişdik). Möhür vurulması tələbi ilə Rayon İcra Hakimiyyətinə müraciət etdik, onlar bizə bu işin yalnız məhkəmə ilə həll olunacağını bildirdilər. Bu evdə evi alandan indiyədək, 5 ailə üzvüm ilə birlikdə daimi qeydiyyatdayıq və ev alınandan indiyədək burada yaşayırıq. Bu müddət ərzində ev ilə bağlı bütün kommunal ödənişlər tam ödənilib. Evin heç bir başqa mübahisəli tərəfi yoxdur (evə başqa heç kimin iddiası yoxdur). Arxiv İdarəsində ev ilə bağlı və orderin aid olduğu müvafiq sərəncamla bağlı heç bir məlumat yoxdur. Onu da bildirim ki, belə orderlə mənzil həmin dövrdə başqa şəxslərə də verilib. Bilmək istərdim ki, bu məsələdə qanun kimin tərəfindədir? Bu mənzilin orderinə möhür vurulmalıdırmı?

Salam.

Bəli çöhür vurulmalıdır. Lakın müvafiq icra hakimiyyəti orqanı bundan imtina edirsə məhkəmə qaydasında bu məsələni həll edə bilərsiniz. Və məhkəmə müvafiq hərəkətləri etməyə dövlət orqanını məcbur edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-08-25

1350  Samir (26-08-2011) Salam hörmətli hüquqşünaslar. Sualım belədir: Sürücülük vəsiqəmin müddəti bu yaxınlarda bitəcək. Vəsiqənin dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur və nə qədər məbləğdə dövlət rüsumu ödənilməlidir? Vəsiqənin dəyişdirilməsi üçün yenidən imtahan verilməlidir? Çox sağolun.

Salam.

Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında Təlimatın 6-cı paraqrafına diqqət yetirin.

6.1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:

  • - etibarlılıq müddətinin qurtarması;
  • - sahibinin soyadı, adı və atasının adının dəyişdirilməsi;
  • - yazılarında dəqiqsizlik müəyyən edilməsi;
  • - yararsız hala düşməsi;
  • - itirilməsi;
  • - yeni nümunəli vəsiqələrin tətbiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

6.2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin bu Təlimata 6 saylı əlavəyə uyğun formada ərizəsi, müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış və şəxsiyyəti təsdiq edən sənəd əsasında QİM-də imtahansız, əvvəllər malik olduğu kateqoriyalar saxlanılmaqla bir gün ərzində həyata keçirilir. Bu hal Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ nümunəli sürücülük vəsiqələrinə də şamil edilir.

Dövlət rüsumu haqqında Qanunun 18.65.5-ci maddəsinə əsasən sürücülük vəsiqəsinin verilməsi - 15 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

 2011-08-26

1351  Elşad (26-08-2011) Salam, Mülki Məcəllənin 53-cü maddəsində qeyd olunan \"Nümayəndəlik\" ifadəsi ilə Vergi Məcəlləsinin 13.2.39.3-cü maddəsində işlədilən daimi nümayəndəlik anlayışları eyni məna kesb edir yoxsa fərqli fərqli anlayışlardır?

Salam.

Həmin məcəllələrin tənzimlədiyi sahələr fərqlənir. Bunun üçün Məcəllələrin əvvəlinə baxın (maddə 1). Buna görə də onları eyniləşdirmək, fikrimizcə düzgün olmaz. Həmçinin MM-də yalnız nümayəndəlik və filiallardan qeyd edilir. Lakın VM \"struktur bölmələri və ya digər ayrıca bölmələri\" ifadəsi işlədilir (bu şöbələr  və s. ola bilər).

Sualınıza görə təşəkkür edirik.

2011-08-26

1352  Rəsul (26-08-2011) Salam! Sizdən xahiş edirəm ki, bir sualıma cavab verəsiniz. Bizim ev beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi üçün bilmək istərdim ki, yol, müxtəlif kommunikasiya qurğuları və s. obektler binadan və bizim pəncərədən nə qədər məsafədən keçməlidir, o cümlədən müxtəlif tikintilər hansı məsafədə tikilməlidir! Əvvəlcədən öz təşəkkürimi bildirirəm!

Salam.

Bunun üçün Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları ilə tanış olmağınız daha məqsədə uyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-08-27

1353  Kamran (27-08-2011) Salam. Hörmətli hüquqşünaslar, 18 yaşı tamam olmamış övlada mülkiyyət bağışlamaq olarmı? Qanunvericilikdə belə hal üçün əlaqədar təşkilatlar (notarius, reyestr xidməti və s.) mülkiyyət sahibinə hansı tələblər irəli sürə bilər?

Salam.

Bunun üçün Mülki Məcəllənin 28-30-ci maddələri ilə tanış olmaq məqsədəuyğundur. Və sizə hər şey aydın olacaq.

Sualınıza görə təşəkkür edirik.

2011-08-27

1354  Rehman (27-08-2011) Salam, hörmetli hüquqşünaslar! Belə bir ciddi vəziyyət yaranmışdır. Mülki işlə əlaqədar bütün səmərəli hüquqi müdafiə vasitələri tükənmişdir. İndi məlum olmuşdur ki, apellyasiya şikayətini və məhkəmədə təmsil olunmaq üçün etibarnaməni səlahiyyəti çatmayan şəxs imzalamışdır. Buna görə qanunvericilikdə cinayət məsuliyyəti (AR CM mad.294 və 310) nəzərdə tutulur. Belə olan halda, artıq başa çatmış Məhkəməyə təqdim edilmiş sənədlərdə imzaların saxta olduğunu təsdiq etmək məqsədilə texniki ekspertizanın keçirilməsi üçün kimə müraciət olunmalıdır? Minnətdarlıq edirəm.

Salam.

Ekspertizanın keçirilməsi ilə bağlı məhkəmədə vəsatət qaldırılır və məhkəmə bu vəsatəti əsaslı hesab etdiyi təqdirdə müvafiq qərardad qəbul edir (Mülki Prosessual  Məcəlləsinin 87.2-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2011-08-27

1355  Hafiz (27-08-2011) salam atamin 48 il pedeqoji starji var 146 manat pensya alirdi xahis edirem mene cavab veresiz bunu nece hesablamaq lazimdir ve indiki gunde texmini nece manat ola biler

Salam.

Oxşar suallar Məsləhətxanada dəfələrlə cavablandırılmışdır (Suallar: 1118, 1012, 917, 906 və s)

Təəssüflər olsun, amma sadə alınmayacaq. Çünki bu sahədə qanunvericilik mürəkkəbdir və iri həcmlidir. Həmçinin pensiyaların növündən asılı olaraq onların hesablanma qaydası da fərqlənir.

Misal üçün:

Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:

YH=PYK/T, burada:

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;

PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P=BH+SH+YH, burada:

P- yaşa görə əmək pensiyasıdır;

BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Əgər bu məsələ sizi doğrudanda maraqlandırırsa aşağıdakı normativ aktlarla tanış olun:

  • \"Əmək pensiyaları haqqında\" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları
  • Əmək pensiyaları haqqında Qanun

Amma ən optimal variant DSMF-ə yazılı müraciət etməkdir.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz.

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz.

Bütün xidmətlər ödənişlidir.

Sualınıza görə təşəkkür edirik!

2011-08-28

1356  Rehman (28-08-2011) Salam! 1354-cü sualla əlaqədar əlavə olaraq bildirmək istəyirəm ki, hal-hazırda cinayət əməlləri hesab edilən faktlar artıq bütün məhkəmə instansiyaları mülki işə baxdıqdan sonra məlum olmuşdur. Sualım da onunla əlaqədar idi ki, belə olan halda, mülki işdə olan sənədlərlə bağlı ekspertizanın keçirilməsi üçün hansı addımlar atılmalıdır? Bilmək istəyirəm ki, Baş Prokurorluğa bu məsələ ilə bağlı müraciət olunarsa, müsbət nəticə ola bilərmi, yoxsa məmurların özbaşınalıq etdiklərinə görə talehin hökmü ilə barışmaq lazımdır? Təşəkkür edirəm.

Salam.

Sual - 1354.

Siz bunu öz vəkiliniz vasitəsilə də edə bilərsiniz (əgər varsa), hər bir halda əgər sübutlarınız varsa və haqlısınız axıracan mübarizəni aparın.

Sualınıza görə təşəkkür edirik.

2011-08-28

1357  Orxan (31-08-2011) salam. sualim beledir. Bir nefere etibarname verilir. Ve tapshirilmish emlak barede butun huquqlardan istifade etmek orda oz eksini tapir. bilmek isterdim ki bele etibarnameyle menzil satilarken evde qeydiyyatda olanin raziligi lazimdirmi? Eger qeydiyyatda olan etibarname veren tek ozudurse? Xaish edirem bu suala cavab veresiniz.

Salam.

Hər bir halda etibarnaməni əmlakın mülkiyyətçisi verməlidir (Mülki Məcəllə maddə 362). Əgər əmlak bir-neçə şəxsin mülkiyyətindədirsə hər bir şəxs (mülkiyyətçi) etibarnamədə göstərilməlidir (etibarnamə bir-neçə adam tərəfindən bir nəfərə də verilə bilər). Etibarnamə əmlaka mülkiyyət hüquqlarını vermir, ona görə də mülkiyyətçi olmayan şəxslərin razılığı tələb olunmur.

Sualınıza görə təşəkkür edirik.

2011-08-31

1358  Ceyhun (02-09-2011) Salam. Xəstəlik vəsiqəsinin hesablanmasnda qeyri iş günləri (istirahət günləri) üçün ə/h hesablanır?

Salam.

Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında Qərar  ilə tanış olmaq məqsədəuyğundur. Əmək qabiliyyətinin bərpası üçün də verilən məzuniyyətlər iş günü ilə hesablanır (Əmək Məcəlləsinin 16-cı fəsli).

Sualınıza görə təşəkkür edirik.

