Avesta Zərdüştilik Hüquq Din Fəlsəfə
Avesta (awastāg, apastāk, upastākəm) – Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edir ki, Avestanın tərkib hissələri, əsasən e.ə. 1-ci minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avestanın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. Avestaya görə dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla iki qismə ayrılır. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir. Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.