məhkum

Məhkum uşaqlı qadın (kazus)

Cəmilə qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilir. Təqsirləndirilənin vəkili onun himayəsində 6 yaşlı uşağının olmasını əsas gətirərək, uşaq səkkiz yaşına çatanadək təyin olunmuş cəzanın təxirə salınması barədə vəsatət qaldırır və zərərçəkmiş həmin vəsatəti müdafiə edir. Məhkəmə işin obyektiv hallarını və prokurorun vəsatətin rədd edilməsi barədə rəyini də nəzərə alaraq, vəsatəti təmin etmir. Vəkil məhkəmənin qərarını qanunsuz sayaraq, apellyasiya şikayəti verir. Məhkəmə həmin qərarı qəbul edərkən qanunun tələbini pozmuşdurmu?

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.