Kazus
Sahib 14 yaşına çatmamış Səbinənin razılığı ilə uzun müddət sonuncuya qarşı əxlaqsız hərəkətlər etdikdən sonra Səbinəni zorladığına görə ona qarşı CM-nin müvafiq maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işinə məhkəmədə baxılarkən, zərər çəkmiş şəxsin valideynləri iş materiallarına onların ailə sirlərini açıqlayan sübutları əks etdirən sənədlərin əlavə olunduğunu əsas gətirərək, həmin sənədləri qapalı məhkəmə iclasında tədqiq edilməsini hakimdən xahiş etməsinə baxmayaraq, vəsatəti təqsirləndirilən şəxs və onun müdafiəçisi rədd edilməsini təklif edirlər. Hakim onların xahişini təmin etmir. Hakimin qərarı qanunidirmi?
Vüqar tanışı Aslanla mübahisə edərək dalaşır və qarşılıqlı dalaşma zamanı ona qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirir. Bundan sonra o, Aslana ilkin tibbi yardım göstərməklə onu xəstəxanaya çatdırır, sonra isə Könüllü polisə gəlib təqsirini boynuna alır. Məhkəmədə dövlət ittihamçısı onu, sanksiyası 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilib, 7 ii müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edir. Müdafiə tərəfi prokurorun mövqeyini qanunsuz hesab edir. Dövlət ittihamçısı haqlıdırmı?
Qısqanclıq niyyəti ilə arvadı Aynur Mamalıyevanın qarın nahiyəsinə yetirdiyi üçün qəsdən sağlamlığına ağır zərər vurmaya görə təqsirləndirilən Ərşad Mamalıyevin işinə baxılarkən müəyyən olunur ki, qonşusunun işə qarışması nəticəsində Ərşad cinayət əməlini başa çatdıra bilməmiş, yalnız vaxtında xəstəxanaya çatdırıldığı üçün Aynurun həyatını xilas etmək mümkün olmuşdur. Təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısının vəsatətinə etiraz edən təqsirləndirilən şəxsin müdafiəçisi öz mövqeyini xəsarətin həyat üçün təhlükəli olmaması ilə əsaslandırır. Məhkəmə nə etməlidir?
Sahib 14 yaşına çatmamış Səbinənin razılığı ilə uzun müddət sonuncuya qarşı əxlaqsız hərəkətlər etdikdən sonra Səbinəni zorladığına görə ona qarşı CM-nin müvafiq maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işinə məhkəmədə baxılarkən, zərər çəkmiş şəxsin valideynləri iş materiallarına onların ailə sirlərini açıqlayan sübutları əks etdirən sənədlərin əlavə olunduğunu əsas gətirərək, həmin sənədləri qapalı məhkəmə iclasında tədqiq edilməsini hakimdən xahiş etməsinə baxmayaraq, vəsatəti təqsirləndirilən şəxs və onun müdafiəçisi rədd edilməsini təklif edirlər. Hakim onların xahişini təmin etmir. Hakimin qərarı qanunidirmi?
Şamil sərxoş halda Zəhranı zorladığına görə barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qanunla müəyyən edilmiş həbsdə saxlama müddəti başa çatdığı Üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Şamilin həbsdə saxlama müddətinin daha 2 aya qədər uzadılması barədə məhkəməyə təqdimat göndərir. Məhkəmə isə Şamilin həbsdə saxlama müddətinin uzadılmasından imtina edir və bu barədə müvafiq qərar çıxarır. Məhkəmənin bu qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror protest verir. Prokurorun qərarı qanunidirmi?
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.