2011-09-06

1359  Mushfiq (03-09-2011) salam. evvela bu saytin yaranmasinda emeyi olan her kese oz tewekkurumu bildirirem! sualim beledi: Men yeni aile qurmuwam. ozum Bakida qeydiyatdayam, yoldawimsa Gence weherinde. onu Baki weh-e nece qey-a salmaliyam?(hem soyadi deyiwilsin, hem de evli sozu yazilsin vesiqesinde) xatirladiram ki, nikahimiz var.

Salam.

Siz yaşayış yerinin dəyişilməsi ilə bağlı Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinin müddəalarını rəhbər tutmalısınız.  Bunun üçün dövlət rüsumu (2 man), yaşayış sahəsinin yiyəsinin razılıq ərizəsi, Çıxarışın surəti (yaşayış sahəsinə dair) və formanı doldurmaq lazımdır (pasport qeydiyyat idarəsində). Ailə vəziyyəti ilə əlaqədar nikah haqqında şəhadətnamə təqdim etməlisiniz (soyadın dəyişilməsi elə onun əsasında həyata keçirilir). Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanuna da nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

2011-09-06

1360  Bahruz (05-09-2011) Salam Hormətli Dejure Emekdaşları. 1980-ci ilin əmək məcəlləsini əldə etməyimə kömək etməyinizi xahiş edirəm

Salam.

Bunun üçün Milli Məclisin struktur bölmələrinə müraciət etməyiniz məqsədəuyğundur.

Yalnız aşağıdakı Məcəlləni təklif edə bilərik:

КОДЕКС ЗАКОНОВ О ТРУДЕ РСФСР

Sualınıza görə təşəkkür edirik.

2011-09-06

1361  Rehman (05-09-2011) Salam! Azərbaycan Respublikasının qanunlarına görə, istər bizim vətəndaşlar, istərsə də əcnəbilər vizasız beynəlxalq razılaşma olan ölkənin ərazisinə daxil ola və orada daimi yaşaya bilərlər. Mülkiyyət sahibi icazə verdiyi halda, yaxud əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əldə etdikləri şəxsi mülkiyyəti olan evlərinə daimi pasport qeydiyyatına alınmasına görə müraciət etmiş şəxslərə miqrasiya xidməti tərəfindən icazə verilməsindən imtina üçün qanunvericilikdə hansı hallar nəzərdə tutulmuşdur? Çox təşəkkür edirəm.

Salam.

Ümumilikdə bu sahə bir çox normativ aktları əhatə edir. Amma ilk öncə Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanun (12 və 15-ci maddələr) və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Milli Məclisin  Qərarı ilə tanış olmağınız məqsədəuyğundur. Hər bir halda həm əcnəbi, həm bizim vətəndaşlar qanunları bilməlidir, çünki onda mövqeləri daha əsaslı olur.

Sualınıza görə təşəkkür edirik.

2011-09-06

1362  Namik (06-09-2011) Salam hörmetli Dejure. Bir nece il mezuniyyete çıxmayan işçi sonradan işden öz xayişi (ve ya işden çixarılarsa) rusca desek \"rascet\" alarkən mezuniyyete çıxmadığı mebleğide hesablanır? Evvelceden çox sağ olun.

Salam.

Bəli.

Əmək Məcəlləsinin 83.2-ci maddəsi:

Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdəsonuncu iş günü işçiyə verilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-09-06

1363  Ceyhun (06-09-2011) \"Əmək qabiliyyətinin bərpası üçün də verilən məzuniyyətlər iş günü ilə hesablanır (Əmək Məcəlləsinin 16-cı fəsli).\" 16-cı fəsildə belə bir məna daşıyan cümlə yoxdur.

Salam.

Daha dəqiq olmaq üçün.

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 12-ci maddəsinə əsasən növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.

Sualınıza görə təşəkkür edirik.

2011-09-06

1364  Bahruz (06-09-2011) Salam. Apellyasiya Məhkəməsinin hökmü ilə şəxs bəraət almış və hökm qanuni qüvvəyə minmişdir. Şəxs ona dəymiş maddi və mənəvi zərərə görə necə və hansı qaydada hara müraciət etməlidir? Ümumiyyətlə bu mexanizm qaydada bizə ətraflı məlumat verməyinizi xahiş edirik. Əvvəlcədən öz təşəkkürümüü bildiririk!

Bahruz

Cinayət-Prosessual Məcəllənin 48.4, 58.2, 181 (Mülki iddia vermək hüququ olan şəxslər) maddələrini və Mülki Məcəllənin 21-ci maddəsini əsas tutaraq məhkəməyə müraciət etməklə öz hüquqlarınızı bərpa edib maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

2011-09-10

1365  Sahrab (08-09-2011) Salam çox hörmətli Dejure. Xahiş edirəm köməklik göstərəsiniz, mənim qardaşım (1954 təvəllüd)Rusiyada 20 ildən artıq işləyib(hal-hazırda işləyir).Bu dövrün 7,5 ilini Şimalda(Крайний Северь) fəaliyyət göstərib. Bu (7,5 il) dövr onun vaxtından əvvəl pensiyaya şıxmasına səbəb olə bilərmi? Və bunun üçün nə etmək lazımdır? Vəya hansı qanunvericiliklə tənzimlənir? Əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm.

Salam.

Sual-1326.

Bu sualınız Məsləhətxananın  1326-cı sualında cavablandırılmışdır.

Sualınıza görə təşəkkür edirik.

2011-09-10

1366  Muşfiq (09-09-2011) Salam. mən 1359-cu sualla baglı soruşmaq istəyirəm. deməli mən Gəncə şəhərinə getmədən yoldaşımın həm şəxsiyyət vəsiqəsini (soyadı dəyişmək və ŞV-də \"evli\" sözünü yazdımaq) dəyişə, həm də Bakıya qeydiyyata sala bilərəm?

Salam.

Sual - 1359

Yoldaşınız özü bunu etməlidir. Siz sadəcə onun yanında bu məsələdə iştirak edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2011-09-10

1367  Bahruz (11-09-2011) Salam. Evdar qadın 4 usaq böyüdüb heddi buluğa çatdırmışsa və özünün 50 yaşı tamam olubsa pensiya almaq hüququna malikdirmi? Əgər malikdirsə hara müraciət etməli və hansı sənədlər təqdim olunmalıdır. Çox xahiş edirik sualımıza ətraflı cavab verin çünki cox vacib məsələdir.əvvəlcədən təşəkkür edirik!

Salam.

Əvvəlki qanunda bu müddəa var idi, amma soradan yığışdırıldı. Hal-hazırda Əmək pensiyaları haqqında Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Sualınıza görə təşəkkür edirik.

2011-09-19

1368  Rehman (15-09-2011) Salam! Hörmətli De Jure, Sizə iki sualla müraciət etmək istəyirəm. Torpaq islahatları keçirildikdən sonra, kəndlərdə vətəndaşlara kənd təsərrüfatına yararlı sahələrdən pay torpaqları şəxsi mülkiyyətə verilmişdir. İndi bildirilir ki, həmin torpaqlardan başqa kommersiya təyinatı üçün istifadə oluna bilməz (misal üçün kərpic zavodu, yaxud quşçuluq təsərrüfatı və s. yaradıla bilməz.). Belə bir qanunverici akt varmı? İkinci sualım isə belədir. Eşitmişəm ki, yeni qanunvericiliyə görə şəxsi mülkiyyət olan torpaq sahəsində tikinti aparılması üçün İcra Hakimiyyətindən icazə sərəncamı almaq lazım deyil. Xahiş edirəm belə bir müvafiq Fərman verilmişdirsə məlumat verəsiniz. Təşəkkür edirəm.

Salam.

Sualları çalışın bir bir verin. Onların birinə cavab veririk.

Torpaq Məcəlləsinin 9.2-ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:

  • kənd təsərrüfatı təyinatlı torpaqlar;
  • yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
  • sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
  • xüsusi qorunan ərazilərin torpaqları;
  • meşə fondu torpaqları;
  • su fondu torpaqları;
  • ehtiyat fondu torpaqları.

Həmin Məcəllənin 11-ci maddəsinə əsasən torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.

Ona görə də torpaq verilərkən, torpağa dair sənəddə onun təyinatı göstərilməlidir və həmin təyinatına görə də onu istifadə etməlisiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-09-19

1369  Deniz (15-09-2011) Boşandıqdan sonra iddiaçı teref her hansı iddia ile yenidən məhkəməyə müraciət edə bilərmi; mülk iddiası və s.kimi?

Salam.

Bəli mümkündür. Misal üçün əmlakın bölünməsi, alimentin tutulması və s.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-09-19

1370  Bahruz (18-09-2011) Salam. Azərbaycan Respublikası Elmlər Akademiyasının Akademiki sağlığında aldığı təqaüddən əlavə digər titullarına görə aldığı məvacibi o vəfat etdikdən sonra onun həyat yoldaşı ala bilərmi? Bu qanunvericiliyin hansı norması ilə tənzimlənir?

Salam.

Bunun üçün Əmək pensiyaları haqqında Qanunun 18-ci maddəsini rəhbər tutmalısınız:

18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği

18.1.     Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya bu Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.

18.2.     Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin
əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

18.3.     Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir.

18.4.     Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qanunun 18.1-18.3-cü maddələrinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir.

18.5.     Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür.

18.6.     Sığortaolunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-09-19

1371  Telman (18-09-2011) salam menim evimin altinda 21m qarajim var men orada cexol sexi aciram.vergiden voinim de var men hansi qaydada vergi ve s.odemeliyem

Salam.

Vergi Nazirliyin vergi ödəmə nöqtələri var. Əgər bununla bağlı çətinlik çəkirsiniz 195 nömrəsinə zəng edib dəqiqləşdirə bilərsiniz və yaxud VÖEN aldığınız yerdən bu məlumatı ala bilərsiniz. Həmçinin bank vasitəsilə ödəniş tapşırığa yolu ilə vergiləri ödəyə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-09-19

1372  Səbuhi (24-09-2011) \"Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı(15 iyul 2010-cu il.)\" Bu fərmani nəzərə alıb saytda \"Hakimlər\" bölməsində dəyişiklər etməyinizi xahiş edirəm...

Salam.

Təklifinizə görə təşəkkür edirik.

İmkan dairəsində çalışarıq bunu həyata keçirək.

2011-09-26

1373  İsmayıl (26-09-2011) Salam, uşaq Azərbaycanda qeyri-rəsmi nikahdan anadan olub, hazirda 11 yaşı var və Bakı şəhərində orta məktəbdə oxuyur, atadan qalan yalnız doğum şəhadətnaməsindəki adıdır. Ana Gürcüstan vətəndaşıdır, orda da yaşayır, lakin uşağın Bakıda yaşamasını və Azərbaycan vətəndaşı olması üçün himayəyə vermək istəyir. Hazırda uşağın qeydiyyatı yoxdur, himayəçilik uşağın qeydiyyata alınması və gələcəkdə vətəndaşlıq alması üçün düzgündürmü, yoxsa bunun nəticəsi olmayacaq, başqa qanuni yol varsa necə etmək olar uşağın mənafeyi üçün, əvvəlcədən təşəkkürlər

Salam.

Bu artıq valideynlərdən asılıdır. Əgər atası Azərbaycan vətəndaşıdırsa ilk növbədə atılıq müəyyən edilməlidir (məhkəmə qaydasında), əgər uşaq Azərbaycanda doğulubsa və atası Azərbaycan vətəndaşıdırsa onda məsələ asanlaşır.

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı,  habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya  Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan  Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-09-28

1374  Kamran (27-09-2011) Salam! Müvafiq icra hakimiyyətinin qərarlarından İnzibati-İqtisadi Məhkəmələrə iddia ərizəsi ilə müraciət olunarkən dövlət rüsumu ödənilməlidirmi? Təşəkkür edirəm.

Salam.

Dövlət rüsumu haqqında Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Sualınıza görə təşəkkür edirik.

2011-09-28

1375  Sahrab (29-09-2011) Salam çox hörmətli Dejure. Xahiş edirəm köməklik göstərəsiniz. Bir necə ildir ki,ASC-nin direktoru(səhmlərin 28%-ə malikdir) MM-nin 107-1 maddısini pozur və Ümumi yığıncaq çağırmaqdan imtina edir. Biz 52%-dən çox səhmləri olanlar onu məcbur edə bilmirik. Nə etməli? Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

Salam.

Mülki Məcəllənin həmin maddəsinə əsasən cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək Səhmdarların ümumi yığıncağının məstəsna səlahiyyətinə aiddir. Bundan faydalana bilərsiniz. Həmçinin mübahisə yarandıqda məhkəmə qaydasında həll edə bilərsiniz (Nizamnamə də nəzərə alınmalıdır).

SUalınıza görə təşəkkür edirik.

2011-09-30

1376  Rasmiyya (29-09-2011) Salam. Menim qardashim oglu pasport alacaq. Onun indiki soyadi Memmedlidir. Pasport alarken o soyadini deyisherek Baxshi etmek isteyir. (Baxshi bizim babalarimizin soyadidir). Bu soyadla elagedar bizde hech bir sened-subut yoxdur. Bilmek isterdim ki, bele olan halda soyadi deyishdirmek mumkundurmu?

Salam.

Soyadın sonluqları dəyişilərkən adətən pasport-qeydiyyat idarəsinə mrciət etmək kifayətdir. Lakın soyadın tam dəyişilməsi üçün ilk nöövbədə VVAQa və daha sonra məhkəməyə müraciət etməyiniz daha məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-09-30

1377  Azada (30-09-2011) Salam hörmətli hüquqşünaslar. Menim sualım bank işi ilə əlaqədardır. Bir şirkət yerli bank vasitəsilə harici bankdakı hesaba pul köçürür. 3 gündən sonra məlum olur ki, pul köçürülməyib. Sonra məlum olur ki, xarici bankın hesablari bloka düşüb. Müraciət olunsa da indiyə kimi köçürülən pul geri qaytarılmayıb. Nə etməli? MM-dən başqa hansı qanunvericiliyi tətbiq etmək olar? Əvvəlcədən minnətdaram.

Salam.

Əgər bu xarici bankın təqsiri ucbatından baş veribsə onda həmin bankış yerləşdiyi ölkənin qanunvericiliyi tətbiq edilməlidir və həmin ölkənin Mərkəzi Bankına və banklar assosiasiyasına müraciət etməyiniz məqsədəuyğundur (əgər həmin bankın rəhbərliyi sizə məlumat vermirsə).

Sualınıza görə təşəkkür edirik.

2011-09-30

1378  Metanet (03-10-2011) Salam hər vaxtınız xeyr olsun! Sizə belə bir sualla müraciət edirəm. Bizim mülki işlə bağlı 2 ayrı-ayrı məhkəmə prosesimiz var. 1-ci məhkəmədə bizim təqdim elədiyimiz heç bir sübuta, şahidlərimizin dindirilməsində heç nəyə qanuni qiymət verilmədi. Qarşı tərəfin xeyrinə qərar çıxarıldı. Qarşı tərəf çıxanda özü etiraf etdi ki, pulum var verdim, işi uddum, hər şeyi pul həll edir. qanun yox. Dedikləri ilə məhkəmənin gedişatı üst-üstə düşdü. Ona görə də 2-ci məhkəməyə çəkiliş aparmaq üçün vəsatət verəcəyəm. çəkiliş ilə məhkəmə prosesi getsə mənə elə gəlir ki, saxtakarlığa, rüşvətxorluğa yol verilməz. Bizə çəkilişə icazə verməyə bilərlərmi? Hansı qanuna, hansı əsasa görə? Minnətdaram.

Salam.

Vəsatəti vermək məsələsinə çatdıqda, verə bilərsiniz, amma məhkəmə vəsatəti təmin etməyə də bilər, əgər lüzümsuz hesab etsə. Çalışın iş üzrə sübutlarınızı təqdim edin. Rüşvətə dair sübutlarınız varsa bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət Hər bir hlda apellyasiya instansiyasında öz mövqeyinizi sübutlarla əsaslandırın və digər tərəfin sözlərinə o qədər də əhəmiyyət verməyin.

Sualınıza görə təşəkkür edirik.

2011-10-07

1379  Ceyhun (04-10-2011) Salam. Yaşayış binasındakı mənzil(özəlləşdirilmiş) əmlak vergisinə cəlb olunurmu? olunursa necə hesablanır? kimə ödənməlidir?

Salam.

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyekti sayılır (13-cü fəsil Əmlak Vergisi).

Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası isə digər suallarınıza cavab verir.

Sualınıza görə təşəkkür edirik.

2011-10-07

1380  Ceyhun (05-10-2011) 1379-cu sualın cavabında bu verginin kimə ödənməsi barədə cavab yoxdur.(bizdən bələdiyyə tələb edir. Əgər mənzilə bu vergi aiddirsə bəs onda MİS-nə ödənilən \"ev pulu\" (kommunal və xidmət pulu xaric kvadrata görə hesablanır) nə üçündür? belə çıxır ki, bir obyekt iki dəfə vergiyə cəlb olunur. bu nə dərəcədə doğrudur? Diqqətinizə görə minnətdaram.

Salam.

Binalar üzrə əmlak vergisinin hesablanması Qaydalarına diqqət yetirsəniz məlum olacaq ki, həmin vergi hansı halda tətbiq olunur və hansı qurum tərəfindən həyata keçirilir.  Qeyd etdiyiniz \"ev pulu\" isə Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir və əmlak vergisinə aid deyil.

Sualınıza görə təşəkkür edirik.

2011-10-05

1381  İsmayıl (05-10-2011) iddia ərizəsi məhkəmədə iddiaçı tərəfindən baxılmamış saxlanırsa, hansı müddətə kimi yenidən həmin ərizəyə baxılması üçün müraciət etmək olar.

Salam.

Bunun üçün müddət nəzərdə tutulmayıb. Məhkəmə qərardadında (iddianın qaytarılması ilə bağlı) göstərilməlidir ki, iddia ərizəsində nöqsanlar aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilərsiniz.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-10-05

1382  Sahrab (06-10-2011) Salam çox hörmətli De Jure. İşçi iş ili ərzində məzuniyyətə çıxmaq istəmirsə işəgötürən onu məcbur edə bilərmi? Məzuniyyətə çıxmaq məcburi xarakter daşıyır? Əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm.

Salam.

Məcbur edə bilməz. Hər bir halda qanunvericilik bunu nəzərdə tutmayıb.

Sualınıza görə təşəkkür edirik.

2011-10-06

1383  Rasul (06-10-2011) Salam! Sizdən xahiş edirəm! İpoteka krediti ilə alınmış mənzilin vətəndaş tərəfindən qanunvericilik əsasında satılması və yaxud eyni ipoteka kreditinin məbləği ilə digər girov mənzili ilə dəyişdirilməsi ilə bağlı məsəsləyə aydınliq gətirəsiniz! Bu müraciyətə əsas səbəb ipoteka krediti ilə alınmış evimin şimal künclükdə yerləşməsi ilə əlaqədar mənzilin payız və qış aylarında nəmliyin və soyuqun olması səbəbindən dəyişmək istəyimdir. Bu mənzili mən həmin dövrdə imkanıma uyğun almışdım! Cavab görə təşşəkür edirəm!

Salam.

Daşınmaz əmlakı satmaq istəyirsinizsə bununla bağlı bankdan sadəcə razılığınız almalısınız. Əsas odur ki, alan şəxs də buna razılıq verməlidir.

Sualınıza görə təşəkkür edirik.

Həmçinin əlavə məsləhət almaq üçün bizim firmaya (De Jure hüquq firması) müraciət edə bilərsiniz. 

Yaxud hüquq üzrə treninqlərdə iştirak edə bilərsiniz. 

Bütün xidmətlər ödənişlidir. 

Sualınıza görə təşəkkür edirik!

 2011-10-06

1384  ROVSHEN (07-10-2011) Salam sizden xais edirem ki vereceyim suaala mene komek edesiniz bilmek isdeyirem ki usaqlarimi baxcaya qoymusam ve baxcada usaqlarin yemeyi verilmir bir nece sebeb getiriller ki, yemek catmir ve ya yemek verilmir ancaq baxcaya gelen produktu aftomobilden bosaldarken herdefe valideyinler gorur biz bu barede ne etmeli ve hara muraciyyet elemeliyik diqqetinize gore minnetdariq.

Salam.

Bununla bağlı dərhal prokurorluğa və Təhsil Nazirliyinə müraciət etməlisiniz və həmin baxçanın məsuliyyətə cəlb olunmasını xahiş edin. Mütləq. Çalışın şikayəti kütləvi şəkildə imzalayın (valideynlərin hamısı).

Sualınıza görə çox sağ olun.

2011-10-09

1387  Səbuhi (11-10-2011) Salam hörmətli hüquqşunaslar. Mən may ayında Qafqaz Lizinq ilə kredit müqaviləsi baglayıb Hyundai-Azərbaycandan(dərnəguldə yerləşən) 2007 model işlənmiş Hyundai Sonata maşını almışam və maşını aldığım gündən maşında ciddi problemlər olub. Maşının beyni xarab oldugu üçün xaricdən yeni beyin getirildi və maşına quraşdırıldı. lakin maşının probləmləri bitmək bilmir. Mən bu maşını geri qaytara bilərəmmi?? Cunki Hyundai.az saytında göstərilibki işlənmiş maşınlar sertifitaklaşdırılir və müştəriyə problemi olmadan satılır. Mən bazardan daha etibarlı olsun diyə Hyundai-Azərbaycandan maşın aldimki daha etibalı olsun, lakin maşın cox problemli maşın oldu.....Cavabınıza gorə indidən təşəkkurlər

Salam.

Məsələ mübahisəlidir. Nəqliyyat vasitəsi satılarkən siz yəqin ki, təhvil-təslim aktı imzalanmalı idiniz və maşını saz vəziyyətdə götürülməsini təsdiq etməli idiniz. Yox əgə belə təhvil-təslim yoxdur və sizdə sübutlar var ki, həmin nöqsanlar maşını aldığınız zaman var idi, və bundan xəbəriniz yox idi satan şəxs qarşısında iddia qaldıra bilərsiniz və zərərin əvəzini ödəməyə tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-10-11

1386  Natiq (10-10-2011) Salamlar. Bir polis bölməsində, şikayət verməyə gedən xanıma və onun yanındakı oğlana nalayiq sözlər deyilib.Bundan ötürü hara müraciət edilməlidir? Polis işçiləri dedikləri sözləri boyunlarına almırsa bu müraciətin faydası olacaqmı? Təşəkkürlər.

Salam/

Məsələ ilə bağlı DİN-nin rəhbərliyinə və prokurorluğa müraciət edin. Sübutlarınız yoxdursa (şahid ifadələri, audio, video yazılar və s) sübut etmək əlbəttə ki, çətin olacaq, amma əgər varsa lap boyunlarına almasalar da məsuliyyətə cəlb oluna bilərlər.

Sualınıza görə təşəkkür edirik.

2011-10-10

1388  Gulya (14-10-2011) salam, qanun ile qanun quvveli akt arasinda hansi ferq var?

Salam.

Qanun qüvvəli akt elə qanun özüdür. Çünki qanun ali qüvvəyə malik olan aktdır. 

Sualınıza görə təşəkkür edirik.

2011-10-17

1389  Kamran (14-10-2011) Salam, hörmətli hüquqşunaslar. Bir məsələ ilə əlaqədar Sizdən məsləhət almaq istəyirəm. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün mülki işdə olan sənədlərdən çıxarışlar etmək lazımdır. Hakim sənədlərin surətlərini möhürlə təsdiqləməkdən imtina edir. Lakin özü proses zamanı iddiaçı tərəfdən sənədlərin əslini(və ya notarial qaydada təsdiq olunmuş surətlərini) tələb edərək mülki işə əlavə etmişdir. Sualım belədir ki, mülki işdən çıxarışlar edilərkən, tərəf tələb edirsə, Məhkəmə onları təsdiq etməlidirmi? Hakim öz mövqeyini heç bir qanunla əsaslandırmır. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Hakim öz mövqeini əsaslandıra bilər sadəcə lazım bilməyib. Məhkəmə hansı bir çıxarışları möhürlə təsdiqlənməli qeyil (əgər bu müvafiq məhkəmə atı deyilsə). Əgər prosesin iştirakçısısınız (misal üçün nümayəndə) onda iş üzrə sənədlərlə tanış olmaq və onların surətlərini əldə etmək hüququnuz var. Qanunvericilikdə göstərilməyən tələbləri siz irəli sürə bilmərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-10-17

1390  Rasul (15-10-2011) Salam Sizdən xahiş edirəm yaşayış binaların zirzəmilərinin icarəyə götürülməsi barədə və ilkin olaraq həmin zirzəminin üstündə olan mənzildə yaşayan vətandaşlara təklif olunması ve məxsus olub olmamasi barədə məlumat verəsiniz! Təşəkkür edirəm!

Salam.

Mənzil Məcəlləsinin 35-ci maddəsinə diqqət yetirin:

Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ

35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

Əgər zirzəmi üzrə mülkiyyət hüququnu əldə etmək istəyirsinizsə qonşuların razılığını almalısınız, daha sonra müvafiq dövlət orqanlarına müraciət etməklə öz mülkiyyət hüquqlarınızı tanıtdıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-10-17

1391  Elibaba (16-10-2011) Salam! Mehkeme prossesinde sahidlik emek subut sayilirmi?

Salam.

Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunurBu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-nin 104-cü maddəsində (Şahid ifadələri) bu barədə daha ətraflı qeyd edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-10-17

1392  Elibaba (16-10-2011) Salam! Ovladimin artiq 2 yasi var, lakin onun hele de dogum sehadetnamesi yoxdur. Sebeb de yoldasimla menim resmi nigahimizin olmamasidir. Bilmek isterdim ki, men ne vaxt sehadetname alasi olsam cerime odemeliyemmi ve mueyyen yas heddinden sonra sehadetname verilmeye bilermi?

Salam.

İnzibati Xətalar Məcəlləsinin 326-4-cü maddəsinə əsasən:

326-4.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə — vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
326-4.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə — vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
326-4.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə — xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir.

Əgər günah dövlət qurumların üzərindədirsə onlar cavab verəcəklər, əgər sizdədirsə siz. Nikahın olub olmaması doğum haqqında şəhadətnamənin verilməsinə aidiyyəti yoxdur. Məsləhət görürük ki, yuxarı instansiyalara şikayət edəsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-10-17

1393  Samir (17-10-2011) Salam. Belə bir sualım var. Azərbaycanda yerli şirkətlərdən birində işləyən və eyni zamanda xarici ölkədə virtual (online) olaraq təhsil alan şəxs (işçi) təhsil məzuniyyəti tələb edə bilərmi? Buna əmək qanunvericiliyi imkan verir? Təşəkkürlər.

Salam.

Qanun bunu qadağan etmir (Əmək Məcəlləsi maddə 124). Hər bir halda şəxs təhsil məzuniyyətə çıxmaq üçün sübutlar təqdim etməlidir (təhsil müəssisəsindən arayış). 

Sualınıza görə təşəkkür edirik.

2011-10-17

1394  Samir (17-10-2011) Sualım belədir: 9 ildir övlad olmadığına görə boşanmaq qərarına gələn ər və arvad 1-1-ndən nəsə tələb edə bilərmi? Qeyd edim ki, kişinin adına hər hansısa mülk, ev yoxdur. Yaşadıqları ev oğlanın atasının adınadır.

Salam.

Uşaqların olub-olmamasından asılı olmayaraq ər-ərvad birgə təsərrüfat aparır və nigah dövrü ərzində əldə olunan əmlak aralarında bərabər bölünməlidir. Əmlak yoxdursa deməli bölünməli heç bir şey yoxdur. Amma əgər varsa və gizlənilirsə məhkəmə bunu nəzərə alacaq.

Sualınıza görə təşəkkür edirik.

2011-10-17

1395  Fuadın adından (17-10-2011) Salam. Ərim verdi boşamaga ərizə. Bizdə 2 yaşdı uşaq var, mənim qeydiyatım onun evindədi. Boşamagdan sonra qanunan mənzil uşaga düşür? İndi mən nə sənət yıgmalıyam ki məhkəməyə hazır olum?

Salam.

İlk növbədə uşaqların saxlanması üçün aliment ödəməli olacaqdır. Daha sonra uşaqlar əlbəttə ki, vərəsələr kimi atasının mülkiyyətində məcburi payları vardır. Əgər mənzil üzrə mülkiyyət hüquqları ərinizə məxsusdursa həmin əmlakın yarısına iddia edə bilərsiniz. 

Daha ətraflı məlumat (hansı sənədlər tələb olunur və s) bizim Firmaya yaxınlaşarkən ala bilərsiniz.

 

Ünvan:

Bakı şəh., Nizami küçəsi 86, m.2
(\"Landmark\"ın yanı) Köhnə dəyirman

Tel/faks:

+994-12-4939017

Mob:

+994-55-7121462 
+994-50-3291594 

E-poçt:

dejure@dejure.az
ramil@dejure.az
mahir@dejure.az

Skype

ramil.gachayev

1396  Saadat (18-10-2011) Salam. Qeydiyyatdan 5 ildir keçməmiş evdə yaşayıram köhnə evi satandan sonra evi alan qeydiyyatdan çıxmağımı tələb edir. yeni binaya pasport şöbəsi qeydiyyata ğötürmür məhkəmə qərarı tələb edir. evı alan məhkəməyə müraciət etmək istəmir. Mən ailəmi hara qeydiyyata sala bilərəm.

Salam.

Hesab edirik ki, məsələ mübahisəldir. Hər bir halda sənədləri toplayıb məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-10-18

1397  Seymur (21-10-2011) 1 və 2 qurup əlillərə dövlət qulluğunda işləməyə icazə verilirmi?

Salam/

Bəli, əgər vəzifə funksiyalarını yerinə yetirə bilirsinizsə. Həmçinin buna görə əlavə müavinətlər də ala bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-10-21

1398  Vuqar (25-10-2011) Salam. Mən Xətai rayonunda qeydiyyatdayam.Lakin yoldaşım Abşeron rayonunda qeydiyyatdadır.Biz 6 aydır ailə qurmuşuq.Bilmək istərdim ki,yoldaşım Abşeron rayonundan qeydiyyatdan çıxıb mənim üzərimə qeydiyyata düşə bilərmi və bunun üçün nə etməliyəm?

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən:

Vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində \"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında\" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Yəni həyat yoldaşınız  yaşadığınız yer üzrə pasport-qeydiyyat idarəsinə müraciət etməlidir siz isə qeydiyyata alınması barədə razılıq ərizəsini notariat qaydada təsdiq edib, həmin orqana verməlisiniz. Dövlət rüsumu 2 manat.

Sualınıza görə təşəkkür edirik.

2011-10-25

1399  Sahrab (26-10-2011) Salam hörmətli Dejure. Xahiş edirəm deyin bir işçi istehsalatda xəsarət alıb və ona həmin müəssisə tərəfindən təyin (TSEK)olunan qədər müavinət(yəni əmək haqqnın 80%-i) ödənilir. Müəssisə onunla bağlanan müqaviləyə ƏM-nin 74-cü maddəsinin 1-ci hissəsinin \"c\" bəndi ilə (və ya başqa maddə) xitam verməlidir? Yoxsa ləğv oluna bilməz? Təşəkkürlər.

Salam.

Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsinə  diqqət yetirin.

Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla, onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır.

Bundan başqa həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndin 3-cü hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. 

Əgər qanunvericiliyin tələblərinə riayət olunmursa yuxarı orqanlara və məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-10-28

1400  Vuqar (27-10-2011) Salam.Mən Xətai rayonunda qeydiyyatdayam. Şəxsiyyət vəsiqəsini alarkən mən subay idim. İndi isə evliyəm. Bu halda mən şəxsiyyət vəsiqəsini dəyişməliyəm. Bunun üçün hansı sənədləri toplamalıyam və hara təqdim etməliyəm?

Salam.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin müddəalarını da əsas götürməlisiniz.

Bunun üçün nikah haqqında şəhadətnamənin surətini (lazım olduqda müvafiq qaydada təsdiq olunmuş), ərizə anketi, dövlət rüsumunu (2 manat) pasport-qeydiyyat idarəsinə təqdim etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-10-28

1401  Elibaba (28-10-2011) Salam! Gerbli kagiz (yeni firma kagizi)uzerinde yazilmis arayisa mohur vurulmasi vacibdirmi?

Salam.

Möhür vurulması lazımdırsa vurulmalıdır (belə ki, rəngli arayışı kənar şəxslərdə ev şəraitində çıxarda bilər). Buna görə də arayışı  tələb edən qurumlar özünü sığortalamaq üçün arayışa möhür vurulmasını tələb edirlər (xüsusilə şəxsin maaşı və digər gəlirləri əks etdirən arayışdırsa).

Sualınıza görə təşəkkür edirik.

2011-10-28

1402  Elibaba (28-10-2011) Salam! Eger resmi nigah yoxdursa, yeni dogulmus usaga dogum haqqinda sehadetname alanda usaq kimin soyadini dasimalidir? Bu cur meseleleri nizamliyan Azerbaycan qanunvericiliyinde hansisa bir qanun nezerde tutulubmu?

Salam.

Bəli bu münasibətləri tənzimləyən qanunvericilik mövcuddur. Bu mövzu geniş olduğu üçün ayrıca blok açmağa məcbur olduq: Doğumun qeydə alınması

Tanış ola bilərsiniz. Sualınıza görə təşəkkür edirik.

2011-10-28

1403  Sahrab (29-10-2011) Salam hörmətli Dejure. Sizdən çox xahiş edirəm, 1399-cu sulımda mən işəgötürən adından sizə müraciət edirəm. Bu suala heç kim konkret cavab verə bilmir. Mənə lazımdır ki, həmin istehsalat xəsarəti alan şəxslə əmək müqaviləsinə ƏM-nin 74-cü maddəsinin 1-ci hissəsinin \"c\" bəndi ilə xitam verə bilərikmi. Zərəçəkən artıq 1,5 ildir ki, 80% əmək haqqını alır və tələb olunana qədər alacaq.. Ancaq müəssisədə o işçinin yerinə işçi lazımdır.

Salam.

Əmək Qanunvericiliyinə əsasən olar. Amma şirkət üçün bu əsasla işçini işdən çıxartmaq məqsədəuyğun deyil. Bu məqsədlə də icbari sığorta qanunvericiliyi qəbul edilib ki, şirkətlər öz məsuliyyətini sığortalaya bilsin. Çalışın məsələni danışıqlar yolu ilə ilə qanunvericilik çərçivəsində həll edin.

Sualınıza görə təşəkkür edirik.

2011-10-31

1404  Ulvi (30-10-2011) Salam. Yeni təsdiq olunmuş qanuna əsasən bundan sonra yerli özünü idarə etmə orqanları (bələdiyyələr) tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası ücün birbaşa icra məmuruna ünvanlanacaq. yaxşı bəs deyək ki vətəndaş yerli vergilərdən yayınır konkret ödəmir, ona ödəməli olduğu verginin məbləğinin bildirişidə verilib, ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı haqda xəbərdarlıqda təqdim olunub. Lakin burda bir şeyi xahiş edərdimki bildirəsiz, o son üç ildə az miqdarda yığılıb qalan yerli vergi və ödənişləri inzibati xətanın bilavasitə obyekti qəbul edib, vətəndaşı İnzibati Xətalar məcəlləsinin 246 maddəsinə əsasən cərmələməyib daha sonra icra məmuruna inzibati aktı təqdim etmək olarmı? birdə xahiş edirəm bildirəsiz o cərimələnən zaman, vergini ödəmək istəməyən vətəndaşın maddi durumu nəzərə nə formada alınmalıdır, yəni hansı təbəqəni hansı faizlə cərmələməye daha məqsədə uyğun olardı.Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Siz verdiyiniz suala qanunverici cavab verməlidir. Bir çox ölkələrdə vətəndaşlar öz qazancına görə cərimələnir. Biz də bu fərq yalnız hüquqi və fiziki şəxslər arasındadır (və vəzifəli şəxslər). Bu məsələ məhkəmə tərəfindən həll olunur adətən və məhkəmə şəxsin maddi, ailə durumunu, həmçinin digər nuansları nəzərə alaraq qərar qəbul edir (hətta məsuliyyətdən azad edə də bilər). \"Cərimələyib daha sonra inzibati aktı təqdim etmək\"....bunu təssəvvür etmək çətindir. Əgər şəxs məsuliyyətə cəlb olunursa onun barəsində mütləq müvafiq akt tərtib edilməlidir (prtokol və qərar) və aktda müvafiq olaraq İXM-nin maddəsi, cərimənin məbləği və s. məlumat göstərilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-10-31

1405  Ceyhun (04-11-2011) Hörmətli Dejure, Rusiya dövlət universitetinin müvafiq ixtisası üzrə ali təhsil haqqında diplomunun ölkəmizdə hüquqi qüvvəsinin olub olmaması hansı müvafiq orqan tərəfindən tanınmalı və yaxud təsdiq edilməlidir? Bu məsələ hansı qanunvericiliklə həll edilir? Əvvəlcədən təşəkkür edirəm. 

Salam.

Bu məsələnin həll olunmasında səlahiyyətli qurum Təhsil Nazirliyidir. İlk növbədə Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Q A Y D A L A R I ilə tanış olmağınız məsləhət bilirik. Xüsusilə Rusiya bağlı bilidiririk ki, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş mövcuddur. Lakın bizim Təhsil Naziriliyi diplom tanınarkən  bu sazişi adətən nəzərə almır. Pozuntu olsa da belə təəssüflə bunu qeyd etməliyik.

Sualınıza görə təşəkkür edirik.

2011-11-07

1406  Kamran (07-11-2011) Salam. Dövlət hakimiyyəti orqanlarında kargüzarlıq xidmeti müvafiq Təlimata əsasən təşkil olunur. Bəs onda, kommersiya hüquqi şəxsləri (misal üçün MMC-lər) kargüzarlıq işinin təşkilində hansı hüquq normasını əsas tutmalıdırlar? Təşəkkür edirəm.

Salam.

Kommersiya hüquqi şəxslər öz kargüzarlığını öz mülahizələrinə əsasən təşkil edirlər. Bu kargüzarlıq ola da bilər olmaya da bilər. Çünki daxili sənədləşməyə (əgər hüquqi əhəmiyyəti yoxdursa) dövlət nəzarət etmir. 

Sualınıza görə təşəkkür edirik.

2011-11-08

1407  Fuadın vasitəsilə (07-11-2011) Здравствуйте. Я нахожусь в состоянии бракоразводного процесса с мужем.Он настаивает на том, чтобы я подала заявление об увольнении с работы, хотя в данный период я нахожусь в декретном отпуске до 10 января 2013 года. Это главная причина по которой он хочет со мной развестись. Я боюсь это сделать, потому что считаю, что у меня могут отобрать права на ребенка, потому что я не смогу его содержать не имея работы. Следующий вопрос: мы проживаем с мужем и ребенком в двухкомнатной квартире, где все и прописаны. Квартира приобретена мужем до брака. Где должны проживать мы (я и мой сын), после развода? Как я знаю, нам положено проживание в данной квартире. Но муж утверждает, что после суда мне с ребенком ничего не полагается, и в течение трех месяцев я должна освободить эту квартиру.

Здравствуйте!

