Haaqa məhkəməsi Azərbaycanın iddiası əsasında qərar çıxarıb, ona görə Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə ayrı-seçkilik törətməkdə ittiham olunur. BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulması ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını açıqlayıb.
Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozmuşdur.