De Jure newsletter

De Jure hüquq portalı newsletter categories.

Ramil Gachay's picture

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 29 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2019-cu il dekabrın 3-dən 5-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir. Müsabiqənin nəticələrinə görə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamış 29 namizəd 9 dekabr 2019-cu il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Səhifələr

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.