Работать или не работать это ваш выбор. Отобрать права на ребенка он также не может. С кем будет оставаться ребенок решает суд, обычно суд принимает сторону матери (тем более если он малолетний). Для содержания ребенка суд назначает алименты (при этом нужно подать исковое заявление). На счет квартиры тоже ошибается, вы можете подать иск и потребовать раздел имущества в любом случае (зависит от того сколько лет проживаете) и как минимум требовать регистрации по данному месту жительства.

Спасибо за вопрос.

2011-11-08

1408  Roman (08-11-2011) Salam. Belə bir hüquqi məsləhətxana yaratdığınızçün Sizə öz təşəkkürümü bildirirəm. Mənim sualım belədir: Hərbi mükəlləfiyyətli olmaq nə deməkdir və şəxsiyyət vəsiqəsinin arxa tərəfində əks olunmuş \"hərbi vəzifə\" anlayışı nəyi ifadə edir?. Əvvəlcədən təşəkkürlər!.

Salam.

Hərbi mükəlləfiyyətli dedikdə dövlətin Silahlı Qüvvələrinin ehtiyatında olan şəxs başa düşülür. 

Sualınıza görə təşəkkür edirik.

2011-11-09

1409  Vuqar (11-11-2011) Salam hörmətli Dejure. Qonşu mənim hasarımı özbaşına yarıya qədər söküb. Mən bu barədə məhkəmədə iddia qaldırmaq istəyirəm. Lakin mənim və qonşum qanunsuz tikililərdə yaşayırıq. Amma bələdiyyədən inventerlaşma sənədi və Jekdən plan sxem var. Amma qonşunun heç bir sənədi hətta yaşadığı mənzilə qeydiyyatıda yoxdur. Belə olan halda mən məhkəmədə necə iddia qaldıra bilərəm?

Salam.

Daha məqsədəuyğğun olar ki, qonşu ilə danışıqlar yolu ilə məsələni həll edəsiniz. Yox əgər danışıqlar heç bir nəticəyə gətirib çıxarmır, onda əlbəttə ki, məhkəməyə müraciət edib pozulmuş hüquqlarınızı bərpa edə bilərsiniz. Torpaq üzrə hüquqlarınızı çalışın qanunvericiliyə uyğun olaraq rəsmiləşdirin və aidiyyəti qurumlara müraciət edin (torpaq və xəritəçəkmə komitəsi, daşınmaz əmlak üzrə dövlət reyestr xidməti). 

Sualınıza görə təşəkkür edirik.

2011-11-12

1410  Nəsimi (16-11-2011) Salam. Mən yaşadığım şəhərdə həyətyanı torpaq sahəsi almaq üçün nə etməliyəm?

Salam.

Torpağın mülkiyyətçisi ilə alqı-satqı müqaviləsini bağlamalısınız (notariat qaydada) və müvafiq qaydada rəsmiləşdirməlisiniz (DƏDRX-də qeydiyyat). Sualınızından elə təsəvvür yranır ki, həyatyani torpaq kimə məxsus olduğunu bilmirsiniz. Əgər belədirsə bununla bağlı bələdiyəyə, yerli icra hakimiyyətinə və DƏDRX-in yerli qurumuna sorğu ilə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-11-16

1411  Rehman (16-11-2011) Salam. Məhkəmələr haqqında məlumat səhifəsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə ilə əlaqə saxlanılması üçün telefon nömrələri verilməmişdir. Artıq 1 aydan çoxdur ki, iddia ərizəsi Məhkəməyə daxil olmasına baxmayaraq, nəticəsi barədə məlumat əldə edə bilmirəm. Sizdən xahiş edirəm ki, Məhkəmənin katibliyi ilə əlaqə saxlamaq üçün telefon nömrəsini də məlumata əlavə edəsiniz. Çox sağ olun.

Salam.

Məlumat yeniləndi. Faydalana bilərsiniz.

1412  Nesimi (17-11-2011) Salam. Mən bir nəfərin ofisini icarəyə götürmək istəyirəm. Ofis o vətəndaşa mərhum ata-anasından qalıb. Həmin şəxs ailənin tək övladıdır. Ofisin yeganə sənədi isə həmin oğlanın atasının adına Əmlak Komitəsi tərəfindən verilmiş özəlləşdirmə şəhadətnaməsidir. Həmin oğlanla aramızda icarə müqaviləsi bağlamaqçün notariusa müraciət etdik. orda dedilər ki, ilk növbədə oğlanın adına vərəsəlik qaydası ilə ofis keçməlidir. Lakin həmin şəxsin atasının vəfatından 6 aydan çox müddət keçdiyi üçün vərəsəlik məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu isə uzun vaxt tələb edir. Belə olduqda mən onunla icarə müqaviləsini bu prosedurlar olmadan necə bağlaya bilərəm? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

İcarə müqaviləsini öz aranızda bağlaya bilərsiniz. Notariat qaydada onun təsdiqi üçün zərurət yoxdur. Yalnız əgər müqavilə 11 aydan çox müüdətə bağlanırsa onda tələb olunur (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 19-cu maddəsi), onda da həmin hüquq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmalıdır.

 Sualınıza görə təşəkkür edirik.

2011-11-17

1413  Narmina (18-11-2011) salam. men iki emeliyyat kecirmisem-1991 ci ilde Kesar-dunyaya usaq gelib ve bu ay agir emeliyyat kecirmisem-daxilde olan qadin orqanlarim xaric olunub. bilmek isterdim mene ikinci qrup elillik dusurmu. Xahis edirem ikinci qrupa aid olan maddeleri mene gonderesiz. ve isin gedisatini izah edesiz. evvelceden tesekkur edirem

Salam.

Bunun üçün Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin müddəalarına diqqət yetirməlisiniz və xəstəliyin (travma) xüsusiyyətindən (adından) asılı olaraq əlilliyin dərəcəsini müəyyən edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-11-18

1414  Beyrek (18-11-2011) bayram gunleri ucun isciye emek haqqi hesablanirmi?

Salam.

Əmək Məcəlləsinin 164 maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
  • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-11-18

1415  Narmina (22-11-2011) salam. ozum internetde tapa bilmediyim ucun xahis edirem ” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixli, 595 nömrəli Fərmanini mene gonderesiniz.

Salam.

“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI.

Bu qədər.

2011-11-23

1416  Nesimi (23-11-2011) Salam. Doğum haqqında şəhadətnamədə doğulduğu yer dedikdə uşağın anadan olduğu doğum evinin yerləşdiyi yer nəzərdə tutulur, yoxsa uşağın valideynlərinin daimi qeydiyyatda olub yaşadıqları yer? Məsələn bir ailə Zərdabda yaşayır, ananı doğuş üçün Göyçay Doğum Evinə aparırlar və uşaq orda doğulur. Belə halda uşağın metrikasına doğulduğu yer kimi Zərdab yazılmalıdır, yoxsa Göyçay?

Salam.

Bu hüquqi bloku diqqətləoxuyun. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Uşaq xarici ölkələrin ərazisində də doğula bilər. Bunu əsas tutaraq uşaq gələcəkdə həmin ölkənin vətəndaşı da ola bilər (misal kimi: ABŞ-nın ərazisində doğulan uşaq gələcəkdə həmin ölkənin vətəndaşı və hətta Prezidenti də ola bilər).

Sualınıza görə təşəkkür edirik.

2011-11-25

1417  Elvin (25-11-2011) Salam, eger menzil girov kimi banka qoyularsa ve bankdan mueyyen meblegde pul goturulerse, o zaman menzilde qeydiyyatda olan az yashli ushagin raziligi uchun qeyyumluq ve himayedarliq komissiyasinin raziliginin olmasi mecburidirmi hemin muqavilede? yeni azyasli usagin huququ nece tenzimlenmelidir? ve ya adi kechen komissiyanin raziligi olmasa muqavilenin baglamasi qanunidirmi? bilmek isterdim ki, bu hansi mecelle ile tenzimlenir? onceden minnetdaram

Salam.

Əgər valideynləri yoxdursa uşaqların hüquqları müvafiq qəyyümluq və himayəçilik orqanı ilə qorunur.

Sualınıza görə təşəkkür edirik.

2011-11-25

1418  Nesimi (01-12-2011) Salam. Şəxsiyyət vəsiqəsinin vaxtı bitdikdə dəyişdirilməsi üçün rüsum 2 manatdır. Bu halda şəxsiyyət vəsiqəsinin yenisi ilə əvəz olunması maksimum neçə gün çəkməlidir? Bəs bu proses vətəndaşən istəyi ilə təcili həyata keçirilsə onda rüsum nə qədər olmalıdır?

Salam.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.

Sualınıza görə təşəkkür edirik.

2011-12-05

1419  Nesimi (01-12-2011) Qeydiyyat Şöbəsindən subaylıq arayışının verilməsi üçün hansı sənədlər təqdim edilməlidir, proses maksimum neçə gün çəkir və nə qədər rüsum və nə qədər xidmət haqqı ödənilməlidir?

Salam

Dövlət rüsumu haqqında Qanunun 16.3.7-ci maddəsinə əsasən xarici ölkələrin VVAQ orqanları tərəfindən nigahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə 20 ABŞ dolları dövlət rüsumu  verilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-12-05

1420  Nesimi (01-12-2011) MMC-nin möhür və ştampı itdikdə MMC-nin direktoru hansı addımları atmalıdır? Əvvəlcədən təşəkkürlər

Salam.

Həmin əşyaların itirilməsi barədə qazetdə elan verməlidir və onların etibarsız olduğunu qeyd etməlidir. Daha sonra vergi orqanlarına müraciət etməlidir və onların cavabı əsasında yeni möhür sifariş etməlidir. Yeni möhürdə \"D\" hərfi əlavə olunur (yəni dublikat).

Sualınıza görə təşəkkür edirik.

Nəzərinizə çatdırırıq ki, Siz gün ərzində həddindən artıq çox sual verdiniz. Sizin sual vermə hüququnuz məhdudlaşdırılacaq.

2011-12-05

1421  Nesimi (01-12-2011) Xahiş edirəm mənə Azərbaycan SSR-in və SSRİ-nin konstitusiyalarını göndərəsiniz

Salam.

Bu cür xidmətlər ödənişlidir.

2011-12-05

1422  Ulvi (02-12-2011) Salam.Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş \"şəraitin dəyişməsi\" ifadəsində nə nəzərdə tutulur? Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Salam

Şəraitin dəyişilməsi müxtəlif halları nəzərdə tuta bilər. Misal üçün sosial-istisadi şəraitin dəyişilməsi. Misal üçün bir çox əməllərə görə əvvəllər məsuliyyət tutulurdu (spekulyasiya, homoseksuallıq və s.). Və bu şəraitin dəyişilməsi nəticəsində əməl artıq ictimai təhlükə daşımır. Həmçinin məişətdə nümunəvi davranışda şəraitin dəyişilməsi kimi də qəbul oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-12-05

1423  Cəlil (02-12-2011) Salam! 1999-cu ildə notarial qaydada müqavilə ilə ev alqı-satqısı etmişik və qeydiyyat vəsiqəsi almışam. Lakin bu yaxınlarda məlum olub ki, evin keçmiş sahibi pasport qeydiyyatından çıxmayıb və hal hazırda onun xarici dövlətdə və ya dicər bir yerdə olması barədə heç bir məlumatım yoxdur.Onun qeydiyyatdan çıxarılması üçün mən ən sadə variantdan başlayaraq hansı hərəkətləri edə bilərəm? Xahiş edirəm bu barədə məni ətraflı məlumatlandırasınız.Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Salam.

Bunun ən sadə və yeganə  variantı məhkəməyə iddia ilə müraciət etmək və həmin şəxsin qeydiyyatdan çıxarmaq.

Sualınıza görə təşəkkür edirik.

2011-12-05

1424  Sahrab (02-12-2011) Salam. xahiş edirəm deyin, müəssisədə işçilərin sayının və ya ştatların ixtisarı qanunla necə aparılmalıdır??? Təşəkkürlər.

Salam.

Bunun üçün şirkətin müvafiq əmri tərtib edilir, hansı ki, ixtisarı əsaslandırmalıdır. İxtisar Əmək Məccələsinin müddəalarına zidd olmamalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-12-05

1425  Nurlan (02-12-2011) Salam. Mən nəvəmi vəsiyyət üzrə vərəsə təyin etmək üçün nə etməliyəm? Eyni zamanda Vərəsəlik üzrə sərəncam və Vərəsəlik hüququ haqqında şəhadətnaməni almağ üçün hansı prosedurları keçməliyik. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bu mövzu ilə əlaqədar ayrıca hüquqi blok yaratmışıq. Tanış ola bilərsiniz (Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi).

Sualınıza görə təşəkkür edirik.

2011-12-05

1426  Tarana (02-12-2011) Salam! 20.10.1991-ci il tarixində qanuni nikaha daxil olmuşam. Həyat yoldaşımın qeydiyyatda olduğu mənzilə gəlin getsəmdə, orada qeydiyyata alınmadım. 19.02.1993-cü ildə qızımız anadan oldu. 1997-ci ildə müəyyən səbəblərdən boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. 05.12.1997-ci il tarixində valideynlərim tərəfindən mənə 1 otağlı mənzil alındı. 16.04.1998-ci il tarixində məhkəmənin boşanma haqqında qərarı çıxdı. 02.02.2010-cu il tarixində keçmiş həyat yoldaşım qızını öz evinə qeydiyyata saldı(atasının vəfatından sonra). Onu bildirmək istəyirəm ki, hal hazırda qeydiyyatda 3 nəfərdi(nənə, ata, qızım). Keçmiş həyat yoldaşım evlidir(rəsmi və ya qeyri-rəsmi, bilmirəm). Suallarım: 1. Qızımın qeydiyyatda olduğu mənzil hal-hazırda dövlət planına əsasən sökülmək üzrədi.Bu halda qızıma ayrıca pay veriləcəkmi? Evin sahibi nənədir. 2.Mənim evim bizim ortaq mülkiyətimiz sayılırmı? 3.Qızımın atası tərəfindən ev qeydiyyatından çıxarılması mümkündürmü? və hansı halda mümkündür?

Salam.

Əgər mübahisə yaransa. Həmin mübahisə məhkəmə qaydasında həll olunmalıdır.

Ətraflı məsləhət üçün De Jure hüquq firmasına müraciət edə  bilərsiniz.

2011-12-05

1427  İsmayıl (04-12-2011) Salam. Dövlət müəssisəsində çalışan işçi fərdi avtomobilini iş tapşırıqları yerinə yetirmək üçün istifadə edirsə buna ğörə yanacaq ayrılması üçün hansı hüquqi mexanizm olmalıdır.

Salam.

Bunun üçün rəhbərliyin müvafiq əmri olunmalıdır və yanacaq limiti işçi üçün müəyyən edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-12-05

1429  Ulvi (05-12-2011) Salam. Müstəntiq və ya təhqiqatçı istintaq dövründə haqqında həbslə əlaqədar olmayan qəti imkan tədbiri, məsələn başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilmiş şübhəli şəxsin və yaxud təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əslini alıb özündə saxlaya bilərmi? Faktiki olaraq alırlar, vətəndaşın şəxsiyyət vəsiqəsi və pasportu bir də məhkəmədən sonra özünə qaytarılır. Əvvəlcədən təşəkkürlər

Salam.

Bu hüquq pozuntusudur. Və bununla bağlı həm məhkəməyə, həm yuxarı instansiya hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

05-12-2011

1430  Adil (05-12-2011) Salam!sualim belədir:Səbinə adlı bir qiz \"3 ay bundan əvvəl\" ərə getmiş və qanuni nigahla, amma yaşayış qeydiyyatı isə anası evində qalmışdır!indi o \"remete\" getmiş ve ər yox, məhz qızın ata-ana evindenden son menzile yola salınıb!və onun \"defn merasimi və hüzr mərasimi\" de ata - anası evinde verilir! indi məlum olub ki səbinə sığorta şirkətində özünü sığortalanıbmış və ölümü ilə əlaqədar sığorta şirkəti ona 15.000 manat sıqorta pulu ayırıb!sual belədir!bu Səbinə adlı qızın sıqorta puluna kimlər yiyə dura bilər?Ər, yoxsa Səbinənin ata -anası?Çavaba görə əvvəlcədəən minnətdarlıqımızı bildiririk!

Salam.

Sığorta müqaviləsinə diqqət yetirməlisiniz. Orda əks olunub. Mübahisə yarandıqda məhkəmə qaydasında həll olunmalıdır.

Sualınıza görə təşəkküür edirik.

05-12-2011

1431  Kamran (06-12-2011) Salam. Belə bir vəziyyət yaranmışdır. Bələdiyyə 2005-ci il tarixli qərarı ilə kommersiya məqsədilə 30 kv.m torpaq satmış və həmin sahədə sənədləşmə tam başa çatmadan obyekt tikilmişdir. Məhkəmənin bu ilki qətnaməsi ilə torpaq sahəsi mülkiyyət kimi tanınmışdır. Reyestr xidmətindən bələdiyyə qərarından başqa alqı-satqı aktı tələb edilir. İndiki bələdiyyə həmin aktı verməkdən imtina edir. Bələdiyyə məhkəmə tərəfindən tanınmış qərara indi alqı satqı aktı verməyə bilərmi? Çox mürəkkəb məsələdir, diqqət ayırdığınıza görə təşəkkür edirəm.

Salam.

Bəli. Elə yazılandan görsənir ki, mürəkkəbdir. Hər bir halda məhkəmə aktını əsas tutun. Əgər məhkəmə şəxsin mülkiyyət hüququnu tanıyıbsa onun icrası mütləqdir bütün dövlət orqanları üçün (əgər müvafiq qaydada şikayət olunmasa).

Sualınıza görə təşəkkür edirik.

 2011-12-07

1432  Təranə (06.12.2011) Ezamiyyətlər haqqında qanun və ya təlimat varmı

Salam.

Əlbəttə ki, var. Ezamiyyə xərclərinin normaları haqqında Nazirlər Kabinetinin Qərarı (№ 14), İşçilərin Ezamiyyə Qaydaları.

Sualınıza görə təşəkkür edirik.

2011-12-07

1433  Aysu (07-12-2011) salam men ozum huquqsunasam ve mehkemede isleyiyem indi analiq mezuniyyetindeyem . amma evde olarken men vekiliye hazirlasmaq isteyirem ve onunla baqli testsler elde etmek isteyirem mene hemin testleri nece elde etmek barede melumat vere bilseniz cox minnatdar olaram size,

Salam.

Çətin ki, bu cür testlər açıq satışda ola bilər. Amma De Jure hüquq firması bir çox testlərin hazırlanması ilə məşğuldur. Əgər marağınız olsa müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-12-08

1434  Soltan (07-12-2011) Salam. Mən 2-ci qrup Qarabağ əlili və veteranıyam. Eyni zamanda Prezident təqaüdçüsüyəm. Rayonların birində idman məktəbində təsərrüfat müdiriyəm. Həyat yoldaşım da məktəbdənkənar müəssisələrin birində dərnək rəhbəridir. İki azyaşlı oğlumuz var. Böyüyün 10, kiçiyin isə 6 yaşı var. İndi işlədiyimiz təşkilatların hər ikisində ixtisar gedir. Bizim hər ikimizə ixtisara düşəcəyimizi deyirlər. Qanunla bizi ixtisara sala bilərlərmi? Əvvəlcədən təşəkkür edirəm

Salam.

İşçilərin ixtisarı zamanı mütləq qanunvericiliyin tələbləri yerinə yetirilməlidir. 

Əmək Məcəlləsinin 78 maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

  • şəhid ailəsinin üzvlərinə;
  • müharibə iştirakçılarına;
  • əsgər və zabitlərin arvadlarına (ərlərinə);
  • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
  • həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
  • məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; 
  • kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə

Bundan başqa həmin Məcəllənin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:

  • orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;
  • işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

Buna görə də ixtisar qarşısıalınmazdırsa, onun həyata keçirilməsi mümkündür, lakın sizin hüquqlarınız qanunvericiliklə qorunur.

