Onu baş prokurorun müavini müdafiə edib. Oxu.Az xəbər verir ki, bu gün Ali Məhkəmədə Baş Prokurorluğun “Hüquq Maarifçiliyi Cəmiyyəti”in sədri İntiqam Əliyevin qərarından cəzanın ağır olmasına dair əlavə kassasiya protestinə baxılıb. Məhkəmə qapalı keçirilib, vəkillərdən başqa içəri heç kim buraxılmayıb. İntiqam Əliyev iclasa gətirilməyib. Baş Prokurorluğun kassasiya şikayətini baş prokuror Zakir Qaralovun müavini Namiq Əsgərov müdafiə edib.