Mingəçevir

Ramil Gachay's picture

Mingəçevirdə iki övlad atası sevgilisini ürəyindən vurdu

İki övlad atası qeyri-rəsmi münasibətdə olduğu qadını öldürüb.
Mingəçevirdə ictimaiyyətin gözü qarşısında qətl hadisəsi törədilib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, yeraltı keçidin qarşısında baş verib. Ağdam rayonunun Nəmərli kənd sakini, 1989-ci il təvəllüdlü Pərviz İsrafil oğlu Vəliyev Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Yeganə Fəxrəddin qızı Mustafayevanı bıçaqlayaraq qətlə yetirib. Pərviz Vəliyev insanların gözü qarşısında Yeganə Mustafayevanın ürək nahiyəsinə zərbə endirib. Ağır yaralanan qadın yaxınlıqda olan insanların köməyi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.