Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə may ayının 26-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcəkdir.
Qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 24-25 may tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulu başa çatıb.
Müraciət etmiş namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində dekabr ayının 19-da saat 12.00-da vahid auditoriyada - Bakı İdman Zalında(Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) keçiriləcəkdir.