2011-12-08

{jcomments on}

 

 

1435  Kərim (11-12-2011) Salam. coxusaqli analar hansi hallarda ve nece yasindan sonra muavinet ala bilerler?

Salam.

Sosial müavinətlər haqqında Qanuna əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar müvafiq məbləğdə sosial müavinət alır. Əgər 57 yaşına çatmısınızsa Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmana əsasən aylıq 50 manat müavinət almalısınız. 

Sualınıza görə təşəkkür edirik.

2011-12-12

1436  Elshen (13-12-2011) her hansi foto ile mesqul olan n sayli mektebin sagirdlerinden pul alib ki sizlerin vinetkanizi cixardacam amma 6 aydi hazir olmayib. behaneler edir.hemin yelebelerin sikayet etmek huququ varmi ne derecede?

Salam.

Bəli, istehlakçı hüququnuz pozulduğu üçün şikayət etmək hüququnuz var. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Vergilər Nazirliyinə.

Sualınıza görə təşəkkür edirik.

2011-12-14

1437  Elshen (14-12-2011) salam men huquqsunas kimi sirketde 3 aydir isleyirem.tecrubeli huquqsunaslardan meslehet almaq isteyirem.her hansi 1 sirketde huquqsunas vezifesinde islemek ucun esasen neleri bilmek hansi kitablardan istifade etmek daha duzgun olardi?

Salam.

Belə cavablandırmaq çətin olar. Çünki adətən işçilər fikirləşir ki, hüquqşünas hər şey bilməlidir, ən azı Azərbayac Respublikasının bütün qanunvericiliyini, bu isə təəssüf ki, o qədər də asan iş deyil. Öncə əsas istifadə olunan Məcələllərlə işləməyə öyrənin MPM, MM, ƏM, VM yeni qanunvericiliyi izləyin. Şirkətin fəaliyyət sahəsinə aid qanunvericilini öyrənin.

Sualınıza görə təşəkkür edirik.

2011-12-15

1438  1436 - Elshen (13-12-2011) her hansi foto ile mesqul olan n sayli mektebin sagirdlerinden pul alib ki sizlerin vinetkanizi cixardacam amma 6 aydi hazir olmayib. behaneler edir.hemin telebelerin sikayet etmek huququ varmi ne derecede?mene bu sual verilmisdi. CM-nin 178-ci madesinde deleduzluq haqqinda yazilib hemin madde men verdiyim sual ucun deyil?

Salam.

Sual -1436

Əgər əsaslandıra bilərsinizsə (venetkanın hazırlamamasına görə cinayət məsuliyyətinə cəlb etmək) hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. Lakın burda mübahisə  mülki münasibətlərdən yaranıb. Ona görə də çox güman ki, məhkəmə qaydasında həll olunmalıdır, həmçinin məhkəmə sübut kimi ödənişlərin həyata keçirilməsini təsdiq edən sənədləri də tələb edəcək, buna hazır olun.

Sualınıza görə təşəkkür edirik.

2011-12-15

1439  Vusal (16-12-2011) 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:üç iş günü müddətində verildikdə-5 manatüç iş günündən sonrakı müddətdə verildikdə 1 manatAzərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə. 2 manatSual Mən Şəxsiyyət vəsiqəmi 25 yaşımım tamam olması ilə əlaqədər olaraq 3 iş gün müddədində dəyişdirmək istəyirəm. bilmək istəyirəm mənə hasi rusum tətbiq olunacaq.5 manat yoxsa 2 manat və yaxutda 5+2 manat? Əvvəlcədən sizə öz minnətdarlığımı bilirirəm.

Salam.

Dövlət rüsumu haqqında Qanuna əsasən:

14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:

 

  • üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 10 manat
  • üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə - 1 manat dövlət rüsumu verilir.

Üç iş günü müddətində dəyişdirmək istəyirsinizsə 10 manat düövlət rüsumu ödəməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-12-16

1440  Təranə (19.12.2011) məzuniyyətlər və xəstəlik vərəqələri haqqında hansı təlimatlar var

Salam.

Məzuniyyətlərlə bağlı Əmək Məcəlləsinin müddəlarına müraciət etməlisiniz. Ezamiyyə ilə bağlı əlavə olaraq Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında Qərar ilə tanış olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2011-12-20

1442  Gulya (20-12-2011) salam. vereselik huququndan mehrum edilmis sexsler mirasdan mecburi pay almaq huquqlarini saxlayirlarmi? he yoxsa yox?

Salam.

Bəli. Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən .vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.

Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

Sualınıza görə təşəkkür edirik.

2011-12-21

1443  Zəminə (23-12-2011) Salam, əsas vəsaitin qəbul aktı formasını və digər formaları harda tapmaq olar? Sağ olun

Salam.

Bu cür formalar ödəniş əsasında təqdim olunur.

2011-12-23

1444  Qasanov (25-12-2011) salam aleykum. Men 1-ci qrup elilem 55 azn pensiye aliram. 27 yasim var, ata-anam rehmete gedib. Atamin 28 illik stajini hesablayib mene pul olaraq vererlermi? Yani ki stajin her ilini 1.94 azn-e vuraraq pul olaraq menim almaq huququm varmi? Onu da deyim ki 18 yasimnan sora cixmisam pensiyeye. tesekkurler

Salam.

Şəraitiniz barədə DSMF-ə məlumt təqdim etməyiniz məqsədəuyğndur, aztəminatlı aid olduğunuz üçün sizə ünvanlı sosial yardım ayrıla bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-12-26

1445  Qasanov (26-12-2011) salam.sualima duzgun cvb ala bilmedim.Menim sualim odu ki,atamin stajini menim ustume yazalar ve atamin maasini men alam yani.2ci sual beledi.sizin saytda dsmf-nun filan rayon sobesine yazmaqa erize varmi?kopyalamaqa

Salam.

Sual - 1444.

Əmək pesiyaları haqqında Qanunun 1-ci maddəsinə əsasən əmək pensiyası həmçinin sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Ona görə də bu müddəaya əsaslanıb DSMF orqanlarına müraciət edə bilərsiniz. Ərizə sərbəst formada yazılır.

Bu qədər.

2011-12-27

1446  Vugar (27-12-2011) Salam! Mən 2007 ci ildə ailə qurmuşam Və yoldaşımın valideynlərinin evinə gəlin köçmüşəm.Qaynanamla yola getmədiyimə görə ailəmlə kirayədə yaşayırıq. Yoldaşım valideynlərinin evinə qeydiyatdadı məni isə qeydiyata salmayıblar. Qaynatam öz adına 3 otaqlı mənzil alıb və bizə verib. Nəzərinizə çatdırım ki yoldaşımın valideynlərinində yaşadığı evdə 3 otaqlıdı bundan başqa qaynamında adına 2 otaqlı mənzil var. Qaynanam indi məhkəmə yolu ilə evi bizdən almaq istəyir. Bu mümkündürmü və əks halda biz məhkəmə yolu ilə bu 3 evdən bizə düşən pay (əgər mümkündürsə ) ala bilərikmi?

Salam.

Daha dəqiq bilmək üçün əmlakın mülkiyyətçisi kim olduğunu müəyyən etmək lazımdır. Əgər mülkiyyətçi (Çıxarışda göstərilməlidir) qaynana və qaynatadırsa onda əlbəttə ki, əmlak onlara məxsusdur (nigah dövründə əldə edilmiş əmlak birgə əmlak hesab edilir), yox əgər mülkiyyətçi siz və ya həyat yoldaşınızdı onda əmlak sizin birgə mülkiyyətinizdir. 

Sualınıza görə təşəkkür edirik.

2011-12-27

1447  Qasanov (28-12-2011) Salam. Bir daha narahat ediyim ucun uzr isteyirem.Mene aid olsa bu maddeler aid ola bilerdi amma tam anlamadim. 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin ovladları:14.1.1.1. 18 yaşına зatmamış;14.1.1.2. 18 yaşına зatanadək sağlamlıq imkanlarının məhdudluğu mьəyyən olunmuş 18 yaşından yuxarı əlil; Menim ise 27 yasim var ve 20 yasimda elil olmusam, burda da 18-den asaqi yazilib. Xais edirem deqiq gosterin gorum menim huququm hansi benddi? Beri basdan tesekkur edirem

Salam.

Suallar - 1444, 1445

Onda həmin qanun sizə tətbiq olunmur.

Sualınıza görə təşəkkür edirik.

2011-12-29

1448  Hemid (28-12-2011) Salam bankdan kredit goturende, bank muwteriden xidmet haqqi tutur, bu ne derecede muvafir qanunlara uygundur?

Salam.

Bank kommersiya qurumudur, və öz qiymət siyasətini bazar iqtisadiyyatına uyğun olaraq həyata keçirir, həmçinin müştərilərlə münasibətləri onların razılığı ilə hayata keçirir. Xidmət haqların məbləğləri müxtəlif banklarda fərqli ola bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-12-29

1449  Hemid (29-12-2011) Salam banklarda, sifarischi ve icrachi, arasinda baglanan muqavile uzre iwleyen ischilere bonuslar, bayram paylari ve s. Odenishler shamil olunur -olunmur? Hormetle Hemid

Salam.

Əgər müqvilənin şərtlərində əks olunubsa əlbəttə ki şamil oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-12-29

1450  Qasanov (01-01-2012) Salam yoldas vekil. Xais edirem mene elilliyin nece teyin olunmasi haqqinda qanunu gosteresiniz. Meselen,eyni zamanda gozden, qulaqdan ve boyrekden elil olan bir shexs oyrenmek isteyir ki mene bu 3-xesteliklere gore ayri-ayri pensiyenin verilmesi mumkundumu. Bu movzu haqqinda qanun lazimdi. saqolun

Salam.

Qeyd etdiyiniz münasibətləri qanun yox Nazirlər Kabinetinin Qərarı tənzimlətir - Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında Nazirlər Kabinetinin Qərarı.

Sualınıza görə təşəkkür edirik.

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.