Tikinti layihəsinin təqdim olunması barədə ərizə

..... rayon İcra Hakimiyyətinin başçısı cənab .........

 

Bakı şəhəri., ray.,......................ünvanında yaşayan

................. oğlu (qızı) tərəfindən

 

Tikinti layihəsinin təqdim olunması barədə

ƏRİZƏ

 

Yazıb sizə bildirirəm ki, Bakı şəhəri., ................ ünvanında yerləşən evdə yaşayıram. Həmin evin və torpaq sahəsinin xüsusi mülkiyyətimdə olmasına dair DƏDRX-i tərəfindən 00.00.20..-ci il tarixində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib.

Həmin ünvanda yerləşən fərdi yaşayış evi köhnə tikili olduğundan və müasir standartlara cavab vermədiyindən evi söküb xüsusi mülkiyyətimdə olan həmin torpaq sahəsində şəhərimizin görünüşünü daha da gözəlləşdirəcək və müasir standartlara cavab verən fərdi yaşayış evi tikmək istəyirəm.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq mülkiyyətimdə olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən,hündürlüyü 12 metrdən və aşırımların uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün  tikinti layihəsinin yalnız zirzəmilərin,mərtəbələrin,dam örtüklərinin planlarından,kəsiklərindən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması nəzərdə tutulur.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən ev tikməyə başlamazdan əvvəl tikinti niyyətim barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməliyəm.

Yuxarıda göstərilənləri nəzərə almağınızı və “.....” MMC tərəfindən sifarişimlə hazırlanmış yeni tikmək istədiyim fərdi yaşayış evinin eskiz layihəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3 -ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlamağınızı sizdən xahiş edirəm.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, çıxarışın, Texniki pasportun, şəxsiyyət vəsiqəsinin surətini və tikinti layihəsini sizə təqdim edirəm.

 

Qoşma:

 

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. Çıxarışın surəti ( notarial təsdiq)

3. Texniki Pasportun surəti (notarial təsdiq)

4. Tikinti layihəsi.

 

........... oğlu (qızı):                                          

 

Tarix: 00.00.20..

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.