Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanmışdır.